Ancaq bizdə oxuyun!
Sofya Sadıqlı Azərbaycan şor-biznesindən yazdı!
O günlərdə Rihannanın bir şəklini gördüm internetdə. Deməli, Rihanna həmişə olduğu kimi çox, lap çox açıq, həddindən artıq açıq çimərlik paltarında guya mahnı oxuyur. Rihanna belə biabırçı geyimdə əyilib oxuyur, arxadan bir oğlan da telefonla bu qaraca qızın şəklini çəkir, özü də altdan-yuxarı. Əslində oğlanın belə poza seçməsinin də səbəbi var. Çünki o, oğlan Rihannanın fanatıdır. Bəli, belə xırdalılqarı bilmək gərəkdir. Şouxanaya girə bilərsən. Bu gün bizim şouxanamıza girmək çox asandır. Amma dünya şouxanasına girmmək üçün adamda gərək bir balaca “panyatka”, bir balaca da zövq olsun. İndi gəlin, haqqına danışaq da. Rihanna zalım balasına çimərlik paltarı zor yaraşır. Bizim hansısa şouxanım özünü Rihannaya oxşatmaq üçün əyninə çimərlik paltarı geyə bilər. Hətta elə çimərlik paltarı geyinər ki, Rihannada baxanda utanar. Amma bu çimərlik paltarında o, şouxanım Rihannalıq edə bilməyəcək. Gecə yarı palatka toylarında partlayınca dana basdırması tıxıb, üstündən də dimiderollu araq vuran manıslarımız yeriyəndə kök inək kimi hər tərəflərindən ətləri sallanır. Adamın gərək zövqü olsun.
Sofya Sadıqlı Azərbaycan şor-biznesindən yazdı!
Keçmişdə Oğuz ellərində uşaq doğulanda ona o dəqiqə ad qoymazdılar. Gözləyərdilər ki, böyüsün bir qəhrəmanlıq eləsin və buna uyğun da adı qoyulsun. Adqoyma mərasimi isə çox maraqlı keçirmiş. Belə ki, el ağsaqqalı, ozan Dədə Qorqud əlində qopuzu gəlib, söz söyləyər, boy boylayar uşağa ad qoyarmış. İndi bizdə şou aləmində də hər kəs öz kumirinə uyğun ad seçir ki, yağmasa da gurultusunu çıxara bilsin. Məsələn biri özünü Rihannaya bənzıdib, onun kimi priçoska düzəldir, biri Beyons kimi ulayır, biri Şakira kimi tullanıb-düşür. Əslində belələri anlamır ki, Rihanna, beyons sənətləri ilə deyil, mənsub olduqları və arxalandıqları nəsnə ilə məşhurlaşıblar.
Bizim şouxanada “retki” adamlarda zövq var. Bir də görürsən, doğuluşundan iri gövdəli olan bir qısa tuman turbaya oxşayan baldırlarını qoyub çöldəki nədi-nədi fiqura nümayiş etdirib, “klyent” yığır. Belələrinə deyən yoxdur ki, ay bala, get
əyri baldırlarının üstünü ört, ayıbına kor ol.
O günlərdə saytlardan biri yazıb ki, gənc şouxanım Leyla Ramazanlı qatıldığı tədbirlərin birinə maraqlı geyimdə gəlib. Məni maraq götürdü və açdım qızın fotosesiyasını baxım görüm, qeyri-adi nə var burda. İlahi, manısın zövqsüz olmağından da biabırçı nəsnə olarmış? Hə, olarmış. Bu zövqsüz manısı qeyri-adi adıyla təqdim edən səviyyəsiz və savadsız müxbirlərdir. Ayıb olsun belələrinə! Heyf mənim gül kimi vaxtıma, nəyə itirdim görün. Nədi-nədi Leyla pələngsayağı paltar geyinib, indi də pələngə bənzədib özünü. Yəqin qızın ağlına girib ki, aslanın erkəyi-dişisi olmaz. Day bilmir ki, aslanın da hətta cücənin də erkəyi-dişisi olur. Bəli, bizim şouxanada hələ də çoxları elə bilir ki, cücənin cinsi olmur, odur ki toyuqla, xoruzu dəyişik salırlar.
Yemək bişirmək üçün arvad alırlar?
Bizim bir avropasayağı manısımız da var axı. Adı Məryəmdir. Bir dəfə Evrovision bikni yarışmasında iştirak etmək üçün namizədlik də etmişdi amma alınmamışdı. Çünki Səfurənin yubkası Məryəmin yubkasından çox qısa idi və yarışamaya da o, gtdi. Üstəlik, Səfurənin ayaqları uzun idi və ona qısa tuman yaxşı yaraşardı nəinki balacaboy, tösmərək Məryəmə. Odur ki, Məryəmin arzusu gözündə qaldı və Evrovision təmsilçisi ola bilmədi.
