14.12.2011

Çovğun

Böyükxan Bağırlı. Hekayə

Allah bəlasını versin, belə rüzigara insan duruş gətirə bilməzdi. Qabada çovğun yalquzaq kimi ulayır,hələ yatıb yaprıxmamış qarı yerdən götürüb göyə sovurur, getdikcə azğınlaşır, min-bir oyundan çıxırdı. Bu nəhayətsiz çöllər, el arasında «çala» deyilən bu cansıxıcı qışlaq yaranışından indiki təkin qar görməmişdi, iliyə işləyən bu sayaq sazaq görməmişdi. Axşamdan dəli kimi  havalanan çovğun bilmərrə səngimirdi,xam ayğır kimi ipə-sapa yatmır, yerlə-göylə oynayırdı.

Bənövşə hiss eləyirdi ki, artıq onun işi bitib, bunun o yan –bu yanı  yoxuydu. Ayaqları getdikcə heydən düşür,sözünə baxmırdı. Amma hələ bədəni istiydi. Birdən nəfəsi təngişdi. Hiss elədi ki, insanmış paltosu canına ağırlıq edir. Ayaq saxladı,çıxarıb atdı,qoy cəhənnəm olsun . Deyəsən bir balaca yüngülləşdi,ürəyinə işıq gəldi. Bədənini çulğayan bu ani ümid hənirtisi kipriklərindəki qırovu  isidib əritdi, gözlərini qıyıb ətrafa qulaq verdi.  «xançı binəsi» haradasa qabaqda olmalıydı. Belə gecələrdə o ev neçə-neçə ovçunun, yoldan azan  fağır benavanın qanının arasına girmişdi. Bəs indi o evin işığı nə üçün görünmürdü, yoxsa Allah bəlasını vermiş bu çovğundan qorxub çırağı söndürmüşdülərı? Ha  baxdı,baxdı,işıq adında bir şey görmədi, olan-qalan səbri tükəndi, güclə  özünü küfr-nasaza eləməkdən saxladı,dedi Allaha acıq gedər, cəhənnəmlik olaram, görünür alnıma belə yazılıbmış. Elə bu dəm hardansa yadına iyirmi il bundan əvvəlki ilaxır çərşənbə gecəsi düşdü. Onda hələ subaydı. Qışlağa köçməmişdilər, kənddə yaşayırdılar. Bənövşəgil bir dəstə nazlı-duzlu qızıydı. Həmin gecə çilə çıxarırdılar. Dilək tası qurmuşdular,ortalığa mis qab qoymuşdular.Qızlar üzüklərini həmin qabın içinə atıb qarışdırır, növbə il əbayatı deyirdilər. Bundan sonra kimin üzüyü qabdan çıxarılarsa deyilən bayatıdaki mətləb həmin üzüyün sahibinə yozulardı. Bənövşənin bəxtinə çıxan bayatı əntiqə bayatıydı:

Karvan gəlir enişnən,
Yükün tutub enişnən.
Sənə xonça bəzənsin,
Altun, axça, gümüşnən.

Həmin bayatını deyən Turunc xalanın qızı difdirini Narıncdı. O, Bənövşənin ürəyinin atdandığını görüb qızlara göz vurdu: «Avaz haxdan gələr- dedi,-bu  yaxınlarda Bənövşəyə nişan xonçası gələcək»                         


Altun, axça gümüşnən.

