11.01.2012

Rayon DSMF idarələrinin oyunlarına nə vaxt son qoyulacaq?


"Yeni xəbər"in poçtundan

Sənədləşmə işini elə bir labirint halına salıblar ki, maneələri keçmək üçün gərək yeddi başlı əjdaha olasan

Biz sadəcə yerli xalqın nümayəndəsi kimi öz personamıza diqqət tələb edirik

Hörmətli “Yeni xəbər” qəzeti redaksiya!

 Yazıb sizə Dövlət Sosial Müdafiə Fondu (DSMF) adlı idarənin əhalini üz-üzə qoyduğu problemlər barədə söz açmaq istəyirəm. Yaxın qohumlarımdan biri uzun müddət kənd kolxozunda və məktəbdə işləyib. Daha doğrusu anasının əvəzinə bu işlərdə çalışıb, qocalıb əldən düşmüş anasını əvəz edib. 1998-ci ildən kənd orta məktəbində ocaqçı təyin olunub. Bu yaxınlarda isə xəstəliyi ilə əlaqədar olaraq cərrahiyyə əməliyyatı olundu. Lakin DSMF-dən bülleten pullarını nə illah edirsə, ala bilmir, çünki nəyə görəsə 6 ayın əmək haqqısı götürülüb 12 ayın gününə bölünür, nəticədə qəpik-quruş alınır.


