Müşfiq Heybətov: Qardaşların yadına gələr, səhv etmirəmsə Elçibəyin dövründə idi, istəyirdilər bizim dilin adını dəyişib Türk dili etsinlər. Hətta “Türk Dili” adlı dərslik kitabı da hazırlamışdılar. Xülasə, Bəxtiyar Vahabzadə iclasda deyir ki, X hərfinə ehtiyac yoxdu, əlifbadan çıxardaq, H bəsdi. Yazıçı Anar da cavabında demişdi ki, insan can verəndə xırıldayır, hırıldamır. X-nı çıxartsaq hırıldayacaq))) Ölkə olaraq ağır periodlardan keçmişik sən öl.
Zahid Bərdinski: Rusiyadan bizə çörək gəlir, Türkiyədən boş-boş vədlər.
Oktay Quliyev: Turizmdə çalışan bir şəxslə yol yoldaşı olmuşduq. Maraqlandım ki, ölkəyə gələn qonaqlar hansı bölgələrimizə səfər edirlər, hara maraqlıdı onlara. Deyir ki, ruslar daha çox Qobustana, qayalıqlara, Yanardağa səfər edir, tarixi abidələrlə maraqlanırlar. Ölkəmizə gələn ərəblər əsasən Qubaya, Qəbələyə səfər edirlər, bahalı otel və villalar sifariş edib bütün günü kondisioner altında qalırlar. İrandan gələn iranlılar isə Bakıda olan akvaparklarda, restoranlarda yeyib içməyi üstün tuturlar)))
Mahir Əliyev: Görəsən bu tupoylar bilmir ki, canavar itkimilər sinfinə aiddir?!
Rahib Hətəmov: Avropa, Amerika, İsrail və Səud dizi üstə çökməsə, dünyada əmin-amanlıq olmayacaq.
İlkin Kişiyev: Keçibəy bu milləti məhv elədi.
İlqar Lənkəranski: SSRİ dağılandan sonra Azərbaycan da məhv oldu. Biz SSRİ dövründə həqiqətən də yaxşı yaşayırdıq. Fəhlə fələlikdə özünə ev tikirdi. İndi 1000 ildə işləsən, evin heç fundamentini qaldıra bilməzsən.
Mahmud Babayev: Nə yaxşı ki bizlər Sovet tədrisi ilə qidalanmışıq.
Tapdıq Əzizov: Ərəblər sərhəd tanımır. Şəhərdə kimə gəldi “padxod” edirlər...
Elçin Bayramlı: İdxalına icazə verilən maşınların gömrük rüsumları o dərəcədə dəhşətlidir ki, bunu hətta Ginnesin Rekordlar kitabına rahatca daxil eləmək olar. Gömrük rüsumu avtomobilin öz dəyərindən yüksək olur, bəzi hallarda hətta bir neçə dəfə.
Aslan Aslanov: Azərbaycan ərazisindən neft və qaz qeyri-qanuni yolla oğurlanır. Neft və qaz SSRİ-yə məxsusdur. Neft və qazın yiyəsi SSRİ-dir, onları yalnız SSRİ çıxarda bilər. Amma neft və qazı SSRİ çıxartmır, SSRİ-dən qondarma yolla ayrılmış separatçı respublika, separatçı respublikanın qondarma hakimiyyəti və Qərb bir yerdə təbii sərvətlərimizi oğurlayırlar. Bəli, bu satma prosesi deyil. Təbii sərvətlərimizin yiyəsi onlar deyil, -nə indiki Azərbaycan hakimiyyəti, nə də Qərb- neft və qazın yiyəsi SSRİ-dir. Son 29 ildə SSRİ-nin təbii sərvətləri beləcə talanır, indiki qeyri-legitim, qondarma hakimiyyət Qərblə bərabər təbii sərvətlərimizi oğurlayır. Oğurluğun 90 faizini Qərb yerinə yetirir; yerin altından özünə aid olmayan şeyi çıxardır, 90 faizini özü oğurlayıb götürür, 10 faizini də onunla əlbir, işbirliyində olan indiki qondarma Azərbaycan hakimiyyətinə verir. 1 nömrəli oğru Qərbin özüdür.
