Tanınmış rus ruhanisi və mütəfəkkiri Dmitri Dudko yazırdı: “Stalin Allah tərəfindən göndərilmiş xüsusi adam idi. Stalin Rusiyanı qoruyub saxladı. Stalin ata kimi Rusiyanın qayğısına qaldı. Kənardan Stalin ateist kimi görünür, amma əslində o inanclı adam idi. Öləndə Rus Pravoslav Kilsəsi ona dualar oxudu və həmin Allahsız dönəmdə bu təsadüfi deyildi... Biz bunu başa düşmürük”.
Stalin hakimiyyətdə oturuşduğu ilk illərdən dinə qarşı təzyiqlərin qarşısını aldı. Məbədlərin, səcdəgahların sökülməsi prosesini dayandırdı. Bolşeviklər Konstitusiyaya dini ayinlərin qadağan olunması, din xadimlərinin, keçmiş ağqvardiyaçıların, “xeyirli işlərlə məşğul olmayan bütün şəxslərin” seçici hüququndan mərhum edilməsi kimi maddələr salmaq istəyirdilər- Stalin buna da imkan vermədi. O hakimiyyətə oturuşandan sonra dini qadağaların aradan qaldırılması sahəsində böyük işlər gördü. Bolşeviklərin qadağan etdiyi dini mərasimlər yenidən keçirilməyə başlandı. Ateizm yoluna qədəm qoymuş intelligensiya arasında dini məsələlərə maraq müşahidə olundu. Bolşeviklərin bağladığı məbədlərə yenidən insanlar axışdı. İnsanlar SSRİ-də sərbəst şəkildə ayinlər icra edir, rus müqəddəslərinə dualar oxuyurdular. Cəmiyyətdə dini kitablara böyük maraq yaranmışdı. Pravoslav müqəddəsi İoann Kronştadskinin, arxiyepiskop İlarion Troitskinin, antisionist mütəfəkkir Sergey Nilusun əsərləri əldən-ələ gəzirdi. Kilsənin ruhani həyatı canlanmışdı. Ədəbi və mədəni dairələrdə Xilaskar, Qiyamət günü barədə müzakirələr aparılır, dini kitablar paylanırdı. Rusiya şəhərlərində pravoslav bayramları günü hətta şagirdlər belə məktəblərə getməyib kilsələrə axışırdı. 1935-ci ildə Rusiya məktəblərində keçirilən sorğu zamanı şagirdlərin çox hissəsi Allaha inandığını bildirmişdi. Tikinti meydançalarında çalışan gənc fəhlələr dini bayramlar zamanı işə çıxmırdı. Mənbələrdən aydın olur ki, əgər inqilaba qədər dini bayramlar bir gün qeyd olunurdusa, 1930-cu illərdə 3-4 gün qeyd olunmağa başlanmışdı. Stalinin dəyanəti inanclı insanlara böyük ruh vermişdi. Yeni səcdəgahlar meydana çıxır, ikonalar təzələnir, ziyarətlər intensivləşirdi. On minlərlə uşaq və yeniyetmənin qatıldığı dini yürüşlər müşahidə olunurdu. Gənc nəslin inamının möhkəmləndirilməsi üçün aksyalar keçirildi. Rusiya milli ideologiyası Pravoslav Kilsəsi ətrafında yenidən nəşət alır və möhkəmlənirdi.
