Şeyx Məhəmməd Əbdül Vəhhab Nəcdinin həyatı
Vəhhabi məzhəbinin banisi Əbdul Vəhhabın oğlu Şeyx Məhəmməd Nəcdidir. Elə ona görə də, vəhhabi məzhəbi onun atasının adını daşıyır. Bə`zi alimlər bu məzhəbin “Məhəmmədiyyə” adlanmasının səbəbini vəhhabilərin bu addan sui-istifadə etdikləri ilə əlaqələndirirlər. Çünki vəhhabilik Peyğəmbər (s)-in adı ilə adlandığına görə, onlar öz əməllərini Peyğəmbər (s)-ə aid edə bilərdilər.
Şeyx Məhəmməd Hicri-qəməri tarixinin 1115-ci ilində (1695-ci il-miladi tarixi) Nəcd vilayətinin Üyeynə adlı şəhərində anadan olmuşdur.
Atası bu vilayətin qazısı olub. Məhəmməd uşaqlıqdan təfsir, əqaid və hidis kitablarını oxumağa böyük həvəs göstərmişdir. Əbdül Vəhhab Hənbəli alimlərindən olduğu üçün Məhəmməd Hənbəli fiqhini elə atasından öyrənib. O elə cavanlıqdan Nəcd əhalisinin dini əqidəsinin bir çox qayda-qanunlarını qəbul etmirdi. Məhəməd səfərlərin birində Allah evini ziyarət etdikdən sonra Mədinə şəhərinə yola düşür. Orada xalqın (camaatın) Peyğəmbər (s) qəbrinə təvəssül etməsini inkar edir.
Nəcdə qayıtdıqdan sonra Şama (indiki Süriyaya) səfər etmək niyyəti ilə Bəsrə (İraq şəhərlərindən biri) şəhərinə yola düşür. Bir müddət Bəsrə şəhərində qalır və burada əhalinin fikir və əqidəsinə müxalif çıxır. Elə bu səbəbdən də Bəsrə əhalisi Məhəmmədi şəhərdən qovur. O, Bəsrə və Zübeyr şəhərləri arasında susuzluqdan və piyada yol getməkdən əziyyət çəkirdi. Lakin Zübeyr əhlindən olan bir kişi Məhəmmədi ruhani paltarında görüb ona kömək etməyə çalışır, su verir və öz miniyinə mindirib həmin şəhərə gətirir. Məhəmməd buradan Şama getmək istəyir. Amma səfər azuqəsi olmadığına görə fikrini dəyişir və Əhsa şəhərinə yola düşür. Oradan da Nəcd şəhərlərindən biri olan Hüreymilə şəhərinə səfər edir. Bu zaman, 1139 hicri ilində (1719 m. t.) atası Əbdül Vəhhab Üyeynədən bu şəhərə gəlir.
Məhəmməd burada atasının yanında qalır və bir çox dərsləri ondan öyrənməklə yanaşı, Nəcd əhalisinin əqidəsini inkar edir. Beləliklə, atası və Nəcd əhli Məhəmmədlə mübarizəyə başlayır bu mübarizə bir neçə il davam edir. 1153-cü ildə (1733) Əbdül Vəhhab vəfat edir.
Şeyx Məhəmməd atasının vəfatından sonra xalqın əqidəsini inkar etməklə öz əməl və fikirlərini irəli sürür. Hüreymilə əhalisinin bir çoxu Məhəmmədin əqidəsinin ardındca gedir. Beləliklə, o məşhurlaşır.
Şeyx Məhəmməd Hüreymilədən Üyeynə şəhərinə qayıdır. O zaman Osman ibn Həmd həmin şəhərə rəhbərlik edirdi. Osman şeyxi hörmətlə qəbul edib ona kömək etmək niyyətində idi. Bunun müqabilində isə, Şeyx bütün Nəcd əhilisinin ona itaət edəcəyinə söz verir. Onların arasında baş verən bu söhbətdən Əhsa şəhərinin əmiri xəbərdar olur və Osmana məktub yazır. Məktubun nəticəsində Osman şeyxi yanına çağırır və ona kömək edə bilməyəcəyi üçün üzr istəyir. Şeyx Məhəmməd cavabında deyir ki, əgər mənə kömək etsən, Nəcd şəhərinin rəhbəri olarsan. Lakin Osman buna e`tiraz edir, onu Üyeynə şəhərindən qovur. Şeyx Məhəmməd 1160-cı ildə (1740) Üyeynə şəhərindən qovulduqdan sonra Nəcdin tanınmış şəhərlərindən olan Dər`iyyəyə yola düşür. O zaman bu əraziyə Məhəmməd ibn Səud (Ali-Səudun əcdadı) rəhbərlik edirdi. O, şeyxin görüşünə gedir və səmimiyyətlə onu qarşılayır. Şeyx də öz növbəsində bütün Nəcd şəhərinə rəhbərlik etməyi Məhəmməd ibn Səuda söz verir. Beləliklə, şeyxlə Ali-Səud arasında sıx əlaqə yaranır. Bu zaman Dər`iyyə əhalisi aclıq və yoxsulluq içərisində əziyyət çəkirdi. Şeyx Məhəmməd Dər`iyyə şəhərinə gəlib Məhəmməd ibn Səudla ittifaq bağlayan zaman oranın camaatı aclıq və yoxsulluq içərisində əziyyət çəkirdi.
