Qatilimə e-namə! Ölümümə yazılmış sevincləmə...
Rafiq Tağının qətlinə bağışlanılır...
Bilirəm, haçansa vurulacağam: nə fərqi var, mən kimsə sevdim, yaxud hansısa qatil məni vurdu - ölüm məni sevdi...
Əziz qatilim, çox xahiş edirəm, məni vuranda ya başımdan, - baxmayaraq ki, onun unikallığını gözəl bilirəm, ölsəm, tibb fakültəsinə vəsiyyət-ərməğan edirəm, - ya da ürəyimdən vur ki, o dəqiqə canımı millətə tapşırım...
Xəstəlik və yaralanmağı xoşlamıram, öldüyüm ANda və məkANda şivən salacağam, qoy harayımı planetdəki 6 milyard canlı ölü, bütün məxluqlar və göydəki sonsuz mələklər eşitsin! Sən məni normal vurub öldürməsən, çox iradəliyəm, 10 % həyati gücüm də qalsa, dalınca düşüb silahını gözünə, ya da haranasa - lap bu sözə oxşayan yerinə - soxacağam: hədəfindən heç yayınma...
Mən də öz əcəlimlə ölən deyiləm: bizi hamı öldürür - qüvvələr, KÜTlə, fanatlar, ya da xəstələr...
Öldürsən də, yaralasan da, baxışlarımla sənin ruhunu udub ruhuma bağlayacağam. Orada onun başına - ruhunun canına olmazın əzab verəcəyəm: o vaxta qədər ki cinayətin sahibinin kimliyini, hansı qüvvələrin - sifarişçisinin adını biləm...
Fəqət, nəzərə al ki, ölsəm, içimdəki ruhumun altında zorladığım sənin ruhunu da cəhənnəmə özümlə aparacağam: mən ateist olduğuma görə, sənsə qatilə çevrildiyinə - günahına görə...
Kiçikyaşlı oğlanlarımın, qoca anamla atamın gözünün qarşısında öldürmə məni, qurbanın olum: xanımımın, bacı-qardaşlarımın, ən yaxşı halda, əbədi sevdiyiklərimin yanında canımı al...
Qadınlar ağlamaq üçündür - onların bir adı - kədər, bir adı - gözyaşı, bir adı isə sevgidir...
Məni vuranda gözlərimin içinə baxma, şair demişkən, səndən əvvəl, ruhunun rəsmini - şəklini soyuq gözlərimdə özümlə o dünyaya daşımayım, qatil-can!
Qətlimdən əvvəl xəbər elə: oğlanlarımı çoxluca öpüm; ata-anama "Haqqınızı halal edin!" - deyim; xanımıma açıqlayım ki, onu hər zaman övladlarımın anası kimi sevmişəm, sadəcə, bunu dilə gətirmək bizim nəsildə ayıb sayılır; kimsəyə borcum yoxdur, mənə borclu olanları, atanları, yalan satanları və sevgimi əzənləri bağışlayım; təkrarən Qurani-Kərimi sona qədər oxuyum; qışın oğlan çağı olsa belə, Xəzərə girib doyunca üzüm - ruhumu çimizdirim; dostlarımın yanına gedib növbəti dəfə onlara da özüm qədər dəyər verdiyimi dilimə gətirim; qardaş-bacılarımı, doğmalarımı görüb axırıncı kərə zarafatlarımla simalarında gülüşdən sevinc çiçəkləri düzüm; yazılarımı, saytlarımı, kitablarımı səliqə-sahmana salım; qəlblərini qırdığım hər kəsdən əfv diləyim; gözəlim Bakını 7 dəfə dövrə vurum; sonda da kənddimizə gedim, o qədim dənizdən doğan, mənə 41 il göz vuran, qürub çağı isə ulu Talış dağlarının zirvəsindən boylanaraq şüuaları ilə mənimlə mazaqlaşan Günəşlə vidalaşım; böyüklərə sağ olun, balacalara var olun çığırım; tanımadığım insanlara qışqırım - həyat, sadə göründüyü qədər də, sevgiylə dolu bir xəzinədir, məhəbbətdə xəsis olmayın...
Buyur, gəl indi canımı halal edim sənə - sən qazan, düşmənlərimi isə ölümüm ilə sevindirim. Dost və məni sevənləri, xətrini dünyalar qədər istədiklərimi onsuz da fikirlərimlə, həyat tərzimlə, bənzərsiz baxışlarımla tez-tez kədərləndirirəm - onlar öyrəşiblər...
Bazlıq, əcnəbilər və qaymaq... (16+ 18-)
SürRealist düşüncələr: kəskindir, amma kimsə bunları deməlidir də? ((
Fikir vermisizsə, bizə gələn əcnəbilərə jurnalistlər, ya da qeyri-media nümayəndələri, fərq etməz, yalnız bir istiqamətdə suallar verirlər:- Azərbaycan xoşunuza gəldimi (A balam, hər kəsin Vətəni onun özü üçün əzizdir, başqasını onca qədər sevəmməz e!)?- Milli mətbəximizin təamlarından daddızmı? Hansı yemək xoşunuza gəldi?
