Müdafiə Sənayəsi Nazirliyi ötən gün Şirvan şəhərində "Telemexanika" zavodunda baş vermiş yanğında daha bir qadının ölməsi ilə bağlı yayılan məlumatlara aydınlıq gətirib.
Nazirlikdən “Qafqazinfo”ya daxil olan məlumatda bildirilir ki, zavodda sexlərin birində yaranmış qısaqapanma nəticəsində baş vermiş hadisə ilə bağlı Müdafiə Sənayesi Nazirliyi tərəfindən rəsmi məlumat verilib: “Rəsmi məlumat verilməsinə baxmayaraq, bəzi informasiya ağentlikləri hadisə nəticəsində xəsarət alanların səhhəti ilə bağlı ictimaiyyətə yanlış informasiyalar çatdırırlar. Bu təəssüf doğurur. Müdafiə Sənayesi Nazirliyi bir daha bildirir ki, hadisə zamanı xəsarət alan altı nəfər hazırda həkim nəzarəti altındadır”.
Qeyd edək ki, musavat.com saytı bu gün yanğından xəsarət alan daha bir qadının ölməsi barədə məlumat yayıb.

Комментариев нет:
Отправить комментарий