Çoxdan idi Tənhalıq adlı qalasına çəkilmişdi, tikilini sanki ruhunun qəsrinə döndərmişdi, hətta ətrafında da şöhrət, yaradıcılıq, İnternet kimi maneələr yaratmışdı ki, heç kim, bir insan da ora daxil olub könlünü əsir edə bilməsin...
Qoca müdrik ömrünün çox hissəsini ömrünü də, ruhunu da, duyğularını da, zaman və sevgisini-sevincini də məhz o Tənhalıq qəsrində əsir kimi saxlayırdı, həyatdan əsir götürmüşdü sanki varlığını və gizləmişdi Yalqızlığında...
Təkcə Azadlığı və intellekti yaxına buraxmışdı: onlarla danışır, duyğularını bu iki nəsnəyə tabe edir, birini dost, digərini isə sevgilisi kimi bəsləyir, ruhunu onların xidmətçisinə çevirmişdi...Qoca müdrik ömrünün çox hissəsini ömrünü də, ruhunu da, duyğularını da, zaman və sevgisini-sevincini də məhz o Tənhalıq qəsrində əsir kimi saxlayırdı, həyatdan əsir götürmüşdü sanki varlığını və gizləmişdi Yalqızlığında...
Son illər ətrafındakı minlərlə səmimi və qeyri-səmimi insanın, amansız həyatın, vəfasız Dünyanın varlığının ona heç bir isti-soyuğu yox idi...
Tənhalıq qəsrini böyük bir azadlıq labirintinə çevirmişdi: oraya heç kim daxil ola bilmirdi. Özü bircə içinə daxil olmuş və İskəndər kimi o labirint də Müdrik Sufini əbədi udmuşdu. Labirintli qəsrin işığı isə onun intellekti, sənət və azadlığı idi... Ruhusa bir məşəl idi və o intellekti, sənət və azadlı alovunu yandırırdı...
Tənha müdrik bir ara qərara aldı ki, qısa müddətə əsir etdiyi ruhunu girovluqdan sərbəst buraxsın: elə o dəqiqə insan seli içinə axmağa başladı. Kimi sevgi, kimi nifrət, kimi dostluq, kimi də sadəcə elə-belə Tənhalıq Qalasındakı Azadlığından oğurlamağa başladı.
Sonralar güc-bəlayla də olsa, bu insan selindən xilas olandan sonra bayıra atdığı insanlar labirintdəki ruhundan - intellektindən qopartdıqlarına, az və çox götürdüklərinə görə peşiman oldular...
Sufi bir-iki il bundan əvvəl də bədəni ilə bacara bilmədi, sevgisizlikdən qan vurmağa imtina etmiş ürəyinin diktəsi ilə bu dəfə Tənhalıq Qəsrinin nəfəsliyini bir balaca açdı. İçəri naməlum, özündən razı, fəqət ruhundakı saflığını sona qədər itirməyənin biri daxil oldu: və hər şey başladı...
Sevgi, dostluq, istirablar, duyğuların vulkanı, hisslərin sunamisi az qala Sufinin Tənhalıq qalası ilə birlikdə ruhunu da uçurub dağıtsın...
O, artıq bütün prinsiplərini ruhunun-intellektinin əynindən soyunmuşdu: demə, sevgi insanı körpə kimi paklaşdırırmış...
Sufinin bütün işi-fikri ürəyini sıxmağa başlayan yeni könül dostunun ruhuna sarı istiqamətləndiyindən, bu dünyadakı əsas missiyasını da unutmağa başlamışdı və ruhu sevgi əsirinə çevrilməyə başlayanda nəfəslikdən içəri soxulmuş insan elə qəfilcə də aradan çıxdı....
Sufi yalnız onda hiss etdi ki, o insanla o qədər yaxın imiş ki, ruhu onun ruhuna yapışmış və naməlum çıxıb gedəndən sonra ruhunun da bir parçasını özüylə aparmışdı...
Tənhalıq qalası da uçuldu: axı onun divarları elə ruhundan tikilmişdi...
Sufi son günlər insaniləşmişdi: anladı ki, yenə bütün varlıqlar kimi yanılıb. Öz ruhundan başqa bir kimsəyə etibar yoxdur axı, amma o başqasını içinə yaxın buraxmışdı... Odur, içi darmadağın olmuşdu - sevginin şirinliyi içində elə sakitcə dağıntılar aparmışdı ki, Sufi onu yalnız Tənhalıq Qalasının uçqunları arasında əziləndə yaxşı-yaxşı anladı...
P.S. Sevdiyin adamı da ürəyinin mərhəm hücrələrinə buraxmaq olmaz. Bir gün ayrılıq məqamı gələndə, sevdiyiniz insan sizin həyatınızda çıxıb getməsi əsl 9 ballıq zəlzələ effekti kimi içinizdəki Tənhalıq Qalasını uçurdur və onun altında ruhunuz, azadlığınız, sevginiz və özünüz əziləcəksiz, xilas edəniniz də olmayacaq...
Комментариев нет:
Отправить комментарий