Stalin özündən əvvəlki ateist rəhbərləri sevmirdi və onların antidini addımlarına qarşı mətinliklə mübarizə aparırdı. O deyirdi ki, yəhudi bolşeviklər yalnız başqa dinlərə münasibətdə ateistdirlər, onlar öz dinlərindən ikiəlli yapışıblar. Onun 12 sentyabr 1933-cü ildə verdiyi əmrdə deyilirdi: “Dini məbədlərin dağıdılaraq yerində bina tikilməsinə son qoyulsun, bundan sonra məbəd və kilsələr tarixi memarlıq abidəsi hesab olunsun”. Sovet hökumətinin rəhbəri Vladimir Lenin 1 may 1919-cu ildə 13666/2 nömrəli belə bir fərman vermişdi: “Din xadimləri və dinlə tez bir zamanda qurtarmaq lazımdır. Din xadimlərini əks-inqilabçı və sabotajçı kimi həbs etmək, rəhm etmədən güllələmək lazımdır. Dini məbədləri bağlamaq lazımdır. İbadət yerlərini möhürləmək və anbarlara çevirmək lazımdır”. Sovet hökumətinin dinlə və dindarlarla mübarizəsi da məhz bu fərmandan sonra başlamışdı. 1939-cu ildə hakimiyyətdə möhkəmlənən Stalin Leninin həmin fərmanını ləğv etdi. Stalinin 11 noyabr 1939-cu il tarixli qərarında deyilirdi: “Bundan sonra dindarların həbsi və təqibi məqsədəuyğun sayılmasın, Leninin “Dindarlarla və dinlə mübarizə barədə” 1 may 1919-cu il tarixli göstərişi ləğv olunsun, nahaq yerə həbs olunmuş din xadimləri azadlığa buraxılsın”. Stalinin bu qərarından sonra 800 min dindar həbsdən azad edildi. Stalinin dini dəstəkləməsi və dindarları repressiyadan qorumasına dair saysız-hesabsız sənədlər mövcuddur. Dövlət təhlükəsizlik orqanlarının rəhbərlərindən biri Menjinskiyə yazdığı məktubda göstərirdi ki, dini məbədlərin sökülməsinə imkan verməyin. “Bahadurlar” komik operası dini aşağılayan detalları olduğuna görə Stalinin əmri ilə repertuardan yığışdırılmışdı.
Söylənilir ki, 1941-ci ildə Moskvanın ağır vəziyyətdə olduğu bir vaxtda Stalin hamının Blajennaya Matryona kimi tanıdığı müqəddəs ananın hüzuruna gəlmişdir. Matryona Stalini sakitləşdirərək demişdir ki, narahat olma, şəhər təslim olmayacaq və sən düşmən üzərində qələbə çalacaqsan. Müqəddəs ana Vətənin böyük oğluna xeyir-dua verərək mübarizəyə ruhlandırmışdı. 1941-ci ilin qışında Stalin Rus Pravoslav Kilsəsinin ali ruhani təbəqəsini yanına, Kremlə çağırmış və onlardan xahiş etmişdir ki, qələbə üçün dua oxusunlar. Stalinin əmri ilə Müqəddəs İkona təyyarəyə qoyulmuş və Moskvanın başına fırladıldılmışdır.
Stalin 1942-ci ilin yazında Moskvada uzun illər qadağan olunmuş Pasxa bayramının keçirilməsinə icazə verdi. 4 sentyabr 1943-cü ildə o Kremlə Rus Pravoslav Kilsəsinin metropolitlərini çağırdı (leninçilərin hakimiyyəti dövründə onlar həbs olunmuşdular), onlara tapşırıq verdi ki, din təbliğ edilsin və kilsə həyatı dirçəldilsin. Stalin bildirdi ki, bundan sonra dövlət din xadimlərini təqib etməyəcək, əksinə tam dəstək verəcək. Stalinin tapşırığı ilə dini işlər üzrə şura yaradıldı, dini məbədlərin, məktəblərin tikilməsi və nəşrlərin buraxılması ilə əlaqədar planlar cızıldı. Sovet hökumətinin dinə qarşı təzyiqlərinə tam son qoyuldu. Pravoslav-Boqoslov İnstitutu, Moskva Ruhani Akademiyası və Seminariyası yaradıldı. SSRİ-də əvvəllər qapadılmış 20 min məbəd yenidən açıldı. Dini işlər üzrə şuranın Stalinə göndərdiyi gizli məruzələrdən aydın olur ki, həmin dövrdə dini məbədlərə üz tutan insanları sayı kəskin dərəcədə çoxalmışdı. 1944-cü ildə Pasxa qeyd olunarkən Moskvadakı 30 məbədi təkcə səhər tezdən 120 min adam ziyarət etmişdi. Dini ayinləri yerinə yetirmək üçün gələn insanların içində çoxlu sayda hərbçi də vardı. İnanclı insanların sayı get-gedə artmaqdaydı. Moskva vilayəti rayonlarının 90 kilsəsində Pasxa qeyd olunarkən 1943-cü ildə 95 min adam gəlmişdisə, 1944-cü ildə 148 min adam gəlmişdi.
