24.12.2012

AYB-DƏ ARA QARIŞIB, MƏZHƏB İSƏ İTMƏYİB

AYB-DƏ ARA QARIŞIB, MƏZHƏB İSƏ İTMƏYİB“Ədəbiyyat” qəzeti baş redaktorun korrupsiya əməllərindən başqa heç nəyə xidmət etmir

AYB-nin gələn ilin əvvəlində keçirilməsi nəzərdə tutulan qurultayı öncəsi təşkilatda hakimiyyət ehtirasları yüksəlib. Müxtəlif qruplaşmalar bir-birlərinə qarşı müxtəlif kompramatlar hazırlayaraq onları Prezident Adminstrasiyasına ötürməyə başlayıblar.
AYB qurultayı təkcə qurultayın sədrini dəyişmir. Eləcə də katibləri, birliyin mətbu orqanlarını da qurultay təsdiqləyir. Bu mənada qurultaydan sonra AYB-də bir neçə kritik post boşalacaq.
AYB- üzvü olan etibarlı mənbənin dediyinə görə qurultayqabağı müxtəlif dəstələr yaranıb. Onların hər birinin sədrliyə, katibliyə və orqan rəhbərliyinə namizədləri var.
Mənbəmiz bizə Prezident Adminstrasiyasına göndərilmək üçün 30-dan artıq yazıçının imzaladığı bir məktubu da verdi.
Bu məktubda iki xalq yazıçısı və bir xalq şairinin də imzasının olması məktubun sanbalından xəbər verir. Məktubda AYB katibliyi və onun mətbu orqanlarından korrupsiya ilə bağlı ifşaedici faktlar yer alıb.
Misal üçün “Ədəbiyyat“ qəzetindəki korrupsiya haqqında müəlliflər yazır: “KİVDF qəzetlərə ildə 20-30 min pul ayırır. Amma “Ədəbiyyat” qəzetinə ayrılan büdcə 200 min manatdır. Lakin bu qəzet həftəlik qəzetdir, hər nömrəsi üçün 4 min manat pul ayrılır. Amma bu qəzetin tirajı AYB üzvlərinin sayından da azdır, yəni onu heç AYB üzvləri də oxumur. Halbuki bu qəzetin yüz min tirajla çıxan günləri vardı. Üstəlik, bu qəzet dövlətdən aldığı vəsaiti istedadlı yazıçılarla qonorar formasında bölüşmək istəmir. Dövlətin ayırdığı pul yazıçılar arasındakı narazılığı artırır. “Ədəbiyyat” qəzeti baş redaktorun korrupsiya əməllərindən başqa heç nəyə xidmət etmir”. Qəzetin kağız üzərində 30-dan çox əməkdaşı var, lakin istənilən vaxt redaksiyaya getsəniz 3 nəfərdən artıq adam tapa bilməzsiniz. Bu adamların adı maaş cədvəlinə yazılır, maaşları baş redaktor tərəfindən mənimsənilir”.
Məktubda “Ulduz” jurnalı haqqında ifşaedici faktlar açıqlayıb. Müəlliflərin sözlərinə görə “Ulduz” jurnalının baş redaktoru vəzifəyə təyin edildiyi vaxtdan keçən 6 il ərzində öz maddi imkanlarını xeyli yaxşılaşdırmağa nail olub, belə ki, o ikinci bir ev alaraq onu təmir etdirib. Baş redaktorun ikinci evi isə “Ulduz” jurnalının hesabınadır, belə ki, “Ədəbiyyat” qəzetində olduğu kimi “Ulduz” jurnalında da “ölü canlar” mövcuddur, Elçin Hüseynbəyli Qoqolun bu şedevrini oxumasa da ondan məharətlə istifadə edir. Redaksiyanın 20 əməkdaşının 15-ini heç kim tanımır, baş redaktor daxili əmrlə bu adamları işə götürərək maaşlarını mənimsəyir. Vəziyyət o qədər dramatikdir ki, baş redaktor mətbuata verdiyi müsahibədə qonorarları operatorların adına yazdığını etiraf edir. Nəşriyyat xərclərinin şişirdildiyi də vurğulanır, belə ki, kağız üzərində min tiraj göstərilsə də, əslində tiraj heç zaman 500-ü keçmir.
Birliyin başqa mətbu orqanlarında da oxşar korrupsiya hallarının mövcud olduğunu deyən məktub müəllifləri Prezident Admistrasiyasının rəhbərindən AYB-də sağlam mühitin yaradılmasının vacib olduğunu və qurultayın bunun üçün yaxşı şans kimi qarşıda durduğunu xatırladırlar.
Qarşı tərəfin də mövqeyini çap etməyə hazırıq.

pia.az

Комментариев нет:

Отправить комментарий