Həmid Herisçi
Bakıda yaşadığım 8-ci mikrorayon ərazisində dünənnəri elə bir mənzərəyə tuş gəldim ki, vallah, indi əlimdəki diyircəkli qələm çətinlik çəkir onun bütün çalarlarını sizlərə çatdırmağa-gördüm ki, bir səyyar çin alverçisi, satdığı min cür xırdavat mallarını nəhayət ki, əlindən yerə qoyub, öz vətəni Çinə mobil telefon vasitəsiylə «sms» göndərir! Necə deyərlər, «burda döngələrin yeri darısqal, oturub palanın üstündə hambal, dərin fikirlərə qərq olmuş yazıq, dincəlmək istəyir burda azacıq»…
Yaxud, «Bakının dərdi var, Bakı xəstədədir, könül intizarda, göz yol üstədir, soyuq divarlarda güllə nişanı, didir, parçalayır insan insanı»-yəni, sovetin tikdirdiyi uşaq bağçaları, kitabxanalar, musiqi məktəbləri sökülür, ətrafı bəzəyən yaşıllıq zolaqları məhv edilir…Sosialist mülkiyyəti əlindən çıxmış, sosial müdafiə imkanlarını itirmiş xalq küçələrdə avara-avara gəzib axırda olan-qalan ağlını da itirir… «Xammer» nişanlı arabalarda gəzişən varlılar, gözlərində qara eynək, öz keyflərindədirlər…
Axırda bir çin vətəndaşı gəlib düşür bütün bu əclaf mənzərələrin çıxılmaz dar məngənəsinə, ürəyi darıxır vətəniyçün burda, Bakı küləyini vecinə almadan ətrafına göz gəzdirir, həyatın bütün amansız şərtləriylə razılaşır ən son anda, nəhayət yorulur, oturmaqçün bir rahat yer axtarır özüyçün…Nəhayət, şükür, daş bir səki üzərində yerini rahatlayıb vətəninə «sms» göndərir burdan… Çindən üzübəri başladığı uzun səyahətin son nöqtəsi bilir bizim 8-ci mikrorayonu…
Kədərli olar kərək ki, həmin məktub…
İnanın, indi sizə çatdırdığım yazımı da eynən həmin kədərlə, həmin çin iereqloflarıyla yükləmişəm… Özü də, bilin, sizə ünvanladığım bu «sms»lərdə, şəxsi kədərimə deyil, bəşəri məsələlərə üstünlük vermişəm mən.
POSTMODERN: DİALEKTİKANIN LƏĞVİ. Fəlsəfi dillə danışsaq, binar ziddiyyətlər, əksqütblərin bir-biriylə tükənməyən savaşı, bir sözlə, dialektik təfəkkür modeli, yaşadığımız həyatın bütün çalarlarını öz əhatəsinə alaraq, sual verirəm, son nəticədə neynəyib? – bəşəriyyətə xüsusi bir nizam verib! İbrahimi dinlərdə dialektika öz xüsusi çəkisini lap artırıb- həyatın «rəbbani-şeytani» cəhətlərini xüsusi rəmzlərlə, ünvanlarla işarələyib, dünyadakı tükənməz xeyir-şər savaşına «Hizbi-AllaH, hizbi- şeytan» müharibəsi adını verərək son qələbəni axirətə saxlayıb.
Yəni, yalnız məşhər günü dünya öz dialektikasını itirib axır ki, bir nəticəyə gələrək vəhdətə, «tovhid»ə qovuşacaq.
Sözün qısası, bəşəriyyətə nazil olmuş dörd səmavi kitabda, dialektik təfəkkür üsulu ön sıradadır. Lakin, hələki sadəcə olaraq «metafizik dialektika»dır o- vəssəlam! Sonra-19 əsrdə, 1-ci İnternasionalın qırmızı bayrağını marksizm əlinə aldıqdan sonra, dilektika köklü surətdə öz mahiyyətini dəyişəcək. «Dialektik materializm» adını alaraq öz dini köklərini danacaq, metafizikadan azad olub sosial-siyasi cəhətlərlə yüklənəcək. Dialektikanı yunan fəlsəfəsindən, dindən oğurlamış marksizmə məncə, müəyyən mənada minnətdarlıq bildirmək lazımdır. Niyə? –dialektikaya ikinci nəfəs verdiyinə görə, bəli! Bu sahəni dəqiqləşdirdiyinə, onu göydən yerə endirib metafizikadan azad etdiyinə görə, yenə də israrlıyam, bəli, marksizmin payına göydəki mələklərdən rəhmət düşür, inanın mənə.
