07.01.2012

Ötən ilin ən populyar və ən çox gəlir gətirən filmləri

Ötən il ən populyar və ən çox gəlir gətirən filmlərin reytinq siyahısı açıqlanmışdır.  Reytinqin lideri “Harri Potter və ölüm ərmağanları: II hissə” filmidir. Bu film dünya miqyasında il ərzində 1 milyard 328 milyon dollar qazanmışdır. İkinci yerdə 1 milyard 223 milyon dollarla "Transformerlər: Ayın qaranlıq tərəfi" filmi qərarlaşmışdır. İlk onluğun sonrakı pillələrində "Karib dənizinin quldurları: qəribə sahillərdə" (1,44 milyard), "Kunq-fu Panda 2" (665,7 milyon), "Alatoran. Saqa. Sübh: I hissə" (654,4 milyon), "Forsaj 5" (626,1 milyon), "Oğlan məclisi: Veqasdan Banqkoka" (581,5 milyon), "Şirinlər" (562,5 milyon), "Maşınlar 2" (551,9 milyon) və s. vardır. Satışlar baxımından isə ilk onluğa "Meymunlar planetinin doğuşu" və "Kapitan Amerika: İlk qisasçı" filmləri baxil olmuşlar.

Комментариев нет:

Отправить комментарий