Alusi İbn Bişr Nəcdinin dilindən belə rəvayət edir:
“Mən Dər`iyyə əhalisinin ağır güzəran keçirməyinin şahidi olmuşam. Sonralar bu şəhər Səudun vaxtında çox dəyişdi. Camaat çoxlu mal-dövlətə, bəzəkli əşyalara, cins atlara və bahalı paltarlara sahib olmuşdu. Bunu sözlə ifadə etməyə dilin qüdrəti çatmaz. Gözümlə şəhər bazarlarının birində kişilərin bir tərəfdə, qadınların başqa bir tərəfdə olduqlarını gördüm. Bu bazarda qızıl, gümüş, silah, dəvə, qoyun, at və hər növ ərzaq mə`mulatlarının satıldığının şahidi oldum. Bazarı satıcıların və alıcıların səs-küyü bürümüşdü. Biri “aldım”, digəri isə “satdım”–deyə, bal arısı kimi bir-birlərinə dəymişdilər.”
Əlbəttə, İbn Bişr bu qədər mal-dövlətin və sərvətin necə əldə olunduğunu şərh etməyib. Amma tarixin gedişatından belə mə`lum olur ki, bu mal-dövlət Şeyx Məhəmmədin əqidəsinə tabe olmayan müsəlman qəbilələrinə və Nəcd şəhərlərinə hücumlar zamanı qarət nəticəsində əldə olunmuşdur. O, qazanılan qəniməti istədiyi kimi bölürdü. Bə`zi vaxtlar bunların hamısını özünə götürər və yaxud iki-üç nəfər arasında bölərdi. Qənimətlərin hamısına şeyx nəzarət edərdi. Nəcd şəhərinin əmiri də onun icazəsi ilə özünə mal-dövlət götürərdi.
Şeyxin ən böyük cinayətlərindən biri də bu idi ki, onun puç və batil əqidəsini qəbul etməyən müsəlmanları “kafiri-hərbi” adı altında cəzalandırırdı, yə`ni müsəlmanlara zərrə qədər hörmət etmirdi. Bir sözlə, Əbdül Vəhhab onları batil bir tovhid yoluna də`vət edirdi. Hər kim qəbul etsəydi, o, təhlükədən kənara qalırdı. Əks təqdirdə, Şeyx Məhəmməd müsəlmanların mallarına, canlarına və namuslarına təcavüz etməyi özünə halal bilirdi.
Vəhhabilər Nəcd daxilində və xaricində (Yəmən-Hicaz-Süriya-İraq) apardıqları döyüşlərdə də eyni ilə bu hərəkəti davam etdirirdilər. Ələ keçirdikləri şəhərin mal-dövlətini özlərinə halal bilib, əhalini qarət edirdilər.
Şeyx Məhəmmədin əqidəsini qəbul edən şəxs ona tabe olmalı idi. hər kim onunla mübarizə aparsaydı, öldürülər və mal-dövləti bölünərdi. Onun tərəfdarları Əhsa şəhərinin Füsül qəsəbəsindən üç yüz kişini öldürüb, mal-dövlətini qarət etdilər.
Şeyx Məhəmməd 1206-cı ildə (1786 m. t.) dünyasını dəyişdi.