«1937-ci ilin tuthatut dövrünədək, hə, dilektika, SSRİ başda olmaqla bütün dünyada at oynadırdı» fikrini demək, inanın ki, tam həqiqətdir. Fəqət, görun çartlasın ay Lenin, bu əclaf stalinizm, Trotski tərəfdarlarını dünya miqyasında qətlə yetirdikdən sonra, marksist dialektikanın qara günləri başlayır. Əsl inqilabçıları güllələyən Stalin psevdoinqilabçıları hakimiyyətə gətirməklə, dialektikanın «əksinqilabçı-inqilabçı» ziddiyyətinə ölümcül zərbə vurur. O dövrün xeyir-şər mübarizəsində Məlik Məmməd qütbü öldürülür, üstünlük verilir bu nağıl qəhrəmanının satqın qardaşlarına.
«Dünya inqilabı, kommunizmin qələbəsi, sinfi mübarizə» kimi anlayışları özündə birləşdirmiş marksist-leninist dialektika, - vaxsey!- tarixin arxivinə verilir, stalinizm başlayır imitasiyalara. Marksist dialektikaya zidd olaraq stalinizm bütün dünyada deyil, «ayrıca götürülmüş bir ölkədə», yəni SSRİ ərazisində qələbə çalmaq istəyir.
Lakin, tarix tərəfindən sübut olunmuş dəqiq riyazi düstur var- dialektika, «xeyir-şər» mübarizəsi, yalnız dünya miqyasında qələbə çalsa, öz muradına yetişib qırmızı almanın sahibinə çevrilə bilər. «Ayrıca götürülmüş bir ölkədə» xeyirin şər üzərində qələbəsi, dialektik fikrə zidd bir müddəadır, şərr üzərində yalnız dünya miqyasında qələbə çaldınsa, demək sən öz arzuna çatıbsan.
Fransız filosofu Jan Bodriyarı oxuyun, dediklərimin dəqiq cavabı ordadır. O, sübut edir, özü də necə lazımdı- dünyada var olan hər bir məvhum, yalnız, öz əks qütbüylə savaşına görə, həqiqi mənasını saxlayır, bu yoxdursa, o ölümə məhkumdu, öz həqiqiliyini itirir, dönüb olur saxta-yəni, «simuklyar». Dünya miqyasında ziddiyyətlərin mübarizəsi saxtalaşdırıldığına görə indiki varlıqlar öz həqiqiliyini qeyb edib!
Bodriyarın dediklərini siyasi təfəkkür dilinə tərcümə edək ki, sizlərə tam aydın görünsün-yəni, kommunizmlə kapital dünyasının savaşı, yəni, müasir dialektika saxtalaşdırıldığına görə, bəşəriyyət artıq nağılların dediyi «xeyir-şər» mübarizəsi ssenariyasını əslində yaşamır. Ondan kənara çıxıb, babalarımızın bizə miras qoyduğu dialektik mübarizədən yayınıb. Nəticədə böyük bir boşluğa yuvarlanıb, nəticədə dünyada nə varsa saxtalaşıb-çünki, istər din, istər nağıl, istər marksizmin güvəndiyi «xeyir-şər» savaşından kənarlaşıb! Halbuki yalnız «xeyir-şər» mübarizəsi, yəni, binar ziddiyyətlərin savaşı çərçivəsində, bütün varlıqlar öz həqiqi mənalarına sahibdirlər.
Postmodern elə budur-nığılın, dinin, təffəkkürün, tanrının, insanın ölümü, ideoloqiyaların, binarizmin süqutu…
Mərkəzsizlik. İmitasiya.
Əksinqilabın inqilab üzərində qələbəsi. Dilektikanın ləğvi.Tam apokalipsis. Məşhər. Şou biznes totalitarizmi.
Məntiqin qətl günü. Amerika filosofu F. Fukayamanın diliylə desək , «tarixin sonu».
