kulis.az tədqiqatçı Adıgözəl Məmmədovun Mehriban Vəzirin rus dilindən çevirib nəşr etdiyi "Həmidə Xanım Cavanşir. Xatirələrim" kitabına yazdığı təqdimat yazısının Mir Cəfər Bağırovla bağlı hissəsinə cavab olaraq yazdığı “Mehriban Vəzir uydurma tarixçəsi ilə M.C.Bağırova niyə böhtan atır?” məqaləsini təqdim edir.
24 aprel 2019-cu il tarixdə лulis.az -da getmişMehriban Vəzirin yazısı elə ilk abzasdan yalan üzərində qurulmuşdur. Mehriban Vəzir göstərir ki, guya 30-cu illərin əvvəllərində Mirzə İbrahimov Həmidə xanımı Yazıçılar İttifaqına dəvət edərək, ona M.C.Bağırovun Qarabağ fəaliyyəti barədə müsbət yöndə bir xatirə kitabı yazmağı təklif etmişdir (yazıdan belə başa düşülür ki, bu hadisələr Sovet hakimiyyəti Azərbaycanda qurulana qədər baş vermişdir - A.M.).
Ona görə də ilk olaraq gəlin, 30-cu illərin əvvəllərinə ekskursiya edək. Xüsusilə, onu qeyd etmək istəyirəm ki, 30-cu illərin əvvəli məfhumu özü qeyri-müəyyənlik yaradan bir anlayışdır. 30-cu illərin əvvəlində Mirzə İbrahimovun 21 yaşı vardı. O, bu yaşda nə Yazıçılar İttifaqına üzv idi, nə də hər hansı birməsul vəzifəsi vardı və heç bir vəzifəsi olmayan gənc adama dövlət başçısı olan Mir Cəfər Bağırov hansı xüsusi tapşırıq verə bilərdi?
M.C.Bağırov Mirzə İbrahimovu yalnız 40-cı illərin ortalarından Cənubi Azərbaycanda proseslər başlayanda yaxından tanımışdı.
İkinci: Yazıçılar İttifaqı özü də 30-cu illərin əvvəllərində deyil, ortalarında yaranmışdır və ilk rəhbəri də Mirzə Kazım Ələkbərli olmuşdur. Yalnız 1948-ci ildə M.İbrahimov Yazıçılar İttifaqında məsul vəzifə daşımışdır.
Üçüncü: M.C.Bağırov Sovet hökuməti qurulana qədər ümumiyyətlə heç vaxt Qarabağda olmamışdır. Bunu bilmək üçün Azərbaycan Dövlət Arxivindəki, fond 1. siyahı № 405 iş 107-də saxlanılan sənədə baxmaq kifayətdir. M.C.Bağırov 17 sentyabr 1896-cı ildə Quba qəzasında anadan olmuşdur. 12 yaşına qədər müsəlman ruhani məktəbində təhsil alır. O bu məktəbdə din, fars ədəbiyyatı, Nizami və Füzuli yaradıcılığı ilə yaxından tanış olur. 1907-ci ildə valideynləri onu dünyəvi elmlərlə məşğul olan Quba orta məktəbinə göndərir. Oranı bitirdikdən sonra 1913-cü ildə Quba orta-ali məktəbində təhsilini davam etdirir. Ailəsinin maddi imkanları çatmadığından təhsilini yarımçıq qoymaq təhlükəsi yaranır. Mir Cəfərin istedadını görən müəllim heyəti tədris ocağının vəsaiti hesabına onun Petrovskidə (Həştərxanda) iki illik pedaqoji təhsilini davam etdirməyinə köməklik göstərir.
