16.12.2012

İntiqam haqqı

Anar GasimliAnar Qasımlı

Beynəlxalq İnsan Hüquqları gününə

"Özümü təhqir edilmiş, döyülmüş, əzilmiş hiss edirəm. Bu halımda mənə böyük mənada vəkillik edəcək adamın öz halı yaman sarsıdıb məni". Son günlər bütün dostların baxışlarından oxunan bu mesaj Ustadım İntiqam Əliyevin Türkiyədə bir vəhşi "görəvli" tərəfindən döyülməsi, qeyri-insani davranışa məruz qalması fonunda təsəlli kimi mobil telefonuma daxil oldu.
İntiqam Əliyev! Bu adın qarşısında hansısa epitet yazmaq olmur. Onu hamı sevir, uşaq da, böyük də, dost da, düşmən də. O, bir məktəbdir, hüquq məktəbi.
Bu gün azad fikri, demokratik dünya görüşü ilə həmkarları arasında fərqlənən gənc hüquqçuların, hətta yaşlı nəslin nümayəndələrinin əksəriyyəti İntiqam Əliyev məktəbinin məzunlarıdır. Amma biz  hələ də oxuyuruq, Ustad məzun olmağa imkan vermir, hər gün düşündürür, bəzən susması ilə, bəzən bir baxışıyla, bəzən də cəsarətli çıxışlarıyla öyrədir, azad insan olmağı. O, azadlığa vurğundur, demokratiya təşnəsidir.
Türkiyədə, İstanbulda, Atatürkün adını daşıyan hava limanında  biganə polislərin gözü qarşısında vəhşi görəvli tərəfindən döyüləndən sonra, vücudunun ağrısını unudub Türkiyənin, türk millətinin halına acıdı: "Türkiyə cəmiyyəti üçün çox narahat oldum, o təpiklər, yumruqlar türkiyənin vəkillərinə, media qurumlarına, vətəndaş cəmiyyətinə dəydi, məni ağrıdan budur, fiziki ağrılar ötüb keçdi".
Başın sağ olsun, Türkiyə, gözəlim İstanbul!
İndi səni əvvəlki tək sevə bilmirəm. Hər yerində hüquqsuzluq görürəm, görəvlilərindən və polisindən qorxuram. Özüm görə yox, səni bir də döyməsinlər, üzünü qara etməsinlər deyə. Sən həp "kusura bakmayın" dedin, mən də heç baxmadım sənin qüsuruna. İndi məqam yetişib, bir dön kəndi kusuruna bak!
Nələr olur, Türkiyə, nələr olur, əfəndim?
Həpiniz Hrant oldunuz, biriniz İntiqam olmadınız!
Sən İntiqam olamazsın, sən intiqam alamazsın, Türkiyə!

Комментариев нет:

Отправить комментарий