PKK terror təşkilatının Kazan dərəsində qalan bəzi üzvlərinin mağaralarda aclıq və səfalət içində ölümlərini gözlədiyi məlum olub
FaktXeber.com-un "Hürriyet" qəzetinə istinadən verdiyi məlumata görə, PKK terror təşkilatının Kazan vadisində məruz qaldığı zərbədən sonra bir çox üzvünün təslim olmaq üçün fürsət gözlədiyi, bəzi terroristlərin isə ac, yaralı və soyuq üzündən ağır vəziyyətdə olduqları ortaya çıxıb.
Terror təşkilatından qaçan M.A adlı terroristin təhlükəsizlik qüvvələrinə verdiyi ifadədə, təşkilatdan aclıq və soyuğa görə qaçdığını, həmçinin Kazan dərəsində olduğu qrupda 23 nəfərin öldüyünü, atışmadan qaçdığını və 3 gün kiçik bir mağarada gizləndiyini, hətta terror təşkilatının bəzi mətbu orqanlarında öldüyü xəbərlərinin verildiyini söyləyib.
Tərkibində olduğu qrupun böyük çətinliklər çəkdiyini söyləyən terroristin, yoldaşlarından əksəriyyətinin də təslim olmağı düşündüyünü söyləyib.
Təslim olmaq istəyən terroristlərin həyatlarının təhlükədə olduğunu söyləyən M.A., bu istiqamətdəki tələbini çatdıran iki yoldaşından bir daha xəbər ala bilmədiyini əlavə edib, qrup komandirinə soruşduqda isə bu cavabı alıb: "Bizə "onları əsgərlərə yaxın bir yerə apardıq ki, əsgərlər haradan gəldiklərini bilməsin və yerimizi aşkarlamasın" dedilər. Amma uzun müddən sonra Hakkaridə radiorabitə əlaqələrində iki nəfərin ibrət olsun deyə edam edildiklərini eşitdik. Onların təslim olmaq istədikləri və xidmətə etiraz etdikləri üçün edam olunduğunu eşitdim."
Əziz Sahiboğlu
Комментариев нет:
Отправить комментарий