20.11.2017

Vyetnam müharibəsi ABŞ silah və texnikasının qeyri-effektivliyini qabarıq şəkildə ortaya qoydu. M16 avtomatı ABŞ əsgərlərinə müharibədə olmazın problemlar yaratdı. Silahı istehsal edən şirkət bildirmişdi ki, bu avtomatları təmizləməyə ehtiyac yoxdur. Odur ki ABŞ generalları Vyetnama avtomat üçün təmizləyici ləvazimatlar gətirməmişdilər. Rütubətli Vyetnam iqlimi və keyfiyyətsiz barıt öz işini görür və avtomatlar tez-tez ilişərək atmırdı. Üzə çıxdı ki, ABŞ-ın “İrokez” hərbi vertolyotları lazımi zirehə malik deyil və onları “Kalaşnikov” avtomatı ilə asanca deşmək olur. ABŞ-ın “Fantom” təyyarələri öz nəhəngliyi səbəbindən təyyarədaşıyan gəmilərin göyərtəsinə çox böyük çətinliklə enirdi. Xatırladaq ki, çəkisi 18 ton olan “Fantom” hərbi təyyarəsinin anoloqu olan Rus “Miq”lərinin çəkisi cəmi 6-8 ton idi! Vyetnamdakı ABŞ aviasiyasına komandanlıq etmiş müharibə veteranı Robin Olds bildirirdi ki, Sovet “Miq”ləri döyüşkənliyinə görə amerikan “Fantom”larından qat-qat üstün idi. ABŞ hərbi hava qüvvələrinin Oqayo ştatındakı muzeyində hələ də amerikan təyyarəçisinin rus “Miq”lərin “şeytancasına cəld təyyarələr” olması barədə yazdığı raport saxlanmaqdadır. Araşdırmalar göstərdi ki, “Fantom”ların atdığı hər 10 raketdən yalnız 1-i hədəfə dəyir. (İbrahim Sel, “Amerikan ordusu haqqında mif”)

Комментариев нет:

Отправить комментарий