08.03.2020

Putin Kremldə Ərdoğana Krımı alan Yekaterinanı və rus-türk müharibəsini “xatırladır”… – FOTO

Rusiya prezidenti Vladimir Putin türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanla martın 5-də Kremldəki görüşünü “Balkanlardan keçid” bürünc saatının qarşısında keçirib. Həmin bürünc saat heykəltaraş Yevgeni Lanserin əsəridir və XIX əsrin sonlarına aid incəsənət əsəridir. Heykəltaraş həmin əsərində 1877-1878-ci illərdə Bolqarıstanda Osmanlı ordusunu darmadağın edən rus əsgərlərinin şücaətinə həsr edilib.
Virtualaz.org xəbər verir ki, Putinin Ərdoğana bu “incə mesajına” sosial şəbəkə istifadəçiləri diqqət yetiriblər. Üstəlik onların gözündən bu detal da yayınmayıb ki, görüşün keçirildiyi zalda II Yekaterinanın heykəli də dayanmışdı. Və heykəl zalda elə qoyulmuşdu ki, Yekaterinanın nəzərləri sanki prezident Ərdoğana zillənmişdi. Hansı ki, o 1783-cü ildə Krım yarımadasını türklərdən alaraq Rusiya imperiyasına birləşdirmişdi.
Sosial şəbəkələrin rus seqmentinin istifadəçiləri bu detalları “ilin trollinqi” adlandırıblar. Və heykəlin və saatın təsadüfən seçilmədiyini qeyd ediblər.
Xatırladaq ki, Ərdoğanla Putinin danışıqları Suriyanın İdlib vilayətində baş verənlərə həsr edilmişdi. İki ölkə rəhbəri saatdan çox davam edən təkbətək danışıqlardan sonra İdlibdə bütün döyüş əməliyyatlarının dayandırılması, təhlükəsizlik dəhlizinin yaradılması və birgə patrul təşkil edilməsi barədə razılığa gəliblər.

Комментариев нет:

Отправить комментарий