26.01.2012

1500 illik gəlin


Tural Balabəyli

Elə mahnılar var ki, xalqın qan yaddaşını, inamını, sevgisini özündə yaşadır. Hansısa tarixi hadisəyə, olaya birbaşada olmasa, dolayı yolla söykənən xalq mahnılarımızda var.  Bu mahnılarda xalqın yaşadığı hansısa tarixi anın gizlinləri boylanır. Bəzən sevgi dolu misralarda, həzin bir notun, musiqinin müşaətində tarixi bir gerçəklik əks olunur. Ilk baxışdan nakam bir sevgidən bəhs olunan xalq mahnısında aşiqin, yaxud toplum olaraq bir xalqın yaşantıları, mənəvi iztirabları nəzərdən yayına bilmir. Belə mahnılardan biri də Azərbaycan xalqının məşhur “Sarı gəlin” mahnısıdır.


Bu mahnı kifayət qədər məşhur olmağı ilə yanaşı, həm də kifayət qədər mübahisəli bir mahnıdır. Yarandığı gündən yaşadıqları torpaqlara, məişətlərinə, adlarına qədər başqa millətlərdən özləri üçün nəyi isə formalaşdıran bəxah erməni qonşularımız da bu mahnıya iddia edir, özününüləşdirmək istəyirlər. lakin mahnın sözləri, yazı üslubu bunun ancaq bizlərə məxsusluğundan xəbər verir. Hər kəs yaxşıya sahib olmaq istəyir. “Sarı gəlin” mahnısının bu qədər məşhurluğu və bu mahnınya yadlarında sahib çıxmaq istəyi mahnının son dərəcə yrəyəyatımlığından, nakam bir sevginin paklığından dinləyicilərin hər zaman zümzümə etməsindən irəli gəlir.
Bəs bu mahnı necə olub yaranıb. Araşdırıcılar, musiqiçilərimiz bu haqda nələri tədqiq edib araya-ərsəyə gətiriblər?  Bu mahnıdakı qəkblərə od salan sarı gəlin, ilk oxu daşa dəyən, taleyinə nisgil dolu bir sevda yaşamaq düşən Çoban kimdir? Ilk öncə mahnı haqda bəhs edək.
"Sarı gəlin" mahnısı 3 bənd (hər bənd 4 misra olmaqla) və təkrarlanan nəqarətdən ibarət olan bir mahnıdır. Şifahi ədəbiyyatın bayatı formasında yazılan şeirdə bir dənə də olsun arxaik, bu günkü oxucu üçün anlaşılmaz söz yoxdur. Elə buna görə də tədqiqatçılar güman edir ki, şeir XIX əsrin II yarısında meydana gəlmişdir.Şeirin məzmunundan belə anlaşılır ki, onu qoşan (ola bilsin bu hadisəyə bələd olan şair, yaxud xalq üslubunda şeir deyə bilən hər hansısa bir nəfər) şəxs kasıb çobanmış və imkanlı ailənin çox gözəl bir qızını sevirmiş. Özü də bilə-bilə ki, bu sevdadan bir şey çıxmayacaq, məhəbbətindən də əl götürə bilmir. Ümidini kəsməyərək Allahdan nicat, aman, yardım istəyir. Zəmanənin gərdişi elə gətirir ki, vaxtilə üzünü tez-tez gördüyü istəklisini bir daha görə bilmir. Yarının ayrılığına dözməli olur. Özü-özünə təskinlik vermək üçün qoyun otara-otara təqdim olunan məzmundakı bayatını düzüb qoşaraq çoban tütəyi musiqisilə zümzümə edərmiş. Bir müddət ötəndən sonra qızı istəmədiyi bir başqasına ərə verirlər. Sarı gəlin ərə getdiyi insandan özünə qarşı heç bir məhəbbət görmür. Günləri, mənəvi mənada məşəqqətlə keçir. İlk sevgisini heç cür unuda bilmir.
Qayıdaq yuxarıda toxunduğumuz suallra ; "Sarı gəlin" kimdir? Haralıdır? Mahnının yaranmasının səbəbi nədir? Mahnı harada yaranıb? "Sarı gəlin"ə qoşulmuş başqa mahnılar varmı? Mahnıdakı çoban kimdir? "Sarı gəlin" niyə sirrə dönüb və nə üçün oğurlanıb?
Sarı gəlin, 18 əsrin ikinci yarısı və 19-cu əsrin əvvəllərində yaşamış, adına mahnı  yazılacaq qədər gözəlliyə sahib Türk gözəlidir.  Üzərində əhəmiyyətlə dayanılması lazım olan bir məsələ, xalq mahnısının sözlərinin və bu sözlərdəki bəzi yerli sözlərin araşdırılmasıdır. Ermənilərlə bu bölgələrdə çox uzun illər birlikdə yaşamışlığımız tarixi bir həqiqətdir. Buna görə də mədəniyyətlər arasında bir qarşılıqlı təsirin olması da təbii bir şeydir. Ancaq bütün bu fakta baxmayaq dünyədkı  bütün erməni lehçelerinin hamısı araşdırılsın. Hansı erməni ləhcəsində "nənə" ye "nənə" denilmekte. Bu mövzuda elmi məlumatlar varsa  ortaya fakt kimi qoyulsun. Nənə sözü Türk xalqlarına məxsusdur .  “Sarı gəlin” mahısın sözlərindəki "vay nənən ölsün sarı gəlin" nəqarəti bu həqiqətin dəqiq  və sənədi kimi sübutudur.