10 fevral 1915-ci ildə Mir Cəfər Bağırov Petrovskidə təhsilini başa vurduqdan sonra Quba qəzasının Xudat stansiyasında yeni açılmış ibtidai məktəbə direktor təyin olunur. O burada yeni məktəbi formalaşdırdıqdan sonra Quba qəzasının ləzgilərin daha çox yaşadığı Nəcəfkənd məktəbinə göndərilir. M.C.Bağırov burada yerli kəndli uşaqlarını təhsilə cəlb edir. Artıq burada onun siyasi xətlər, o cümlədən sosialist təşkilatları və onların proqramları ilə ilkin tanışlığı başlayır. 1916-cı ilin payızından onu Quba qəzasının iki illik yəhudi ibtidai məktəbinə keçirirlər. Bu andan sonra Bağırovun həyatının keşməkeşli dövrü başlayır. 1917-ci il Rusiyada fevral inqilabından sonra onun Quba qəzasının icraiyyə komitəsinə, Qubada yerləşmiş Penza drujinasının əsgərləri tərəfindən namizədliyi irəli sürülür və o seçilir. İcraiyyə komitəsində fəaliyyəti zamanı o burada o dövrün siyasi palitrasını özündə əks etdirən qüvvələrlə ilk dəfə tanış olur (Azərbaycan Dövlət Arxivi f 1. S. № 405 iş 107). M.C.Bağırov rus dilini yaxşı bilirdi və öz istedadı ilə həmyaşıdlarından fərqlənirdi. Öz diribaşlığı ilə siyasi hadisələri düzgün qiymətləndirən M.C.Bağırov tezliklə Quba qəzasının sayılıb-seçilən şəxslərindən biri olan Ə.Zizinskinin marağına səbəb olur. Bağırov 1917-ci ilin mart ayında Ə.Zizinski ilə yaxından tanış olur. O dövrdə Əli bəy Zizinski Quba qəzasındakı hakimiyyət boşluğunu doldurmaq üçün silahlı qüvvələr formalaşdırırdı. Əslində isə bu silahlı qüvvələr 1918-ci ilin Bakıdakı mart hadisələri zamanı erməni Hamazaspın Azərbaycanın şimalına doğru hərəkət edən quldurlardan yerli əhalini qorumaq üçün yaradılmış müdafiə qrupları idi. Əli bəy Zizinskinin məsləhəti ilə 1918-ci ilin ortalarından M.C.Bağırov Azərbaycanı tərk edir. Həştərxanda Nəriman Nərimanovla tanış olur.1919-cu ildə N.Nərimanov Həştərxanda M.C.Bağırovun siyasi əqidə bütövlüyü, hərbi sərkərdəlik qabiliyyəti və ideya təşkilatçılığını nəzərə alaraq onu müsəlman polkunun komissarı vəzifəsinə irəli sürmüşdür. Az sonra o, 34-cü diviziyanın hərbi komissarı təyin edilir. M.C.Bağırov yalnız 1920-ci ilin mayında Azərbaycana qayıdaraq Bakıya gəlir və Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin xüsusi tapşırığına əsasən Dadaş Bünyadzadə ilə birgə Qarabağa göndərilir. O inqilabi şuranın Qarabağ bölgəsində Azərbaycan ordusunun təşkili üzrə səlahiyyətli nümayəndəsi təyin edilir. Az sonra M.C.Bağırov Qarabağ Vilayəti Hərbi Şurasının sədr müavini və Vilayət Partiya Komitəsinin Rəyasət Heyətinin sədrinin birinci müavini seçilir (Bunu Azərbaycan Dövlət Arxivindəki f1; S 122. iş 107, səh. 13 sənədində görmək olar).
Sual olunur: Qarabağın rəsmi ali rəhbərlərindən biri olan M.C.Bağırov, M.Vəzirin təbirincə desək, hər hansı "qeyri-qanuni quldur dəstəsi”nə nə üçün başçılıq etməli idi?
Məhz o günlər N.Nərimanovun əsas milli silahdaşı olan M.C.Bağırov Qarabağda daşnak ermənilərlə mübarizə aparmış, tarixi ərazimiz olan Qarabağın daşnaklardan təmizlənməsində müstəsna xidmətləri və hərbi təşkilatçılıq fəaliyyətləri olmuşdur.
Sual olunur: M.Vəzir erməni daşnaklarının başını əzmiş M.C.Bağırova böhtan atmaqla kimə, nəyə və hansı məqsədlərə xidmət edir?
Təsadüfi deyil ki, 11-ci ordunun Pankratov sayağı özbaşınalıqlarına son qoymaq üçün N.Nərimanov M.C.Bağırovu Bakıya dəvət edərək 11-ci ordunun hərbi tribunal şöbəsinin sədri vəzifəsinə təyin edir.
Eyni zamanda da Mehriban Vəzirin siyasi alver mövzusuna çevirdiyi 1937-ci il siyasi repressiya hadisələrində arxiv sənədləri işığında da aydınlıq gətirmək istəyirəm. Sözsüz ki, Azərbaycan oxucularının böyük əksəriyyəti uydurmalar hesabına bütün siyasi repressiya proseslərinin başında M.C.Bağırovun durduğunu eşidib və oxuyublar. Lakin uzun illər apardığım tədqiqatlar M.C.Bağırovun sinfi mübarizənin əleyhinə olduğu qənaətinə gəlməyimə səbəb olmuşdur.
