20.12.2011

İRAN: "6 CASUS TƏYYARƏSİ ENDİRMİŞİK"


ABŞ pilotsuz təyyarəsi RQ-170-in görüntülərini yayımlayan İran yeni açıqlama verib


FaktXeber.com xəbər verir ki, ötən həftə ABŞ pilotsuz təyyarəsi RQ-170-in görüntülərini yayımlayan İran rəsmiləri bildiriblər ki, "İsrail rejiminə aid 4 və ABŞ-a aid 2 pilotsuz təyyarə endirmişik. Bu təyyrələri yaxın günlərdə ictimaiyyətə təqdim edəcəyik."

İran qəzeti "Tehran Times"in xəbərinə görə, İsrail və ABŞ-a aid pilotsuz təyyarələr yaxın günlərdə sərgidə milli mətbuata və xarici ölkələrin səfirliklərinə göstəriləcək. Qəzetə açıqlama verən İranın yüksək çinli rəsmisi bildirib ki, İsrailə aid "Heron" tipli pilotsuz təyyarələr İranın şərqində endirilib. ABŞ-a aid olan pilotsuz təyyarələr isə İranın şərq və cənub sərhəddini pozarkən ələ keçirilib.

Комментариев нет:

Отправить комментарий