Nağıl kitablarını qatlayıb bir küncə atın-ağ qoyunla qara qoyunun buynuzlaşması epizodu, neynək, deyəsən ixtisara düşüb.

KONSPİROLOQİYA-MƏNTİQİN SON NƏFƏSİ. Lakin, gəlin dünyadan əlimizi üzüb çox da kədərlənməyək.
Bəli, marksizmin süqutu dialektikaya amansız zərbədir, neynək, bunu bildik. Fəqət postmodern ədəbazlığın məntiq, dialektika üzərində qələbəsi də saxtadır, sünidir- inanın həqiqi deyil!
Mömin dindarlardan sonra, xüsusi elmi nəzəriyyəyə yiyələnərək, dünyada xeyrin şər üzərində qələbəsini təmin etmək, məntiqə, dialektikaya sahib çıxmaq istəyən son qüvvə kommunistlər idi-bununla gəlin razılaşaq. Aralarında bircə fərq vardı-birincilər, məqsədlərinə Allahla, ikincilər, Allahsız çatmaq istəyirdilər.
Lakin sonuncuların dünya imperializminə məğlubiyyəti, açıq savaşla şərtlənməyib, bu sahədə əsas dava gizli olub-xəfiyyələrin əliylə. SSRİ müharibədə uduzmadı ki? Kommunistləri qara eynəkli cəsuslar yendilər! İlk zərbəni kim vurdu?-NKVD xəfiyyə-cəsusları. İkinci zərbə isə…
İkinci zərbə, imperialistlərin NKVD-si tərəfdən gəlsə də, o əslində stalinizm təcrübəsini təkrarlayırdı. Stalin nə etdi Lenin qvardiyasına qarşı? –leninçiləri öldürsə də, partiyanın quru adını saxladı. Dünyanı bürümüş kommunist partiya rəhbərlərini gizlincə məhv edən Qərb imperializmi də elə bunu örnək seçdi özünə. Partiyaları saxlasa da onların rəhbərlərini ya gizlincə öldürdü, yaxud öz xəfiyyələriylə əvəzlədi.
Bəzi kompartiyaları özü qurdu, yaxud onların beş-altı dublikatlarını yaratdı-məsəlçün, Hindistanda, Türkiyyədə, Yunanıstanda -daha siyahını uzatmayaq!- ən azı dörd-beş kommunist partiyası vardı, biri Kremlin, qalanları digərlərinin ixtiyarında! Məsəlçün, 1953-cü ildə İran tudəçilərini azdırmaqçün, Amerika Mərkəzi Kəşfiyyat İdarəsi qəribə oyunbazlığa əl atır. Öz xəfiyyəsi Kermit Ruzveltin əliylə (o, əski Amerika prezidenti Teodor Ruzveltin nəvəsiydi, Tehrana «Ceyms Lokric» adı altında təşrif gətirmişdi) təzə «Tudə» partiyası qondarır, avaraları yığır başına, ciblərinə pul basır, əmr verir ki, qırmızı bayraq altında küçələrdə nümayişlərə çıxıb axmaq-axmaq şüarlarla əhalini qorxutsunlar. O vaxtkı İran baş naziri Mosəddiqi tərifləyib onun kommunist olduğunu hamıya çatdırsınlar! Burjuaziya bunu görüb Mosəddiqdən əlini üzsün, o, meydanda tək qalsın. Halbuki yazıq bədbəxt əsl antitudəçi idi!
Bir sözlə, kommunistlər ideologiya, antikomunistlər polittexnoloqiya vasitəsiylə vuruşurdular öz aralarında… Kim buna «soyuq müharibə» adını veribsə, bəli, düz eləyib, durnanı gözündən vurub, həmin savaş gizli deyil, açıq olsaydı, bir az da irəli gedib deyirəm –«qanlı olsaydı» əgər, kommunistlər sözsüz bu savaşda qələbə çalacaqdılar. Soyuq müharibələr inqilabçıların deyil, xəfiyyələrin müharibəsidir- bolşevizm, 1-ci Cahan Müharibəsi alovundan doğulduğu üçün gərək həmişə 2-ci,3-cü cahan müharibəsini də arzulayardı… O, isə səhv edib elə bircə «soyuq müharibə» ilə kifayətləndi. Yəni, müharibəni imitasiya etdi-nəticədə dünya, modernizmi (leninzmi) itirib, indiki postmodernə yuvarlandı.
