14.01.2012

Loran But: “Mən İslamı sevirəm”

image
Böyük Britaniyanın keçmiş baş naziri Toni Blerin baldızı Loran But-istedadlı jurnalist, hüquq müdafiəçisi, İranın ingilis dilli Press TV xəbər kanalının əməkdaşı kimi tanınır. O, 2010-cu il oktyabr ayında İslam dinini qəbul etmişdir. 44 yaşlı bu qadın İranın Qum şəhərində Xanım Məsumənin (ə) pak hərəmini ziyarət etdikdən sonra müsəlman olmağı qərara alıb.
İslamı qəbul etməsi barədə o, belə deyir: “Mən İslamı deyil, İslam məni seçdi! İslamı qəbul etdikdən sonra özümdə müsbət dəyişikliklər görürəm. Belə ki, müsəlman olduğum bu 1 il ərzində daha yaxşı işçi və deyərdim ki, ideal ana olmuşam.”
Loran But xristianlıqdan müsəlmanlığa keçidi barədə xəbəri ilk dəfə 2010-cu il 24 oktyabr tarixində britaniyalı müsəlmanların təşkil etdiyi “Qlobal dünya və bərabərlik” konfransında çıxışı zamanı elan etmiş və öz təəssüratlarını bölüşmüşdü: “Qum şəhərində Xanım Məsumənin (ə) hərəmində bir gecəlik qalmışdım və orada mistik hal yaşadım. Bu mənəvi rahatlıq hissi vurğunluq və məftunluğa bənzəyirdi, səhəri gün isə qəti şəkildə müsəlman olmaq qərarına gəldim...”