Baba Pünhan: Əziz Azərbaycan xalqı! Deyirlər ki, güya sən, sənin Şah İsmayıl Babana hücum edib sənin 200 min ata-babalarını qılıncdan keçirən osmanlılarla, hazırda da sənin maddi və mənəvi dəyərlərini talan edib əvəzində sənə göbək rəqsi, əxlaqsız seriallar və şərəfsizlik dərsləri göndərən, sənə 2-ci dərəcəli məxluq kimi baxan Anadolu türkləri ilə “bir millət, iki dövlətsən”. Mən şəxsən bunu qəbul etmirəm!
Əbu Turab: Elçibəy millət şəhid olduğu bir zamanda İstanbulda duet oxuyurdu. Kadrları da var.
Zərifə Hüseynova: AXC-Müsavat cütlüyü hakimiyyətə gəlmək üçün vertolyotu partlatdılar və Xocalı hadisəsini törətdilər. İsa Qəmbər, Nemət Pənahov, Rəhim Qazıyev, Tamerlan Qarayev, Pənah Hüseynov, İskəndər Həmidov və başqalarının əli Azərbaycan xalqının qanına bulanıb. Onlar ən birinci təxribatçı və terroristlərdir. Onlar dövlət çevrilişi ediblər. Azərbaycanın balalarını qırğına veriblər. Daşnaklar üçün bizim torpaqları boşaldıblar.
Ədalət Abdinov: Türklərin kəndlilərin məhsullarını əllərindən alması, onları müxtəlif ağır mükəlləfiyyətlər icra etməyə məcbur etməsi barədə kifayət qədər faktlar var. Türk müdaxiləçiləri bir sıra qəzalarda hər evdən 10 pud taxıl hesabı ilə zəkat yığmağı əmr etmişdilər. Təkcə Cavanşir qəzasında qısa müddət ərzində türklər əhalidən 14 min puda yaxın buğda, 18 min puddan artıq arpa, 600 arabaya yaxın quru ot və saman, minlərlə baş mal-qara məcbur almışdılar. Gəncə qəzasında türk komandanlığı 37 min puddan artıq buğda, 118 araba quru ot və s. almışdı. Türklərin Bakını zəbt etməsi Azərbaycanın sərvətlərini, xüsusilə nefti ələ keçirmək məqsədi daşıyırdı. Onların təhriki və təzyiqi ilə 100 il bundan əvvəl Bakıda Sovet hakimiyyətinin süquta uğraması kollektivizm, sosial ədalət, bərabərlik, humanizm, şəxsiyyətin inkişafı kimi dəyərlərə ziddir.
Qəmlo Əsədullah: 1986-ci ilə Respublikada 808 sovxoz və 608 kolxoz fəaliyyət göstərirdi. Kənd təsərrüfatının torpaqları 4,1 mln hektar idi. Əkinçilik üçün 1,4 mln hektar, heyvandarlıq üçün isə 2,1 mln hektar. 1986-cı ilə suvarılan torpaqlar 1,33 mln hektar idi. Əkinçilik kənd təsərrüfatının 70% ümumi məhsulunu təşkil edirdi. 1986-cı ildə Respublika 784 min ton pambıq verirdi. Azərbaycanda yüksək keyfiyyətli tütün və çay istehsal olunurdu. Əkin torpaqlarının 31%-i müxtəlif meyvə və tərəvəzlər üçün istifadə olunurdu. Azərbaycan ümumittifaq tərəvəz bazalarından birinə çevrilmişdi (1986-cı ildə 855 min ton). Üzümçülük də tam inkişaf etmişdi (1986-cı ildə 1 539 000 ton). 1987-ci ildə heyvandarlığın vəziyyəti belə idi: iribuynuzlu heyvanlar 2 mln baş, qoyun və keçi 5,7 mln baş. İpəkçilik, balıqçılıq və dgər sektorlar da stabil işləyirdi. Ən əsası: Azərbaycan böyük bazara malik idi. Bütün SSRİ Azərbaycanın mallarını alırdı. Azərbaycanda 2,07 min km dəmir yolu və 24,4 min km maşın yolu tikilmişdi. Bakıda metro tikilmişdi. Xəzər dənizində iri liman tikilmişdi. Ölkədə gəmiçilik inkişaf etdirilmişdi. Belə sadalasaq çox yazmaq olar.
