Feysbukda paylaşılan ən qalmaqallı fikirlər -26
Fəridbəy Həsənli: Vətəndaş Müharibəsi ərəfəsində Şimalda azad qaradərililəri küçələrdə öldürürmüşlər. Bir dəfə hətta uşaq evini də yandırıblar. Amerikan xalqı elə o vaxtdan bəri “humanist”, “insansevər”, “sülhsevər” olub.
Azər Qasımov: Bizim həkimlər bir balaca ağlım olmasaydı, düz bağırsağımı kəsib atacaqdılar, adını da qoymuşdular ki, şiş var. Getdim İrana, həkimlər dedilər ki, şiş zad yoxdu, sadəcə toxluq etmisən, göyərti, meyvə ye, keçəcək. Elə də etdim. Pulum da qaldı cibimdə, sağlamlığımda öz yerində.
Ceyhun Salahov: Türkiyənin tarixində indiyə qədər heç vaxt türklərin ədalətli hakimiyyəti olmuyub.
Atilla Hüseynov: Vahhabilər yəhudi cəsuslarıdı. Mücahid Əsəd onları düz yola çəkir. Onlar müsəlman olsa, keçib İsrailin sərhədində bayraq yelləməz.
Qoşqar Əhmədov: Çox uzaga getmək lazım deyil. 20-ci əsrdə T.Ruzvelt siyasəti ilə tanış olanlar, Niksonun Vyetnamda etdiklərini bilənlər və ya 53-cü ildə Koreyada olanlarla tanış olanlar az da olsa Amerikada demokratiyanın dildə, sözdə olduğunu çox gözəl bilir.
Şıxızadə Rizvan: İsrailin silahlarını, xarici neft kompaniyalarını və vahhabi əxiləri ölkədən qovmasaq, ölkə hər an təhlukədədi. Suriyada Əsədi xalq mudafiə edir, bizdə əgər nümayişlər başlasa, xalq bir yandan, vahhabilər bir yandan, xarici şirkətlər də aydın məsələdi. Odur ki, nəticə çıxarmaq lazımdı.
Vladimir Putin: “Rusiya əvvəlcədən çoxmillətli və çoxkonfessiyalı olub... Bizim ölkə şərq xristianlığı, provoslavdır. Bəzi nəzəriyyəçilər deyirlər ki, Rusiya bir çox şeylərdə katoliklərdən daha çox İslama yaxındır. Mən bu fikrin nə qədər ədalətli olduğunu qiymətləndirmək istəmirəm, amma yüzillər ərzində bizdə müəyyən qarşılıqlı mədəniyyət formalaşıb”.
Seyyd Həsən Nəsrullah: “Bütün aləm rəsmiyyətini tanısa belə, biz İsraili nəinki dövlət, bölgə, ərazi, hətta heç rəsmi tövlə kimi də qəbul etmirik!”.
Piri Baba: 1794-ci il 17 iyulda Ağa Məhəmməd xan Qacar Fars Kermanında 20 min adamın xəncərlə gözünü eşdirib yerə tökdürüb. Heç farslar bu gün bunu yada salib türkləri lənət eləmir.
Elxan Zaman: Onu da qeyd edim ki, sağ olsun Rusiya və rəhmət olsun SSRİ-yə ki, bizə sünnü-şiəliyimizi unutdurub vahid müsəlman düşüncəsində formalaşdırmışdı. Yalnız SSRİ dağıldıqdan sonra məzhəbçilik, qarşılıqlı kin və nifrət təbliğata keçdi və canlara hopmağa başladı. Sovet ordusunda olanlar bilirlər ki, istər özbəyi, istər türkməni, istər çeçeni, istər ləzgisi, istər azərbaycanlısı- hamı bir-birinə eyni mədəniyyətin daşıyıcısı kimi baxırdı, hamımız bir-birimizi müsəlman sayırdıq və ən kritik anlarda ki iki müsəlman millət biri-biri ilə qırğına çıxmalı idi, məhz müsəlman olduqlarına görə güzəştə gedib barışardılar. Heyif ki bu düşüncə sovetlə bir yerdə dağıldı, çox heyif... İndi isə təəssüf ki, bir-birimizi ingilis-yəhudi fitvası ilə qırıb çatmağa hazırıq.
