18.01.2012

Yuri Alekseyeviç Qaqarin


Yuri Qaqarin (rus. Юрий Алексеевич Гагарин) — sovet kosmonavtı və kosmosa uçan ilk insan.
Yuri Qaqarin kəndli ailəsində anadan olmuşdur. Onun atası Aleksey İvanoviç Qaqarin dülgər, anası Anna Timofeyevna Qaqarina isə heyvandarlıqla məşğul idi. Uşaqlığını Kluşino kəndində keçirmişdir.

1941-ci ildə məktəbə getmiş, 24 may 1945-ci ildə ailəsi ilə birlikdə Qjatsk şəhərinə köçmüşdür. 1951-ci ildə Yuri orta ixtisas məktəbini bitirərək metal tökmə üzrə ixtisasa yiyələnmişdir. Həmin ilin avqustunda Qaqarin Saratov sənaye texnikumuna daxil olur və oktyabr ayından Saratov aeroklubunun üzvü olur. 1955-ci ildə təhsilini əla qiymətlərlə başa vuraraq Yak-18 təyyarəsində ilk dəfə sərbəst uçuş edir.
27 oktyabr 1955-ci ildə Qaqarin əsgərliyə çağrılır və Orenburqdakı 1-ci hərbi aviasiya məktəbinə göndərilir. 25 oktyabr 1957-ci ildə o bu məktəbi bitirir.
9 dekabr 1959-cu ildə o ərizə ilə kosmonavtlığa namizədlərin siyahısına götürülməyi xahiş edir. Qaqarin iki tibbi ekspertizanı keçdikdən sonra 1960-cı ildən general Verşinin əmri ilə kosmik uçuşlar üçün hazırlıq komandasına qəbul edilir.

1961-ci ildə ABŞ-la kosmik yarışda önə çıxmaq istəyən Serqey Korolyev namizədlər arasından 6 nəfəri seçir. Kimin kosmosa uçması son dəqiqəyə qədər gizli saxlanılır. Son anda Qaqarin və onun əvəzləyicisi Titov seçilir.
Uçuş 12 aprel 1961-ci ildə Baykonur start məntəqəsində baş verir. “Vostok” gəmisində uğurla kosmosa çıxan Qaqarin göydə 108 dəqiqə dövr etdikdən sonra sağ-salamat yerə qayıdır.
Qaqarin 27 mart 1968-ci ildə sınaq uçuşu zamanı təyyarədə qəzaya uğrayaraq həlak olmuşdur. O Moskvada Kreml divarında dəfn olunub.
Kosmonavtika Günü bəşər tarixində xüsusi yer tutub. Sovet elminin qısa zamanda çatdığı pik nöqtənin göstəricisi olan bu gün münasibəti ilə hər kəsi təbrik edirəm! Yuri Qaqarin yaddaşlardan heç zaman silinməyəcək!

Комментариев нет:

Отправить комментарий