29.07.2015

Həzrət Əlinin (ə) fəzilətləri barəsində olan ikili hədislər

◘Peyğəmbər (s) Əliyə (ə) buyurur: “Səni sevən hər bir kəs mö`mindir (yaxud səni mö`minlərdən başqa bir kəs sevməz.) Sənə düşmən olan hər bir kəs də münafiqdir.”

◘Cəbrail Allah tərəfindən Peyğəmbərə (s) vəhy gətirib dedi: “Allah sənə salam göndərib buyurdu: “Qardaşın Əliyə müjdə ver ki, Mən onu sevənə əzab vermərəm. (Bu şərtlə ki, dünyadan səhih imanla gedib özü üçün bağışlanmağa bir yol qoysun.) Düşmənlərinə isə rəhm etmərəm.”

◘Əli mənim canımdır. Ona itaət etmək mənə itaətdir. Onun göstərişindən çıxmaqsa mənim göstərişimdən çıxmaqdır.

◘Əli ilə müharibə Allahla müharibədir. Onunla sülh isə Allahla sülhdür. 

◘Əlinin dostu Allahın dostu, düşməni isə Allahın düşmənidir.

◘Əli Allahın höccəti və canişinidir.

◘Əli ilə dostluq iman, düşmənçilik isə küfrdür.

◘Əlinin dəstəsi Allahın dəstəsi, düşmənlərinin dəstəsi isə şeytanın dəstəsidir.

◘Əli haqq ilə, haqq da Əli ilədir. Bu ikisi Kövsər hovuzunun yanında mənə qovuşana qədər bir-birindən ayrılmaz.

◘Əli cənnət və cəhənnəm əhlini ayırandır.

◘Əlidən ayrılan məndən ayrılıb, məndən ayrılan isə Allahdan uzaq düşüb.

◘Ey Hüzeyfə! Məndən sonra Allahın sizə olan hüccəti Əli ibn Əbutalibdir. Onu tanımamaq Allahı tanımamaqdır. Xilafət məsələsində ona şərik qərar vermək Allaha qarşı şirkdir. Onun barəsində şəkk etmək Allah barəsində şəkk etməkdir. Ondan üz döndərmək Allahdan üz döndərməkdir. Onu inkar etmək Allahı inkar etməkdir. Ona e’tiqadlı olmaq Allaha mö`təqid olmaqdır. O, Peyğəmbərinizin qardaşı və vəsisi, ümmətin imamı, haqqa qovuşmaqdan ötrü vasitə, möhkəm və qırılmaz tutacaqdır.

◘Tezliklə onunla əlaqədar olan iki dəstə həlak olacaq və təqsir də onda olmayacaq; ifrata varan dostlar və təfritə varan düşmənlər.

◘Ey Hüzeyfə! Əlidən əl çəkmə. Əgər belə etsən məndən ayrılmış olarsan. Onunla müxalifət etsən mənimlə müxalifət etmisən. Əli məndəndir, mən də Əlidən. Onun qəzəbi mənim qəzəbim, onun razılığı mənim razılığımdır.

◘Hər kəs Əlini sevsə və ona qoşulsa Allah onu əzizləyib Özünə yaxınlaşdırar. Əli ilə düşmən olan kəsə qarşı isə Allah da ədavət bəsləyib onu rüsvay edər.

◘Əlinin dostu zatı pak insandır. Düşmənləri isə Qiyamət günü peşmançılıq və həsrətdə olarlar.

◘Əlini sevən hər bir kəs hidayət olub. Hər kəs onun düşməni olsa zülm edib.

◘Ey Əli! Səni sevən hər kəs məni sevib. Məni sevən hər bir kəs də Allahı sevir. Hər kəs qəlbində sənə qarşı düşmən olsa mənə qarşı kin bəsləyib. Mənə qarşı kin bəsləyən hər bir kəs də Allahla düşmənçilik edir. Allahın düşmənlərinə də Allah, məlaikələr və bütün insanlar lə`nət edərlər.

◘Şafeidən (əhli-sünnənin dörd məzhəbindən birinin imamı) nəql edirlər ki, deyib: “Əli ibn Əbitalibin vücudunda elə fəzilətlər və üstün xüsusiyyətlər cəm olub ki, belə xüsusiyyətlər yalnız barmaqla sayıla biləcək kəslərdə müşahidə olunur. Onun vücudunda elm və əməl öz kamal həddində birləşib. Çox az alim var ki, elmi miqdarında əməli olsun. Həm fəqir həm də kamil səxavətə malik idi. Şücaət və incə qəlbli, zahid və xoş əxlaqlı, iftixarlı və təvazökar idi. Yüksək əsil-nəcabətə malik olub. Bu sifətlər çox nadir insanlarda bir araya gəlib.

◘Şafeidən soruşdular: “Əlinin barəsində nəzərin nədir?” Dedi: “Nə deyim, o kəsin barəsində ki, dostları onun fəzilətlərini qorxudan gizlətmiş, düşmənləri tərəfindən isə həsəd üzündən o qədər fəzilət bəyan olunmuşdur ki, məğribdən məşriqə qədər olan ərazini doldurub.”

◘Əmirəl-mö`minin (ə) buyurub: “Mənim şiələrimin iki əlaməti var ki, onlar bunun vasitəsilə tanınarlar. Biri odur ki, namaz vaxtlarında dəqiq olarlar (ki, namazın əvvəl vaxtını əldən verməsinlər). İkincisi isə öz var-dövlətlərini mö`min qardaşları ilə paylaşarlar. Hər kəsdə bu iki xüsusiyyət olmasa ondan qaç! Yenə də ondan qaç!”

Ayətullah Meşkini, “Nəsihətlər” kitabı. 
Tərcümə edən: Xəlifə Həmidov
Nəşr edən: Şəhriyar

Комментариев нет:

Отправить комментарий