Stalin döyüş meydanına göndərdiyi sərkərdələr qarşısında çıxışı zamanı adətən belə deyirdi: “Allah kömək olsun”, ya da “Allah sizə dayaq olsun”. Müasirləri bildirirlər ki, həmin dövrdə Stalini Kremldə tez-tez dindarların əhatəsində görmək olurdu. Hakimiyyətdə möhkəmlənəndən sonra o ətrafına ateist kommunistləri yox, dini düşüncəli, imanlı insanları yığmışdı. Əvvəllər Çar zabiti olmuş, dini dünyagörüşlü marşal Boris Şapoşnikov Stalinlə yaxın dost idi. Məhz Şapoşnikovun tövsiyyəsi ilə orduda trotskistlərin əvvəllər yığışdırdığı Çar ordusu paqonlarını və formasını Stalin yenidən bərpa etmişdi. Genştabın rəisi marşal Aleksandr Valisevski keşiş oğlu idi. Marşal Qriqori Jukov da inanclı adam idi və kilsəyə dəstək verirdi. Belorusiyada keşişlərdən biri Jukova demişdi ki, almanlar kilsə zənglərini söküb aparıblar; Jukov ora bir vaqon zəng göndərmişdi və bir bölük əsgər ayırmışdı ki, qurmaqda kömək etsinlər.
1945-ci ilin aprelində Stalin Patriarx Aleksiyi qəbul etmiş, onunla vətənin taleyi ilə bağlı məsələləri müzakirə etmişdi. Bu görüşdə onlar ölkədə dini təhsilin və dini kitabların çapının genişləndirilməsi qərarına gəlmişdilər. Müharibə dövründə Rusiyanın qələbə çalması üçün daim dualar edən Livan mitropoliti İliyanı Stalin 1947-ci ildə ölkəyə dəvət etmiş, ona bahalı hədiyyələr bağışlamışdı. Stalinin ona münasibətindən təsirlənən mitropolit İliya belə demişdi: “Mən xoşbəxtəm ki, Müqəddəs Rusiyada Pravoslav İnamının dirçəlməsini görmək mənə qismət oldu. Allah və Müqəddəs Ana bizim ölkəmizdən üz döndərmədilər, əksinə xüsusi iltifatla yad etdilər”.
Müharibədən sonra Rusiya, Belorusiya və Malorusiya ərazisində minlərlə dini məbəd fəaliyyətə başladı. Əgər 1946-cı ildə Rus Pravoslav Kilsəsinin 10 544 prixodu vardısa, üç ildən sonra bu rəqəm 14 477-yə qalxdı. Bolşeviklər tərəfindən qapadılmış Troitse-Serqiyeva Lavrı 1946-cı ilin Pasxa bayramında yenidən açıldı. Moskva və Leninqrad dini akademiyaları, o cümlədən 8 dini seminariya işə başladı ki, bu məktəblərdə hər il yüzlərlə ruhani yetişirdi. “Moskva Patriarxiyasının Jurnalı” rus insanlarının dini maariflənməsində mühüm rol oynayırdı. Müharibədən sonra praktiki olaraq ateist ədəbiyyatın çapına son verilmişdi. Stalin Mərkəzi Komitənin antidini qətnamələrini dayandırmışdı. O patriotik qüvvələrin konsolidasiyasında və Vətənin qüvvətləndiliməsində Pravoslav Kilsəsinin rolunu önə çəkirdi. Pravoslav Kilsəsinin mövqelərini möhkəmləndirməklə yanaşı Stalin yad sektalarla da kəskin mübarizə aparırdı. Müharibə dövründə faşistlərlə aktiv əməkdaşlıq etmiş uniat, eləcə də Qərbin SSRİ-də təsir agentlərinə çevrilmiş katolik və protestant kilsələrinin fəaliyyəti məhdudlaşdırılmışdı. Rusiya dindar ictimaiyyəti arasında Vatikanın pozucu fəaliyyəti barədə müzakirələr aparılırdı. 1948-ci ilin iyulunda Moskvada keçirilən Ümumpravoslav Müşavirəsində masonların dinə təsiri kəskin tənqid olundu və “şeytanlardan” qorunmağın vacibliyi vurğulandı.
