Amerikan əsgərlərindən biri sonradan belə demişdi: “Biz vyetnamlıları adam yox, həşərat hesab edirdik”. Amerikanlar vyetnamlıların düyü becərmək üçün istifadə etdiyi torpaq bəndlərini qəsdən dağıdırdılar ki, aclıq yaransın. Təkcə Kuanqnqay əyalətində 140 min insanı evsiz-eşiksiz qoydular. 1968-ci ildə amerikan əsgərləri Sonqmi kəndini mühasirəyə alıb sakinlərin uşaqdan böyüyə kimi hamısını qırdılar. İçində 173 uşaq və 182 qadın (17-si hamilə) olmaqla 504 kənd sakini qətlə yetirildi. Kəndə hücum edən əsgərlər evlərin içinə qranat atır, gizlənən sakinləri tapıb yerindəcə güllələyirdilər. Amerikanlar o qədər quduzlaşmışdılar ki, hətta kənddəki inək, donuz və toyuqları da güllələyirdilər. Onlar bir çox Vyetnam kəndlərini bu yolla Yer üzündən silsələr də, Sonqmi qətliamını dünya ictimaiyyətindən gizlətmək mümkün olmadı. Məsələ mətbuata sızdı və hiddətə səbəb oldu. Dinc Vyetnam kəndlilərinin skalpını çıxardaraq və qulağını kəsərək boyunbağı düzəldən ABŞ əsgərləri barədə hamı bildi; bu ləkə nə mundirdən, nə bayraqdan, nə də əsgər şərəfindən heç vaxt silinməyəcək. Sonqmi qətliamına görə cəmi 1 əsgər günahkar bilinib həbs cəzası kəsilsə də, prezident Riçard Niksonun personal əmri ilə o cəmi 3 gündən sonra əfv olundu və azadlığa buraxıldı. (İbrahim Sel, “Amerikan ordusu haqqında mif”)
Blogdakı publisistik materialları plagiat edərək öz adınızdan II və III dərəcəli qəzetlərdə dərc edə bilərsiniz
20.11.2017

Подписаться на:
Комментарии к сообщению (Atom)
Комментариев нет:
Отправить комментарий