İbrahim İmanlı: Bakıda qarabağlıların və ya yerazların olması, yaşaması normal haldır. Hamı kimi onların da haqqı var paytaxtda yaşamağa. Amma bu kütləvi hal alanda artıq faciədir. Çünki bütün nizam pozulur. Şəhərin siması, adət-ənənəsi pozulur. Mədəniyyət zəifləyir.
Taleh Məmmədov: Bir adam var idi. Qatışıq dönəmdə prezident oldu. Cəmi 1 il. Uşaq-muşaqın biri pikk edən kimi postunu qoydu qaçdı. Amma yerinə öz yerlisini çağırdı. Getdi dağın başında olan kəndinə. Bir neçə ildən sonra qayıtdı. Və... müsahibələrinin birində qayıtdı ki, bəs mən prezident olmadım, mən prezident olacağam. Adam 10 ildən sonra ayılıb ki, sən demə prezident olmayıb, peşka olub. Bu adamı tarix kitablarından silmək lazımdır. Qoy gələcək nəsillər belə adamın varlığından bixəbər böyüsün.
Nizami Məmmədov: Yazıqlar olsun o kəslərə ki Türkiyəni özünə qardaş bilir!
Anar Musayev: SSRİ dağılandan bəri Vətən torpağının yetişdirdiyi mer-meyvəyə həsrət qalmışıq. Bizim torpaq, bizim kəndli xaricilər üçün çalışır?
Zahid Müntəzir: 93-cü ildə Ağdamda döyüşlərdə olduğum zamanlarda bəzi şeyləri görürdüm və təəccüblənirdim. Arada səngərləri gəzirdik dostlarla və baxırdım ki, səngərde çox az əsgər var. Niyəsi də bu idi ki, komandir pul qarşılığında uşaqları buraxıb evə. Və yaxud da özləri tərk ediblər səngəri. Baxırdın 2-3 nəfər oturub, yanlarında 7-8 silah var. Bizim Sabunçu batalyonunun komandiri də kənddə oturub nərd atırdı. İnanın ki, əsgərləri tanımırdı. Günlərin bir günü erməni bombardman etdi və ən mühüm bir pozisiyanı aldı. Ölümdən güclə yaxa qutara bildim, az qala tank üsümüzə çıxacaqdı. İndi bəzi ağzı-burnu göyçəklər deyir İran bizə komək eləmir. Amma mən orda olanda əfqanlar və İran döyüşçüləriylə hər gün görüşürdüm. Və həmin əfqanlar da İran ərazisindən Azərbaycana keçirdilər İranın dəstəyi ilə. Adam insafla danışmalıdir. Əsas da odur ki, adinı şiə qoymuş müsəlman biri olasan. Vətənpərvər çıxıblar bunlar. Mən 45 yaşında bir adamam, amma vətənpərvər adamlara çox az rast gəlmişəm. Yalandan danışmayın, adam kişi olar.
Emin Milli: Bura sizin üçün AzTV və Eynulla saytları deyil, burda yalan iki dəqiqəyə aşkar olunur və ifşa edilir, bura Facebookdur.
Tale Bağırov: Torpağı işğal altından azad eləmək istəyirsizsə, cəmiyyətdə vətənpərvərlik ruhiyyəsini yaradın! Pozğunçuluq, əyyaşlıq, xaricdən musiqiçiləri gətirib burda konsertlər verməklə camaatın başını aldatmayın.
Sirus Təbrizli: Dünən televizora baxıram. Tarixçi deputat Yaqub Mahmudov Heydər Əliyevin həyatı barədə danışır. Bu həmin Yaqub Mahmudovdur ki, 1991-ci ildə Heydər Əliyeva qarşı müraciət imzalayıb, onu düşmən və sovet dövrünün baş korrupsioneri adlandırıb.