Dünya əksinqilab qərərgahları, bəli, öz məqsədlərini dəqiq seçmişdilər-cəmiyyətdəki sosial-siyasi dialektikanı saxtalaşdırmaq, bilin, onların başlıca hiyləsiydi. Sağ qüvvələri də özləri yaradırdılar, sol gücləri də, sonra onları Roma qladiatorları kimi savaşdırır, nəticədə cəmiyyətdəki siyasi dialektikanı öz nəzarətləri altında saxlayırdılar. İndicə işlətdiyimiz «qladiator» kəlməsini küt yaddaşınıza həkk edin birdəfəlik, bu barədə az sonra daha geniş söhbət açdığımız vaxt, day çaşmayasınız, deməyəsiniz ki, «bu nə kəlmədir belə?» Eşitdizmi, hə?

***
Bir sözlə, dünyaya postmodern xaosun hakim kəsilməyi, eşidin-bilin, sadə qaynaqdan qidalanır-xüsusi xidmət orqanlarının cəmiyyətə ötürdükləri saysız dezinformasiyalardan. Bəli, dezinformasiya indi informasiyanı əvəz edib.
Lakin, dialektikayla məntiqi uşaq bilib cibinizə qoymayasız haa-qəfildən, onlar öz daxillərində ecazkar bir güc taparaq yenidən bir başqa ad altında bu postmodern dünyaya qayıtdılar.
Bu dəfə «konspiroloqiya» adı altında.
Özünüz fikirləşin-indiki vaxtda, söz yox, dünya öz yolunu azıb, düşüb postmodern imitasiyalar hakimiyyəti altına. Nə varsa saxtalaşdırılaraq məzhəkəyə çevrilib-qanunlar, siyasət, TV-lər, seçki sistemi…Nə varsa, sanki öz həqiqi dövrünü artıq başa vurub, indi öz «post», yəni, sonrakı dövrünü yaşayır. Oğul istəyirəm ki, gəlib bütün bu saxtakarlıqlardan baş aça.
Muştuluğumu verin, həmin oğul, «konspiroloqiya» ədəbi-estetik janrı səviyyəsində, artıq dünyaya gəlib. Məhz bu janr çərçivəsində indi bir çox yazıçılar, alimlər, hüquqşünaslar öz araşdırmalarını aparıb həyata yeni dialektika, məntiq gətirirlər. Postmodernin beyinlərdə yaratdığı qatı dumanı qovur, sadə bir məntiq axtarırlar ətrafımızda baş verən anlaşılmaz hadisələr içində.
Yazıçı Den Braunun «Da Vinçenin kodu», Umberto Ekonun «Fukonun kəfkiri», Mel Qibsonun «Sui-qəsd nəzəriyyəsi» filmi (Hollivud, 1997) nəhayət, türk yazarı Orxan Pamukun «Qar» romanı bax bu konspiroloji təfəkkürün son məhsuludur. Beləysə, «konspiroloqiya nədir?» sualına cavab veririk: 1. Məntiqin, dialektikanın bir növ, insan beyninə növbəti qayıdışı. 2. Lap sərt desək, məntiqin intiqamı. 3. Məntiqlə dialektikanın 21-ci əsrdə, postmodern xaosunda mümkün olan sonuncu redaksiyası.
Yaşadığımız postmodernik xaosdan baş çıxarmaq, düşdüyümüz siyasi oyunların mənasını dərk etmək üçün, Orxan Pamukun «Qar» romanını konspiroji nəzəriyyə baxımından təhlil edək.