Narınc gözlərini xumarlandırıb çırtıq vurdu: Pay verin,xalatım gəlsin, noğulum ,nabatım gəlsin...
Həmin çərşənbə axşamı diləktutma  yığınağından sonra qızların hərəsi Turunc xalanın təndirini külfəsinə bir yumurta qoymuşdu. Ürəklərində qurbanı olduqlarımıza yalvarıb yaxarmışdılar ki,bu  Fatimeyi-Zəhra kənizlərinin yumurtalarını qırmızı boyayıb arzu kamlarına çatdırsınla.
Sübh çağı qızlar su üstündən qayıdanda görmüşdülər ki,yumurtaların hamısının üstünə kömür çəkilib. Bunnan sonra  həmin qızların üəyinə xal düşdü. Çoxusunun üzü gülüb könlü açılmadı.qarlı bir qış axşamı Turunc xalanın oğlu xırpa Abdül yeyib-içib dəmlənənnən sonra tay-tuşlarına demişdi ki, o yumurtalara kömürü mən çəkmişəm. Qızlarla zarafat eləyirdim.
Xançı binəsinin işğından əlini üzəndə həmin ilaxır çərşənbə gecəsində üstünə kömer çəkilmiş yumurta gəlib Bənövşənin gözünün qabaqında dayandı. Mənə bax e,-dedi,-neçə vaxtı nahaq  yerə xırpa  Abdula  qarğış eləyirəm,Abdül zalım oğlunada təndirə tərəf çəkən qüvvə varmış. Haxdan gələn yazıymış bu....
Bir şey də yadına düşdü. Həmin çərşənbə axşamı  difdiringi Narınc demişdi ki, kim möllü-biyabanda azca,qorxub eləsə gərək köməyinə Xızır peyğəmbəri çağırsın...
Hər halda bu da bir təsəllidi. Gücünü toplayıb «Ya Xızır...» demək istədi ancaq soyuqdan titrəyib şaqqıldayan çənəsi sözünə baxmadı. Bir-iki dəqiqədən sonra yenə təşəbbüs elədi, bir şey əmələ gəlmədi. Əli qılınclı çovğunun qənşərində bu fikrin mənasızlıqını sürunun  lap dərinliklərində dərk etsə də,ümidini qırmadı. İliyə işləyən soyuğun təsirindən tez-tez qırılan ,bir sap üstə düzlənə bilməyən  fikirləri beynində pırtdaşıq düşsə də, bir şeyi yaxşı anlayırdı ki, bu qarın , çovğunun özü elə  Allah vadarıdı, iyirmi il bundan əvvəlki ilaxır çərşənbənin dediyi idi. Yoxsa ,vallah-billah, Adəmdən Xatəmədək  bu çöl, başı batmış  bu qışlaq  belə həngamə görməmişdi.n İki  saat bundan qabaq  Bənövşə evdən çıxanda hardan biləydi ki,  hava birdən-birə üzünü bu sayaq göyərdəcək,qızışıb quduran çovğun  başına bu oyunu açacaq. Beş-altı il bunna qabaq da bir qış günü axşamüstü əri Nuğayla indiki təkin  bərk sözləşəndə  acıq eləyib evdən çıxmışdı. Yol-irizi əlinə alıb  yarım saata özünü qardaşıgilin qonşu qışlaqdaki  üstü girəmidli  evinə çatdırmışdı. Onda, haqq üçün, qardaşı Sultanəli onu bərk danlamışdı . Demişdi, Bənövşə, bu nə hikkədi  belə səndə? Gecə gözü zənən xeylağı tumanuvu əlivə alıb  düşmüsən, o qışlaq sənin ,bu qışlaq mənim. Görən-bilən nə deyər bizə? Balam ,acığın,dava-dalaşın  da yeri var. Nə yaxşı ki,gecə gözü qurd-quş rastuva çıxmayıb.  İndi çilə canavarı  adama gəlir...
Onda havada çovğun yoxuydu, qar da indiki təkin dizəcən deyildi, ala-çalpodu. Bənövşə bu dəfə də acıq eləyib  evdən çıxanda elə həmin o qış axşamının havasına çıxmıçdı. Bir az yeriyənnən sonra  görmüşdü ki, baho ,bu xına o xınadan döyü. Nuğay  namərd oğlu da heç olmasa xala xətrin qalmasın gəlib onu çağırmamışdı, əlinə yapışmamışdı,deməmişdi bu rüzgarda hara baş götürüb gedirsən, hələ bir təvaxül  elə,  səhər açılar- o sən, o da qardaşuvun xarabası, can sənin , cəhənnəm tarının. Namərd oğlu bu ciyəzləri deməmişdi. Bənövşə də dədəsinin qızıydı, tüpürdüyünü yalayan deyildi. Neynəsin, Nuğayın  pılxıs-pılxıs sözlərini bir batman balnan yemək olmur. Əqrəb cinsinnəndi, sancdı,zəhəri qana işləyir. Gəl duruş tap görüm necə tapırsan. Axşam evə gələn kimi  gəyirə-gəyirə düşmüşdü Bənövşənin üstünə :
