Bu gün Türkiyə ilə bağlı ütülü status yazan hər kəs bilir ki, İdlib məsələsində haqsız vəziyyətdə olan kimdir.
Putin və Ərdoğan görüşündən kimin daha uduşlu çıxdığını da gözəl bilirlər. Türklər demişkən, sadəcə günü qurtarmaq üçün ütülü statuslar yazırlar.
Suriya ordusu İdlib əməliyyatlarının başlamasından sonra azad etdiyi ərazilərdən geri çəkilməyəcək. Digər faktlara göz yumsaq belə bu fakt kifayətdir ki, Suriya tərəfinin bu atəşkəsdən daha qazanclı çıxdığını anlayaq.
Hər kəs başa düşür ki, gec-tez Türkiyə İdlibi tərk edəcək. Bəşər Əsəd son müsahibəsində bunu aşkar dilə gətirdi.
Sitat: “İdlib azad edildikdən sonra Suriya ordusu ölkənin şərq əyalətlərini terrorçulardan azad etmək üçün əməliyyatlara başlayacaq”.
Bəşər Əsədin belə rahat olmasına bir nömrəli səbəb Rusiyanın ortaya qoyduğu siyasi iradədir.
Rusiyadan Suriya məsələsində İraqdakı kimi davranış gözləyənlər yanıldılar. Çünki, Rusiya doxsanıncı illərin Rusiyası deyil.
Zəifləmiş, büdcəsində siçanlar oynayan Yeltsin Rusiyası ilə Putin Rusiyasını eyni tərəziyə ancaq bizim “çoxbilmişlər” qoya bilərdilər.
Комментариев нет:
Отправить комментарий