HANS HENSEN. Orxan Pamukun «Qar»a qədərki bütün əsərləri İstanbul həyatına həsr edilib-ay, bər-bəzəkli Qalata körpüsü belə gəldi, Nişandaşı belə getdi, ay, kübar İstanbul əfəndisi belə qeybə çəkildi, əvəzinə iyvermiş Anadolu kəndlisi belə təşrif gətirdi Bosfor sahillərinə… «Qar»da isə Orxan abimiz nəhayət ki, üzünü Anadoluya, Türkiyyəyə tutur, ikrah hissiylə təsvir edir bu şəhərdəki azərilərin, kürdlərin, tərəkəmələrin murdar həyatını. Bir də, çağdaş Türkiyyənin bəlasına çevrilmiş «Erqenekon» qurumundan, üstüörtülü şəkildə, bildiyini götürüb yazır…
Romanın mövzusu belədir- KA adlı bir şair, solçu «Cümhuriyyət» qəzetindən sifariş alıb-get Karsa, orda türbanlı qızların silsilə intiharı baş alıb gedir, qəzetimizə bir reportaj yaz bu mövzuda. Qarsda isə KAnın köhnə sevgilisi İpək yaşayır, atası qədim solçulardandır, Turqenevin əsərlərini haçansa türkcəyə çevirib, vaxt varkən, İpəklə sevişmək də olar bu xaraba türk şəhərində.
Şəhərdə eyni vaxtda bələdiyyə seçkiləri də keçirilir, islamçıların qələbə çalacağı bəribaşdan bəllidi, lakin, millətçilər, atatürkçülər-bir sözlə türk MİT-nin ənənəvi gizli xəfiyyələri, guya ki, özbaşına (əslində MİT-in təhrikiylə) Qarsda çevriliş edib seçkini pozurlar, onlarca islamçını, PKK yanlısını qətlə yetirirlər…Şəhər üç gün bu qaraguruhun əlində qalıb cınqırını belə çıxarammır…
Bir dəstə Qars ziyalısı, KAnı «Asya» otelinə, ordakı gizli iclaslarına dəvət edir ki, ay kişi, Avropada Hans Hensen adlı bir jurnalist arxadaşın var, noolar, bizim dərdlərimizi yaz ona, bəsdir susduq, qoy tərəqqipərvər Avropa, «Asya» otelinə yığılmış Şərq məzlumlarının ah-nalələrini eşitsin nəhayət.
Əsərin bitdiyi 2001-ci il tarixinə də fikir verməyinizi məsləhət görərdim. Məhz bu tarixdə türk mətbuatında ilk dəfə «Erqenokon» gizli qurumunun adı hallandırılıb- bəlli olub ki, belə bir gizli təşkilat var məmləkətdə, Türk generaliteti (Genel Kurmay Başkanlığı), MİT-lə əlaqədardır, ölkədə özbaşına qanunsuz hərəkətlər edir, dövlətə müxalif ziyalıları öldürür-eynən Pamukun «Qar» əsərinindəki kimi! Mövzunu kim atsa yaxşıdır jurnalistlərin ağzına?- jandarma generalı Vəli Küçüyün «adam»ı Tüncay Güney! Onu ölkə prokurorluğu kiçik bir dələduzluq bəhanəsiylə həbs edir, az sonra dustağın dili açılır, məsələ corab söküyü kimi öz-özünə çözülüb gedir. İndi həmin bu Tuncay Güney həzrətləri sərbəstdir, neynir indi?- uzaq Kanada bir yəhudi sinoqoqunda ravvin işləyir!
Bir sözlə, Orxan Pamuk 2001 tarixində «Erqenekon»un bədii sifətini yaradır türk oxucusu üçün, Tüncay isə, lap dərinə gedib onun varlığını isbatlayır, ictimaiyyətin diqqətini onun gizli adına doğru yönəldir.
Hə, gəlin burda, Pamukun qəhrəmanı həmin Hans Hensenə də ayrıca diqqət ayıraq. Orxan abimiz onun kimliyini gizləyir, lakin, yazıçının söz oyunlarına xüsusi marağını nəzərə alaraq, həmin adı deşivrə etməyi özümüzə borc bildik.
***
«Asiya» otelində yığılıb öz dərdlərinə çarə tapmaq ümüdüylə Avropaya, Hans Hensenə məktub yazan Anadolu bədbəxtlərinə məsləhət görərdim ki, Orxan abimizin səhvini düzəltsinlər- Hans Hensen deyil, Daniel Henserdir bu şəxs. Jurnalist də deyil, politoloq-alimdir, İsveçrədə yaşayır, yerli universitetlərin birində dərs deyir. NATO-nun çirkin əməllərini açıb ortaya tökərək bir neçə tədqiqat əsəri yazıb, sübut edib ki, iki NATO var-biri görünən, digəri görünməyən, biri zahiri, o birisi batini. Zahiri NATO-nun, bəli, iqamətgahları bəlli ünvanda yerləşir-İzmirdə, Romada, Brüsseldə (siyahını uzatmırıq). Gizli NATO-nun qəraragahları isə bir Allah bilir haralardadır.
