XIX əsrin sonu, XX əsrin əvvəllərində Azərbaycan pedaqoji fikir tarixində silinməz iz qoymuş onlarca parlaq simalar fəaliyyət göstərmişlər. Belə görkəmli ziyalılarımızdan biri - bütün həyat və fəaliyyətini həmvətənlərinin təhsilə, elmə, maarifə və mədəniyyətə yiyələnmələrinə həsr etmiş Teymur bəy Məmməd bəy oğlu Bayraməlibəyovdur. O, 1862-ci il avqust ayının 22-də keçmiş Lənkəran qəzasının Yeddioymaq kəndində (hazırda bu kənd Masallı rayonunda yerləşir - red) dünyaya gəlmişdir. İlk təhsilini buradakı kənd mollaxanasında almış, Quranı oxumağı öyrənmiş və Sədi Şirazinin (1210-1292) "Gülüstan" kitabı əsasında fars dilinə yiyələnmişdir.
Daha sonra o, Lənkərandakı 2 sinifli rus məktəbində oxumuş, 1875-ci ildə oranı bitirib Tiflisdəki tibb məktəbinə daxil olmuşdur. Oranı da müvəffəqiyyətlə bitirdikdən sonra 1879-cu ildə Qori Müəllimlər Seminariyasının 2-ci sinfinə qəbul olunmuşdur. 1881-ci ildə Qori seminariyasını bitirən Teymur bəy Lənkərandakı 2 sinifli rus məktəbində rus dili və riyaziyyat müəllimi kimi əmək fəaliyyətinə başlayıb.
Müəllim işlədiyi məktəbdə cəmi 4 azərbaycanlı şagirdin oxumasından narahat olan Teymur bəy kəndbəkənd gəzərək valideynlərlə görüşüb, təhsilin, elmin əhəmiyyətini insanlara başa salmaq və inandırmaq yolu ilə məqsədinə nail ola bilmişdi. Bu böyük zəhmətin nəticəsi idi ki, dərs dediyi birinci ildə məktəbdə təhsil alan azərbaycanlı şagirdlərin sayı 4 nəfərdən 16 nəfərə, daha sonra 36-ya çatmış, sonrakı illərdə isə bu artım təhsil alanların 90 faizini təşkil etmişdir.
Teymur bəy Bayraməlibəyovun fəaliyyətə başladığı dövr nələrlə zəngin idi?
Bu dövr onu bizə sələflərinin və müasirlərinin “təzə kitabxanalar, qiraətxanalar və məktəbxanalar" açmaq, Azərbaycanda kitab və mətbuat bolluğu yaratmaq üçün mətbəə və nəşriyyatlar təsis etmək səylərinin ardıcıl davamçılarından biri kimi tanıdır. Sələflərinin "Xeyriyyə cəmiyyəti" yaratmaq təşəbbüsləri də onu çox düşündürən məsələlərdən idi.
O, 1884-cü ildə yaratdığı "Xeyriyyə cəmiyyəti"nin xətti ilə şagirdlərə dərslik, yemək, paltar, ayaqqabı və oxumaq haqqını ödəmək işlərini həyata keçirmişdir. Teymur bəyin təkidi ilə 2 sinifli məktəbi bitirən və orta təhsil məktəbinə daxil olmaq istəyənlərə "Xeyriyyə cəmiyyəti" yol xərci ödəyir və digər köməkliklər edirdi. T.Bayraməlibəyovun təşəbbüsü ilə yaradılan ilk dram dərnəyində həvəskar artistlərin iştirakı ilə M.F.Axundzadənin "Hacı Qara", N.Nərimanovun "Dilin bəlası", N.B.Vəzirovun "Yağışdan çıxdıq, yağmura düşdük" pyesləri, Ə.B.Haqverdiyevin "Kimdir müqəssir", S.M.Qənizadənin "Axşam səbri xeyir olar" əsərləri tamaşaya qoyulmuşdu. Xeyriyyəçilik məqsədi güdən teatr tamaşaları gənclərdə estetik zövqü inkişaf etdirməklə yanaşı, onlarda teatr və səhnə sənəti haqqında təsəvvür yaradırdı.
T.Bayraməlibəyov işdən niyə azad edilmişdi? O hansı səbəbdən “Behcət” adlı fars-türk məktəbi açdırır?
1881-ci ildən 1899-cu ilədək Lənkərandakı ikisinifli şəhər məktəbində müəllimlik edən T.Bayraməlibəyov 1906-cı ildə öz vəsaiti hesabına orada qiraətxana açmışdı ki, həmvətənlərinin geniş dünyagörüşlü insan kimi formalaşmasına kömək etsin. Əks təbliğat işi ilə məşğul olması bəhanə edilərək Bakı qubernatoru Alışevskinin əmri ilə T.Bayraməlibəyov işdən azad edilir. Bu, mahiyyət etibarı ilə onun yüzlərlə oxucusuna vurulan böyük mənəvi zərbə idi.