Nəzərə almaq lazımdır ki, hələ M.C.Bağırovun Azərbaycandan uzaqlaşdırıldığı və Tiflisdə olduğu müddətdə (1927-ci ildən 1929-cu ilə qədər olan dövr), artıq Sovet İttifaqının həbsxanalarında, siyasi təcridxanalarında və sürgündə bir milyona qədər insan vardı. Bu insanların çoxu müxalifətdə dayanan partiya üzvləri, Sovet müəssisələrində vicdanla çalışmış «burjua» mütəxəssisləri idi. Bütün respublikalardakı həbsləri, adətən «millətçilər», «NEP əleyhdarları» adları altında aparırdılar. 1930-1932-ci illərdə isə bütün kəndlərdə şəxsi torpaq sahəsi olanlara sarsıdıcı zərbələr vurulur, evləri və əmlakları yeni yaradılan kolxozlara verilirdi.
2 iyun 1937-ci ildə Stalinin iştirakı ilə SSRİ müdafiə komissarlığının hərbi şurasının geniş iclası keçirilir. K.Y.Voroşilov məruzə ilə çıxış edərək hərbi dövlət çevrilişində iştiraka cəhd etmiş hərbi komandirlər Tuxaçevskinin, Putnanın, Korkun, Yakirin, Ubereviçin həbs olunduqlarını söyləyir. Beləliklə Stalin 1937-ci il iyun plenumuna bir neçə gün qalmış bu “xəyanəti” həyata keçirmək istəyənləri neytrallaşdırır. Artıq ordudakı rəhbərliyə Stalinin inamı itdiyindən, o ancaq XDİK-yə (Xalq Daxili İşlər Komissarlığı) arxalanırdı.
Onu da qeyd etmək istəyirəm ki, sözsüz, istintaq zamanı müstəntiqlər həbs edilmiş Aleksey Rıkovdan (keçmiş Xalq Komissarları Sovetinin sədri) ona yaxın olanlarla maraqlanırdı. Rıkov isə ona yaxın olan adamların siyahısını təqdim edirdi. Məsələn, o qeyd edir ki, mənim Zaqafqaziyada Qəzənfər Musabəyov, Orxealaşvili və sairələri ilə əlaqələrim var. Bununla da növbəti istintaqa yeni vəzifəli şəxslər və insanlar cəlb olunurdu. Qəzənfər Musabəyovun istintaqı zamanı isə o Ruhulla Axundovla yaxın münasibətlərini bildirir və bununla da dairə genişlənirdi. (Nəzərə alsaq ki, Ruhulla Axundov öz şəxsi anketində vaxtilə «Eser» partiyasının üzvü olduğunu da göstərmişdi).
M.C.Bağırov Ruhulla Axundovla çox yaxın dost olmuşdular. Məsələn, Əlheydər Qarayev və Levon Mirzoyan cütlüyünün canfəşanlığı ilə 1927-ci ildə bütün vəzifələri əlindən alınmış M.C.Bağırov Azərbaycanı tərk edir və Tiflisə dostu Beriyaya pənah aparır. M.C.Bağırov L.P.Beriyanın köməkliyi ilə Zaqafqaziya federasiyası su təsərrüfatı komissarlığına işə düzəlir.