Həmin gizli NATO-nun şərti adı «Qladio»dur, tam məxfi təşkilatdır, özünün gizli üzvləri, silah ambarları, ordusu, kəşfiyyatı var. Bir sözlə, Atlantik alyansına üzv ölkələrdə həmişə gizli bir paralel hökumət, paralel ordu, paralel kəşfiyyat mövcud olmalıymış sən demə. Yunanıstanda onun adı «Qızıl yun», Fransada «Rüzgar gülü», İtalyada «Qladio», Türkiyyədə isə…
Türkiyyədə isə elə həmin bu dediyimiz «Erqenekon» imiş, gör ee, işə bax!
Bu gizli təşkilatlar həmişə bir mərkəzdən-Vaşinqtondan idarə olunub, sifarişləri isə beləymiş- kommunistlərə, solçulara qarşı gizli mübarizə aparmaq, onları gizlincə qətlə yetirmək, ölkələrdə təxribatlar apararaq vəziyyəti həmişə yüksək gərginlik şəraitində saxlamaq. Kommunistlərin hakimiyyətə leqal gəlişi təhlükəsi yarandığı vaxt, aranı qatmaq, tarrapp, ölkədə hərbi çevrilişlər etmək! Stay behind – yəni, «arxada saxlanılanlar»-«Qladio»nun məxfi şəbəkəsi belə adlandırılmalıymış hər hansı bir NATO üzvü, işdi şayət, Moskvanın işğalına uğrayarsa.
False flag terrorism False flag operations – ingiliscə «yalançı bayraq, yalançı bayraq əməliyyatı» mənasını verən bu kəşfiyyatçı terminlərini də, xahiş olunur, yadınızda saxlayın. «Qladio» öz əməliyyatlarını heç vaxt öz adıyla, öz əliylə deyil, daha çox digər terror təşkilatları vasitəsiylə görməli, nəticədə izləri azdırmalıdır. Ölkədəki sağ-sol qüvvələrin hamısını əslində özü yaratmalı, vaxtı gələndə onları Roma qaladiatorları kimi öz aralarında vuruşdurmalıdır. Özləri isə «Kolizey»də oturmuş Roma patrisiyaları kimi lap axırda fikrə getməlidirlər- sağ qalmış qladiatorları əvfmi etsinlər, yoxsa edam?
İndi bildizmi dünyanı bürümüş son 50 ilin terror dalğası arxasında kimlər dayanıb? Kimin sifarişini yerinə yetirib sol-sağ radikal qüvvələr? Müxtəlif islamçı «Al-Qaidə», «Qırmızı briqadaçılar», PKK kimi terrorçu dəstələri? «Qladio» həmişə gizli şəkildə onlardan bəhrələnib, əməliyyatlarına onların üzvlərini qatıb, idealistləri həmişə qətlə yetirib, əvəzlərinə öz cəsuslarını gətirib iş başına həmin bu terror qurumlarında.
«Qladio»nun sirri ilk dəfə 1989-cu ildə, İtalyada açılıb, böyük istintaq gedib, ölkə parlamentinin sədri Andriotti boynuna alıb ki, bəli, NATO çərçivəsində belə bir təşkilat İtalyada nə istəyib onu da edib, qanun-zad, hökumət nədir qanmayıb, kimi istəyib öldürüb, gözü nəyi qaralayıbsa onu partladıb. Sonra digər Avropa parlamentləri qarışıb işə, bu şeytan şəbəkəsi üzərindəki qalın pərdə bir azacıq qaldırılıb. Daniel Henser başlayıb öz tədqiqatlarını partapart çap etməyə, Avropa parlamenti NATO-nu terrorizmdə günahlandırıb, BBS-si bir film çəkib bu mövzuyla əlaqədar, adı «Qladio əməliyyatı», sözün qısası növbə axırda gəlib çatıb bu şəbəkənin Türkiyyədəki «Erqenekon» halqasına. Erdoğanın AKP partiyası fürsəti əldən verməyib bu dəfə, bilib ki, türk «Qladio»su əvvəllər solçular əleyhinə kullanılıbsa, indi islamçılara qarşı işlədiləcək!