-“O” yenə gəlmişdi buyannara?
Bənövşə  özünü eşitməməzliyə vurdu, gördü əri yenə xubluca içib, içəndə heyvərənin böyüyü olurdu, sol yırtdac gözü sulanır, çil basmış ağız-burnu əyiş-üyüş  olurdu. Bu görkəmdə adam ona baxanda ödü ağzından gəlirdi.
Sənnənəm, moltanı balası, “o” yenə gəlmişdi?- Nuğay təpiyini yerə vurub israr elədi, rəfdəki boşqablar cingildəyib qorxudan bir birini qucaqladılar. Bu səs-küydən diksinən sarı  zolaqlı  pişik  buxarının yanınnan  ehmalca sivişib  o biri gözə keçdi. Bənövşə səbrini basıb özünü toxdaq tutdu, torbadan duz götürüb  bayaqdan  hay-həşir salan, qaynayıb quruyan qazana atdı ,əlindəki çömçəylə danışırmış kimi:
-Yenə zəhirmardan içibsən,-dedi,-səni qara basır.
-Bəs  həyət-bacadaki  o kişi ayaqqabısının rəddi nədi, əcinnələrindi?! – Nuğay bozardı ,yırtac gözü səyirdi, yanağını yenə şor su basdı.
Bənövşə  onun üzünə baxmadan bayaqki təmkinlə dedi:
-Yeznən gəlmişdi, deyir Nuğayın ucbatınnan işim fırığdı, əlli-əyaqlı gedirəm. Pul istəyirdi, bəlkə bir azdan yenə gəldi.
Nuğayın bacısının əri naxırçı Bayramxan allahın məzlumuydu, qonşu binə də olurdu. Nuğay dilə tutub  onun subay naxırınnanxeyli yemişdi, indi  o yazıq  da altınnan çıxa bilmirdi. Odu ki,Bənövşə yeznəsinin  adını çəkəndə Nuöay göynədi , elə bil Mazoluna  ayaq basdın, atılıb düşdü.
-Sən-dedi ,-yeznəni mənim gözümə soxma, “0nu” deyirəm e, “onu”!- əlini kəndə tərəf uzatdı-Gəlmişdi?
-Sən məni nə yerinə qoymusan, heyvərə, mən səninçin nəyəm? Bənövşə bu dəfə səbrini basa bilmədi:-bəyəm küçədə qalmışam, yoxsa sənin  o şortularınnanam? Məni bu xarabaya ötürənin görüm sümüyü yansın, həşirdə vəlleyli vursun, bəroürddə yanıb cızzığıçıxsın.... Nədi yenə «0», «0» salmısan? içəndə «0» yadıva düşür. Allaha yalvarıram, sənin kimi  «0»nun da üzü gülüb, köylü açılmasın...
-Gözünün içinəcən yalan deyirsən, qncıq. Gecə yuxuda sayıqlayanda da dilivün əzbəridi «0».
-Adamsan, kişisən, bəsdi, bəsdi!..- Bənövşə boğulan kimi oldu, əlini üzünə atıb sakitləşdi, yanaqını isti qan basdı.
- Belə olar, göynəyirsən, yanırsan...- Nuğay irişdi, siqretin saraldıb qovurduğu həvə dişləri görsəndi.
Bənövşə əlinin dalıyla üzünü silib göyərdi:
-Bilmək istəsən,nsən heç «0» nun çölə atılan dırnağına dəyməzsən.
-Odu  bax, odu bax,- Nuğay çömçəni qazanın üstündən götürüb Bənövşənin başına çırpdı.- gördün, içindəkini necə çıxartdım çölə. Bunu de də... Mən əclafa  demək lazımdı ki, ərəmiyi neynirsən, niyə bu moltanı balasının dalınan təpik  vurmursan. Bağrı mənnən badaş döyü ki!...
- Həddüvü bil, zaylama , adam kimi danış.-əsəbdən Bənövşənin dodaqları uçuqladı, gördü daha bunnan o tərəfə kənd yoxdu, odu ki, daş altında düyün qoymadı.
-Mənə ərəmik deyirsən,heç utanmırsan?- dedi.-de  görüm məni nə üçün həkimə aparmadın, qorxdun, hə? Elə bilirsən işdəçəklərindən xəbərsizəm, qorxdun ki, pasın açılar? De görüm hanı 0 biri arvadınnan uşaqların?  Yeddi qazanın damazdığı xanımnisədən, dəvə onbası  lumadan, güllü göyərçinnən hanı uşaqların? Bir göstərdə mənə?! Qıçıva oraq bağlamışdın, dözdüm, dedim yorulub usanarsan, Allahı yoluna gələrsən. İndi də Elyaslı obasında təzə yuva tapmısan, qayı-qədim olasan... bunnarı dedirtmək istəyirdin mənə?
