20.12.2011

"AMERİKAYA MÜTTƏFİQ DEYİL, KÖLƏ LAZIMDIR"


Rusiya baş naziri Vladimr Putin, ABŞ-ın digər ölkələri nəzarəti altına almağa çalışdığını söyləyib


FaktXeber.com-un verdiyi məlumata görə, Putin, Rusiya televiziyalarından canlı verilişlə illik mətbuat konfransında bir suala cavab olaraq, ''elə görünür ki ABŞın müttəfiqlərə deyil, özünə bağlı kölələrə ehtiyacı var'', - deyib. Rusiyanın ABŞın həqiqi müttəfiqi olmaq istədiyini bildirən Putin, ''ancaq insanlar artıq tək ölkə diktəsindən yorulub'' söyləyib.
Putin xalqın dəstəyinin kəsiləcəyi vaxt bir gün da olsun vəzifədə qalmayacağını söyləyərk, ''2000-ci illərin əvvəlində özümü xalq tərəfindən kirayəyə götürülən biri kimi gördüyümü dəfələrlə söyləmişəm. Əgər bu dəstəyi hiss etməsəm və bu vəziyyət seçkilər vasitəsilə də dəqiqləşsə, bir gün də olsun vəzifədə qalmaram'', - deyib.

Комментариев нет:

Отправить комментарий