Baş aça bilmirik bu cür mason oyunbazlığına nə vaxt son qoyulacaq və əhalinin maddi rifahının möhkəmləndirilməsi üçün nə vaxt real tədbirlər görüləcək. Xalq DSMF adlı idarəyə ona görə pul köçürür ki, gələcəkdə yaşayışı üçün önəmli bir təsiri olsun. 6 ayın əmək haqqı adi məntiqlə 12 aya yox, 6 ayın faktiki iş gününə bölünməlidir. Burda isə xəstəlik vərəqəsi hesablananda faktiki iş gününə, işlədiyi əmək haqqına görə deyil, 12 ayın iş günlərinə bölünür. Bu nə dərəcədə düzgündür? Bu cür yanlış qərardan çoxlu sayda vətəndaş əziyyət çəkir. Onsuz da respublika əhalisinin əksər hissəsi aclıq və səfalət içindədir, bu cür yanlış qərarlar güzaranın daha da pisləşməsinə gətirib çıxarır. Məntiqlə götürdükdə faktiki iş günlərinə bölünərək xəstəlik vərəqəsinə uyğun pul buraxılmalıdır. Məktubla yazıb müraciət etsək də, heç bir reaksiya yoxdur və xəstəlik vərəqəsinə görə qanuni pulumuzu ala bilmirik. Bu isə bizi gələcəkdə adekvat addımlar atmağa vadar edir.
 Elə olur ki vətəndaş onilliklər boyu sosial fonda pul köçürür ki, qocalanda həmin puldan ayrılsın, güzəranına hansısa mühüm bir təsiri olsun. Lakin məqam çatanda, yaş pensiya həddinə gəlib çıxanda min cür həngamə ortaya çıxarırlar. Onlarla sənəd istəyirlər, ya da bildirirlər ki, sən o vaxt filan sənədi təqdim etməmisən, ona görə də sənə heç bir pul düşmür. Dəfələrlə yanımda bu kimi hallara şahid olmuşam və vətəndaşlar sosial fonda pul köçürdüklərinə peşman olublar. Bir növ 90-cı illərdə geniş yayılmış MMM “loxotron” sistemi indi də müəyyən mənada fəaliyyət göstərir.
 Əhalinin əziyyət çəkdiyi daha bir hal isə stajla bağlı sənədlərin rayonlardakı Əmək və Əhalinin Sosial Müdafiəsi Mərkəzlərindən Dövlət Sosial Müdafiə Fonduna gətirilməsidir. Vətəndaşın lazım olan stajı düzəldikdən sonra sosial pensiyadan əmək pensiyasına keçməlidir, lakin əsl həngamə bundan sonra başlayır. Rayon DSMF idarələri bu sahədə əhalinin başına min oyun açır və get-gələ salaraq pul umurlar. Biz respublikanın əlahiddə orqanlarına kütləvi şəkildə məktublar yazaraq xahiş edəcəyik ki, bu məsələlər DSMF-nin səlahiyyətlərindən alınıb rayon icra hakimiyyətlərindəki humanitar şöbələrə verilsin. Çünki korrupsiya tüğyan edir və taslar günü-gündən qalxaraq soyğunçuluq geniş vüsət alır. Vətəndaş DSMF-yə bir sənədin dalıyca 10-15 dəfə gedib gəlməli olur. Onun uzaq dağ kəndlərindən və hansı yolpulu ilə gəlib getməsi bu sahədən pul vuran DSMF işçisini qətiyyən maraqlandırmır. Demək istəyirlər ki, pulunu ver canını qurtar, necə ki o birilər pulunu verdi, sənədini gətizdirdik, sən də “tas”ımızı ver, sənin də sənədini tezləşdirək. Camaatın əksər hissəsi dediyimiz neqativ haldan əziyyət çəkir. Odur ki bu sahəyə diqqət ayırmanızı xahiş edirəm.
 O cümlədən də əhalinin köhnə kolxoz-sovxoz stajlarının məhkəmə yolu ilə təsdiq olunması. Qocaların, xəstələrin və rayon mərkəzindən uzaq yerlərdə yaşayanların 90 faizi heç bu işin dalıyca düşmür, çünki bu iş elə bir labirint halına salınıb ki, maneələri keçmək üçün gərək yeddi başlı əjdaha olasan. O qədər prosedur keçməli, sənəd hazırlamalısan ki, işi yarıda saxlamağa məcbur olursan. Halbuki həmin stajı təsdiqlətməklə zavallı vətəndaşın pensiyasında 40 manat, 50 manat fərq artımı olur. Bu məsələ də dövlətimizin diqqətinə çatdırılmalı və prosedur sadələşdirilməlidir.