Hal-hazırda hicab örtən bu xanım gündəlik vacibi namazlarını qılır, Quran oxuyur, donuz əti qəbulundan imtina edib, içki içmir (halbuki, əvvəllər hər axşam 1-2 qədəh şərab içməyi xoşlayırdı) və fələstinlilərin hüquqları uğrunda fəal mübarizə aparır. Bu mübarizəyə Loran But hələ İslam dinini qəbul etməmişdən illər öncə başlamışdı, 2008-ci ildə isə o, dəfələrlə Qəzza sektoruna səfərlər etmişdi.
Bu səfərləri barədə xüsusi qeydlər aparan Xanım But, İslam və müsəlmanlar haqqında fikirlərini də bəyan edir: “Müsəlmanlarla ilk təmasım 2005-ci ilin yanvar ayına təsadüf edir. “The Mail” qəzeti üçün Fələstində parlament seçkilərini işıqlandırmaq məqsədilə oraya yollanmışdım. Hal-hazırda görəcəklərimdən şok yaşayacağımı düşünürdüm. Biz qərblilərin Muhəmməd Peyğəmbərin (s) davamçıları barədə ancaq KİV-nin xəbər başlıqları çərçivəsində təsəvvürümüz var.
Mənim də şüurum buna yönəlmişdi ki, radikal ekstremistlərlə, fanatiklərlə, məcburi nikah qurbanları, sui-qəst törədən teroristlərlə üz-üzə gələcəyəm... İsrailin gömrük hissəsində çamadanımı götürürlər, paltom olmadığından Ramallahın mərkəzində gəzərkən soyuqdan tir-tir əsirəm. Tanımadığım yaşlı bir qadın mənə yaxınlaşıb əlimdən tutur, ərəbcə nəsə deyərək küçə ilə hansısa evə aparır. O an düşündüyüm bu olur ki, məni “qoca terorist” əsir alıb. Özümü itirirəm, onun hərəkətlətini diqqətlə müşahidə edirəm; çox güman, doğma qızına məxsus paltarların içindən palto, papaq, şarf çıxarıb mənə uzadır. Bundan sonra qadın məni küçəyə ötürdü, öpüb-qucaqladı və mən yoluma davam etdim.
Halbuki, biz həmin qoca qadınla ümumi anlaya biləcəyimiz heç bir kəlmə danışmadıq... Heç zaman unuda bilməyəcəyim sadə, xeyirxah əməl... Bu cür hadisələrlə dəfələrlə qarşılaşmışam-amma qəribədir, görəsən nə üçün bu haqda KİV-də heç nə yazmırlar?!
...Daha sonralar mən müsəlmanların arasında olanda həyəcan keçirmirdim. Əksinə, mən onların arasında olmağı arzulayırdım. Bu, intellektual, hazır cavab, mehriban və əli açıq insanlarla görüşlər idi. Mən Fələstin ailələri ilə tanış olurdum, bu heç də cinayətkar qruplar deyildi...”
Digər bir açıqlamasında Loran But qeyd edir: “Bəli, mən müsəlmanam.” Bu məsələ ətrafında nə üçün bu qədər söz-söhbət yaranıb axı?! Düzdür, ilk dəfə Fələstinə ayaq basarkən, Qəzzada və Qərb sahilində xeyriyyə təşkilatçıları ilə əməkdaşlıq edirdim: o zamanlar ağbəniz qərbli qadın olaraq yoxsul müsəlman qadınları barədə “qara, susqun kəpənək sürfələri” kimi düşünürdüm. Qərb qadını olaraq bütün azadlıqlarımla, peşəkar planda ancaq kişilərlə ünsiyyət qurmaq fikrim vardı. Düşünürdüm ki, müsəlman aləminin quruluş prinsip ancaq bundan ibarətdir. İslam dinini qəbul etdikdən sonra bir çox jurnalist həmkarlarım tərəfindən çoxsaylı “dəhşət” təzahürlərinin olması sübut edir ki, müsəlman qadınları haqqında yanlış stereotiplər hələ də qalmaqdadır.
Fələstin, Misir, İordaniya, Livan və digər müsəlman ölkələrinə səfər edərkən mən həqiqətən bu və ya digər vəzifələrdə çalışan kişilərlə ünsiyyət qururdum. Bəzən müxtəlif yaş həddində olan müsəlman qadınlarla da söhbət edirdim, müxtəlif formalı örpəklər taxsalar da onlar da hökumət strukturlarında çalışırdılar. İnanın mənə, müsəlman qadınları da təhsilli, ali savadlı ola bilər və bir çox qərbli qadınlar kimi çalışaraq iş və karyerada  böyük uğur qazana bilərlər.
Düzdür, XXI əsrdə İslama aid olan və ya olmayan müxtəlif ölkələr və mədəniyyətlərdə kişilərin qadınlara qarşı mövcud dəhşətli münasibətlərinə aid hadisələrə göz yuma bilmərik. Öz kişi qohumları tərəfindən alçaldılan qadınları insanlar təhqir edir, Allah yox! Çox zaman görürük ki, müsəlman ölkələrinin adət-ənənələri və qanunları İslamla əlaqəsini itirib, yaxud İslam dini ilə heç bir əlaqəsi yoxdur. Məsələn, Səudiyyə Ərəbistanında qadınlara maşın sürmək qadağan olunmuşdur ki, bu qaydanı Səudiyyə başçıları (tərcüməçidən: Səudiyyədə hakimiyyət mənfur vəhhabilərin əlində olduğundan özlərinin batil əqidələrinə əsasən qanunlar uydurur və İslamın göstərişi kimi tanındırmağa çalışırlar) uydurub!