Stalin yeganə Sovet lideridir ki, Rus Pravoslav kilsəsinin dəfn ritualına və matəm duasına layiq görülmüşdür. Rusiyanın patriarx Serqiy Straqorodski, patriarx 1-ci Aleksiy Simanski, iqumen Evstafiy Jakov kimi tanınmış din xadimləri Stalini dindar hesab etmişlər və ona böyük ehtiramla yanaşmışlar. Rusiya kilsələrinin bir çoxunda onun ikonası vurulmuşdur. Rus Pravoslav Kilsəsi Stalini Müqəddəslər cərgəsinə aid edib ad vermək məsələsini dəfələrlə qaldırsa da ölkədəki iudey 5-ci kolon buna imkan verməmişdir. Tanınmış din xadimi Dmitriy Dudko yazırdı: “Stalin inanclı adam idi, pravoslav idi. Təsadüfi deyil ki, müharibə dövründə o insanlara din xadimləri kimi “Əziz qardaş və bacılar” deyə müraciət edirdi. O da təsadüfi deyil ki, Kilsə ona “Əbədi xatirə” elan etdi. Pravoslav olması hesabına (ruhani seminariyasında təhsil almışdı) gürcü rusa çevrilmişdi. Dostoyevski belə deyirdi: pravoslavdırsa- demək rusdur”. Rus Pravoslav Kilsəsinin yepiskopu, Sovet hökuməti tərəfindən sürgünə göndərilmiş, sonradan müqəddəslər cərgəsinə aid edilmiş tanınmış professor və cərrah Valentin Voyno-Yasenetski yazırdı: “Stalin Rusiyanı qoruyub saxladı və bütün dünya üçün onun nə məna kəsb etdiyini göstərdi. Odur ki, mən bir pravoslav xristian və rus vətənpərvəri kimi Stalinin qarşısında baş əyirəm. Stalin- Allahın bizə bəxş etdiyi bir rəhbərdir”. Rus Pravoslav Kilsəsinin digər rəhbəri mitropolit İoann Snıçyov isə demişdir: “Stalin bizə Allah tərəfindən verilmişdir. O elə bir dövlət yaratmışdır ki, hələ də dağıtmaq istəsələr də axıra kimi dağıda bilmirlər... Odur ki, əgər Allah-Təala nöqteyi-nəzərindən baxsaq, əsl həqiqətdə Stalin xüsusi bir adam olmuşdur: Allahın bəxş etdiyi, Allahın qoruduğu”.
Tədqiqatçı Nikolay Losskinin yazdığı kimi, Stalinin dəstəyi sayəsində Rusiya patriarxı Serqiy Straqorodski “bolşeviklərin dinə satanist nifrətinə baxmayaraq, nəhəng kilsə təşkilatlanmasını saxlaya bildi və nəticə etibarilə Rus xalqını böyük bəladan- tam Allahsızlıqdan və sektant mistisizminin patoloji formalarından qorudu”. Çarın öldürülməsi, dinin təqib edilməsi rus yaşayışının heyrətamiz simfoniyasını pozsa da, tezliklə xalqın dini həyatı yenidən öz axarına düşdü. Keçilən iztirablı yol, bolşeviklərin xalqın başına gətirdiyi zülmlər dini inamı daha da gücləndirmiş, insanlar Allaha daha möhkəm və həqiqi sevgi ilə bağlanmışdılar. Çar hakimiyyəti dövründə Rusiyanın ruhani həyatı harmonik rahatlıq içində idi. Sadə rus insanları adi məişət güzəranından tumuş ictimai-sosial həyata kimi bütün problemlərin həllini Allahla bağlayırdılar. Dünyanın gözəlliyini və səadətini Allaha inamda tapırdılar. Lakin Fevral inqilabından sonra ateist bolşeviklər hakimiyyətə yiyələnərkən inanclı Rus camaatı qaranlıq dövrə qədəm qoydu, dinə qarşı müharibə elan olundu, fəlakətlər bir-birini əvəzlədi. Məhz bu səbəbə keçmişi nostalji hissi ilə xatırlayan dindar camiə Stalinin timsalında Xilaskarı görür, Rusiyanın yenidən dirçələcəyinə ümid bəsləyərək bu missiyanı Stalinin adı ilə bağlayırdılar.
