04.12.2012

Qaranlıqda

Furuğ Fərruxzad

Qaranlıqda
səslədim səni
Səssizlik vardı və əsinti
Ki  pərdəni aparırdı
Hüzünlü göydə
Bir ulduz yanırdı
Bir ulduz ölürdü
Səni səslədim
Səni səslədim
bütün varlığım
bir süt qədəhi  kimi
əlimdəydi
ayın mavi baxışları
camlara toxunurdu

qəmlı bir mahnı
duman  kimi yüksəlirdi
ağustos böcəkləri şəhərində
duman  kimi sürüşürdü
camlar üzərinə
bütün gecə orada
köksümün  içində
kimsə umudsuzluqdan
solunurdu
birisi ayağa qalxırdı
birisi səni istirdi
birisinin iki əli
təkrar geri qaytarırdı
bütün gecə orada
qara budaqlardan
bir hüzün  tökülürdü
birisi səni çağırırdı
hava uçuqlar kimi
üstünə çökürdü
mənim kiçik ağacım
yelə sevdalıydı
yelin evi  harada?
yelin evi  harada?

***

Gözlərinin hüdutsuz məhtabına yenə  bu gecə
Ulduzlar yağır şeyrimə
Və kağızların çöl qışındakı ağlığı üzərinə
əllərim, qığılcımları dantəl kimi  zərafətlə toxuyur
çünkü alovdan bir köynəkdir mənim şeyrim
yalniz eşq odunun kölgəsində sığınan
və hərkəs kimi eşq odudur
mənidə yaxıb yandıran


Çevirən : Şəlalə CAVANŞİR

Комментариев нет:

Отправить комментарий