İslama doğru gedən şəxsi yolum müsəlmanların həyatı haqda “uydurma” tarixçilərlə reallıq arasında olan uçurumu dərk etməyimlə başlamışdı. Mənə maraqlı idi, nə üçün bir çox “qardaşlar” və “bacılar”ın çox hissəsi bu cür sakit və hüzurlu görünür? 2010-cu il sentyabr ayında İrana gələndə və məscidlərdə dəstəmaz alan, səcdəyə gedib ibadət edən insanları gördükdə-İslam dininə Qərbin yanlış təsəvvürünü xatırladım. Həqiqətən, sülhpərvər duaların məzmunu tam harmoniya və razılıqdan xəbər verirdi. Özüm də hiss etmədən bir il ərzində “Əziz İlahi” kəlməsi əvəzinə “Əziz Allah” deməyə başlamışdım...”
Nəhayət, mən qəlbən müsəlmanların dua edərkən hansı hissləri yaşadıqlarını hiss etməyə başladım: səni hərtərəfli əhatə edən dərin harmoniya hissi, malik olduğun hər şeyə (övladlarına görə) görə şükr və sevinc hissi, daxili rahatlıq üçün duadan başqa daha sənə heç nəyin lazım olmadığına əminlik hissi və s. Dəstəmaz aldıqda əllərimi, üzümü yuduqdan, başıma və ayaqlarıma məsh şəkdikdən sonra Xanım Məsumənin (ə) hərəmini ziyarət edib dua etmişdim və birdən anladım ki, ətrafımdakı aləm dəyişdi. Vəssəlam...
Bax bu cür, reallıqdan uzaqlaşmadan həyatıma davam edirəm, maddiyyat, cinsi ehtiraslar, narkotiklər və s. ancaq xoşbəxtlik illuziyası yaradır. Həmçinin, həyatın məna, məhəbbət, sülh və ümid dolu tərəflərini də görürəm. Eyni zamanda adi qaydada yaşayışımı davam etdirirəm: yemək bişirirəm, Fələstin haqda teleproqramlar hazırlayıram və bəli-hər gün yarım saat ibadətlə məşğul oluram, səhər oyanıb sübh namazımı qılıram, günorta ibadətimi edirəm və axşam da namazlarımı qılıram. Qurani-Kərimi böyük maraqla öyrənməyə çalışıram, ləng irəliləsəm də, artıq 200-cü səhifəyə çatmışam... Ayətullahlarla, şeyxlərlə, məsləhətləşmişəm, onların hamısı qeyd edir ki, İslamda hər bir insanın yolu özünə məxsusdur...
...Əvvəllər spirtli içkilərdən imtina etmək cəhdlərim boşa çıxırdı: İslam dinini qəbul edəndən sonra isə təsəvvür edə bilmirəm, necə içkiyə qayıda bilərəm...Əminəm ki, bu həmişəlikdir: Çünki, İslam mənə tükənməz mənəvi qida bəxş edib, İslam möcüzəsi məni ram edib. Son vaxtlar, İslamı qəbul etmiş digər qadınlarla söhbət edirəm, onlar da etiraf edir ki, bu hisslər 10 il, 20 il sonra da keçmir, əksinə, daha da güclənir...
...Görəsən, qızlarım da müsəlman olacaqlarmı? Bilmirəm... Bu, onların özündən asılıdır, axı kiminsə qəlbini dəyişmək mümkün deyil. İslamı qəbul etməyimə onların münasibəti əsas göstəricilərdən biri idi. Eşidəndə ki, müsəlman olmuşam, onlar pıçıldaşdılar və “indi qayıdırıq” deyib harasa qaçdılar. Bir neçə dəqiqə sonra sual siyahısı ilə qayıtdılar. Qızım Aleks sual verdi: “Bundan sonra spirtli içkilər qəbul edəcəksən?” “Yox” cavabımı eşidəndə qışqırdılar. “Bəs siqaret çəkəcəksən?” Bu pis vərdişdir və əlbəttə ki, “xeyr” dedim. Yenə uşaqlar sevincdən əl çaldılar. Lakin onların sonuncu sualı məni çaşdırdı: “Müsəlman olduqdan sonra da camaat qarşısında sinəsi açıq gəzəcəksən?”
Nə???- Yəqin ki, qızlarım dar futbolka və top köynəklər geyindiyimə görə utanırdılar. Bəlkə də əvvəl bu sualı eşitsəydim, çox utanardım: “Mən indi müsəlmanam və bundan sonra heç vaxt camaat arasında açıq dekolte paltarlar geyinməyəcəyəm!” Sevincdən “Biz İslamı sevirik!” qışqıra-qışqıra qızlar oyun oynamağa qaçdılar. Mən də İslamı çox sevirəm!!!

Комментариев нет:

Отправить комментарий