Əbdül Vəhhabın oğlunun (Şeyx Məhəmməd) əqidəsini onun vəfatından sonra davamçıları həyata keçirdilər. Məsələn, 1246-cı ildə (1786 m. t.) vəhhabi Səud əmiri iyirmi min nəfərdən ibarət qoşunla Kərbəlaya hücum etdi. O zaman Kərbəla çox əzəmətli şəhər idi, hər yerdən türk, iran və ərəb zəvvarları (ziyarət edənlər) Kərbəlanı ziyarət etməyə gəlirdilər. Onlar şəhəri mühasirədə saxladıqdan sonra şəhərə daxil olub çoxlu insan qətlə yetirdilər. Vəhhabilərin Kərbəla şəhərində törətdikləri vəhşiliyi deməklə qurtarmaz. Beş min nəfərdən çox (iyirmi min nəfərə kimi qeyd olunub) adam qətlə yetirildi. Döyüş qurtardıqdan sonra Səud əmiri İmam Hüseyn (ə)-ın hərəminin (məqbərə) xəzinəsinə göz dikərək oranı (mal-dövlət, qiymətli daş-qaş və s.) qarət etdi.
Kərbəla bu hadisədən sonra elə bir vəziyyətdə idi ki, şairlər bu şəhər üçün mərsiyyələr deyirdilər vəhhabilər on iki ildən çox arabir Kərbəlaya və Nəcd şəhərlərinə hücumlar edib, oranı talayırdılar. Bu hücumlar yuxarıda qeyd olunduğu kimi, ilk dəfə 1216-cı ildə (1796 m. t.) başlayıb. Bütün şiə yazıçılarının dediyinə görə, Kərbəlada bu hadisə “Qədir Xum” bayramı günü törədilib.
Mərhum əllamə Seyyid Məhəmməd Cavad Amili “Miftahül-kərəmə” adlı böyük fiqh kitabının yeddinci cildinin sonlarında belə yazıb: “Bu kitabın bir hissəsini 1225-ci ilin mübarət Ramazan ayının doqquzuncu gecəsi böyük nigarançılıq və həyəcan içində sona yetirdim. Çünki Üneyzə ərəbləri Nəcəfi-Əşrəf və Kərbəla şəhərlərini mühasirəyə almışdılar. Kərbəladan Nimeyi-Şə`ban ziyarətindən vətənlərinə qayıdan zəvvarların mallarını qarət edib, bir çoxlarını (ən çox iranlı zəvvarları) qətlə yetirmişlər. Demək olar ki, ölənlərin sayı yüz əlliyə yaxın idi. bə`ziləri yüz əllidən az olduqlarını da göstəriblər”.
Şeyx Məhəmmədin və davamçılarının əqidələrini qəbul etməyənləri qətlə yetirirdilər. Vəhhabilər öz batil tövhidlərində Qur`an ayələrinin və hədislərin zahiri mə`nasından istifadə edib, Allahı cisim bilirdilər. Yə`ni Allah əl, qol, ayaq və s. üzvlərə malikdir.
Alusi bu barədə belə yazır:
“Vəhhabilər İbn Teymiyyənin ardıcılları kimi “Allahın göydən yerə gəlməsi” haqqında hədisi sənəd gətirərək belə ifadə edirdilər:
“Allah ərşdən (göydən) yerə gəlib deyəcək:
“Günahlarının bağışlanılmasını istəyən varmı?”
Və yaxud deyirlər:
“Allah Qiyamət günü “Məhşər” səhrasına gələcək. Çünki Allah özü “Fəcr” surəsinin 22-ci ayəsində buyurur: “Rəbbinin (əmri) gəlib, mələklər səf-səf duracaq”.
Allah hər bir məxluquna istədiyi kimi yaxın ola bilər. O özü buyurub: “Biz ona şah damarından da yaxınıq” (insanın adi hərəkətlərindən tutmuş ürəyindən keçən ən gizli hisslər, duyğular belə Allaha mə`lumdur) /Qaf sürəsi, 16-cı ayə/.
İbn Teymiyyə “ər-Rədd” kitabında Peyğəmbər (s)-in qəbrini ziyarət etmək haqqında olan hədisləri saxta və qondarma adlandırıb. Hər kim Peyğəmbər (s)-in vəfatından sonra onu həyatındakı kimi bilsə, böyük bir səhvə yol vermiş olur. Şeyx Məhəmməd və onun davamçıları bu kimi sözləri iddia edirlər.
Vəhhabilərin belə səhv fikirləri nəticəsində bir çoxları İslamı quru və heç bir zamana uyğun olmayan din adlandırıblar.
Lutorb Setodard deyir:
“Vəhhabilər inadkarlıqda həddi aşmışdılar. Bə`zi tənqidçi adamlar da vəhhabilərin fikirlərinə əsasən İslamı zamanla uyğunlaşmayan və cəmiyyətin əhvali-ruhiyyəsinə zidd olan bir din adlandırıblar.” Şeyx Məhəmməd ibn Əbdül Vəhhab fikrini irəli sürdüyü vaxtdan bir çox böyük alimlər onun ideya və əqidəsinə qarşı çıxıblar. İlk dəfə olaraq, Hənbəli alimlərindən olan atası Əbdül Vəhhab və daha sonra qardaşı Şeyx Süleyman “əs-Səvaiqül-ilahiyyə fir-rəddi-ələl-vəhhabiyyə” adlı kitabında qardaşının əqidəsinin və fikrinin puç və batil olduğunu sübuta yetirdi.