Əhməd Kazimi: Sionist rejim Azərbaycanda məqsədə çatmaq üçün 12 strategiya izləyir. Bu strategiyalardan hər birini araşdırdıqda aydın görünür ki, sionistlər illərlə öncə Azərbaycanla belə bir rabitə qurmaq üçün plan cızıblar. Bu strategiyalardan hər biri aydın göstərir ki, sionist rejimin Azərbaycanı regionda öz bazasına çevirmək üçün çox dəqiq və sistemli proqramları mövcuddur.
Araz Əlizadə: Azərbaycanda türkçülüyü yaydılar. Biz də başladıq türklərdən nümunə götürüb, həyata keçirməyə. Türkiyədə ana-bala birlikdə siqaret çəkir. Türkiyədə olanda mat qaldım. 14 yaşlı qız küçədə anası ilə gedir və anasından “Anne bana bir siqara ver, içim” deyir. Anası da çıxarıb “siqara”nı verdi. Mən də dedim ki, ay xanım, siz nə edirsiniz? Gərək siz o siqareti yandırıb qızınızın dilinin üstündə söndürəsiniz ki, uşaq da bunu etməsin. Qayıdıb mənə deyir ki, bütün Avropa bu cür “yapır”. A bala, bunun sənə nə dəxli var? İndi bizdə də həmin şeydi.
Kamran Məmmədov: Heç bir dövlət qürrələnməsin ki öz qüvvəsinə yaşayır. Bölgədə bir gün Rusiya olmasa, onun ətrafında olan dövlətləri, hətta Çin hökuməti başda olmaqla hamısını Amerika və sionist dövlətlər tar-mar edərlər. Odur ki Allah Rusiyanı həmişə yaşatsın.
Aftandil Babayev: İmkan varsa səhər vaxtı ATV-yə baxın. Bütün xəbərləri qonşu ölkələri söyməkdən ibarətdi. Məlum məsələdi, bunların maraqları var. Bir sevimli deputatları da var, həm dindar, həm də milliyyətçi-nurçu.
Səttar Məmmədov: Azərbaycan xalqının yeganə qardaşı, özü də böyük qardaşı böyük Rus xalqıdır.
Zeynəb Cəfərli: Sovet quruluşunu, Sovet dövlətini bəyənməyənlər tör-töküntülərdi. Qəlbi həmişə xəbisliklə döyünənlərdi.
Elxan Zaman: Dövlətçiliyin yanındayam deyən adamlara inanmayın, bu ölkədə dövlətçiliyin yanında olan bircə adam da yoxdur. Burda insanlar ya dövlətçiliyin üstündə olublar, ya da altında.
Şəmistan Qəzvini: 4 əsr ömür sürən Osmanlı imperiyası insan sivilizasiyasına nə verdi? Hanı onun dunya elminə, ədebiyyatına, musiqisinə, arxitekturasına, fəlsəfəsinə verdiyi töhfə? Hansı, dərslikdə elmin və ya mədəniyyətin bu və ya digər sahəsində rast gəlmisiniz bir osmanlı-türk aliminin adı çəkilə? İran-fars xalqlarının ədəbiyyatı dünyada tanınır, şəhərqurma mədəniyyətləri var- Osmanlının adı bu sırada hanı? Osmanlı başqa hallarda ad qazanıb, məsələn, xalqları doğma yurdundan qovub, məhv edib, torpaqlarına, şəhərlərinə sahib çıxıb və s.
