Ülvi Məmmədli
Professional Oxucu Liqası
("Aşınmalar" silsiləsindən)
Camaat isə Haramıda bunun əvəzinə tank sürür
Televiziya pozğunluğu yayır. Ziyalılar deyinir. "İstəmirsən baxma!" anlayışı pravokasiyadır, belə olmur. Nə qədər həyəcan zurnası çalmaq olar ki, televiziyada göstərilən istənilən əxlaqsızlıq ilk növbədə gənclərin tərbiyəsinə zərbədir? Əgər bunun adı təcavüz deyilsə, onda ən azından təzyiqdir: həyat məntiqinə, şərəfimizə- o tapdalanır, vicdanımıza- o məhv edilir, gələcəyimizə- belə azadlıq və vulqarlıqdan sonra o, sadəcə olaraq olmayacaq...
Bəs burada nə baş verir? Bu adamaların marağı nədir? Bu onların öz işidir. Onda qoy "xanım"la "bəy" oturub memuarlarını yazsınlar- öz hesablarına qəhrəmanlıqları, macəraları haqda kitablar çap etdirsinlər. Belə təcrübəyə ehtiyacı olanlar da alıb oxusunlar. Nəyə görə onlar orada, biz burada müzakirə etməliyik ki, filankəs 30 yaşı olanda sponsoru olan gələcək ərinə necə dayəlik edirdi? Bu proqramın sifarişçiləri və müəllifləri kimə gülürlər? Bizim hamımıza! Nədi, doğrudan hamımızın ağlımız başımızdan çıxıb?
Vallah, belə şeyləri görəndə adamın özünün-özündən zəhləsi getməyə başlayır. Kaliqulanı tarixə salan, tarixdə saxlayan amillərdən biri də, bizim üzgörənliyimiz, yaltaqlığımız idi... "O, atasının hakimiyyəti illərində sürgündən sağ qayıtmış birindən soruşur: "Siz orada neyləyirdiniz?". Qoca isə yaltaqcasına cavab verir ki, "Dua edirdik ki, atanız ölsün və onun yerinə hakimiyyətə siz gələsiniz".
Bu Germanikin yadına düşəndə "Demək, mənim sürgün etdirdiklərim də mənim ölümümü arzulayır" düşünür və sürgündən gələnlərin hamısını öldürtdürürdü. Bunlar artıq xalqı cana doydurmuşdu".
Biri qarabağlıdı, camaat onun torpağının dərdini çəkir, bu isə şoumen olub əxlaqsızlığı yayır. Sənin evdə uşaqların yoxdur, o nə süjetlərdi hansısa hamara düşmənin az qala yatağından reportaj verirsən? Deyəcək bu reytinqdir, puldur. Mani-mani. Camaat isə Haramıda bunun əvəzinə tank sürür. Fırladırlar ki guya intellektual verilişlərə baxan yoxdur, tamaşaçı belə şeylərə reaksiya verir ancaq. Yalansa... Televiziyalar da reytinqə işləyir axı. Hansı verilişin reytinqi var- onun sponsoru, reklamçısı var. Sponsor, reklam isə - PULDUR!
Комментариев нет:
Отправить комментарий