İbn Zeyni Dəhlan deyir:
“Şeyx Məhəmmədin atası və qardaşı alim və saleh adamlar idi. Şeyx Məhəmməd Mədinə şəhərində oxuyarkən atası Əbdül Vəhhab və qardaşı Şeyx Süleyman onun fikir azadlığını və əqidəsinin puç olduğunu hiss etmişdilər. Elə buna görə də onu tez-tez danlayır və camaatı ondan uzaqlaşdırırdılar.
Abbas Mahmud Əqqad deyir:
“Şeyx Məhəmmədin ən böyük müxalifi qardaşı, “əs-Səvaiqül-ilahiyyə” kitabının müəllifi Şeyx Süleyman idi. Şeyx Süleyman öz kitabında qardaşının fikir və əqidəsinin puç və batil olduğunu söylədikdən sonra belə deyir:
“Vəhhabilərin şirk və küfr kimi hesab edib, bu bəhanə ilə müsəlmanların qanını və malını halal bildiyi əməllər əslində peyğəmbər və imamların dövründə müsəlmanlar tərəfindən yerinə yetirilirdi.
Lakin İslam rəhbərləri bu əməllərin sahiblərini kafir və ya mürtəd adlandırmayıblar. Müsəlmanlara qarşı cihad hökmü verib onları qətlə yetirməyiblər. Heç bir müsəlman şəhərlərini “biladi-şirk” (müşrik şəhəri) və ya “darül-küfr” (kafir evi) adlandırmayıblar”
Nəhayə bunu da, bilmək lazımdır ki, Şeyx Məhəmməd ibn Əbdül Vəhhab bu batil fikri və əqidəni özü yaratmayıb. Əksinə, əsrlərlə ondan qabaq yaşayan İbn Teymiyyət və şagirdi İbn Qeyyim kimi adamlar da belə bir fikrin və əqidənin sahibi olmuşlar. Lakin o vaxtlar bu fikir və əqidələr məzhəb şəklində formalaşmamış və onlar özlərinə çoxlu tərəfdar yığa bilməmişlər. Hənbəli alimlərindən olan, ibn Teymiyyə ləqəbi ilə tanınmış Əbdul Abbas Əhməd ibn Əbdül Həlim 728-ci hicri ilində (1308 m. t.) dünyasını dəyişmişdir. Onun əqidəsi bütün İslam məzhəblərinin əqidəsinə zidd olduğu üçün həmişə tənqidə mə`ruz qalırdı. Bə`zi tədqiqatçıların söylədiklərinə görə, Şeyx Məhəmməd və onun davamçıları İbn Teymiyyənin əqidəsini əsas götürərək, bu əqidəyə itaət edirlər. Yə`ni vəhhabilərin əqidəsinin əsasını İbn Teymiyyənin fikir və əqidəsi təşkil edir. İbn Teymiyyə öz əqidəsini aşkar edib, fikrini qələmə alaraq kitablar yazdığı zaman İslam alimləri, xüsusilə sünni məzhəbinin alimləri cəmiyyətdə fəsadın qarşısını almaq üçün iki əsas tədbir gördülər:
a) Onun əqidə və fikrinə e`tiraz əlaməti olaraq kitablar yazdılar. Biz bu kitablardan bir neçəsini qeyd etməyi lazım bilirik:
1. Təqiyyəddin Sübkinin “Şifaüs-siqam fi ziyarəti qəbri xeyril-ənam” və “əd-Dürrətül-muziətu fir-rəddi əla İbn Teymiyyə” adlı kitabları.
2. Maliki məzhəbinin qazısı Təqiyyəddin ibn Abdullah Əxnainin “Əl-Məqalətül-Mərziyyətu” adlı kitabı.
3. Fəxr ibn Müəllim Qürəşinin “Nəcmül mühtədi və rəcmül-müqtədi” adlı kitabı.
4. Təqiyyəddin Hüsnanın “Dəf`üş-şübhəti” adlı kitabı.
5. Tacəddinin “əl-Tühfəiül muxtarətu fir-rəddi əla münkəriz-ziyarət” adlı kitabı.
Bu kitablar İbn Teymiyyənin əqidəsinə qarşı yazılmış əsərlərdir. Bununla da onun fikrinin əsassız olduğu sübuta yetirilir.
b) Sünni məzhəbinin böyük müfti və alimləri İbn Teymiyyəni kafir, bid`ətçi adlandırdılar.