Heç görmədim ki, bir kimsə ingilis, ya da rus gədəsindən maraqlansın:
- Ədəbiyyatımızın klassiklərindən kimini tanıyırsız (Guya özləri tanıyıb-edirlər?)? Hansı əsərlərimizi oxumusuz, ölkənizdə hansı yazarımızın əsəri dilinizə tərcümə olunub?
Yəqin öz intellektimiz yerinə qədər qalxmadığındandır - əvvəlcə gərək özümüzü yaxşıcana tanıyaq ki, sonra başqa millətlərin nümayəndələri arasında da təbliq edək...
Əvəzinə adlarını eşitdiyimiz Şekspir, Folkner, Markes kimi dünyasəviyyəli brendlərdən danışaraq özümüzü səviyyəli göstərməyi xoşlayırıq...
Qızları bilmirəm, amma oğlanlarla bağlı maraqlı müşahidələrim var: baxmayaraq ki, qızlarımızın 99 % telefon çənəsi olurlar, ya da ərə gedirlər ki, anaları kimi evdə oturub telefonla əngləşsinlər...
O bir faiz qızlar-qadınlar da oğlanlarla qardaşlıq edənlərdir ki, onsuz da məhəllədə, küçədə-bayırda o qədər gəzirlər ki, telefonla danışmağa taqətləri olmur...
Qızlar deyim, siz də agah olun. Erkəklərimizin ölkə daxilində müzakirə etdiyi bir neçə mövzu var: dildə sevişBazlıq, futbolda qumarBazlıq, görünüşdə manısBazlıq...
Məsələn oğlanlar bir-birini görən kimi tez soruşarlar: sonuncu dəfə havaxt Bazlığa getmisən? O civi zor şeydir ha? Ala xəbərin var: "Mayda Bakıda gay-paraddır!"..
Gözən biz düzələsiyik bu il, axı deyirlər 2012-ci ildə dünya dağılır - o dünyada da lomluğumuzla baş - söz hərlədəcəyik,
P.S. Dünən gecə - hardasa 12-yə qalmış işdən yorğun özümü yaşadığım binaya güc-bəla ilə çatdırdım, aşağıdakı böyük ərzaq dükanına - ki, şanlı xalqımız adını Supermarket qoyub - daxil oldum. Lazımi ərzaqları alıb qaymaq axtardım, yarımlitirlik qabda olmadığından satıcı mənə 200 qramlıq xarici "Smetan"ı 1manat 20 qəpiyə sırımaq istədi.
Eləmədim tənbəllik, bir 20 dəqiqə satıcıları və kassiri anlatmağa çalışdım ki, o qədər də hərif deyiləm ki, boş plasmas qaba o qədər para verim.
Onların gözləri həlqəsindən çıxmışdı: "Müəllim, siz nə danışırsız, bu ki doludur?"
Uşaqlar tarlada otaran inəkdən ta dükana qədər o qaymaq yol qət edənə qədər maya dəyərinə o qədər faizlər yüklənir ki, biz alıcılar sadəcə, plasmas qutu alıb ekologiyanı korlamaqla məşğuluq.
- Necə yəni?
- Fermer oz xərcini hesablayıb südü satır , nəqliyyatçı öz faizini, süd zavodu öz məsrəflərini+xeyrini, topdansatış oz gəlirini, xaricimaldırsa, komrük və başqa qurumlar oz haqqını, vergi, yenə nəqliyyat, yenə daxili topdansatış, təkrarən nəqliyyat və üstəlik də dükanın 20 %-lik haqq-hesabı...
Mən çox əziyyətlə pul qazandığımdan beləcə asanca onu göyə sovurmaq fikrində deyiləm, - son fikrimi yekunlaşdırıb bayıra çıxanda onların hamısı başını aşağı əymişdi...
Ondansa sabah gedib başqa dükandan daha sərfəli həcmli mal alaram - ucuz başa gələr, qabı ilə də ekologiyanı pozmaram...
Gəlin görək hər kəs belə düşünürmü?
Belə-belə işlər... )))
Retro-status:
"Bu gün anamdan ötrü darıxmağımdan, kənddəki alça ilə gilas ağaclarımızın turşməzə və qanrəngli meyvələrindən (əcnəbi meyvəni kilo ilə alan şəhərlilər bu xoş duyğuları yaşayammazlar), pay torpaqlarımızdakı yoncanın ətrindən, yaz yağışının qoxusundan yazmalıydım, fəqət Xəzər Universitəsidəki tələbələrimdən növbəti ayrılmağımın qəhəri - kədəri boğur məni: ya Emolaşmışam, ya da qocalıb kövrəlirəm, hərnədirsə, qəmdəyəm..."
Şəkildə: Aydın Xan Nobel mükafatçısı Orxan Pamukla
Комментариев нет:
Отправить комментарий