03.12.2012

Qardaş Kardeşe Borc Vermez! Azərbaycandan Türkiyəyə uzanan qardaş əli

Nəriman Nərimanov
Mustafa Kamal Paşa 3 May 1920-ci ildə Şərq Cəbhəsi Komandiri Kazım Karabəkir Paşaya yazdığı bir məktubda: “Dövlətdə heç pul qalmayıb. Hal-hazırda içəridə pul təmin edə biləcəyimiz bir qaynaq da yoxdur. Başqa mənbələrdən pul təmin edənə qədər Azərbaycan hökumətindən borc pul alınmasını təmin etmənizi xahiş edirəm” - deyirdi.
Kazım Qarabəkir Paşa istəyi Azərbaycan hökumətinə çatdırdı. Bu istək, Azərbaycan Sovet Sosialist Xalq Respublikası ilə Ankara hökuməti arasındakı ilk rəsmi əlaqə idi.
1921-ci il ərzində Nerimanovun şəxsi əmri ilə Azərbaycan xarici işlər naziri Mirzə Davud Hüseynov Azərbaycan xalqının adından kömək üçün 30 Sistern neft, 2 Sistern benzin, 8 Sistern kerosin gönderdi. Eyni ilin May ayında Azərbaycan dövləti, TBMM hökumətinə 62 Sistern neft göndərdi və bundan sonra müharibə bitənə qədər eyni dəyərdə neft və üç vaqon kerosin göndərməyi öhdəsinə götürdü.1922-ci ildə Batum yolu ilə Azərbaycan doqquz min tondan çox kerosin və 350 ton benzin göndərdi.
Mustafa Kamal Paşa 1921-ci ildə Nerimanova bir məktub yazaraq borc pul tələb etmişdi.Bu məktubu 17 Mart 1921-ci ildə Nerimanova çatdırıldı.Nerimanov, dərhal 500kg qızıl göndərdi. Bunun 200 kq-ı dövlət büdcəsinə, qalanı isə sursat və silah üçün istifadə edildi.Daha sonra Nərimanov Rusiyadan aldığı 10 milyon qızıl rublu da Ankaraya göndərdi. Bu yardımlarla döyüş içindəki ölkənin vəziyyətində diqqətə çarpan bir düzəliş oldu.
23 Mart 1921-ci ildə Azərbaycan hökuməti Türkiyəyə Azərbaycan xalqının hədiyyəsi olaraq 30 Sistern neft, 2 Sistern benzin, 8 Sistern yağ gönderdi.Nerimanov, Mustafa Kamal Paşanın yazdığı məktubda Türk xalqının bu inkişafına və irəliyə getməsinə sevindiyini bildirir və sonra yenə əlavə edir – “Paşam, bizim Türk millətində qardaş qardaşa borc verməz. Qardaş hər zaman qardaşının əlindən tutar. Biz qardaşıq, hər zaman əlinizdən tutacağıq və tutmağa davam edəcəyik”...


Qaynaq: A. Şemseddinov, Qurtuluş Döyüşü İllərində Türkiyə-Sovet İttifaqı əlaqələri, sf.66

Комментариев нет:

Отправить комментарий