M.C.Bağırovun Bakıdan uzaqlaşdırılmasının səbəblərini və Tiflisdəki vəziyyəti barədə ən məhrəm məlumatı Moskvada partiya kurslarında olan yaxın dostu Ruhulla Axundova yazır. O, Ruhulla Axundova məktub yazır. Bu məktub Azərbaycan Respublikasının Dövlət Arxivinin xüsusi fondunda saxlanılır. 1929-cu ilin 6 mayında Tiflis şəhərinin Piroqov-8 ünvanından Ruhulla Axundova göndərilib. Məktub «Əzizim, Ruhulla» sözləri ilə başlayır. Əvvəlcə M.C.Bağırov Ruhulla Axundovun səhhəti ilə əlaqədar narahat olduğunu və Bakını tərk edən zaman onunla sağollaşmadığına görə özünü bağışlaya bilmədiyini söyləyir. O məktubunda qeyd edir: «Serqo Orcоnikidzenin qəti göstərişinə əsasən Bakını tərk etmək məcburiyyətində qaldım. Elə başa düşürdüm ki, burda (Tiflisdə) yeni vəzifəmi normal şəraitdə icra etməyə başlayacağam. Lakin çox təəssüf ki, əksinə yüz dəfə ağır şəraitə düşdüm və əvvəlcədən mənə qarşı hazırlanmış «tələlərlə» üzləşdim. Sanki bu vəhşiləşmiş insanlar məni ilk işıq dirəyindən asmağa hazır dayanmışdılar. Mənə qarşı olan münasibətin əsasını isə Azərbaycan rəhbərliyinin (L.Mirzoyan - Ə.Qarayev - Novruzov birliyi -A.M.) mənim barəmdə mərkəzə ötürdükləri informasiyalar formalaşdırır. Amma bu rəhbərlər başa düşmürdülər ki, respublikada törətdikləri əməlləri ört-basdır edə bilməyəcəklər. Məsələn, Azərbaycan siyasi idarəsinin əməkdaşları Lənkəranda qeyri-leqal sərhədi keçmək istəyən mollanı vəhşicəsinə boğub öldürüblər. Bu hadisədən hiddətlənən kənd əhalisi mollanın meyitini geri almaq istəyəndə siyasi idarə əməkdaşları narazı olan insanlarla amansız davranmışlar. Bu da son nəticədə yüzlərlə günahsız kəndlilərin həbsinə gətirib çıxarmışdır. Kənd əhalisi məcburiyyət qarşısında qalıb Bakıya öz aralarından nümayəndə heyəti göndərmək qərarına gəlirlər. Artıq kəndlilərin narazılığı etiraz üsyanına keçən vaxtdan sonra Bakıdan dövlət komissiyasının üzvləri Lənkərana gəlir».
Məktubda M.C.Bağırov bu cür misalların saysız-hesabsız olduğunu Ruhulla Axundova bildirir. Sonra M.C.Bağırov yazır: «Yuxarıda qeyd etdiyim rəhbərlərin özbaşınalıqları və törətdikləri əməlləri barədə bildiyimə görə məni tamam sıradan çıxartmaq və ya fiziki cəhətdən məhv etmək istəyirlər. Lakin hələ ki fiziki cəhətdən məni sıradan çıxartmaq onlara müyəssər olmamışdır. Onlar saxta sənədləri quraşdırıb mənə qarşı ittiham irəli sürməyə cəhd edirlər. Lakin Zaqafqaziya partiya təşkilatlarının məni müdafiə etdiklərini görərək yuxarıda göstərdiyim qondarma ittihamları mənə qarşı söyləməyə ehtiyat edirlər. Bununla yanaşı mən özümə söz verdim ki, danışmayım. Çünki mənim çıxışlarım nəinki Azərbaycan rəhbərliyinin, həmçinin burda (Tiflisdə - A.M.) yoldaş Oroxelaşvilinin də xoşuna gəlmir. Bununla belə respublikadakı yoldaşlar Azərbaycandakı bir qrup rəhbərlərə qarşı nə vaxt radikal qərarın veriləcəyi barədə mənə suallarla müraciət edirlər».
Sonra M.C.Bağırov özü və ailəsi haqqında məktubda Ruhulla Axundova məlumat verir: «Görəndə ki, mənə qarşı ədalətli münasibətə ümid etməyinə dəyməz, özümü sakitləşdirmək üçün 200, bəzən 205 səhifə gündəlik kitab oxuyuram. Məsələn, 1) «Leninə görə aqrar suallar» kitabının IX tomunu 2 dəfə, 2) «Rusiyada inkişaf etmiş kapitalizmin həqiqətləri», 3) «Partiya qurultaylarının tarixi» (müxtəlif mənbələrdən), 4) «Lenin kooperasiya haqqında» (bütün onun məqalələri və çıxışları), 5) «Kapital» əsərini və sairə. Gürcü dostlarım da (Beriya nəzərdə tutulur – A.M.) mənə köməkliklərini əsirgəmirlər. Oğlum Cahangirdən (Volodya) məktub almışam. Məktubunda Ömər Xəyyamın, Mirzə Şəfi Vazehin əsərlərini oxuduğunu deyir. Sentyabrda Qubadan Bakıya qayıdacağını söyləyir. Deyəsən bir az xəstələnib, yaman ondan nigaranam. Ancaq bacılarımın gözləri ürəyimin parasının (oğlu Cahangiri nəzərdə tutur – A.M.) üstündədir. Ona görə də arxayınam. Səndən xahişim odur ki, (Ruhulla Axundovu nəzərdə tutur – A.M.) məndən incimə, hələlik vəziyyətim pis deyil. Həyat yoldaşım və oğlumun adından sizin ailəyə salam çatdırıram».