 "Sarı gəlin" öncə sevgiliyə, sonra vətənə, köçə, soyqırımına oxunan, ürəklər yaxan Ağıdır! "Sarı gəlin" balabanın, tütəyin, gözəllər gözəli bir gəlinin qəmli taleyini və onunla eyni zamanda üst-üstə düşən bir millətin - İrəvandan, Naxçıvandan Sarıqamışa, İqdıra, Ərzuruma zülmlə köçə məruz qalan azərbaycanlıların faciəsini əks etdirən musiqi yanğısıdır. "Sarı gəlin"in başına gələn müsibət bir təbiət hadisəsidirsə, millətimizə bu acıları, fəlakətləri yaşadan arxasında güclü, böyük dövlətlər duran ermənilərdir. Anaların, gəlinlərin kürəyinə qaynar samovar bağlayıb yallı oynadan, hamilə qadınların qarnında balalarını öldürən, körpələri süngüyə keçirən, ağbirçəklərin döşünü kəsən, bu etdiklərindən 100 il sonra Xocalı soyqırımı kimi vəhşi qətliamı törədən əli və vicdanı qanlı bir millət hansı ruhla bir qadına, bir sevgiliyə "Sarı gəlin" kimi ağı söyləyər. Bu mahnın sözlərini yazan, musiqisini yaradan xalqda yanan ürək, yanğı olmalıdır. Əli qana batan, visdanı və namusu dağınıq olanın ruhuda dağınıq olar, ümumiyyətlə ruhsuz olar. Bu baxımdan ermənilərin bu mahnıya iddia etmələri gülünc bir şeydir. Lakin tarixi abidələrimizi, torpaqlarımızı özünküləşdirmək istəyən, müəyyən mənada buna nəsib olan birilərinin digər mənəvi dəyərlərimizə, musiqimizə, xalq mahnılarımıza sahib çıxmaq istəyi sona çatdırılmalıdır. Mahnın adı da, sözləridə, əsasən musiqini müşaiət edən alətdə Azərbaycanlılara məxsus olsada ermənilər həyasızcasına bu mahnını özünküləşdirmək iddiasından geri çəkilmirlər.
 Çox ağırdı, elə ağırdı ki, torpaqlarımızı işğal edən, tariximizi, mədəniyyətimizi oğurlayan, talan edən Kədərimizə, Ağımıza, Göz yaşımıza da göz dikib. Bundan o tərəfinə dözmək, bunu o şərəfsiz düşmənə sübut edə bilməmək ən yumşaq şəkildə desək acizlikdi, yazıqlıqdı.
Bəstəkarlar İftıfaqının məsul katibi, musiqişünas Leyla Əhmədova: “ "Sarı gəlin" mahnısının tarixi İslamdan əvvələ gedib çıxır. Amma bəzi musiqiçilər elə hesab edirlər ki, bu əsərin 150-200 illik tarixi var. İntonasiyasına görə, mahnı çox arxaikdir – 3-4 notun üzərində qurulub. VII əsrin əvvəllərində "sarı" sözü rəmzi mənada "böyük", "dağ" anlamında qəbul edilib. Qədim türk anlayışında isə "sarı" "kübar", "incə" deməkdir. Bizdə bu ifadə iki anlayışda – "rəng" və "ürəyimin sarı siminə toxunma" kimi istifadə edilir. İslamdan əvvəl Oğuz tayfalarının ortaq bir mədəniyyəti olub. Tarixi mənbələrdə göstərilir ki, oğuzlar daha çox bu intonasiyada musiqi mədəniyyətini inkişaf etdiriblər və mahnı zamanla formalaşaraq günümüzə gəlib çıxıb. O vaxt qıza elçiliyə gedəndə 35 yaşlı qız anasının yox, nənənin yanına gələrdilər. Görünür, ilk dəfədən sevgi oxu daşa dəyən cavanlardan biri "səni mənə verməzlər, ay nənən ölsün, sarı gəlin" deyə belə bir musiqi yaradıb.
Bir versiyaya görə ruslar XIX əsrin 20-30-cu illərində Osmanlı torpaqlarına girərək  Ərzuruma qədər əraziləri zəbt ediblər. Rəvayətlərə görə, bu illərdə türk qoşununun başçılarından biri slavyan gözəlinə aşiq olub və "Sarı gəlin" adlı şeir yazıb. Sonra ona musiqi həyatı verilib.
Bir versiyaya görə "sarı" sözü rəng anlamında işlədilmir, bu ifadə insanın daxilindəki "sarı sim"ə eyham vurur. Adətən insanların həssas məqamında bu özünü göstərir. Yəni "sarı" sözü şeirdə rəmzi məna daşıyır. "Sarı gəlin" insanın içindəki məhəbbət, nəciblik və ən xoş keyfiyyətlərin məcmusu kimi başa düşülür. Tarixin bəzi məqamlarında "Sarı gəlin"in qadın gözəlliyinə ünvanlandığı da fərziyyə kimi irəli sürülüb.Sizin yernizdə olsaydım, özünü bəstəkar adlandırıb, bayağı mahnılara bəstələyən bəstəkarları araşdırardım”.

Комментариев нет:

Отправить комментарий