Kişi və qadın anadangəlmə fərqli yaradılmışdır. Allah qadınları şəfqətli və təslimiyyətçi, kişiləri isə güclü, iddialı və uğur qazanmağa meylli yaratmışdır. Allahdan qeyri hər şey cütdür. Ağ ilə qara, yer və göy, qadın və kişi də bir-birinin əksidir və cütlüyün hissələridir. Gərək, biz qadınlar, bu qaydanı pozmayaq.
Bir çox qadının yerişi, davranışı və hətta baxışı ilə “kişiləşməsi” müasir qadının problemlərindəndir. Bu hal teleserial və onlara tamaşa edən qadınlarda daha çox müşahidə edilir. Çünki, teleseriallardakı qadınlar daha çox “kişiləşmiş”, sözünü yeridən, özündənrazı personajlardır. Bu isə tamaşaçı qadınları yanlış istiqamətə yönəldir. Fikrimcə, ailədaxili problemlərin başlıca səbəblərindən biri də qadınların kişilərə aid hərəkət və davranışları mənimsəmələri, belə davranışları təkrarlamağa meyl etmələridir. Ancaq…
Ancaq qadın öz mülayim hərəkət və davranışlarını, kişi isə ötkəm xasiyyətliliyini qoruyub saxlamalıdır. Lakin bu ötkəmlik qadına münasibətdə kobudluğa çevrilməməlidir. Qadın arzu və istəklərində sərhədi bilməli, kişi isə konkretlik nümayiş etdirməyi bacarmalıdır.
Müəllif haqda arayış: Səma Maraşlı 1969-cu ildə Türkiyənin Qəhrəmanmaraş şəhərində anadan olub. Türkiyənin tanınmış yazıçılarından və psixoloqlarındandır. Ailədaxili münasibətlər, qadın və uşaq problemləri mövzusunda bir çox kitabın, o cümlədən, yüz minlərlə oxucu kütləsi tərəfindən təqdir edilərək, mütaliə olunan “Ən gözəl hədiyyə”, “Həyat yoldaşımın yoldaşı yoxdur” və “Həyat yoldaşım sevgilim olsun” kitablarının müəllifidir.

Комментариев нет:
Отправить комментарий