Rus o qədər avam idi ki, evi bizə havayı bağışlayırdı, evi ipotekaya, yəni sələmə vermək ağlına da gəlmirdi. Öz kəndimizdəki, dədə-babalarımızın min illərdi yaşadığı yurdumuzdakı torpağın sotunu bizə 4 minə satmaq rusun ağlına da gəlmirdi. Rus məmurları kürd məmurları qədər dolanışığın yolunu-yolağını bilmirdilər. Rusun vaxtında işıq pulu 20 qəpik idi. Yazıqlar heç Mingəçevir SES-in mayasını da çıxartmadılar. Türkiyədə, İranda, İraqda zəlzələ olanda minlərlə adam qırılır, bizdə də o zəlzələdən çox olub, ölən olmayıb, çünki bizə ruslar kubikdən ev tikirdilər, o sadaladıqlarımda isə hələ də palçıq hinlərdə yaşayırlar.
İbrahim Sel, “NATO-nun təbliğat maşınının zay etdiyi şizofrenikləri haqq yoluna qaytarmalıyıq”
Комментариев нет:
Отправить комментарий