20.12.2011

HƏMAS: "MƏSCİDLƏRƏ HÜCUM ETSƏNİZ..."


Həmas İsrail rejiminə xəbərdarlıq edib


FaktXeber.com xəbər verir ki, Fələstinin siyasi təşkilatı Həmas İsrail rejiminə xəbərdarlıq edib. Xəbərdarlıqda bildirlir ki, məscidlərə edilən hücumlar cavabsız qalmayacaq. Bu sizin üçün mənfi nəticələnəcək.

Xatırladaq ki, bir qrup israilli radikal yəhudilər tərəfindən dünən Ramallah şəhərinin şərqində yerləşən Burxa kəndindəki Ən-Nur məscidini yandırıblar. Bu hadisədən sonra Həmas, Fələstin xalqının müqəddəs məkanlarına edilən bu təcavüzlərə qarşı əli-qolu bağlı qalmayacağını bildirib.

Həmas siyasi təşkilatı mətbuata verdiyi açıqlamada bildirilir:: "Sionist İsrail rejimi tərəfdarlarının Allah evlərinə hücum etmələri, səmavi dinlərə qarşı hücumdur. Beynəlxalq hüquqa və müqavilələrə ziddir."

Комментариев нет:

Отправить комментарий