Ə.QOŞALI
“...Ən böyük ugurlarım 1995-ci ildə olub. Həmin il Türkiyəyə səfər etmişəm, həmçinin ilk kassetimin cıxması da bu ilə təsadüf edib. Bir də, ayrıca qeyd etməliyəm, 1995-ci ildə ümummilli lider Heydər Əliyevlə görüşmə fürsətim olub!.. Belə ki, Xocalı soyqırımı ilə bağlı keçirilən bir tamaşada mən köçkün düşmüş bir aşıq rolunda çıxış eləmişəm. Tamaşanın sonunda Prezident bizim hər birimizlə görüşüb tamaşanı yüksək səviyyədə hazırladığımızı söylədi. Bu mənim üçün uğurlu bir gün, böyük bir hadisə idi. Sonra bizim məhəbbət dastanlarımızdan biri olan “Abbas və Gülgəz” dastaninda Abbas rolunu aparmışam. Bu dastan hal-hazırda “Qızıl fond”da saxlanılır. (Tərəf müqabilim Aşıq Zülfiyyənin tələbəsi Xəyalə idi.) AzTVdə bədii filim kimi nümayiş olunub” – deyə sözə başlayır Səyyad.
Ustad Hüseyin Bozalqanlının bir sözü var, deyir:
“Səyyad olub, ov bərəsin kəsəndə,“...Ən böyük ugurlarım 1995-ci ildə olub. Həmin il Türkiyəyə səfər etmişəm, həmçinin ilk kassetimin cıxması da bu ilə təsadüf edib. Bir də, ayrıca qeyd etməliyəm, 1995-ci ildə ümummilli lider Heydər Əliyevlə görüşmə fürsətim olub!.. Belə ki, Xocalı soyqırımı ilə bağlı keçirilən bir tamaşada mən köçkün düşmüş bir aşıq rolunda çıxış eləmişəm. Tamaşanın sonunda Prezident bizim hər birimizlə görüşüb tamaşanı yüksək səviyyədə hazırladığımızı söylədi. Bu mənim üçün uğurlu bir gün, böyük bir hadisə idi. Sonra bizim məhəbbət dastanlarımızdan biri olan “Abbas və Gülgəz” dastaninda Abbas rolunu aparmışam. Bu dastan hal-hazırda “Qızıl fond”da saxlanılır. (Tərəf müqabilim Aşıq Zülfiyyənin tələbəsi Xəyalə idi.) AzTVdə bədii filim kimi nümayiş olunub” – deyə sözə başlayır Səyyad.
Ustad Hüseyin Bozalqanlının bir sözü var, deyir:
Yaxşı yerdə yaxşı gözlə, yaxşı yat.
Ovun gəlib, bərəsinə çatanda,
Sərvaxt dayan, dürüst tuşla, yaxşı yat.”
(“Yaxşı ad”)
Bax, mən adı Səyyad, sənəti aşıqlıq olan bu gənci – ustad Aydın Çobanoğlunun oğlunu dinləyərkən məhz “Yaxşı ad”ı xatırlamağımı, sənətin məntiqi hesab edirəm. Sənətdə axım edən enerji özünəözgü yola malik olub, zamanla şəklini dəyişsə də, itmir, təbii... Səyyadın dedikləri öz yerində, səsi – rəhmətlik atasının səsini andıran kövrək səsi bir başqa aləmdi!
...Onu - Səyyad Aydınoğlunu ilk dəfə Filarmoniyada dinləmişəm, – Zəlimxan Yaqubun aparıcısı olduğu,Səyyadın atası Aydın Çobanoğluna həsr olunmuş ədəbi-bədii gecədə son söz ona verildi. Söz verildi ki, atasının sazını qara köynəkdən çıxarsın, ailəsini yasdan çıxarsın, ustadın ocağını şennəsin..! Səyyadın şümal vaxtlarıydı, atasının sazı ona boyundan, sinəsindən böyük gəlirdi. Amma o saz Səyyadın hissindən-duyğusundan, arzusundan (atasının ruhunu şad etmək istəyindən!), iradəsindən, böyük deyildi..!.. Sazı sinəsinə basdı Səyyad – bəlkə doğru olar desək, Səyyadı sinəsinə basdı Saz!.. O gecə çox ürəklər atlandı, çox gözlər ağladı. Gözlər həm kədərdən, həm də ümiddən yaşarmışdı. Ustadın Sazı övladının sinəsində gəzəcəkdi..! O gecə atasının ruhunun şad olan günü idi..!
