22.01.2012

Fridrix Nitzşe: "Zərdüşt belə deyirdi"


Kitab oxuyan əhl içində, Nitşedən bir aforizm bilməyən, ən azı onun adını eşitməyən adam çox az tapılar. Elə yaxın zamanlara kimi mən də aforizmlərlə kifayətlənirdim, ta ki əlimə Nitşenin "Zərdüşt belə dedi" əsəri keçməyincə. Bu əsər yox, fəlsəfi şedevrdir. İnsanı narahat edən, şübhəyə salan bir çox sualların cavabı var. Oxuyanınız var? Əsərdən bəzi parçalar verirəm ki, oxumayanların anlayışı olsun

Zərdüşt heyrətlə camaata baxdı. Sonra nə düşündüsə yenidən: İnsan dediyin bir kəndirdir, heyvanla fövqəlinsan arasında bir kəndir, özü də bu kəndir uçurumun üstündə bənd olunub.
Yıxıla-dura, zor-bəla ilə azca irəliləyir, qorxa-qorxa dönüb gəldiyi yollara nəzər salır,öz yaşamından dəhşətə gəlir və… vəssalam, canını tapşırır. Budur insanın bütün həyatı!
İnsanda böyüklük adına bir şey varsa, o da onun son məqsəd deyil, yalnız məqsədə doğru bir vasitə, körpü olmasıdır, insanda seviləsi bir şey varsa, onun bir adlamaç, keçid olması və gəldi-gedərliyidir.

Mən məhvə doğru gedən adamları sevirəm, çünki onlar bu körpünü keçirlər.
O adamları sevirəm ki, nifrət etməyi bacarsınlar, çünki əsl qədir bilən və başqa sahilə can atan həsrət oxları onlardır.
O adamları sevirəm ki, canlarını boş xəyallara, mənasız cəfəng ideyalara deyil, torpağa, vətənə fəda edirlər, o torpağa ki, bir vaxt fövqəlinsanın məskəni olacaq.
O adamları sevirəm ki, dünyaya kor gəlib kor getməsinlər, həyatı anlamaq istəsinlər ki, nə vaxtsa fövqəlinsan yaşaya bilsin. Çünki o öz məhvini çox istəyir.
O adamları sevirəm ki, canına cəfa verib fövqəlinsana yurd qurur və torpağı, heyvanları və bitkiləri fövqəlinsan üçün hazırlayır.
Mərd adamları sevirəm, çünki gözüylə od götürə-götürə dünyanın qəm yükünü çiynində daşımağa tək onların hünəri çatar. Çünki o öz məhvini çox istəyir.
O adamları sevirəm ki, öz fəzilətini sevsin, çünki fəzilət məhvə doğru atılan həsrət oxudur.
Mərdliyi ilə ölümü öldürənləri, insan kimi yaşayıb insan kimi də ölənləri sevirəm.

Комментариев нет:

Отправить комментарий