1937-ci ilin ikinci yarısından repressiyaların miqyası çox genişləndirildi. Moskvadan göndərilmiş Xalq Daxili İşlər Komissarının 00447 №-li əmrinə əsasən Sovet İttifaqında repressiyaların həcmi görünməmiş səviyyəyə çatdı. Ona görə də bütün SSRİ-nin respublika, vilayət və diyar rəhbərləri bu əmrlə bağlı mərkəzin tapşırığının yerinə yetirilməsi ilə əlaqəli Stalinə hesabat verirdilər. Bu gün bəzi mətbuat orqanlarında M.C.Bağırovun öz təşəbbüsü ilə represiyaların həyata keçirilməsi ilə bağlı məktub yazması da açıq-aşkar kontekstdən çıxarılmış məqsədyönlü dezinformasiyadır. Təsadüfi deyildir ki, məhz bu əmrdən sonra Moskvada MK-nın böyük əksəriyyət üzvləri həbs olundular. 1937-ci ilin sentyabrında Kommunist bolşeviklər partiyasının plenumunda Stalin məlumat verirdi: “İyun plenumundan indiki plenuma qədər bizim sıralarımızdan MK-nın bir neçə üzvü çıxmış və həbs olunmuşdur: Zelenskiy, Lebed, Nosov, Patnitskiy, Xataeviç, İkramov, Krinitskiy, Vareykis - 8 adam. MK üzvlüyünə namizədlər arasından həbs olunanlar isə 16 nəfər idi.”
Sonralar da MK-nın digər üzvlərinə və namizədlərinə qarşı repressiya davam etdirildi. Bubnov, Kosarev, C.Kosior, Mejlauk, Pospışev, Ruximoviç, Çubar, Eyxe və başqaları həbs olundular. 1938-ci ilin axırına kimi partiyanın Mərkəzi Komitəsinin 70 faizi repressiya olundu.
«Arqumentı i faktı» qəzetində (Moskva, 1989, № 5) çap edilən yazıda stalinizmin ümumi qurbanlarının sayı göstərilirdi, 1939-cu ilin yanvarın 1-nə qədər «QULAQ»dakı 1.317195 dustağın 830.491-i rus, 181.905-i ukraynalı, 44.785-i belorus, 24.894-ü tatar, 24.499-u özbək, 19.758-i yəhudi, 18.572-i alman, 17.123-ü qazax, 16.860-ı polyak, 11.723-ü gürcü, 11.064-ü erməni, 9352-i türkmən, 4874-ü başqırd, 4347-i tacik, qalan 96.948-i 100-dən çox millətin nümayəndələri idi.
Həbs edilənlərin yaş həddi belə idi 18 yaşdan az olanlar – 1, 2%; 18-dən 21 yaşa qədər olanlar – 9,3%; 22-dən 40 yaşa qədər olanlar – 63,6%; 41-dən 50 yaşa qədər olanlar – 16,2%; 50 yaşdan yuxarı olanların sayı – 9,7%. Böyük Vətən müharibəsinə qədər məhbusların 93 faizini kişilər, 7 faizini isə qadınlar təşkil etdiyi halda, 1944-cü ilin iyulunda 74 faizi kişilər, 26 faizi isə qadınlar təşkil edirdi («Arqumentı i faktı» qəzeti, 1990-cı il, 1-7 sentyabr).
