Son günlər ABŞ və Avropada korona virusunun necə sürətlə tüğyan etdiyinin şahidiyik. Amma bu rəqəmlər əziz Azərbaycanlı qardaş-bacılarımızı qorxutmasın. Çünki sözü gedən Avropa ölkələrinin taleyi müsəlman dövlətlərini İnşaAllah ki, gözləmir. Çünki müsəlman dövlətlər illərdir əziyyətlər və fəlakətlər içərisində yaşadıqlarından, zəlzələlərdən tutmuş müharibələrə qədər bütün faciələrə sinə gəldiklərindən bu kimi hallara hazırdırlar.
Ömür boyu rahatlıq içərisində yaşayan Avropa ölkələrində isə xəstələri yerləşdirməyə nə xəstəxanalarda çarpayı var, nə də ən mühümü - korona virusu üzündən nəfəs ala bilməyən xəstələrə qoşmağa süni nəfəs aparatları.
Azərbaycan Respublikasında həkimlərin səviyyəsi güclü olmasa da, texniki infrastruktur yüksək səviyyədədir. Tam məsuliyyətilə deyə bilərəm ki, Azərbaycanda olan tibbi aparaturalar heç İranda yoxdur. Çünki tətbiq olunan sanksiyalar üzündən İran dünyanın məşhur şirkətlərinin tibbi aparatlarını ala bilmir. Amma Azərbaycanda isə ən son aparatlar mövcuddur.
Onları işlədə biləcək lazımi sayta mütəxəssis olmasa da belə, bu yaxşı nəticədir. Ən azı bilirik ki, Azərbaycanda koronaya yoluxan xəstələri yerləşdirməyə xəstəxana və xəstələri qoşmağa süni nəfəs aparatları var.
Koronaya onsuz da xəstə özü qalib gəlir, dərmanlar yox. Mühüm olan xəstəni yaşatmaqdır ki, koronanı yenə bilsin.
İtaliyada və İspaniyada ölümlərin çox olması, süni nəfəs aparatlarının azlığı ilə bağlıdır.
Bu ölkələrin həkimləri məcburiyyət üzündəın qoca şəxsləri aparatdan açıb cavanları ona qoşurlar ki, qocalar da nəfəs ala bilmədikləri üçün dünyasını dəyişir.
Комментариев нет:
Отправить комментарий