“Prezident Administrasiyasının sabiq rəhbərliyinin bütün neqativ fəaliyyəti üzə çıxarılmalıdır”. Bu fikirləri yenicag.az-a açıqlamasında prezident İlham Əliyevin Prezident Administrasiyasında yeni və əvvəlki iş rejimləri arasında apardığı müqayisəni dəyərləndirən təhlükəsizlik eksperti İlham İsmayıl deyib.
İlham İsmayılın sözlərinə görə, Administrasiyanın keçmiş rəhbərliyinin fəaliyyəti cəmiyyətin normal inkişafına qarşı yönəlmişdi: “Administrasiyanın keçmiş rəhbərliyi tək məktub gizlətməklə məşğul olmayıb ki… Onların bütün fəaliyyəti cəmiyyətin normal inkişafına mane olmağa yönəlmişdi. Buna görə də, Administrasiyanın sabiq rəhbərliyinin bütün neqativ fəaliyyəti üzə çıxarılmalıdır. Vətəndaşların məktublarının ölkə rəhbərliyindən gizlədilməsi sadəcə bir detaldır. Bəli, əvvəlki rəhbərlik dönəmində Prezident Administrasiyasında çox neqativ idarəçilik hökm sürüb. Bunu söyləmək üçün təkcə medianın vəziyyətinə baxmaq kifayət edir”.
Ekspertin fikrincə, idarəçilik üsulu artıq dövlət başçısı tərəfindən də açıq tənqid olunan şəxsin müəyyən təsir imkanlarını hələ də özündə saxlaması narahatlıq doğurmaya bilməz: “Ramiz Mehdiyev vəzifədən çıxarılsa da, onun vaxtilə malik olduğu təsir imkanlarını itirdiyini söyləmək olmaz. Bu barədə ən müxtəlif məlumatlar dolaşmaqdadır. Onun 9 fevral seçkilərinə təsir göstərdiyi və parlamentin məhz indiki tərkibdə formalaşmasında da ciddi rol oynadığı bildirilir”.

Комментариев нет:
Отправить комментарий