Göründüyü kimi "Arqumentı i faktı" qəzetində azərbaycanlıların sayı göstərilmir. Çünki digər respublikalara nisbətdə say çox azdır. Ancaq biz bu sayı Azərbaycan SSR Prokuroru Babayev Adil Salman oğlunun 4 may 1955-ci ildə Azərbaycan KP MK-nın birinci katibi İ.Mustafayevə təqdim etdiyi arayışdan öyrənə bilərik (Azərbaycan Respublikası Dövlət Arxivi : fond 1, siyahı 44, iş 251, vərəqə 4 - bu siyahını artıq açıq mənbələrdən əldə etmək olur və mətbuatda dərc edilib -A.M.). Belə ki, 30 aprel 1954-cü ildə Azərbaycan SSR Prokuroru vəzifəsinə təyin olunmuş (M.C.Bağırovun həbsindən sonra - A.M.) Babayev Adil Salman oğlu 4 may 1955-ci ildə Azərbaycan KP MK-nın birinci katibi İ.Mustafayevə təqdim etdiyi arayışda 1937-38-ci illərdə 2846 nəfərin siyasi repressiyalara məruz qaldığını bildirir və arayışa siyasi repressiya olunanların siyahısını əlavə edir. Onu da nəzərə almaq lazımdır ki, o dövrdə qonşu Ermənistanın əhalisi Azərbaycandan 3 dəfə az idi. Bütün bunlar onu göstərir ki, M.C.Bağırov mümkün qədər bu repressiyalardan Azərbaycanın daha az zərərli çıxmasına çalışmışdır. Təəssüf ki, o dövrdə bir çox yazarlarımız, ziyalılarımız bir-birlərindən Moskvaya, M.C.Bağırovun başının üstündə donoslar yazırdılar, bununla da onun əl-qolunu bağlayırdılar. Təsadüfi deyil ki, illər sonra Üzeyir Hacıbəylinin dəfn mərasimində, mərhum bəstəkarımızla vidalaşma mərasimi keçiriləndə Mir Cəfər Bağırov foyedə onlardan bəzilərini görür və hiddətlə "Moskvaya qalaq-qalaq donoslar yazmaqla Üzeyiri siz öldürdünüz" - deyir. Çünki bu “donosçik”lərin ucbatından o bir çox Azərbaycan ziyalılarını qorumaq üçün birbaşa Stalinə müraciət edirdi, məsələn, sözü gedən Üzeyir Hacıbəyliyə, Əliağa Şıxlinskiyə və digərlərinə görə. Çünki Nikolay Yejov onun bütün müraciətlərinə məhəl qoymurdu. M.C.Bağırovu susdurmaq üçün yerli donosçu “ziyalılarımızın” adından XDİK-nın nümayəndələrinə, bir çox hallarda N.Yejovun adına müraciətlər olunurdu. Bir çox ədiblərimizi əks-inqilabçı dəstələrlə əlaqədə günahlandıraraq M.C.Bağırovu bunları ört-basdır etməkdə və onları qorumaqda günahlandırırdılar. Ona görə də həbslər barədə birbaşa Moskvadan əmrlər gəlirdi. Bax bu baxımdan, M.C.Bağırovun yaxın silahdaşlarını da, o cümlədən də ondan sonra ən yüksək vəzifəni tutmuş Azərbaycan Nazirlər Sovetinin sədri Hüseyn Rəhmanovu da, həbs edirlər. M.C.Bağırov ona görə də Stalinə müraciət edir: “Moskva MK(b)P Mərkəzi Komitəsi, Stalinə. Sentyabrın 7-dən başlayaraq Xalq Komissarları Sovetinin sədri Hüseyn Rəhmanovun xəstəliyi şiddətlənmişdi, ağ ciyərindən qanaxma başlamışdır. Onda şəkər xəstəliyi də aşkar etmişlər. H.Rəhmanovun konsilium və müalicə üçün Moskvaya göndərilməsinə icazə verməyinizi xahiş edirəm. Azərbaycan K(b)P MK katibi M.C.Bağırov. 13 sentyabr 1937-ci il”.
Buna cavab olaraq elə həmin günlər Mir Cəfər Bağırovun başı üstündən Moskvaya tamamilə başqa məzmunda məxfi məlumatlar göndərilirdi: “1933-cü ildə «əksinqilabçı millətçi qrupunun üzvü olmuş» H.Rəhmanov M.C.Bağırovun təqdimatı ilə 1935-ci ildə Lenin ordeni ilə təltif olunmuşdur”.