Bəhruz Camal: Deyir, Hz. Adəm də türk kökənlidir. Adə, milliyyətçiliyin də bu qədəri olmaz da! Nədi, demək istəyirsən ki, türklər sivilizasiyamızın ilk insanı olan Hz. Adəmdən də öncə yaşayıblar? Bəlkə Hz. Adəmin behiştdən türkçülük ideologiyasını yaydığına görə qovulduğunu da deyəsən?! Bu pantürklər axırıda türkləri Hz. Adəmdən öncəki “nas-nas” tayfasına aparıb çıxaracaq- “demədi” deməyin!
İbrahim İsmayılov: Çeçenlər o vaxtlar Moskva-Bakı qatarlarını soyurdular. Müsəlmanam-azərbaycanlıyam-türkəm kimi arqumentlər keçmirdi. Vaqonlara avtomatlarla girib hamıdan xərəc yığırdılar. Taksa yox idi. Cıbındə nə var hamısını verməlisən. Hətta barmaqları ilə kişi xeylaqlarının anusunu yoxlayırdılar ki, bəlkə orda kimsə qızıl əşya gizlədib.
Fazil Tağıyev: Guya AMEA-da 5-6 nəfər istisna olmaqla həqiqi alim var? Əksəriyyəti bir bölgənin adamlarıdı, əl-ələ tutub təşkilatı idarə edirlər. Yazıb pozduqları da rusdan, türkdən oğurluqdu. Əşşi, biz düzələn deyilik!
Tural Həmid: Türkiyə respublika elan edilməsinin 94-cü ilini keçirməyi hal-hazırda olmayan Sovet Rusiyası və Sovet Azərbaycanına borcludur. Taksimdəki Kliment Voroşilov və Mixail Frunzenin heykəli həmişə bunu xatırladacaq.
Vüqar Aslanov: Yadımdadır, 90-cı illərdə deyirdilər müstəqil olsaq, 1 illik neft qazancına ölkənin bütün ərazisinə 1 sm qalınlığında qızıl təbəqə çəkmək olar. Deyirdilər ruslar talan edib neftimizi, müstəqil olan kimi hər şey düzələcək. Görəsən o qızıl təbəqə hara yox oldu?!
Bəhram Səfərov: Heyf Bakıdan. Korennoy bakılılar Bakıdan çoxdan üz döndərdilər, çıxıb getdilər. Bakını mədəniyyətsiz, vəhşi, səviyyəsiz dağdan düşənlər doldurdu. Gəlib burda özlərini bakılı sayırlar.
Rasim Hüseynov: İranda kartofun kilosu bizim pulla, sən öləsən nervidən məni gic qülmək tutub, havayıdı. Müharibə vaxtı vampir rus camaata acindan ölməsin deyə kartofu havayi paylayırdı. Neyçün kartofdan danışdim? Həm qəşəng gülü olur, həm də acından qovrulan müstəqil xalqların əsas qida məhsuludu. Yiyün qulaqlaruvuz şaqqıldasun.
Elxan Xəlilov: Sovet haqqında və dövlət başçıları haqqında sənədli filmlərə baxmağı çox sevirəm. Nə Brejnev, nə Qramıko, nə Andropov, nə Çernenko, nə də digərləri öz uşaqlarına heç bir gün ağlamamışlar. Övladları çox sadə yasayırlar. Məsələn, Brejnevin nəticəsi evsiz qalmışdı, bu yaxında göstərdilər, deputat, nazir filan yığışıb bir otaqlı mənzil aldılar ona... Bizim adi Salyanın icra başçısının 3-4 nəsilinə çatacaq var-dövləti var.
Комментариев нет:
Отправить комментарий