Nuğayın sifəti ağardı, deyəsən ayılıb özünə gəldi. Elə bil li, sümüyünün iliyini çəkmişdilər, heysizləşmişdi. Nə desin, nədən yapışsın. Ha  fikirləşdi, ağlına yönlü bir şey gəlmədi, o sözlərin qabağına diyirlətməyə bir köyük tapmadı. « Kəs,mumla!»-deyə qışqırıb coşdu və o dəqiqə də səsi gözünnən düşdü, hiss elədi ki, daha aralarında bir şey qalmadı, öz əliylə ailə yorğanını üstlərindən atıb eyiblərini faş elədi. İllərlə müdam sozalayan, səngiyib bir hovur toxtamayan köhnə irinli  yara,  nəhayət, bu qarlı qış axşamında deşildi. Onun çirkinin kəsif iyi Nuğayın ağzınnan  gələn araq iyinə qarışıb otağın havasını dahada ağırlaşdırdı. Bənövşə  bu murdar iyə dözə bilməyib öskürdü, ögüdü. O, çimçəşirmiş kimi əliylə havanı yardı:
-Mən ağzıma qovud atıb dinmədim,namusuma sığındım,-dedi,-ömrümü sənin kimi  əbləhlə çürtdüm... Axırı da belə ...-Çiyinlərini çəkib hönkürdü, göz yaşları yanağındaki qanlı şırımları göynətdi:-kaş o günə daş düşəydi, daş düşəydi o günə, elə bil məni qan ucbatınnan göndərdilər bu viranəyə...bənövşə o gün deyəndə düz iyirmi il bunnan əvvəlki həmin yağışlı-yağmurlu o noyabr  gününü qaralayırdı. Həmin gün atası koxozun on beş baş camışını  oğurlatdırmış  naxırçı Məmi kişi qızı Bənövşənin zülüm-zülüm ağlamasına,atılıb-düşməsinə baxmayaraq, naçar qalıb ferma müdürü Nuğayın elçisinə   «hə »  demişdi. İki həftə sərasər əli qoynunda əyləşib evdən bayıra çıxa bilməyən, bu gün –sabah dama qatılacağını gözləyən fağır, mağmun  Məmi kişiyə  Allahtala birən-birə  bağlı qapı açmışdı. O  belə fikirləşirdi ki, madam Nuğay qapısına elçi göndərib, demək on beş baş camışın xata-balası da başınnan sovuşub gedib. Ağlamasına baxmayaraq, Bənövşə də getdikcə  Nuğayın elçisinə hə deyilməsiylə barışdı. Çünki bu dünyada Bənövşənin ən çox istədiyi adam atasıydı , əgər atasının başına bir iş gəlsəydi Bənövşə çərləyib lərdi. Birdən camışlara görə atasını dama atsaydılar, Bənövşə heylərdi? Babal kişinin nə canı vardı ki, türməyə dözsün, balalarından cida düşsün.
Nuğay  da usta tərpənib göndərdiyi eçiyə  çatdırmışdı ki,belə desin: «Mən də Məmi kişininnecə bir oğlu, camışların aqtınıbağlatdıraram, qoymaram ki, kişinin başınnan bir tük belə əskik osun... »
Nuğaygilin toyunnan  beş on gün sonra həmin camışlar qonşu fermanın örüşünnən tapılıb gətirildi və bu xəbəri eşidən kimi Allahın saya-sadıq bəndəsi Məmi kişi o ki, var sevindi. Ama  onnan xəbəri yoxidi ki, « sovet hökümətinin camışlarının » itib- tapılması əhvalatı qonşu binə də  üzü gülüb eyni açılmayan Bənövşənin  olan-qalan ətini tökmüşdü, çün ki, Bənövşə  uşaq deyildi, hiss eləmişdi ki, camış əhvalatı  Nuğayın öz fırıladıydı...
Bir hovur ayaq saxlayıb dincəlmək, canına rahatlıq vermək ümüdiylə  kol-kos aradı ki, onnan yapışıb otursun, sonra da ustufca ayağa qalxa bilsin. Lakin addımı qılınc kimi kəsən küləyin arxadan,  «Çala  »  qışlağından qovub gətirdiyi həmin o  beyin çatladan kəsif iy bu fikri başınnan çıxartdı. Qorxdu ki, bu  murdar iy onu boğub öldürər. Odu ki,ayağı tutduqca qabağa getmək istəyirdi. Qabağda təmiz hava, qardaşıglin binəsi vardı. Son  dəqiqələr başınnan bu fikir keçirdi: bəlkə azmışam, yoxsa yarım saatlıq yol bu qədər çəkməzdi.
Çovğun  səngimirdi...
