Mahir Şəkərov
Deyəsən Qiyamətin əlamətləri özünü göstərməyə başlayıb. Elşad Miri də dindən dəm vurur və elə danışır ki... Dini yalnız kitab oxumaqdan ibarət olduğunu zənn edən və oxuduqları barədə zərrə qədər düşünməyənlər...
Elşada Mirinin bu günlərdə yayımlanan bir müsahibəsini oxudum. Təzə bir söz yox idi. İllər boyu Allahın dinini gözdən salmaq istəyənlərin çeynədikləri ifadələri məharətlə cəm edib, o ifadələri "din" boyası ilə boyayıb, ona "İslam" libası geyindirdirmişdi. Quranın ifadəsi ilə qeyd etsək "ağzı ilə Allahın nurunu söndürmək" fikrinə düşüb. Necə də gülüncdür elə deyilmi?!
İnsanlara həqiqəti demək yerinə, təəssüfkeşlik eynəyindən İslama baxanlar, və ilahi həqiqətləri öz nəfsi istəklərinə uyğun izah edənlər heçmi ilahi ədalət və qəzavətdən qorxmurlar?! Mən bu yazıda Elşad Mirinin dedikləri, sözün əsl mənasında söz yığını olan ifadələrinə bir-bir cavab vermək fikrində olmasam da, bəzi mühüm nöqtələrə toxunmaq istəyirəm.
Elşad Miri iddia edir ki, Quranın tərcümələrində ciddi səhvlər var. Elşad Mirinin tərcümədən anlayışı olsaydı bu cür ifadəni işlətməzdi. İstənilən bir dildən edilən tərcümə zamanı, bir sıra ifadələr işləndiyi yerinə və mənasına görə mütləq dəyişikliyə məruz qalır və bu zəruridir. Tərcümə zamanı bütün ifadələri eyni ilə, hərfbə hərf tərcümə etmək qeyri mümkündür. Buna Qurandan çox misal çəkmək olar Elşad bəy! Amma gərək əhli olasız ki sözümü tutasız.
İkinci bir məsələ əgər ciddi səhv varsa sizin kimi ruhani və ilahiyyatçıların işi nədir bəs?! Belə çox anlayışa maliksinizsə niyə o səhvləri düzəltmirisiniz və camaatın səhv anlamasının qarşısnı almırsınız? Sizin tutduğunuz irad kimədir? Hətta iradınız düz də olsaydı yenə də iradınızı bu şəkildə bildirməyiniz yersiz idi. Görünür qadınlarla min bir oyundan çıxan şəhvətpərəst, din düşməni Harun Yəhyanın müəllifi belə olmadığı kitabları tərcümə etməklə təcrübən çoxalıb.
Quran o kitablara bənzəməz Elşad bəy! Elə yığdığınız təcrübənin nəticəsidir ki, "Quran" da adi kitabdır, " Quran müqəddəs deyil", deyirsiniz. Bu sözlər cahillərin sözüdür aqilləırin yox! Quranın necə bir kitab olmasını hələ də anlamayıbsınız?
Bunu anlamaq üçün Quranı heç olmasa bir dəfə o bəyənmədiyiniz tərcüməsini oxusaydınız başa düşərdiniz. Quran haqqında işlətdiyiniz digər ifadələrə gəlincə isə, o sözlər Quranı məsxərə etməyinizin dolayı yolla ifadəsdir başqa adı da yoxdur. Əgər kimsə Qurandan düz istifadə etmirsə onu ələ salmırlar hidayəti üçün nur olurlar. Sizin kimi ruhanilər vaxtlarını boş-boş işlərə sərf etmək yerinə düzgün maarifləndirmə yolunu seçsəydilər, onda insanlar da yolu düzgün anlayardılar.
Gah əziz peyğəmbərinə (s) dil uzadıb onu günahlandırırsız, gah da bu dinin müqəddəs kitabı olan Quranı məsxərə edirsiniz. Əgər siz ilahiyyatçı, ruhani adı ilə İslamı ələ salırsınızsa, onda dini savadı olmayanalardan nə gözləyirsiniz? Əvvəl özünü islah et, sonra insanları qına. Bu tövsiyələri təvazökarlıq edib dinlə və əməl et.
Kimin dediyinə yox, nə dediyinə bax.

Комментариев нет:
Отправить комментарий