21.01.2012

Qəlbi təmizləmək, saf könülə yeni Sevgi yazma Günü...


Aydın Xan Əbilov

(N.N.A-ya ən xoş diləklərlə...)

Bekarçılıqdır azcana, oturub saflaşmağın, sonra da ruhu ömürarxasına, keçdiyin həyatın gerisinə göndərməyin əsl zamanıdır...

Aman, yazıq ürəyim, nə qədər boş və mənasız insanlar, duyğular, sevgiciklər və sevişmələrlə dolub - donub!

Lap kompyuter yaddaşı tək onu təmizləmək, lazımsız insani-sevgi fayıllarından xilas etmək, yüngülləşdirmək vacibdir ki, olan-qalan ömrüm sakit - dinc, mənalı - yeni sevgilərlə ətirlənsin...

İlahi, bunlar kimdir, gəlib-gediblər həyatımda, nə qədər mənasız günlərimi yükləyiblər ömrümə, taleyimi basqılayıblar...

Dostlar, sevgililər, təsadüfü tanışlar, qohum-əqraba, bir sözlə, səni heç vaxt anlamayacaq - əsl sevgiylə əhatələməyi bacarmayanlar: rədd olsunlar, qoy ürəyim rahat döyünsün, yalnız mənim üçün çırpınsın...

Haçana qədər özüm, ruhum, sevgim üçün deyil, başqalarından, - hətta bilə-bilə ki, hər zaman sənə yad qalaçaqlar - ötrü könlünü bulandırmalısan?

İndi könül qəsrini boşaltmağın əsl məqamıdır - ya bu gün, ya da heç vaxt!

Səs salıb ruhumun baş-beynini aparmayasız deyə, birbaşa fələyin qucağına yollayıram sizləri, nəvazişindən uyub mənə mane olmayın...

Qəlbimə isə yeni-yeni sevgi proqramları yükləyib öz taleyimi yaşamaq istəyirəm: eşq hətta ruh aldadan olsa belə, müvəqqəti nəşədirsə, sonu hərdəfəki kimi ağrı, sınmalar, kədərdirsə belə, həyatımı fırladaram da qəsdən... (((

P.S. Virtual Sufinin cümə e-moizələrindən...

Комментариев нет:

Отправить комментарий