İbn Teymiyyətin Peyğəmbər (s)-in ziyarəti haqqında olan fikrini Misirin baş qazisi əl-Bədr ibn Cəmaətə yazdıqda o, vərəqin altında “rədd cavabı” olaraq yazır:
“Peyğəmbər (s)-in ziyarəti böyük fəzilət və sünnət sayılır. Bütün alimlər bunu qəbul edir. Hər kim Peyğəmbər (s)-in ziyarətini haram bilsə, o kəs cəzalanmalı və bu kimi fikirlərdən əl çəkməlidir. Əks təqdirdə həbs olunmalı və xalqa tanıtdırılmalıdır ki, müsəlmanlar onun ardınca getməsinlər.”
Təkcə Şafei məzhəbinin qazısı yox, hətta başqa üç məzhəbin (Hənbəli, Hənəfi, Maliki) qazı və alimləri də bu sözü təsdiq etmişlər. (Bu barədə daha geniş mə`lumat almaq üçün “Dəf`üş-şübhə” / Təqiyyəddin Hüsna / kitabına müraciət edə bilərsiniz).
İbn Teymiyyənin müasiri olan, səkkizinci əsrin (Hicri qəməri tarixi) böyük və tanınmış rical və tarix alimi Zəhəbi ona məktub yazmış və bu məktubda onu tarixin ən mənfur adamı Həccac kimi fasid və yolunu azmış adlandırmışlar. Bu məktubu müəllif “Təkmilətüs-səyfil-siqən” kitabının 190-cı səhifəsində qeyd etmişdir. Həmçinin mərhum əllamə Əmini də bu məktubu “əl-Qədir” kitabının beşinci cildinin 87-89-cu səhifələrində qeyd etmişdir.
İbn Teymiyyənin fəaliyyəti 728-ci ildə Şam şəhərinin (Suriya) zindanında ölümü ilə sona yetdi. Sonra onun tanınmış şagirdi İbn əl-Qeyyim öz ustadının ideyalarını yaymağa başladı. Bir müddətdən sonra bu mövqedən danışan belə olmadı və həmin fikilər zehnlərdən silindi.
Lakin sonralar Əbdül Vəhhabın oğlu onları reallaşdırmaq üçün öz fəaliyyətinə başladı. Elə bu vaxt Nəcd şəhərində öz imarətini möhkəmlədən Ali-Səud əlində gələni ondan əsirgəmədi. Beləliklə, İbn Teymiyyənin miras qalmış əqidəsi yenidən zehnlərdə canlanmağa başladı. Çox əfsuslar olsun ki, “tövhid” adı altında, kafirlərə və müşriklərə qarşı cihad ünvanı ilə minlərlə günahsız müsəlman kişi, qadın və uşağı qətlə yetirdilər. Yenidən müsəlman cəmiyyətində təzə bir firqə və məzhəb yarandı. Təssüf olsun ki, “Hərəmeyni-Şərifeyn” bu firqənin əlinə düşdü. Nəcdli vəhhabilər Britaniya və o vaxtkı qüdrətli dövlətlərlə saziş bağlayıb Osmanlı imperatorluğunun dağıldığı və ərəb ölkələrinin parçalandığı bir vaxtda Məkkə və Mədinəni ələ keçirdilər. Vəhhabilər qəbirləri, müqəddəs yerləri, tarixi abidələri və evləri viran etmək üçün əllərindən gələni əsirgəmədilər.
Elə bu zaman şiə alimləri sünni alimləri ilə çiyin-çiyinə vəhhabilərə qarşı mübarizəyə başladılar. Hər iki məzhəb (sünni və şiə) çox gözəl surətdə məntiqi və elmi cihada başladılar.
