09.12.2011

GEDİŞ BİLETİ


Super Animasiya Kolleksiyası - 2Xatirə Sadıqova

ŞƏHƏR... PAYIZ VƏ YOXLUQ

Unutmağa başlamışam
sükut - sən yoxsan gerçəyini
çırpandan bəri üzümə

...səhər pərdələr yellənir küləyə
pəncərələr açılır
küləyə
şəhərə
şəhərdə payızdı -
yəni ayrılıqlar zamanı
payızdı və sən yoxsan

Hər gün iki dəfə baxıram aynaya
özümə gülmək və
otağımı kənardan görmək üçün

Dodaq boyasıyla
adını yazıram güzgünün səthinə
üstündən silirəm dönə-dönə
yenə... yenə də
sən yoxsan

Şəhər - unutmaq məkanı
əyri binalar
qurumuş ağaclar
hamını
hər şeyi çıxarır yaddan
Elə mən də bayaqdan
xatırlamağa çalışıram
kim idi
kim idi yox olan...

SƏNİ MƏN YARATDIM YAĞIŞ ADAM

Xoş gəldin yağış adam
görən təki tanıdım səni
sən də az da olsa tanı məni

mən hər itkifə
Super Animasiya Kolleksiyası - 2bir az daha böyüyən
hər məğlubiyyətdə
bir az daha
qüvvətlənən xanımam

Böyümək aliləşməyə doğru gedir artıq
aliləşməyə doğru...

Hərdən sevmək istəyirəm
sevməyə adam yox dünyada
Hərdən dalaşmaq istəyirəm
dalaşmağa heç kim və heç nə yox...

Tək bildiyim unutmaqdı,
bir də dərdini demək
hüzünlü sulara,
bir də yağışda ağlamaq...

Səni də mən yaratdım
yağış adam
göz yaşlarımdan yaratdım
gəlib hesab sorasan,
məni özümə qaytarasan deyə

Məni özümə qaytar yağış adam
mən unutmaq dəlisi,
mən tənhalıq məhkumu
qaytar,qurtar məni yağış adam
özümdən qurtar...

GEDİŞ BİLETİ

Super Animasiya Kolleksiyası - 2Alnında dağınıq saçların
qolunda qara çanta
əlində gediş bileti
və itirilən bir çox şeylər
səni apardı bu şəhərdən
bu şəhəri məndən

Anladım ki vağzallar
görüş yox - ayrılıq yeridir
düşüncələri sərxoş olmayan adamlar üçün
əsl ağlamaq yeridir
qadınlar üçün

Silib göz yaşlarımı
geri qayıtdım
hamı qayıdırdı
hərəmiz öz içimizdə
yeni şəhərlər tikməyi düşünürdük
...üşüyürüdük…

Комментариев нет:

Отправить комментарий