Günay Dağlı
Deyirlər ki, “gənclik gələcəyimizdi.” Bəs, görəsən gəncliyi keçmişimiz adlandıra bilərik? Məncə hə!!! Bilirsiniz niyə “hə” deyirəm?... çün ki, bəzi gənclərimiz var ki, keçmişini öyrənərək gələcəyinizə addımlayır. Mən əslində bütün növ yazıları oxumağı sevirəm. Amma nədənsə əruz vəznində yazılan yazıları məhz elə şairlərin, yəni ki, qəzəlxanların dilindən dinləyərkən daha da rahat oluram. Əslində bunun bir səbəbi var. Qəzəl nə qədər bizim anladığımız dildə yazılsa da bəzən biz onun mənasını sıradan bir deyilişdə anlamırıq. Bizim gənc yazarların arasında qəzəlxanlarla çox az-az rastlaşırıq. Amma bu gün həqiqətən də qəzəl yazan gənc yazarlarımız var. Bunların sırasında haqqında sizə söhbət açacağım qəzəlxan Vəlixan Abdullayev də var. Bəlkə də indicə yazdığım və sizin elə indicə oxuduğunuz “Qəzəlxan” sözü bir az yerinə düşmədi. Çün ki, nəinki mən elə Vəli də “Qəzəlxan” sözünü nə qədər böyük ustadlara deyildiyini bilirik. Amma bu sözü bu dəqiqə mən arzu edərək yazdım siz oxudunuz. Mən Vəliyə böyük qəzəlxan olmağı arzulayıram deyim və söhbətimizə davam edək...
Vəlixan Abdullayevin iyirmi beş yaşı var və o deyir ki, “mən qəzəli məhz elə Azərbaycan dilində yazmaq istəyirəm”. Mənə elə gəlir ki, Vahid yolu getmək bu gəncin gələcəyindən artıq xəbər vermiş olur. Bəs, görəsən mən onu niyə sizə “Vəlixan” kimi təqdim edəndən sonra “Vəli” deyə xatırladıram. Artıq sizə məlum oldu Vəlixan qəzəl yazır və hər dəfə qəzəlin son misrasında özünə elə “Vəli” deyə müraciət edir. Hətta bəzi şairlərə yazdığı təxmislərdə də o özünə “Vəli” deyə müraciət edir. Bu da o deməkdi ki, siz bundan sonra hər hansı isə əruzda yazılan əsərin son misrasında “Vəli” xitabı ilə rastlaşsanız bilin ki, müəllif Vəlixan Abdullayevdi.
Əzizim oxucu, bəlkə elə bu məqamda siz Vəlixanın bir qəzəlin oxuyasınız? Atama rəhmət oxudunuzsa qəbul etdim... çün ki, ölü kimi elə diriyə də rəhmət oxumaq olar.
Mənə dünyanı fələk dar etdi,
Dinmədim susdu ürək ar etdi.
Yar olub xar ilə həmdəmlik edib,
Məni bir qönçə çiçək xar etdi.
Sevmirəm söylə dedim, amma, ürək ,
Sevirəm hər dəfə təkrar etdi.
Gizlədə bilmədim əsla qəmimi,
Yaydı hər yanə külək car etdi.
Şahi-xilqət bu gözəlliklə onu,
Bu fəna dəhrdə tək var etdi.
Həsrətilə keçən hər gün Vəlini,
Rahi-sevdadə əməkdar etdi.
Əzizim oxucu, elə indicə siz Vəlixana aid olan bir məlumatı da oxuyacaqsınız. Vəlixan Abdullayev deyəndə siz hansı xanəndəmizi xatırlayırsınız? Bir az fikirləşin mən sizə deyim ki, Vəlixanın mənim bu yazını yazdığımdan qətiyən xəbəri yoxdur. Əgər xəbəri olsaydı məni sizə bu xəbəri çatdırmağa qoymayacaqdı. Əslində mən Vəlini yaxşı anlayıram... axı, mənim özüm də “Novruzova”-yam. Amma bunu hər zaman gizlədirəm. Elə indi də sizə yazmayacam bunun mənası nədir. Vəlixan Abdullayev xalq artistimiz Ağaxan Abullayevin qardaşı oğludur. Buna yalnız mən sevinirəm. Çün ki, gənc qəzəlxan dostumun kökü möhkəmdir. Bəli, “ot kökü üstündə bitər”. Amma deməyəsiniz a “Vəlini niyə ota bənzətdin”? Əslində insanlar hər biri elə torpağa gedib bir “Ot” kimi gəlir yenidən dünyaya. Nə isə qayıdaq Vəlixana, yəni ki, haqqında sizə söhbət açdığım gənc qəzəlxana... Vəlixan təkcə qəzəl yazmırmış. Günlərin bir günü Vəli mənə bir yazı yolladı elə indicə həmin şeri mən sizə müəllifin mənə oxumaq üçün yolladığı kimi oxumağınız üçün təqdim edəcəm. Amma əvvəlcədən deyim ki, bu şer Vəlixanın dahi şairimiz Mikayıl Müşfiqin “Yenə o bağ olaydı” şerinə nəzirəsidir.