Səyyadın yaşından irəli ciddiyyəti, ağır oturub, batman götürməsi ilə tanıdım sonrakı illərdə. Sonrakı illərdə, çıxışlarını az-az izləmə fürsətim olsa da, o mənim üçün həmişə maraqlı olub. Həmişə istəmişəm onu qabaqda görüm, sazı sinəsində görüm, bir sözlə, sənət yolunda görüm. Şükür, o sənət yolunda sabitqədəmdidi, öyrənir, öyrədir; yalnız sazı sinəsinə qaldırmaqnan yetinmir, özü də qalxınır, irəli boylanır, üfüqünü genişlədir... Hər dəfə elə bil, yalnız özünün, yalnız sənətin deyil, atasının adının (kimin oğlu olmasının!) da məsuliyyətini daşıyır Səyyad! Səyyad haqqında yazı yazmağa başlayandan Azər Xanlaroğlu gəlir gözlərim önünə. Azər də həyatdan nakam getmiş ustad aşığın oğludur, Səyyad da! O da atasının Sazını yetim qoymayıb, Səyyad da! Onların ataları da dost idi, özləri də! Üstəlik, hər ikisinin kökü eyni köydən su içib – Tovuzun Əlimərdanlısından! Hər ikisi bilir, türk kimdi, bu ulu soy hardan gəlir, hardadı, hara gedir?!. Hər iki gəncə salam, ustad atalarına rəhmət olsun!
***
Səyyadla, bu yazı ilə bağlı görüşdüyüm gün, həyatın iki üzündən keçdim sanki: həmin gün Mehdiabaddaydım – yeni nəsil jurnalistlərimizdən Ceyhun Nağının “cüməaxşam”ı idi və mən “cüməaxşam”ından çıxıb onunla – Mehdiabadın sinəsi sazlı gənc Səyyadı ilə görüşəcəkdim... Bu – bir üzdən o biri üzə keçidi tanınmış qələm adamı, dostumuz Niyaməddin Orduxanlı ilə birlikdə həyata keçirirdim. İrəlidə bizə mənim qrup yoldaşım İlqar Hüseynov da qoşulacaqdı. Niyaməddin də, İlqar da Səyyadın sənətinə bələd olan, onunla ailəlikcə münasibətləri olan qardaşlarımızdı. Beləliklə, söz-sözü çəkdi, dağı arana daşıdıq, aranı dağa daşıdıq, bir də baxdıq gün axşamdı. Mən bir yana, hər üç söhbətdaşım axşamın, axşamın haqqının (–biz tərəflərdə deyilən şəkli ilə “şər haqqı”nın) nə olduğunu yaxşı bilən qardaşlardı. Yas yerindən sonra Saz söhbəti, Saz səsi, gözəl ifa! – Bu, şənlik deyildi kəsinliklə, bu kədərin dərinliyi idi, Sazın dərinliyi idi; türkün üfüqügenişliyi idi; ümid idi, həyata həyatca baxış idi! Mən “Yeni nəsil Azərbaycan aşıqları” ikicildliyinin hər iki cildində neçə gənc aşıq haqqında gedən yazılardakı fikirləri burada yenidələmək istəmirəm. Yığcam şəkildə deyim, bizim söhbət ülviyyət, qüdsiyyət, məhəbbət, səmimiyyət, şeiriyyət, sədaqət, heyrət; ədəb-ərkan; sənət eşqi; ürək və ruh haqqında idi! – Yəni, hər üçü Mehdiabadda yaşayan söhbətdaşlarım, ata adı Mehdi olan mənim könlümü abad etmişdilər o günü..!..
Neçə abadlıqlara, necə avandlıqlara, qardaşlar!
Комментариев нет:
Отправить комментарий