İraq-İran müharibəsi zamanı şəhid olmuş 13 yaşlı yeniyetmə Behnam Məhəmmədinin qəbri açılanda hamı yerindəcə donub qaldı. “Sizinyol” xəbər verir ki, polkovnik Əli Qəməri İran-İraq müharibəsi illərini yada salaraq deyib:
O zamanlar minlərlə gənc, yeniyetmə, İmam Xomeyninin çağırışına “ləbbəyk” deyib, cəbhə xəttinə yolandı. Bu yeniyetmələrdən biri də Behnam idi. O mənim tabeçiliyimdə olan əskərlərdən idi. Behnam düşmən ərazisinə nüfuz edib, olduqca mühüm məlumatlar toplayıb bizim müvəffəqiyyət əldə etməyimizə səbəb olurdu. O çox cəsur, bacarıqlı bir uşaq idi. Bir dəfə onu İraq ordusu olan məntəqəyə göndərdim. Dedim soruş ki, “bəs Səddam nə zaman Xürrəmşəhrə gələcək? Anam nəzir edib ki, Səddam gələndə qoyun kəssin”.
Behnama dedim ki, sən düşmənə belə desən onların səninlə işi olmaz.
Behnam düşmənə doğru olmayan məlumatlar da ötürməli idi. O deməli idi ki, İran tankları filan yolla sizə doğru hərəkət edir. Biz İraq ordusunun bu üsulla bir çox irəliləyişlərinin qarşısını aldıq.
İraq ordusu Xürrəmşəhri işğal edib hündür binalardan birinə İraq bayrağını sancmışdı. Behnam buna dözə bilməyib, məxfi şəkildə həmin binaya çıxıb İraq bayrağını İran bayrağı ilə dəyişmişdi. İraqlılar isə günlər sonra uyğun məsələdən xəbər tutdu. Allah rəhmət etsin onu.
Behnam bayrağı dəyişən zaman işi sürətlə yerinə yetirdiyi üçün əli kəsilmişdi. Mən uşaqlardan birinə Behnamın yarasını parça ilə bağlamaq göstərişi verdim. Amma Behnam hər nə qədər israr etdiksə də buna icazə vermədi. Dedi ki, bu parçaları saxlayın anası olmayan yaralılarımız üçün istifadə edərik. Özü isə yerdən bir ovuc torpaq götürüb yarasının üzərinə səpib getdi.
Cəsarətli, vətənini sevən Behnam mehr ayının 24-də bazara bombalı hücum zamanı qəlpələrin hədəfinə tuş gəlib yolun kənarında yerə yıxıldı. Bu zaman düşmən tankı onun ayaqlarının üzərində keçdi. Behnamın ayaqları dizdən aşağı kəsildi. O bu şəkildə şəhid oldu.
Behnamın anası deyirdi ki, oğlum hər gecə yuxuma gəlib deyir: “Mən dostlarımdan geri qalmışam, məni “Məscid-Süleymana” aparın”. Şəhidin anasının israrları səbəb oldu ki, onun qəbri açılsın. Din alimlərindən icazə alındı və şəmsi 1390-cı ildə (hazırda 1394-cü il) qərara gəlindi ki, onun cəsədi “Məscid-Süleyman” ərazisində torpağa tapşırılsın.
Onun qəbrinin açılması üçün məni də dəvət etmişdilər. Biz şəhid dəfn olunan yerə gedəndə atası mənim qarşımda anası isə sağ tərəfimdə idi. Dostlar bel ilə torpağı qazmaq istədikdə mən dedim ki, onun sümükləri indi çürümüşə yaxın bir vəziyyətdə olar üzərinə kiçik bir daş düşsə ovulub torpağa qarışar, mən əlimlə torpaqları kənara atsam daha yaxşı olar.
Sonra əlimlə torpaqları kənara atdım. Qəbirin üzərini örtən daşa çatdım. Onu götürüb kənara qoyanda inanılmaz səhnə ilə qarşılaşdım. Behnamın bədəni ilk gün qəbirə qoyulduğu kimi idi. Hətta onun üzərindən tank keçən ayağının qanı belə qurumamışdı. Bu səhnəni görən an mən özümdən getdim. Şəhidin anasının da ürəyi getmişdi. O özünə gələndən sonra övladını qucaqlayıb, ağlayaraq deyirdi: “Siz ki, görürsünüz ona heç nə olmayıb, bədəni salamat qalıb, övladımdan gül qoxusu duyuram. Nə üçün onu bastırmaq istəyirsiniz?!” Həqiqətən də, qəribə səhnə idi.
Keçən il Behnamın anası ilə rastlaşdım. Deyirdi ki, “səhv etdim, gərək onun qəbrini dəyişdirməyəydim. Qəbri dəyişən gündən sonra çox az yuxuma girir.” Mən ona dedim ki, “sən Behnamın xoşhal olmasından narahatsan?!” Şəhidin anası dedi: “Yox onun xoşhal olmasına görə çox sevinirəm, amma üzülürəm ki, onu hər gün yuxuda görüb, onunla danışa bilmirəm!”

Комментариев нет:
Отправить комментарий