Demək,tələsmək, erqenekonçuları həbs etmək lazımdır…
Avropa parlamentinin, sovet təhlükəsi aradan getdikdən sonra, Amerikanın bu gizli dəstələrini öz üzərindən atmaq istəyi, Erdoğanı cürətləndirib, o da Avropadan dəstək alaraq qoşulub bu işə, deyib bəsdir, biz sizinçün bədbəxt türk solçuları-zad deyilik ki, başımıza itin oyununu açasız!
Hə, Orxan Pamuk bir tərəfdən ifşa edib bu əməliyatları, qibləsini itirmiş postmodern Türkiyəyə çıxış yollarını göstərib, digər tərəfdən, Qrant Dink, AKP girib oyuna, açıblar sandığı, töküblər pambığı… İndi bildiz neyçün «Erqenekon» Orxanı öldürmək istəyib? Bildüz?! Çünkü «Qar» romanında türk «Qladio»sunun gizli niyyətləri ifşa olunur, biləsiz.
Avropa parlamentinin Türkiyyə üzrə işçi qruppu başkanı Xust Laqendayk deyir: «Erqenekon» barədə deyilənlərin elə yarısı bəsdir bizə. Türkiyyənin sağlam gələcəyi baxımından onun kökü kəsilməlidir». Laqendayk bilir nə deyir, bilir ki, Avropa üzərində Amerika təsirini azaltmaq işində Türkiyyə daxil, bütün Avropada «Qladio» dayaqları sarsılmalıdır. Bu səbəbdən Avropa parlamenti, hə, AKP yanlısıdır indi, Erdoğanı dəstəkləyir, istəyir ki, gizli NATO qəbrə kömülsün, bircə dənə NATO qalsın öz qitəsi ərazisində.

«False flag operations». Bu ilin 20 oktyabr tarixində Ankarada türk «Qladio»su üzərində açıq məhkəmə başlayacaq-fikir verin, təxminən, Azərbaycanda, Amerikada prezident seçkiləri zamanı. Hə, bu tarix, Ankara rəsmiləri üçün də ciddi bir seçim dövrü olacaq. Bəllidir, türk «Qladio»sunu 1980 hərbi çevrilişinə, minlərlə türk kommunistinin qətlinə görə məhkəmə kürsüsünə çıxarmayacaqlar. «Qladio» siyasətini solçular üzərinə deyil, islamçı qüvvələrə qarşı işlətdiklərinə görə bu dəfə məşhər divanına sürükləyəcəklər bütün bu Vəli Küçükləri.. Dediyimiz islami qüvvələri də vaxtilə solçulara qarşı «Qladio» elə özü yaratmışdı-necə ki, Ben Ladeni elə Vaşinqton özü doğaraq sonra kirli əskü-üsküyə bələyib.
Orxan abimizin «Qar» romanını yaxşı oxusanız, bunlar sizə gün kimi aydın olar.
Görərsiniz ki, əsl postmodernist yazar, Orxan Pamuk deyilmiş ki! Kod ismi «Paşa» olan qeneral Vəli Küçükmüş sən demə! Birincisi kimdir ki? Heç kim- postmodernist yazar. İkincisi, əsl postmodernistdir-gizli sayəsitin bütün cizgilərini öz iti qələmiylə yazıb o, çağdaş Türkiyyənin əzablı bədəninə.
Türkiyyədəki «Star» TV-nin «erqenekonçu» Vəli Küçük barədə, onun, Erbakan hökumətini necə yıxdığı haqda çəkdiyi film bu baxımdan çox maraqlıdır.