Bu ara Qırmızıkənd tərəfdən gələn yük qatarı yarımstansıyaya çatmamış qıyha şəkdi?  Yoxsa bu qarlı-çovğunlu gecədə Allahın nəhəng maşını da xoflanmışdı? Qatarın səsinnən Bənövşənin ürəyi işığlandı. Sanki qaramat bir yuxudan  ayılıb özünə gəldi. Səs gələnsəmtə uçundu... Əli isti kabinədə əyləşən  saqqallı teplovoz sürücüsünün əlinə çatsaydı... Bəs nə üçün saqqallı? Təxminən iyirmi beş il bunna qabaq, yeniyetməlik çağında rəhmətlik anasıyla həmin bu yük qatarına minib Salyan bazarına yağ-pendir satmağa gedirdilər. Onnarı yük  qatarına mindirən teplovozçu saqqallıydı. Yaxşı yadındaydı, damağıdakı siqaret bığını,dodaqlarını saraltmışdı...
Daha yadında nə qalmışdı? Hə, Qənbərdə həmin qatara minmişdi. O, vaqonun açıq pəncərəsinnən yulğunluğda quzu otaran uşaqlara dəmir yolunun kənarında süfrə salan naxırçılara əl edirdi. Onun yol boyu arxaya qaçan damlarla salamlaşması Bənövşənin xoşuna gəlirdi və Bənövşə büsbütün əmindi ki, qonşuları püstə xalanın oğlu Qənbər bunları onunçun eləyir. Ay Allah, o vaqon nə yaxşı idi, dəmir yolunnan bir az kənar da, su qırağında əyləşmiş o ovçular, quzu otaran uşaqlar... necə mehribandılar...Pəncərəsi qırılmış həmin o vaqonda həmin o ilıq payız günəşi yeniyetmə qızcığaza necə şirin vədlər verirdi. O vədlər hələlik bağlı boğça  olsada onların ətrinnən Bənövşə uçunur, məst olurdu. Bənövşə isrəyirdi ki, qatar heç vaxt dayanmasın, Dünyanın o başına çıxıb getsin. Qənbərlə onu əlçatmaz yerlərə aparsın...O Qənbərlə ki, bir gün əskərlikdənqayıdıb gələnnən sonra Bənövşəni evlərində görməmişdi və bu dünyanın vəfasızlığına tüpürmüşdü, əlinə qələm alıb «sovet  hökümətinin camışlarının əvəzində girov götürülən  bir etibarsıza...»  tənəli bir məktub yazmışdı. İndi hər dəfə çiyninə tüfəng alıb «çala qışlağı» na ova gələndə o,
Nuğayı cin atına mindirirdi ...
Çovğun lap iki addımlığında qarı eşib göyə sovurdu, yalquzaq kimi dişlərini qıcıtdı. Bənövşə qışqırmaq, anasını köməyə çağırmaq istədi, amma buna heyi-hərəkəti çatmadı. Ağ kəfənə bürünmüş səhrada onun köməyinə kim gələcəkdi?
Haradasa yaxınlığda çaqqal uladı, Bənövşə səsə dikəldi, qulaq verdi. Hər halda ölü təkin uzanmış çöldə bu səs həyat rəmziydi. Gücü çatsaydıonu çağırardı. Sönməkdə olan şürunda bu fikir dolaşırdı. Sonra bunu ayrı bir şey əvəz elədi.  Özü də bu lap son məqamda oldu... Yaz idi, rəhmətlik anası alaçığın böyründə, gün düşən yerdə süfrə açmışdı. Qənddanda alabəzək nabat ləbaləbdi. Böyürlərində dovşan şəkli olan fincanlara qaymaq tökülmüşdü və bu qaymaqdan min bir çiçəkli yaşıl çölün ətri gəlirdi. Bənövşə əlini çörəyə vurmurdu, arasına bənövşə taxdığı  gur, eşmə hörükləriylə oynayırdı. Anası  qonşuları Püstə xalaya nəsə deyib gülürdü, elə hey gülürdü. Bu  gülüşə nə qorxu, nə çovğun, nə tənhalıq, nə də lənətə gəlmiş  onbeş baş camış  yaxın düşə bilməzdi. Anası süfrədə buğlanan çaya əl uzadanda  Bənövşə hörüklərini kürəyinə atıb ona qısıldı. Burnuna doğma bir qoxu gəldi... Bəs sonra, sonra? Sonra...araya qara bir örtük çəkildi,dünya zülmətə yuvarlandı, əzab,heyrət,doğma qoxu-hər şey bir göz qırpımında heç-puç oldu, donub qaxaclanmışdı cəsədi qar basdı, beş-altı addım kənarda sülənən çaqqal üşəndi, ürək eləyib bu qar topasına yaxın düşmədi.

Комментариев нет:

Отправить комментарий