Vəziyyətin gərginləşdiyini görən Teymur bəy Lənkəranda yaşayan bir qrup iranlı ziyalının adından İran səfirliyinə ərizə ilə müraciət edərək, onların uşaqlarının ana dilində təhsil almaları üçün bütün xərcləri öz üzərinə götürmək şərtilə "Behcət" adlı fars-türk ibtidai məktəbinin açılmasına icazə istəyir. Teymur bəyin səyi nəticəsində 5 sinifli "Behcət" adlı məktəb 15 sentyabr 1907-ci ildə İran səfiri İsmayıl xanın səlahiyyəti altında təsis edilir. Orada fars, Azərbaycan, ərəb və rus dilləri tədris olunmaqla, şəriət, ərəb qrammatikası, riyaziyyat, coğrafiya, rəsmxət və xəttatlıq dərsləri keçilirdi. Teymur bəy bu məktəbin rus dili müəllimi idi.
Teymur bəyin təşəbbüsü ilə yaradılan "Behcət" məktəbi 1910-cu ildə uydurma bəhanələr əsasında qubernator Alışevskinin qəzəbinə tuş gəlir. Onun əmri ilə məktəb çar hökumətinin ideyalarının əleyhinə təbliğat işi apardığına, şagirdlərə pis nümunə göstərdiyinə və inqilabi yuva rolunu oynadığına görə bağlanır.
Teymur bəyin Dağıstanda açdığı “Ziya” rus-tatar məktəbi
Lənkəranda tez-tez maneə və müqavimətlə qarşılaşan Teymur bəy mənəvi tərəqqi uğrunda əvvəlki ardıcıl mübarizəsini yenidən davam etdirir. O, 1909-cu ildə "Ziya" adlı ilk rus-tatar (Azərbaycan) məktəbini açır. Əzabkeş, xeyirxah və uzaqgörən ziyalının zəmanəti və köməyi ilə az sonra bu məktəbin qapıları uşaqların üzünə Dağıstanda açılır. Dağıstan qubernatorunun zəmanəti ilə T.Bayraməlibəyov bu məktəbə müdir təyin olunur.
Lənkəranda 4 sinifli ibtidai məktəb və gimnaziya
Teymur bəy Bayraməlibəyovun savadı, bacarığı, təşkilatçılığı onu Lənkəran Dumasına gətirib çıxarır. Dumada fəaliyyəti nəticəsində 1910-cu ildə o, Lənkəranda 4 sinifli ibtidai məktəbin açılmasına nail olur. Daha sonra isə onun ardıcıl səyləri ilə bu məktəb 3 sinifli gimnaziyaya çevrilir.
1911-ci ildə burada təhsil alan 57 şagirddən 25-i azərbaycanlı idisə, 3 ildən sonra şagirdlərin sayı 174-ə, azərbaycanlı şagirdlərin sayı isə 62 nəfərə çatır.
1911-ci ildə Lənkəran qəzasında Teymur bəy Bayraməlibəyovun işıqlı ömür yolunun ən parlaq səhifələrini təşkil edən pedaqoji fəaliyyətinin 30 illiyi təntənəli surətdə qeyd edilir.
Teymur bəy Bayraməlibəyov Bakıda
1918-ci ildən Teymur bəy ailəsi ilə birlikdə Bakıya köçür və 1929-cu ilədək pedaqoji fəaliyyətini burada davam etdirir. Mübarizələrlə dolu mənalı bir həyat yaşamış yorulmaz pedaqoq, publisist və ictimai-siyasi xadimin yaradıcılığını, əsasən, 2 dövrə ayırmaq olar.
Birinci dövr onun Qori Müəllimlər Seminariyasını bitirdikdən sonra - 1881-ci ildən 1918-ci ilədək Lənkərandakı fəaliyyətini,
ikinci dövr isə Bakıya köçdükdən sonrakı 1918-1937-ci illəri əhatə edir.
Teymur bəyin əsərləri
Teymur bəyin həyat fəaliyyəti çoxşaxəlidir. Onun həyatını təkcə müəllimliklə məhdudlaşdırmaq düzgün olmazdı. O, elmi və jurnalistik fəaliyyəti ilə də məşğul olmuşdur. “Eyyubun səbri” nağıl-rəvayəti, “Talış diyarının etnoqrafıyası”, “Lənkəranın yaranması haqqında əfsanə”, ”Talış ölkəsi keçmişdə və indi”, “Talışların xəstələri müalicə üsulları və dəfnetmə mərasimləri”, “Lənkərandan Ərdəbilə uzanan yollar” və s. məqalələri ilə Teymurbəy diyarımızın etnoqrafiyasına aid qiymətli sənədlər toplamış və tədqiq etmişdir.
Onu folklorşünaslığımızın ilk nümayəndəsi hesab edə bilərik. Çünki o, 1883-1935-ci illər ərzində 100-ə qədər əfsanə və nağıl toplamışdır. Qiymətlı şifahi xalq yaradıcılığı nümunələrini toplayarkən dəfələrlə Yeddioymaq, Şıxlar, Boradigah kəndlərində olmuşdur. Teymur bəy türk, talış, gürcü, İran nağıl və əfsanələrini də toplamışdır. Onun “Lənkəran qəzasında yaşayan talışların kosmoqonik inancları”, “Talış mətnləri”, ”Talış əfsanələri və inancları” toplamalarının Azərbaycan folklorşünaslığına qiymətli töhfə hesab etmək olar.