Yenə o bağ olaydı, yenə əl-ələ sən, mən,
Keçəydi günümüz şən.
Göz-gözə baxışaydıq baxışdan məst olaydıq,
“fələkdən kam alaydıq”.
Yenə o bağ olaydı, ürəklər qovuşaydı,
İlhamım danışaydı.
Vəsf edəydim qaşını, vəsf edəydim gözünü
İtriəydin özünü,
“Arzuya bax, sevgilim, tellərindən incəmi,
söylə, ürəyincəmi”?
Yenə o bağ olaydı, vaxtımızdan kəsəydik,
Görüşə tələsəydik,
Yenə o intizarla, gözləyəydim mən səni,
Sən ta gəlincə yəni,
Nəhayət ki, bir gözün ətrafı axtararaq
gələydin qorxaq-qorxaq.
Sonra hər şey çıxaydı yadından əvvəlki tək,
Danışaydın bir ürək.
Əvvəl şikayətində, sonra məzəmmətindən,
Axır məhəbbətindən,
Mənə söhbət açaydın, yandıraydın, yaxaydın.
Axırıma çıxaydın.
Bir olaydı qəlbimiz kələydi çuşə qanım,
Sən, ey tənimdə canım.
Yenə o bağ olaydı, yenə o daş oturacaq,
Yenə o səs-küylü bağ.
Əsəydi ağacların yarpağı saçın kimi,
Titrədəydi qəlbimi.
Biz oturan tərəfə başqası baxan zaman,
əsəbləşəydim bir an.
Yapışaydım olundan, acıqlanaydım sənə,
Küskün qalaydın mənə.
Barışaydıq nəhayət dəysəm belə xətrinə,
Sevgimizin xətrinə.
İlhamımın atəşi alışaydı-yanaydı,
ürəyim odlanaydı.
Bu bağın hər yerində səndən xatirə vardır,
Ürəyim biqərardır.
Bu nə gözəl xatirə, bu necə müdhiş andır,
Bu nə gözəl məkandır.
Görəsən Mərdəkanda kim tanımır bu yeri,
Bu yer dillər əzbəri.
Bir tərəfdə Xəzərin möhtəşəm mənzərəsi,
Şux dalğaların səsi.
Bir yanda təbiətin nə gözəl boyaqları,
əncir-üzüm bağları.
Nə gözəldir dolaşmaq burda səninlə qoşa,
Söhbət etmək baş-başa.
Nə gözəldir gəzişmək yağışlı havalarda,
Səninlə buralarda.
Nə gözəldir üzünə düşən hər bir damlada,
əksimə baxmaq, ya da
Bu sevdanın ləzzətin bir damladan çıxartmaq,
yanağından qopartmaq.
Damlalar kimi düşmək, damlalar kimi axmaq,
Bu xoş səhnəyə baxmaq.
Yenə o bağ olaydı, gəzişəydik qorxusuz,
Yenə həmən daş hovuz.
Adımızı yazaydıq hovuzun qırağında,
O sevgi bulağında.
Vuraydı ürəyimiz sonsuz arzular ilə,
Həzin duyğular ilə.
Bir gül dərib taxaydım, qulağının yanından.
Tellərini verib yan.
Bir gözəllik verəydi gül üzünə gül, gözəl,
Sən gözəlsən, gül gözəl.
Qısılıb bir-birinə ətrimizi duyaydıq,
Zamanı unudaydıq.
Sən ta baxıb saata gecdir deyənə kimi,
Axşam düşənə kimi
Vəlixan Müşfiqin “Yenə o bağ olaydı” şerinin üzərində misra-misra işləyib. Mənim üçün maraqlıdır görəsən Müşfiq sağ olsa idi Vəliyə nə deyərdi? Görəsən Müşfiq Vəlixanı tənqid edərdi yoxsa tərif? Bax, burada sizdən xahiş edirəm əgər şer haqqında və yaxud da mənim sizə yazdığım bu məktub tipli yazıya tənqidi fikirləriniz varsa yazın yollayın.
P. S Vəlixan Abdullayevin haqqında hələ çox danışacam İNŞALLAH.
ucnoqta.az

Комментариев нет:
Отправить комментарий