GÖMRÜKDƏ HƏR İNƏYƏ GÖRƏ 300 MANAT HAQQ ALINIR
DİA.AZ: - Avqust ayından etibarən ətin qiymətinin bahalaşması prosesi müşahidə olunur. Son günlər isə bu bahalaşma daha da güclənərək ətin qiyməti rekord həddə- 10 manata çatıb.
Ətin qiymətinin bahalaşması müxtəlif səbəblərlə izah olunur. Ətin qiymətinə təsir edən faktorlardan biri də ölkəyə gətirilən ətə gömrükdə alınan qeyri-rəsmi haqdır. Bir neçə gün əvvəl Bakıdakı məşhur ət mağazalarından birinin direktoru Qurban Məhərrəmov maraqlı etirafda bulunub. Onun sözlərinə görə, bahalanmaya əsas səbəb sərhəddəki korrupsiyadır.
Belə ki, iri buynuzlu mal-qaranın böyük hissəsi Azərbaycana Rusiya və Gürcüstandan gətirilir. Əvvəllər 17 malın yerləşdiyi bir lapetə görə yarımleqal şəkildə 500-600 manat ödənilirdisə, indi qiymət 10 dəfə bahalanıb və hazırda 5 min manatdır. Bu isə ətin qiymətinə mənfi təsir edir. Əgər əvvəllər hər mala görə gömrükdə əlavə 35 manat qeyri-rəsmi haqq alınırdısa, indi bu rəqəm 294 manatdır. Bəs görəsən ətin qiymətinə ciddi təsir edən gömrük faktoru ilə hakimiyyət niyə bacarmır?
Ətin qiymətinin bahalaşmasına səbəb məmurların ət satışına ciddi müdaxilə etməsidir. Xeyli məmur və onlara yaxın olan adamların ölkədə ət və taxıl istehsalı ilə məşğul olur. Bu şəxslər kököltmədə mal da yetişdirirlər. Bu üzdən məmurların öz təsərrüfatlarının olması üzündən onlara həm taxıl, həm də ət bazarında yüksək qiymətin qalması sərf edir. Məmurlara idxala böyük qeyri-rəsmi rüsumların tətbiqi sərf edir. Çünki belə olan halda onların yetişdirdikləri mal-qaraya daha çox təlabat olacaq. Digər tərəfdən ətin qiymətinin yüksək olması da onlara sərf edir. Çünki məmurların hazırda yetişdirdikləri mal-qaranan sayı olduqca çoxdur.

Комментариев нет:
Отправить комментарий