Sünni alimləri tərəfindən vəhhabilərə qarşı yazılan ilk kitab “əs-Səvaiqül-ilahiyyə fir-rəddi ələl-vəhhabiyyə” əsəridir. Bu əsərin müəllifi Süleyman ibn Əbdül Vəhhabdır (Məhəmməd ibn Əbdül Vəhhabın qardaşı). Şiə alimləri tərəfindən yazılan ilk kitab isə, “Minhacür-Rəşad” əsəridir. Bu əsərin müəllifi mərhum Şeyx Cəfər 1228-ci ildə (1808) vəfat etmişdir. O bu kitabı Ali-Səud əmiri Əbdül Əziz ibn Səudun göndərdiyi risaləyə cavab olaraq yazıb. Əbdül Əziz bu risalədə Məhəmməd ibn Əbdül Vəhhabın bütün ideyalarını toplamışdır. Kitab (Minhacür-Rəşad) 1343-cü il hicri ilində (1923) Nəcəf şəhərində çap olunub. Bundan sonra da vəhhabilərin əməllərinə qarşı bir çox alimlər tərəfindən elmi məqalə, kitab və sair əsərlər yazılmışdır. Bu kimi elmi əsərlərin bir çoxu çap olunub. Vəhhabilər Ali-Səudun saysız-hesabsız gəlir və sərvətinin hesabına güclənirdilər.
Onlar müsəlmanların birliyindən həddən artıq qorxduqları üçün Səuda verilən neftin pulundan bir hissəni bu birliyin dağılması işinə sərf edir. Beləliklə, İslam düşmənləri müsəlman birliyini pozmaq, onları bir-birinə düşmən etmək üçün əllərindən gələni əsirgəmədilər. Biz bu kitabda onların əqidəsi barədə bəhs edib, qələmlə şübhə pərdələrini yırtaraq aydınlaşdırırıq ki, bütün dünya müsəlmanlarının əqidəsi, prinsip və ideyaları Qur`andan və sünnədən götürülmüşdür. Lakin vəhhabilərin (fitrətinin əksinə olan) əqidə və fikirləri Qur`anın və Peyğəmbər (s)-in sünnəsinə zidd və müxalifdir. Biz bu kitabda hər bir mətləbi çox qısa şəkildə izah etməklə kifayətlənirik.
Vəhhabilər və Allah dostlarının qəbirlərinin tə`miri
Vəhhabilərin daha çox diqqət yetirdiyi məsələlərdən biri də qəbirləri tə`mir etmək və peyğəmbərlərin, Allah dostlarının məzarları üzərində məqbərə düzəltməkdir. İlk dəfə İbn Teymiyyə və onun şagirdi İbn əl-Qeyyim qəbir tikməyi haram etdilər və bu kimi qəbirləri uçurtmağa hökm verdilər.
İbn əl-Qeyyim “Zadül-məad fi hüda xəyril-ibad” adlı kitabında deyir:
“Tikilmiş qəbirləri viran etmək vacibdir. Viran etməyə qüdrəti olan şəxs qəbri bir gün də belə tikili saxlaya bilməz” /Zadül-məad 661-ci s./
1344-cü hicri ilində Səudilər Məkkəyə və Mədinəyə hökmranlıq etdikləri zaman Bəqi` qəbiristanlığını, xüsusilə Peyğəmbər (s) ailəsinin və səhabəsinin qəbrini viran etmək fikrində idilər. Onlar Mədinə alimlərindən fitva və hökm almaqla bu işi icra etmək istəyirdilər. Çünki Hicaz əhli bu mənfur əmələ razı deyildi. Elə bu səbəbdən də baş qazı Süleyman ibn Büləyhəd istənilən hökmü alimlərdən öyrənmək üçün Mədinə şəhərinə göndərilir. Süleyman ibn Büləyhəd elə suallar hazırladı ki, vəhhabilərin nəzəriyyəsinə uyğun cavablar bu sualların içində yerləşdirilmişdir. Bununla da müftilərə bildirdi ki, əgər verdiyiniz cavablar bu sualların cavabları ilə uyğun gəlməsə, müşrik sayılırsınız və əgər tövbə etməsəniz, qətlə yetiriləcəksiniz.
Bu sual-cavablar 1344-cü ildə (1924) Məkkədə “Ümmül-Qüra” qəzetinin şəvval ayındakı nömrəsində çap olunmuşdur. Bu qəzet nəşr olunandan sonra bütün müsəlmanlar, o cümlədən sünni və şiə alimləri e`tiraz səslərini ucaltdılar. Çünki hökmün hədə-qorxu ilə alınmasına baxmayaraq, İslam rəhbərlərinin məzarlarının dağılıb viran qalması hamıya bəlli idi. Mədinə və Hicaz alimlərinin on beş nəfərindən rə`y alındıqdan sonra şə`ban ayının səkkizi bütün Əhli-beyt və Peyğəmbər (s)-in səhabələrinin məqbərə və qəbirləri viran edilib dağıdıldı. İmamların məqbərə və ziyarətgahlarının zinəti (qızıl-gümüş) və sair qiymətli əşyaları qarət olundu. Bəqi` qəbiristanlığı xarabalığa çevrildi. Hal-hazırda insan bu mənzərəni görəndə dəhşətə gəlir. Biz bu suallardan bir neçəsini burada qeyd etməklə cavabların bu suallar içərisində necə yerləşdirilməsini siz oxuculara aydınlaşdırmaq istəyirik. Bunların məqsədi sual-cavab deyil, əksinə nadan camaat arasında özlərinə bəraət qazanmaqla müqəddəs yerləri viran etmək idi. Əgər əsas məsələ həqiqəti öyrənmək idisə, ondan əvvəldən cavabların hazırlanması mə`nasız idi. Çünki, bu sual-cavablar qabaqcadan hazırlanmışdı. Yalnız Mədinə alimlərinin illərlə müqəddəs yerlərin keşiyində durub, onları qoruduqlarından belə bir işə imza atmalarına ehtiyac duyulurdu. Belə olan halda, ola bilərdi ki, bu alimlər birdən-birə həmin yerlərin dağılmasına hökm versinlər?