Teymur bəy Bayraməlibəyov "Kaspi" qəzetinin Lənkəran müxbiri kimi 1883-cü ildən 1917-ci ilədək fəaliyyət göstərmişdir. Adı H.Zərdabi, N.B.Vəzirov, E.Sultanov, Ə.Ağaoğlu (Ağayev), M.Mahmudbəyov və başqa ziyalıların cərgəsində çəkilməyə layiq olan Teymur bəy Bayraməlibəyov bizə layiqli bir irs qoymuşdur.
Teymur bəyin 1 sentyabr 1885-ci ildə tarixi mövzuda qələmə aldığı "Talış xanlığının tarixi", "Lənkəran keçmişdə", "Talışın meşə-çöl sahəsi", "Talışın quşlar aləmi", "Lənkəran qəzası talışlarının kosmoqonik rəvayət və inamları" 1881-ci ildən Tiflisdə nəşr olunmuş lSMOMPK» məcmuəsinin 3-cü sayında, "Novruz bayramı" silsilə məqalələri isə "Kaspi" qəzetinin 1913-cü il 55, 56, 57-ci saylarında çap olunmuşdur.
Tibb təhsili almış Teymur bəy Bayraməlibəyovun etnoqrafik irsində xalq təbabəti ilə bağlı bir neçə əlyazması da vardır.
T. Bayraməlibəyov diyarımızın təbiətinin qorunmasına, ekologiyasının qayğısına qalan ilk ziyalılarımızdandır. O, məqalə və çıxışlarında Lənkəran qəzasında quşların vəhşicəsinə ovlanmasına, meşələrin qırılmasına kəskin etirazını bildirirdi. Vaxt tapan kimi kəndə gedib xəstələri müalicə edirdi.
Teymur bəy Bayraməlibəyovun irsi tədqiqatçı alimlər tərəfindən qəzet və jurnal səhifələrində, eləcə də iki monoqrafiyada işıqlandırılmışdır.
Gözəl ailə başçısı
Teymur bəy xoş xasiyyətə malik gözəl bir insan olmuşdur. Təsadüfi deyil ki, M. İ. Qasir, B. Miller, M. Maqomayev kimi görkəmli şəxsiyyətlər onun yaxın dostları idilər. O, eyni zamanda qayğıkeş ailə başçısı olmuşdur. Həyat yoldaşı Şirin xanım Abdulla bəy qızı Talışxanova Masallıdan idi. Teymur bəyin Məryəm, İsmail, İdris, İbrahim, Təhminə, Rahilə, Nəsibə, Məmməd və Ənvər adında doqquz övladı olmuşdur. Teymur bəy Bayraməlibəyovun ailə şəcərəsini nəzərdən keçirdikdə bu böyük ailənin nümunəvi tərbiyə və təhsil ruhunda yetişməsinin şahidi oluruq. Bu nəsildə həkim də, müəllim də, alim də, ictimai xadim də vardır. (Yaxın saylarımızda oxucularımızı onun qızı Azərbaycanın görkəmli maarif xadimi Məryəm xanım, eləcə də onun həyat yoldaşı, Demokratik Cümhuriyyət dövründə Lənkəranın general-qubernatoru olmuş Cavad bəy Məlik-Yeqanov haqqında yazılarla tanış edəcəyik-red)
T. Bayraməlibəyov 1925-ci ildə keçirilmiş Azərbaycan müəllimlərinin I qurultayına və respublika maarif işçilərinin V və VI qurultaylarına nümayəndə seçilmiş, həmin ildə də təqaüdə çıxmışdır. Görkəmli həmyerlimiz 2 sentyabr 1937- ci ildə Bakıda 76 yaşında vəfat etmişdir.
Bu il avqustun 22-də Teymur bəy Bayraməlibəyovun doğum gününün 150-ci ili tamam oldu. Keçdiyi mənalı ömür yolunda o, xalqın elm, təhsil və maarifə yiyələnməsi uğrunda çox böyük işlər görüb. Ümid edirik ki, Teymur bəy Bayraməlibəyovun bizə qoyub getdiyi irsi - əsərləri və dövri mətbuatda çıxan məqalələri toplanılaraq kitab halında nəşr olunacaq, onun adının əbədiləşdirilməsi üçün müvafiq addımlar atılacaq.
Redaksiyadan: Yazı əməkdar müəllim Musarza Mirzəyevin redaksiyaya təqdim etdiyi, eləcə də tarix üzrə fəlsəfə doktorları Esmira Cavadovanın və Bəhmən Kərimovun Vikipediyada yerləşdirdikləri materiallar əsasında hazırlanmışdır.
cenubxeberleri.com

Комментариев нет:
Отправить комментарий