16.12.2011

Kondinsoner zavodunun dayanması son 20 ildə ölkə iqtisadiyyatına 15 milyard dollardan cox ziyan vurub!!!


1976-cı ildə Bakı Məişət Kondinsanerlər Zavodu istehsala başladı və qısa vaxt ərzində zavodun istehsal gücü illik 400 000 ədəd kondinsoner təşkil edirdi ki,buda ölkə iqtisadiyatına hər il 300 milyon manata dək gəlir gətirirdi.Sosialist Respublikanın süqutundan sonra bütün iqtisadiyat kimi kondinsoner istehsalıda bərbad vəziyyətə düşdü.Nəticədə sovet dövründə bütün regionda ən böyük kondinsaner ixracatcısı olan Azərbaycan nəinki ixrac bazarlarını itirdi,hələ üstəlik daxili bazarda tamamən əcnəbi şirkətlərin nəzarətinə kecdi.
Nəticədə bir tək kondinsaner istehsalının dayanması ölkə iqtisadiyatına son 20 ildə birbaşa surətdə 6 milyard manat,iyirmi illik potensial artımlarda nəzərə alınarsa dolayısı yolla 15 milyard manat məbləğində böyük bir iqtisadi ziyan vurmuşdur.

Hesablamalar göstərir ki,əgər Azərbaycan son 20 ildə Sovet dövründə ki,inkişaf tenpini saxlamış olsaydı,bu gün təkcə bu sektordan illik gəlirimiz ən azı 2 milyard manat təşkil edə bilərdi.
Müqaisə ücün deyək ki, Azərbaycanın son 20 ildə təkcə kondinsoner istehsalının dayanmasından itirdiyi toplam vəsaitin məbləği hazır ki valyuta ehtiyatımızla müqaisə edilə biləcək qədər böyük məbləğdir.
P.S. Dünya siyasi xəritəsində Malaziya adlı bir dövlət var,hansıki 1976-cı ildə Azərbaycan öz dövrünün ən müasir kondinsonerlərini istehsal edəndə,malazyalılar kondinsonerin ,soyducunun nə olduğunu bilmirdilər.Lakin sən dünyanın işinə bax ki,bu gün Malaziya kondinsoner ixracına görə dünyada birinci yeri tutduğu halda,Azərbaycanda sözügedən sahə tamamş ilə tənəzzülə uğrayıb.
Bu qəbildən faktların təhlili bir daha kapitalizmə kecidin Azərbaycan iqtisadiyatını necə cökdürdüyünü,onu sənaye ixracatcısından,adi idxalcıya  cevirdiyini göstərir. 

Комментариев нет:

Отправить комментарий