Vinni Puxx: Bəşər Əsəd 21-ci əsrin ən böyük sanitar-təmizlik işini görən şəxsdi. On minlərlə vəhabi-sələfi-əhli sünnə vəalcəmaə parazitini məhv eləyib.
Aygün: Cənablar rica edirəm, suallarıma cavab verin! Mən şəhər və yaxud rayonun icra hakimiyyəti başçısı işləmək istəyirəm! Prosedur qaydanı deyin bilək, necə?! Mən rayon və yaxud şəhər prokuroru işləmək istəyirəm, necə?! Mən nazirlikdə, nazir, nazir müavini və yaxud nazirliyin tabeçiliyində olan idarələrin birində rəis işləmək istəyirəm, necə?!
Ramik Cəfərzadə: Qəlbində xoşməramlılıq olan insan vəhhabi olmaz.
Rüfat Əhmədzadə: Corc Oruelin əsəri əsasında çəkilmiş “1984” filmində belə bir səhnə var: işçilər yeməkxanada nahar edirlər, amma səsyüksəlidici ilə bir qadın səsi son illərdəki nailiyyətləri durmadan rəqəmlərlə diktə edir. Maraqlı məqamdır, həm də tanışdır. Filan ildə filan qədər idxalat, filan qədər ixracat, bir-iki bizimki, yeddi-səkkiz firəngiz... Yəqin siz də mənim kimi rəqəmlərdən bezmisiz.
Nadir Ağayev: Bir kamikadze kimi Vaşinqtona gedib, Corc Buşu məhv etmək üçün Ağ Evi partlatmağa belə hazıram.
General Kolyubakin: “Kürdlər quldurdurlar və hərbi işə yaramırlar”.
Samir Belil: Öz ölkəsini terrorçulardan müdafiə edən Bəşər Əsəd kimi bir insana qarşı olanlar, ona böhtan atanlar, sizə demək istəyirəm ki, siz vicdansız adamsız.
Mətləb Dadaşov: Vaksinasiyadan sonra indiki gənc nəsil oğlanlarda impotensiya, qızlarda isə “Mikrob” deyilən bəla tapılıb ki, buna da külli miqdarda vəsait lazım olur ki, müalicə ilə bir uşaq dünyaya gəlsin. Bu pereparatların “İdeoloqu” Yəhudi lobbisinin olması da sirr deyil!
Əli Əkbər: Türkiyədə tələbəlik adamı dəli edir. Türkiyədəki azərbayacanlı tələbələr gərgin, əsəbi, dünya ilə, dağla-daşla dava eləyən, yetənə yetən, yetməyənə yekə bir daş atan olurlar. Pusluzluq, seksual partnyorsuzluq, ölkədəki ümumi ab-hava dəngələrini pozur.
Anar Məmmədov: Ölkədən yüzlərlə adam aylıq bazarlığını İrandan edir. Burda ayda 400-500 manat xərcləyib geni dəyişdirilmiş ərzağı alıb zəhərlənməkdənsə, İrandan cəmi 100 manata aylıq bazarlıq etmək olar. Özü də təbii və təmiz məhsullar alarsan.
Əkrəm Hacızadə: Bu sәlәfi adı altinda gizlәnәn, özlәrindәn olmayan hәr kәsin canını, malını, namusunu halal bilәn vahhabi viruslarının, ölkәni qaniçәn sionizmin yuvasına çevirmək istәyәn nurçuların, insaniyyәtdәn çıxmış petləlәrin və s. parazitlərin ölkәdә yayılmasına goz yummaq, nə zamandan tolerantliq olub?
Fərhad Həsənzadə: Heyif o sovet hökümətindən, gey, pedarastlik üstündə cinayət işi açırdı, pidorlar da yerlərini tanıyırdılar. İndi camaata ağıl öyrədirlər, teleararıcılıq edirlər və s. Binamusluğa bax e!!!
