Ramallah qubernatorunun sözlərinə görə, məscidə benzin tökərək yandırıblar
Faktxeber.com-un verdiyi məlumata görə, İordan çayının Qərb sahilində israillilər Fələstin məscidinə hücum ediblər.
Bundan bir neçə saat əvvəl isə İsrail hərbçiləri bir neçə binanı söküblər.
Ramallah qubernatorunun sözlərinə görə, məscidə benzin tökərək yandırıblar. Bundan sonra divara qırmızı boya ilə ivrit dilində təhqiredici sözlər, həmçinin «müharibə» və «qeyri-qanuni» yaşayış sahələrinin adları yazılıb (bunların içində yandırılanlar da var).
Qeyd edək ki, son günlər bu yöndə vandallıq hərəkətləri daha da artıb.
Комментариев нет:
Отправить комментарий