05.12.2012

Böyük çöl olar bu şəhər

Leyla Kürdbəççə

Böyük çöl olar bu şəhər
Ağaclar yarpaqların ağzından eşidərlər
ayaq səsini
Və tüm qarqa yuvalarında yumutdar
payız
Böyük liman olar
Sən
Düşərsən tüm yelkənli gəmilərdən
Qış
Qoca balıqçıların tilosına ilişər
Yenidən sahildəki kaffənin işi tutar
Bu şəhər
Böyüklənər sənin arzuların tək
Pies dəyişilər
Bu dönə,evinin yolunu itirərsən
Yollari qarqışlaram, mən

Ömürlük yerdə qalsınlar
(mevsimi olmayan yellər saçlarımın
arasında əsir
Necə çalsan,elədə oynarlar
Istəsən
Kiçik qırmız balıqlarla yumurtadan çıxar
yaz
Və açıq yaxasıyla küçəyə gələr yaz
Istəsən
Yenə bu masanın arxasında oturarıq
yenə
Kiçik həyətimizlə çay içərik
Istəsən....
)
Amma bu şəhərin
Necə fırlanıcı təqdiri var
Hansı geyimdə olsada yaxşi tanımaq
olar
Barmaq izinizi götürməkdən qorxub
Gəmirsədə əllərini
Və özünü belə tutsa
Bir sehirli urmandır
Ya susuz-otsuz çöl
Nədən bir ilişdiriçi demir
Bu şəhərin grafikasi kilişeyi olub
Və nədən yönətmən
Gostərici barmağını gecələr
Sevgili seyirçilərin gözünə soxmaq yerinə
Düşünmürki biz heç zaman
Yaxşı artist ola bilmərik
Və ulduz olmaq üçün
Yetərli deyil bu şəhərin kiçik göyü
Mən gedirəm
Evimin həyətindən soruşam
Nədən yollarla arzular
Heç zaman bərabər olmur
Sən gedirsən
Tüm olmadığın fəsilələrə
Bəhanə gətirəsən
Həyət gedir
Birazca
Xəlvətdəsin özüylə

Çevirmən: Ramin Abbaszadə

Комментариев нет:

Отправить комментарий