Qeyd edək ki, Stalin təkcə pravoslavlara deyil, şiələrə də böyük hörmətlə yanaşırdı. Tehran konfransında Almaniyanın, Yaponiyanın, Polşanın gələcək taleləri ilə bərabər, İranın da siyasi quruluşunun, ərazi bütövlüyünün toxunulmazlığı və qorunması barədə gizli razılaşmalar imzalanmışdı. Həmin dövrdə İran şahı Məhəmməd Rza Pəhləvi çox gənc idi- cəmi, 22 yaşı vardı və taxt-taca oturmasından heç üç ay da keçməmişdi. Şah konfrans keçirilən günlərdə ABŞ və İngiltərənin Tehrandakı səfirliyində saatlarla gözlədikdən sonra Ruzvelt və Çerçilin qəbuluna düşə bilmişdi. Amma şahın səlahiyyətli nümayəndəsi Sovet səfirliyində oturan Stalinə zəng vuraraq “İran şahı marşal Stalini ziyarət etmək istəyir, marşal Stalinin şahənşahı qəbul etməyə vaxtı varmı?”- soruşduqda Stalin gözlənilməz cavab vermişdi: “İran şahı Stalini nə zaman qəbul etmək istəyir?”. Cavab o qədər gözlənilməz olmuşdu ki, şahın səlahiyyətli nümayəndəsi özünü itirmiş və Sovet səfirliyi əməkdaşlarının onu yanlış anladıqlarını zənn etmişdi. Təkrar eyni cümləni söylədikdə Stalinin yenidən soruşmuşdu: “Şah Stalini indi qəbul edə bilərmi?”. Az sonra Stalin öz heyəti ilə birgə şahın sarayına gəlmişdi. 1 dekabr 1943-cü ildə baş vermiş bu hadisə gənc monarxı çox təsirləndirmişdi. Stalin zala daxil olanda şah diz çökmüş və onun əlini öpmək istəmişdi. Lakin Stalin onu qaldıraraq qucaqlamışdı. O zaman SSRİ Baş Kəşfiyyat İdarəsinin Tehrandakı rezidenti olmuş polkovnik B.Q.Razin 2 dekabr 1943-cü ildə Moskvaya göndərdiyi şifroqramda Stalinin İran monarxına şəxsi qırıcı təyyarə hədiyyə etdiyini (Məhəmməd Rza Pəhləvi 1-ci dərəcəli hərbi pilot idi), İran qoşunlarına 20 hərbi təyyarə, 20 tank bağışladığını, Məşhəd şəhərində hərbi aviasiya, Tehranda isə tank məktəbinin yaradılması barədə göstəriş verdiyini bildirir. Şifroqram Stalinin çoxmənalı sözləri ilə bitir: “Vəziyyətə diqqətlə göz olun və iranlılara kömək edin”. Həmin dövrdə SSRİ Uzaq Aviasiya Uçuşları komandanı olmuş A.Y.Qolovanovun sözlərinə görə, Stalin bu jesti ilə iranlıların böyük rəğbətini qazanmışdı və tehranlılar uzun zaman saraya gedən küçəni “Stalin xiyabanı” adlandırmışdılar.
İbrahim Sel, “Stalin fenomeni”
Комментариев нет:
Отправить комментарий