ABŞ Vyetnama 540 minlik ordu kontingenti yeritsə də, qırmızı partizanlara güc gələ bilmədi. ABŞ aviasiyasının Vyetnama 7,7 milyon ton bomba tökməsi də işə yaramadı. Vyetnam müharibəsində 60 min amerikan əsgəri öldü, 2500 əsgər itkin düşdü, 300 min əsgər isə şikəst oldu. Bu siyahıya ABŞ ordusunda muzdlu xidmət edən puertorikanlar salınmamışdır. ABŞ-ın 4100 təyyarəsi, 5100 vertolyotu məhv edildi, 1000-ə yaxın pilotu əsir düşdü. Müharibə qurtaranda ABŞ-ın 550 tankı, 1200 zirehli transportyoru, 1100 təyyarəsi, 500 vertolyotu və 80 gəmisi qənimət kimi vyetnamlıların əlinə keçdi. Müharibə dövründə 27 min amerikalı ordudan qaçdı və ya hərbi xidmətdən yayındı ki, 1974-cü ildə prezident Ford onlarla bağlı əfv fərmanı imzaladı. Müharibədən yayınanlar içərisində ABŞ-ın gələcək prezidenti Bill Klinton da vardı. 1975-ci ildə ABŞ ordusu məğlub olaraq Vyetnamdan çıxdı. Uğursuz Vyetnam müharibəsinə görə ABŞ 738 milyard dollar itirdi. ABŞ-ın “Forçun” jurnalının yazdığı kimi: “Bir Vyetnam partizanının öldürülməsinə 52,5 min dollar sərf olundu”. Müharibəyə görə ABŞ-da iqtisadi vəziyyət pisləşdi, inflyasiya baş verdi, qiymətlər qalxdı, əhalinin alıcılıq qabiliyyəti aşağı düşdü və milyonlarla adam işsiz qaldı. Tarixçi Filipp Devidson yazırdı: “Bütün müharibə boyunca Birləşmiş Ştatlar hərbi əməliyyatların siyasi, iqtisadi və psixoloji nəticələrinə az diqqət yetirirlər. Dinc əhalinin qırılması, lazımsız dağıntılar heç kəsi düşündürmür, halbuki bunlar hamısı neqativ siyasi effekt yaradır”. Vyetnam müharibəsindəki uğursuzluq və itkilər ABŞ-ın ictimai-siyasi həyatında ağır fəsadlar yaratdı. 100 minlərlə insan küçələrə axışdı, müharibənin dayandırılmasını tələb etdi və hərbi komissarlıqları dağıtdılar. (İbrahim Sel, “Amerikan ordusu haqqında mif”)
Комментариев нет:
Отправить комментарий