01.07.2015

Ələddin Əzimli - Sənli günlərimə

Sənli günlərimə

Gedər,
gedər bu qatar.
Ürəyimi
və sənli günlərimi aparar.
Əsər, 
əsər bu külək.
Və sənin ətrini,
sənin səsini
Mənə çatdırar

Qibləmiz

Yatanda 
Üzünü qibləyə çevir.
Çünki Allah
Ona
və onun evinə tərəf
baxanları sevir.
Allahın
evi çoxdur,
Birdən çaşarsan.
Qibləmiz Məkkədədir,
Kəbədir.
Ona tərəf baxarsan.
Sakitcə uyuyar,
yatarsan!

Yuxu

Gecənin yuxusu 
şirin olur,
dərin olur.
Gündüzün yuxusu
az olur,
dayaz olur.
Bəs 
ölüm yuxusu necə?
Bunu bilmək çətindir.
Bu sualın cavabını
Gərək dünyasını
dəyişəndən soruşasan.
Onu dəqiq bilmək üçün
mütləq bu dünyadan
köçənlərlə qovuşasan.
Onlar ilə
qaynıyasan, qarışasan.

Комментариев нет:

Отправить комментарий