Süleyman ibn Büləyhəd öz sualında deyir:
“Mədinə alimlərinin – (Allah onların elm və düşüncələrini artıq eləsin) –qəbrin üzərində tikinti aparmaq və məscid tikmək haqqında fikirləri nədir? Bu iş düzgündürmü? Əgər düzgün deyilsə, onda bu, İslamda birdəfəlik qadağan olunmalıdır. Belə məqbərələrin yanında namaz qılmağın qarşısını almaqla, bunları viran və xarab etmək vacibdirmi? Bəqi kimi vəqf olunmuş bir yerdə məqbərə və tikinti işləri tikməklə başqalarının yeri qəsb olunur. Bu yerin qəsb olunması ilə kimə isə zülm olunacaq. Bacardıqca həmin yerləri öz haqqına çatdırmaq lazımdır. Yə`ni bu məqbərələr dağıdılmalıdır.”
Mədinə alimləri qorxaraq Süleymana belə cavab verdilər:
“Qəbirlərin üstündə tikinti işi aparmaq qadağandır.” Bir çox hədislər bunu təsdiq etdiyi üçün alimlər qəbirləri dağıtmaq haqqında hökm verdilər. Onlar Əbil Həyyacın Həzrət Əli (ə)-dan nəql etdiyi hədisə əsaslanırdılar. Əli (ə) Əbil Həyyaca demişdi:
“Mən sənə bir şey tövsiyə edirəm. vaxtı ikən bu işi Peyğəmbər (s) mənə tövsiyə etmişdi. Harda rəsm əsəri gördün, onu məhv et. Harda qəbir gördün, onu yerlə yeksan et.” Şeyx Nəcdi “Ümmül-Qüra” qəzetinin 1345-ci il cümadəyəs-sani ayında çap olunmuş nömrəsində deyir:
“Qəbir üzərində məqbərə tikmək, ümumiyyətlə tikinti işləri aparmaq hicrətin beşinci əsrindən başlanıb.”
Bu kəlmələr vəhhabilərin qəbir haqqında söylədikləri sözlərdən bir neçəsinin nümunəsidir. Vəhhabilər bu məsələdə iki dəlilə əsaslanırdılar:
1. İslam alimlərinin verdikləri haram hökmünə.
2. Əbil Həyyacın Əmirəl-mö`minin Əli (ə)-dan və buna oxşar söylədikləri hədislərə.
Hələlik biz qəbirlərin tə`miri haqqında danışırıq. Qəbirləri ziyarət etmək haqqında ayrıca bəhs edəcəyik.
Biz bu mətləbin məzmununu işıqlandırmaq üçün dörd əsas məsələyə işarə edirik:
1. Qur`an bu haqda nə deyir? Qur`anda “Qəbrin tə`mir edilməsi haramdır” və bu kimi hökmlər haqqında ayələr nazil olubmu?
2. İslam ümməti bu işin haram olmasına bir münasibət bildiribmi? Peyğəmbər (s)-in və onun dostlarının zamanında qəbri tə`mir edib onun üzərində tikinti işləri aparıblarmı?
3. Vəhhabilərin istifadə etdikləri “Əbil Həyyac” hədisində əsas məqsəd nədir?
1. Cabir, Ümmü Sələmə və Naimin hədislərindən əsas məqsəd nədir?
a) Qəbirlərin tə`miri haqqında Qur`anda nə buyurulur?