Vəli Küçün adı ilk dəfə türk mətbutına 1997-ci ildə düşüb- adı bədam «Susurluk olayı» günlərində – həmin tarixdə Bursanın Susurluk ilçəsində bir «Mersedes» qəzaya uğrayır. İçində həlak olanlar elə belə adamlar olmadığından türk mətbuatı hərəkətə keçir- axtarışda olan Abdulla Çatlı kimi məşhur terrorçu, sevgilisi Qönçə Usla birgə, neyçün, Polis Akademiyasının rəisi Hüseyn Kocadağ, kürd aşirətlərinin başçısı Sədat Bucakla bir arabada yol gedirmiş? Bəlli olur-Abdulla Çatlı son dəfə öz əl telefonundan məhz qeneral Vəli Küçüklə danışıb! Lakin, Vəlini məhkəməyə çağırıb dindirmək mümkün olmur, az sonra onun hərbi rütbəsi artırılır, qardaşımız başlayır yenə öz ənənəvi fəaliyyətinə. Sən demə, o vaxt kişi iş başındaymış, islamçı Erbakanı hakimiyyətdən devirmək əməliyyatına başçılıq edirmiş. Özü də həmin əməliyyat, bir sıra türk TV-sinə ötürülmüş kompramat mahiyyətli vidioçəkilişlər nəticəsində mümkün olub. Hə, gəlin yazıçı Orxanı Pamuku unudaq, keçək həqiqi «Qar» əməliyyatına.

Erbakanın islamçı kursunu devirmək işində türk «Qladio»su bir sıra qondarma dini təşkilatları körükləyib şişirdir- eynənən «yalançı bayraq» əməliyyatına uyğun şəkildə. Özündən bir «Hizbullah» təşkilatı qondarır Türkiyyədə, iranpərəst «Zəhra» vəkfini onun əliylə dağıdır, bir islamçı qadın yazarı diri-diri torpağa kömür psevdohizbullahçıların köməyi ilə, sonra «Hizbullah»ın iqamətgahında yerə basdırılmış meyitləri aşkarlayıb mətbuatı tökür ora! Bir sözlə, «hizbullah» kəlməsindən türk insanını iyrəndirir!
Bəlli olur ki, Türkiyyədə «şakaçılar» adlı gizli dini bir təşkilat var, başçıları Əli Kalkançı-ibadət zamanı elə hey şit zarafatlar edirlər. Bu sırtıq «ibadət»lərin video görüntüsü də mavi ekranlara ötürülür, camaata islamçıların tərbiyəsiz olduğu fikri aşılanır. «Ədziməndiyyə» təriqəti peyda olur qəfildən ölkədə, «Qızılay»da öz əcaib nümayişini keçir-yüzlərlə qara geyimli, saqqallı uzun dinçi küçələrə çıxıb öz haqqını istəyir ürəyiyuxa Erbakan babadan. Sonra bəlli olur ki, «ədziməndiyyə»nin şeyxi Müslüm Gündüz tərbiyəsizdir-onu həbs edərkən, arvadı Fatimə Şahinlə bir yataqda eşq yaşayırmış-bütün bunları, türk «Qladio»su ekranlara ötürür, son nəticədə, Erbakanın guya dəstəklədiyi bu dini qruplar, «Refah» partiyasının qəbrini qazır Atatürk məmləkətində. Lap axırda isə bəlli olur ki, Müslüm Gündüzün arvadı Fatimə Şahin əvvəllər «bar qızı»ymış, «ərini» bütün Türkiyyədə abırsız etdikdən sonra, sir-sifədən «estetik əməliyyat» olunub, hal-hazırda Hollandiyada başqa ad altında yaşayır! Girişdiyi «əməliyyat»a isə onu «Sisi» adlı bir tanışı sövq edib…
«Sisi» ilə Vəli Küçüyün telefon danışıqları isə indii guya polisin ixtiyarındadır…
Hə, indi deyin mənə, kim yazıçıdır?-Orxan Pamuk yoxsa Vəli Küçük?

NƏTİCƏ. Əşşi, bu qədər siyasi oyunbazlıqlardan sonra Türkiyyə həyatından sağlam nəsə gözləmək sadəcə səfehlikdir-ölkə postmodernistik siyasi oyunlardan lap cana doyub, biləsiz!
Öz sağlam dialektikasını itirib. Səbəbkarı isə kimdir bunun?- adı bədnam «Qladio»…Şimal alyansının gizli qolu…
Bəli, bu gün Ankarada türk «Qladio»su həbs olununur yavaş-yavaş. Lakin, vaxtilə on minlərlə türk kommunistini qətlə yetirmiş həmin qurum, türk solunu al qana boyadığına görə məhkəməyə verilməyib-başqa işləri onun öz başına bəla oldu, başqa…

Nooolsun! Kommunistlərin qanını biz alarıq onlardan!

Комментариев нет:
Отправить комментарий