Lakin Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin katibi, yaxın silahdaşı, Azərbaycan SSR Xalq Komissarları Sovetinin sədrini repressiyadan xilas edə bilmədi və edə də bilməzdi. Çünki onun rəsmi xahişi ilə müraciət etdiyi Stalin 1937-ci ildə ən yaxın qohumlarının belə xahişlərinə məhəl qoymamışdı. Onunla birgə birinci arvadı olmuş Ketonun qardaşı, köhnə bolşevik Svanidze həbs olunub güllələnmişdi, arvadı Mariya Svanadze həbs düşərgəsinə göndərilmişdi. Stalinin baldızı Yekaterina da 1937-ci ilin məhbusları arasında idi. Bax belə bir mühitdə M.C.Bağırovun ziyalılarımızı qorumaq baxımından etdiyi canfəşanlığına cavab olaraq, Stalinin təkidi ilə ÜİK(b)P MK katibi A.A.Jdanov Azərbaycan KP MK-ya, şəxsən Mir Cəfər Bağırova göndərdiyi məktubda (bu məktub onun məhkəməsində oxunmuşdur) M.C.Bağırovu əks-inqilabçı düşmənlərin, sosializm əleyhdarlarının tapılıb ifşa edilməsində qətiyyətsizlik göstərdiyinə görə günahlandırırdı. Sözsüz ki, bu xəbərdarlıq məktubu əsassız deyildi. Artıq Kremlə M.C.Bağırovun milli ruhlu Azərbaycanın bu və ya digər görkəmli ictimai-siyasi xadimlərini xilas etmək üçün birbaşa Sovet rəhbərlərinə göndərdiyi müraciətlərə görə agentlərinin M.C.Bağırovdan mərkəzə göndərdikləri məxfi siqnallar ona qarşı yuxarıdakı xəbərdarlıq məktubunun əsasını formalaşdırırdı.
Bütün bu hadisələrin məntiqi nəticəsi kimi 1938-ci ilin yanvarında N.İ.Yejovun tapşırığı ilə Bakıya SSRİ Daxili İşlər Komissarlığından böyük bir qrup komissiyası gəlir. Komissiyanın əsas məqsədi respublika rəhbərliyinin əks-inqilabla mübarizəsinin zəif təşkil edilməsini və M.C.Bağırovun əks-inqilabçılara qayğı ilə yanaşmasını üzə çıxartmaq idi. Moskvadan gələn komissiya isə M.C.Bağırovun həbsini əsaslandırmaq üçün müəyyən işlər görür və bu yoxlamanın nəticələri kimi onun millətçi-təmayülçü olmağı barədə Moskvaya məlumatlar ötürürlər. Bu məlumatlarda onun «Hümmət» təşkilatı ilə əlaqələri xüsusi vurğulanırdı.
Lakin hadisələrin məcrası L.P.Beriyanın 1938-ci ilin yazında SSRİ Xalq daxili işlər komissarının müavini seçildikdən sonra dəyişilir. Beriya bu vəzifəyə gəldikdən sonra onun ilk işlərindən biri kimi N.İ.Yejovun tapşırığı ilə Bakıya göndərilmiş komissiyanın düzgün yoxlanış aparmadığı barədə Stalinə məlumat vermək olur. Şübhəsiz, istər Beriya, istərsə də M.C.Bağırov Zaqafqaziyada onların iradəsindən asılı olmayan ədalətsiz həbslərin səbəbkarı kimi N.İ.Yejovun nə vaxtsa məsuliyyət daşıyacağını bilirdilər. Buna görə də 1938-ci ilin 24 noyabrında Siyasi büro Yejovu SSRİ xalq daxili işlər komissarı vəzifəsindən azad edir. Bu vəzifəyə isə L.R.Beriya seçilir. Çox keçmir ki, 1939-cu ilin aprel ayında Beriyanın tapşırığı ilə Sumbatov-Topuridzenin rəhbərliyi altında əməliyyat qrupu (baxmayaraq ki, Sumbatov o dövrdə Moskvada NKVD-nin təsərrüfat şöbəsi müdiri idi – A.M.) N.İ.Yejovu həbs edir. 4 fevral 1940-cı ildə N.İ.Yejovun cinayətləri sübut edilərək güllələnmə cəzasına məhkum edilir.
Sonda Mehriban Vəzirə son sualım budur ki, görəsən o dövrdə Azərbaycan rəhbərliyində M.C.Bağırov deyil, ona qədər olan Levon Mirzoyan və Ruben olmuş olsaydı, bizim taleyimiz necə olacaqdı, repressiyaların miqyasının hansı səviyyədə olacağını təsəvvür edirmi?! M.C.Bağırovun həyatı bahasına qoruya bildiyi Üzeyirlərimizi və digər say-seçmə ədiblərimizi qoruya biləcəkdikmi?

Комментариев нет:
Отправить комментарий