Amma bu günlərdə o, itib-batmamaq üçün bir müsahibə verib və özünü qeyri-adi göstərməyə çalışıb. Guya bunun dediklərini ancaq bu bilir və heç kəs bilə bilməz. Görün Məryəm nə deyib: “Mən bizim qızlarla evlənən əcnəbiləri başa düşürəm. Onların ölkələrində yaxşı qızlar azdırmı? Bəziləri deyirlər ki, əcnəbilərin bizim qızlarla evlənməsi onların uşaqlara baxması, ev işlərilə məşğul olması, yemək bişirməsi üçündür. Çünki xaricdə belə qəbul olunmayıb və qadınlar da seçimlərində kişilər qədər azaddırlar. Onların xanımları da bəzən sendviç yeyir və evdə xörək bişirmək haqda düşünmürlər. Avropalı qadınları uşağa baxmağa da məcbur etmək olmaz. Bunun üçün dayə tuturlar. Buna görə də əcnəbi kişilər bizim xanımlara üstünlük verirlər”. Deyəsən, bu Məryəmin də işi-gücü elə yemək və yemək fəlsəfəsi haqqında düşünməkdir. Yoxsa, ağlına belə “ideyalar” hardan gələrdi.
Kor Alı, Keçəl Alı, qıçı sınıq Zeydalı...
“Azərbaycanın ən zövqlü müğənniləri kimlərdir?” sualını oxuyanda bayaqkı mövzumuza qayıtmalı oldum. Əslində bu suala Trend Life cavab tapmağa çalışıb. Bu məqsədlə Azərbaycanın populyar stilistləri arasında sorğu aparılıb. Nəticədə qadın müğənnilər arasında ən çox səsi Röya (7) yığıb. Sonra Aygün Kazımova (6), Nigar Camal, Zülfiyyə Xanbabayeva və Nura Suri (5) gəlirlər.
Allah üzümüzə baxıb ki, zövqlülər siyahısına Xuraman Şuşalını, Nüşabə Ələsgərlinin salmayıblar.
Kişi müğənnilər arasında ilk yerdə Zamiq Hüseynovdur (8). İkinci pillədə Faiq Ağayev (5), daha sonra Eldar Qasımov, Rəhim Rəhimli və Nadir Qafarzadənin (4) adları sıralanıb.
Sorğuda stlistlərin seçimi çox qəribə olub:
Qələm qaşlı, ahu gözlü stlist Anar Ağakişiyev zövqlü manıslarımızı belə sıralayıb:
1) Safura Əlizadə, Nigar Camal, Aygün Kazımova, Röya Ayxan, Zülfiyyə Xanbabayeva.
2) Zamiq Huseynov, Faiq Ağayev, Eldar Qasımov, İzzət Bağırov, Azad Şabanov.
Əndrəbadi stlist Samir Əliyevin sıralaması da maraqlıdır:
1) Nigar Camal, Nura Suri, Röya Ayxan, Brilliant Dadaşova, Natavan Həbibi.
2) Eldar Qasımov, Faiq Ağayev, Azad Şabanov, Zamiq Hüseynov, Rəhim Rəhimli.
İradə İbrahimovanın bacısı Nigar İbrahimova isə lap Tükəzban kimi seçim edərək bacısını tərifləyib:
1) Nura Suri, İradə İbrahimova, Aygün Kazımova, Samira, Aysel Teymurzadə.
2) Faiq Ağayev, Ayaz Qasımov, Xəyam Nisanov, İlqar Muradov, Zamiq Hüseynov.
Qadın bərbəri olsa da özünə stlist adı verən Balaş da lap Novruzəli kimi seçim edib. O, da ömüründə bir dəfə də zövqlü geyinməyən bacısı Xatunu gözə soxub:
1) Röya Ayxan, Xatun, Natavan Habibi, İradə İbrahimova, Səida Sultan.
2) Nadir Qafarzadə, Samir Cavadzadə, Faiq Atayev, Elnur Məmmədov, Zamiq Huseynov.
Emil Bədəlov “Neynim-neynim” deyib
Eşitməmiş olmazsınız. Deyir aşığın sözü qurtaranda neynim-neynim deyər. Heç bir mahnısı ilə yadda qalmadığı üçün şouverilişlərdə gözə girən manıs Emil Bədəlov bu günlərdə sözü və olmayan sənəti bitdiyi üçün əl qatıb burun dərmanına. Yox, o, sənətiszləşdiyi və sözsüzləşdiyi üçün intihar –zad fikirinə düşməyib, sadəcə, burun dərmanıyla “fokus” göstərib diqqət mərkəzində qalmağa çalışıb. Emil bilib ki, ətrafında bir-iki dənə beş manatlıq müxbir var və o, nə etsə “əlin cibində olsun” deyib, onu şişirdəcəklər.
Emil Bədəlovun təqdim etdiyi şou sizə də maraqlı gələcək.
Odur ki, Emil Bədəlov əl qatıb özünə və cibinə. Həcc ziyarətində olduğu üçün Hacı manıs Emil kimi çağırılan Bədəlov damcı ilə dolu olan flakonu gah burnunun üstünə qoyub, gah da havasını püskürdüb. Üstəlik, o, bu “dəhşətli” anlarda “fanat ordusunuda” yaddan çıxarmayıb (guya belə bir ordu da var imiş). Yəni Hacı manıs Emil üzünü tutub “fanatlarına” və deyib: “Pərəstişkarlarım məni olduğum kimi qəbul edirlər. Odur ki, fotolarımın hamısını saytınızda yerləşdirə bilərsiniz. Bilirəm, şərhlərdə məni qınayanlar çox olacaq, “fokusçuluğumu” hərə bir cür yozacaq, amma bu da məni narahat etmir. Şən xasiyyətimi istəsəm belə, dəyişə bilmərəm”. Belə yerdə deyiblər e, utanmasan oynamağa nə var ki.
Sofya Sadıqlı
Комментариев нет:
Отправить комментарий