Aytən Nəsibbəyli
Bütün şeirlərin mənasız olduğu an
Bütün ölümlərin gücsüz olduğu gündü
O gün,
bu gün
və sabahlar.
Anamın təsəllisinə
Atamın var oluşuna nifrət etdiyim anlar.
Artıq sözlərindən asılı qalmaqdı həyat.
Ölüb dirilib
Hər gün qaytarmaqdır
udub-çeynəmədiyim bütün sevincləri.
Bir az həzm problemidir bu
Bir az uşaqlıq
Bir də.....nədisə adını sən de artıq.
De ki” yalandır Allah yoxdur
Allah mənəm içimdə şeytanla bir yuva qurduq.
Bir işlədik, bir yatdıq biz. bir durduq.
Allah mənəm cənnətini cəhənnəminə peşkəş çəkdim.
Bir nəşəli qəhqəhə üçün.
Bir məzəli söhbət üçün”.
Danış. Danış dinləyim səni
Dinləyim mən çəkim dodaqlarından
asılı qalan həyatı.
Üzüaşağı
kədər və ümidsizlik yarışsın.
Hansı dibə vuracaq.
Daha gurultulu.
Daha tez.
Qalibi sən gör.
Gül
Oyna sən Şeytanım
!
Bütün şeirlərin mənasız olduğu an
Bütün ölümlərin gücsüz olduğu gündü
O gün,
bu gün
və sabahlar.
Anamın təsəllisinə
Atamın var oluşuna nifrət etdiyim anlar.
Artıq sözlərindən asılı qalmaqdı həyat.
Ölüb dirilib
Hər gün qaytarmaqdır
udub-çeynəmədiyim bütün sevincləri.
Bir az həzm problemidir bu
Bir az uşaqlıq
Bir də.....nədisə adını sən de artıq.
De ki” yalandır Allah yoxdur
Allah mənəm içimdə şeytanla bir yuva qurduq.
Bir işlədik, bir yatdıq biz. bir durduq.
Allah mənəm cənnətini cəhənnəminə peşkəş çəkdim.
Bir nəşəli qəhqəhə üçün.
Bir məzəli söhbət üçün”.
Danış. Danış dinləyim səni
Dinləyim mən çəkim dodaqlarından
asılı qalan həyatı.
Üzüaşağı
kədər və ümidsizlik yarışsın.
Hansı dibə vuracaq.
Daha gurultulu.
Daha tez.
Qalibi sən gör.
Gül
Oyna sən Şeytanım
!
Комментариев нет:
Отправить комментарий