Heydər Camal: Azərbaycanın hakim dairələri kürd, naxçıvanlı və yerazlardan təşkil olunub. Bu cür baza ilə səs-küy salmaq gülməlidir.
İsmayıl Safioğlu: Heydərə həsəd aparmaq olar: Kələkinin alkaşını Elçibəy elədi.
Süleyman Fakhrabadi: Man bilmirəm bu millətin başına at təpib, Türkiyə bunları almır, amma bunlar özlərini hey soxuşdururlar, necədi bimirəm.
Elçin Bayramlı: Şəxsən mənim ABŞ dövlətinin mövcudluğuna heç bir etirazım yoxdur- axı insan hüquqlarına görə satanistlərin də dövləti ola bilər. Mənim etirazım bu dövlətin digər 200 dövlətin xalqlarını qana bələməyə çalışmasınadır.
Vilayat Hüseynov: Turan dövlətini kiminən quracaqsınız, Teyibinən?
Şıxızadə Rizvan: Mən başa sala bilmirəm ki, Massonların dəftərində nə Türk var, nə Ləzgi var, nə Talış var. Nəinki biz, bütün dünya birləşib Sionizmə, Qlobalizmə qarşı mübarizə aparmalıyıq.
El Hüseynov: Bilirsiniz niyə Səudiyyəni tənqid eləmirlər bu savadsız, beyinsiz tutuquşular? Çünki onların işi islamla deyil, onların məqsədi Azərbaycan və İran xalqlarının mənəvi yaxınlığının əsası olan şiə məzhəbinə zərbə vurmaq, əksinə vahhabiləri dəstəkləyən, Yavuz Səlimi göylərə qaldıran ekstremist Ərdoğanı bizə nümunə göstərməkdir. Sizi əmin edə bilərəm ki, heç bir şey alınmayacaq bu avantüradan, əksinə insanlar artıq hər kimin iç üzünü aydın görməyə başlayıblar.
Nazim Bayram: Ümumiyyətcə, insandan ən az intellekt tələb edən ideologiya millətçilikdi. Eyni zamanda, millətçilin daxili ideoloji-nəzəri və praktiki ziddiyətlərinin həlli, adamdan ən çox biclik və ağıl dönüklüyü tələb edir.
Rəfail Ağayev: İranla sərhədin yenicə açılmış vaxtları idi. İranlılar Astaranın mağazalarını “təmizləyib” Lənkərana yaxınlaşırdılar. Gərmətükdə, indi yerində Şadlıq Evi tikilmiş Universamın qabağına yığışıb, mağazadan əllərinə keçənləri alan iranlılara tamaşa edirdik. İranlılardan biri bizə yaxınlaşıb Şurəvidən niyə üz döndərmək istədiyimizin səbəbini soruşdu. Biz də ona müstəqillikdən, azadlıqdan, suveren olmaqdan, neftdən, milli valyutadan və s. və i. a. danışdıq. İranlı bizi səbrlə dinləyəndən sonra, bizdən kimin nə sənətin sahibi olduğunu xəbər aldı və biləndə ki, dördümüz də müəllimik, dövlətin hesabına oxumuşuq, dövlətə məxsus məktəbdə işləyib, dövlətdən məvacib alırıq, evimiz eşiyimiz, maşınımız var, dedi: “Ağa, tövbə edin, qayıdın yoluvuza, sonrakı peşmançılıq fayda verməz, İranda da peşman olanlar çoxdur, lakin çi fayda”. Biz yenə dediklərimizi təkrarlayıb sözümüzün üstündə duranda, İranlı dedi: “Ağa, XİYABAN KƏNARINDA SİQARET SATANDA MƏNİ YADA SALASUZ...” 1999-cu ildə Rusiyaya üz tutmasaydım, o iranlını tez tez yada salacaqdım...
Комментариев нет:
Отправить комментарий