 Əhalini narahat edən köklü amillərdən biri rayonun əksər idarələrindən əsas vəzifələrin sami mənşəli xalqların nümayəndələri tərəfindən tutulmasıdır. Bir çox idarələrdə verilən arayışlara iki, hətta bəzən üç “Miri”yə qol çəkdirməli olursan ki, bu də qəribə nüanslar yaradır. Həmin “miri”lər onlarla bir kökdən olmayan türk mənşəli yerli xalqa sayğısızlıq göstərir, bəzi məqamlarda isə kəskin nomenklatur süründürməçiliklə üz-üzə qoyurlar. Tarixi mənbələrdən məlumdur ki, sami mənşəli həmin “mirilər” ölkəmizə Misir çöllərindən təşrif buyurmuşlar. Xoş gəliblər, səfa gətiriblər. Hamısı bizim qardaşlarımızdır. Azərbaycanda millətlər arasında heç kəsə fərq qoyulmur və digər ölkələr qarşısında üstün cəhətlərimizdən biri də budur. Tolerantlıq öz yerində. Lakin”yersiz gəldi yerli qaç” oyununu başa düşmək olmur. Gəlin görək biz türkmənşəlilər həmin samilərə hörmətlə yanaşmalıyıq, qulluqlarında bulunmalıyıq, yoxsa onlar bizə? Dünyanın bir çox sivil ölkələrində gəlmə xalqalar əsasən yerlilərə hörmətlə yanaşırlar. Lakin bizdə isə tərsinədir, gəlmələrin yerli aborigenlərə hegemonluğu və mənəvi terroru baş qalıb gedir. Hətta iş o yerə çatıb avam kütlənin çox hissəsi həmin sami mənşəlilərə “ağa” deyə müraciət edir. Bizdəki idarə və təşkilatların koridorlarından “ağa”, “ağama deyim”, “ağam həll edər yəqin” nidaları əskik olmur. Sanki orta əsrlərdə, quldarlıq quruluşunda yaşayırıq. Bəy-xan dövründə. Şəxsən bu adamlara qarşı heç bir iddiamız və radikal münasibətimiz yoxdur, sadəcə yerli xalqın nümayəndəsi kimi öz personamıza diqqət tələb edirik. Bunlar o yana qalsın, həmin “ağa” müraciətindən həzz alan yoldaşlar bilməlildirlər ki, ayıq vətəndaş və öz hüquqlarını bilən sadə bir insan kimi haqlarımızın tapdalanmasına imkan vermək fikrində deyilik.
 Mənim bu sözləri yazmağa haqqım var, çünki dəfələrlə DSMF adlı rayon şöbəsində süründürməçilyə məruz qalmışam, nomenklatur başağrılar yaradılmasının şahidi olmuşam (Düzdür, pul verməmişəm, amma get-gəllərə, yol xərclərinə, konturlara verdiyim pullar onlara verəcəyim pula bərabər olub). Məsələn, bir maraqlı detalı deyim. Ağır xəstə olan bir tanışım ildə bir dəfə olan Tibbi Sosial Ekspert Komissiyasından (TSEK) elə müraciət etdiyi günü də keçdi. Yaşayış yerindən müvafiq arayışı da alıb mənə verdi ki, DSMF-yə ver, mən gedib gələ bilmirəm. Həmin arayışı sənədlər TSEK-dən DSMF-yə göndəriləndən sonra təqdim etməlisən. Yolum hər gün DSMF binasının yanından keçdiyindən burdakı yoldaşlardan tez-tez sənədlərin gəlib-gəlmədiyini soruşurdum. Düz sənəd gələn günü onun arayışını DSMF-yə təqdim etmişəm. Lakin bu yaxınlarda həmin xəstə yoldaş mənə zəng edərək deyir ki, pensiya kartıma pul vurulmayıb, yəqin arayışımı gecikdirmisən, DSMF-yə gec vermisən. Gəlib maraqlananda bildim ki, o dekabr ayının pulunu yalnız yanvarda, o da para-para alacaq. Mən DSMF yerli şöbəsinin müdiri olan Mirağa yoldaşdan qəzetiniz vasitəsilə soruşmaq istəyirəm, vətəndaş hansı sürətlə TSEK-dən keçməli, DSMF-yə arayışını verməlidir ki, pulunda kəsim olmasın, vaxtında alsın? Birinci kosmik sürətlə, ikinci, yoxsa üçüncü? Nyuton qanunlar sizin idarəni görəndə işləmir. Axı heç bir gecikmə olmadı, sənədlər TSEK-dən DSMF-yə gələn günü də arayışı təqdim etmişik! Lazımdırsa deyin, internetlə göndərək, lazerlə, yaxud başqa nanotexnologiyalarınız varsa, deyin elə formada sizin idarəyə yanaşaq ki, sənədlərimiz gecikməsin, it-bata düşməsin. Niyə sizin idarədə bu cür süründürməçilik hökm sürür və yerli türk mənşəli xalqlara qarşı bu cür sayğısızlıq sərgilənir? Axı dediyim ağır xəstənin həmin qəpik-quruş pensiyadan başqa bir ümid yeri yoxdur. Tısbağanı ya öldür, ya da arxası üstə çevir; həmin kasıbın gözünü dikdiyi, olan-qalanı o pensiyadır, o pensiya da verilməyındə həmin ay ölümlə, aclıqla üz-üzə qalır. Niyə belə həssas məsələlərə diqqət yetirmirsiniz?
 Biz ki sizdən çox şey istəmirik, hörmətli “ağa”lar, sadəcə yerli xalqa azca da olsa diqqət və sayğı tələb edirik. Bütün sivil ölkələrdə hökm sürən adi qaydadır. Bütün bunlar da qulağınıza deyilsə, heç olmasa öz vəzifə səlahiyyətlərinizi normal həyata keçirməyə çalışın.
 DSMF ilə əlaqədar başağrılar və vətəndaşlarlın şikayətləri bitib-tükənən deyil, yəqin ki həmin şikayətləri qruplaşdırıb yaxın günlərdə redaksiyanıza göndərəcəyik.

Həsənov İ.       Cəlilabad rayon sakini

Комментариев нет:

Отправить комментарий