Qur`anda bu hökmün əleyhinə ayrılıqda işarə olunmayıb. Lakin Qur`ana nəzər salsaq, bütövlükdə bu mövzu haqda bir neçə hökm əldə etmək olar:
1) Allah dostlarının qəbirlərinin qorunub saxlanması və tə`miri İlahi şəairə ehtiram etmək deməkdir. Qur`anda İlahi şəairə ehtiram etmək iman və təqva kimi qiymətləndirilib. Allah taala “Həcc” surəsinin 32-ci ayəsində – (“Ey insanlar, sizə əmr etdiyim) budur: Hər kəs Allahın mərasiminə (Həcc əməllərinə, yaxud qurbanlıq heyvanlarına) hörmət etsə, bu (hörmət) şübhəsiz ki, qəlblərin təqvasıdır (Allahdan qorxmasındadır)” – deyə buyurur.
İlahi şəairə ehtiram etməkdə məqsəd nədir? “Şəair” ərəb sözü olub “şəirə” sözünün cəmidir. “Şəairə” əlamət və nişan mə`nasındadır. Ayədə Allahın vücudunun nişanəsindən söhbət getmir. Çünki bütün aləm Onun vücudunun nişanəsidir. Həmçinin bütün aləmdə hər bir şeyə ehtiram etmək iman və təqva əlaməti deyil. Əksinə, Allahın dininə ehtiram etmək təqvalı və imanlı olmaq deməkdir. Təfsir alimləri də bu ayəni belə təfsir ediblər: “Məalimü dinillah”, yə`ni Allahın dininin əlamətləri.
Əgər Qur`anda Səfa və Mərvə dağları , Mina dağında qurbanlıqda kəsilən dəvə Allahın nişanələri adlanırsa, bu həzrəti İbrahim Peyğəmbərin dininin əlamətləri olduğundandır. Əgər Müzdəlifə səhrası “Məş`ər” adlanırsa, demək, bu səhra Allahın nişanəsidir. Deməli, bu səhrada dayanmaq Allahın dininə itaət etmək deməkdir. Əgər bütövlükdə həcc mərasimi Allahın nişanəsi sayılırsa, demək, bu tovhid dininin əməllərindəndir.
Ümumiyyətlə, hər hansı bir şey Allahın nişanəsi və əlaməti adlanırsa, ona əməl etmək iman, təqva və haramdan çəkinmək əlamətidir. Şübhəsiz ki, peyğəmbərlər və kəramət sahibləri İlahi dinin açıq-aşkar əlamətləridir. Çünki bu müqəddəs adamlar ömür boyu dini təbliğ edənlərdən olmuşlar.
Heç bir insaflı şəxs peyğəmbər və imamların ilahi əlamət və müqəddəs İslam nişanələri olmasını inkar etməz. Çünki müqəddəs adamlar Allahın və İslamın müqəddəs əlamətləridir. Onlara ehtiram əlamətlərindən biri də budur ki, qəbirləri, ziyarətgahları və məqbərələri qorunub saxlanılsın. Lakin ziyarətgahları viran qoymaq onlara qarşı edilən hörmətsizliyə ən yaxşı nümunədir.
Allah dostlarının məzarlarına ehtiram etmək bu iki dəlillə aydın olur.
a) Allah dostları, xüsusən İlahi yolda canlarından keçənlər Allal və İslam dininin əlamətləri və nişanələridirlər.
b) Belə insanlara vəfatından sonra edilən ehtiramlardan biri də onların yolunu davam etdirməkdən əlavə, məqbərələrinin qorunub saxlanılmasıdır. Elə buna görə də, bütün millətlərdən böyük siyasi və dini şəxsiyyətlərin qəbir və məqbərələrinin ucaldılması, onların ideyalarının davam etdirilməsi kimi qəbul olunur. Belə adamlar elə bir yerdə dəfn olunur ki, həmişəlik qorunub saxlanılsın. Onların məzarlarını qoruyub saxlamaq özlərinə ehtiram etmək deməkdir. Nəhayət, onlara hörmət isə həmin şəxsiyyətlərin ideya və məktəbini davam etdirmək deməkdir. Bu həqiqəti dərk etmək üçün “Həcc” surəsinin 36-cı ayəsini sözbəsöz araşdırmaq zəruridir. Allah evini (Kə`bəni) ziyarət edənlərdən bə`ziləri qurbanlıq üçün özləri ilə dəvə aparırlar. Qurbanlıq əlaməti olaraq heyvanın boynundan zınqırov asırlar. Bununla da həmən dəvəni başqa dəvələrdən ayırırlar. Bundan sonra bu dəvə Allahın nişanələrindən hesab olunur. Ayədə buyurulduğu kimi, Allahın nişanələrinə ehtiram edilməlidir. Məsələn, qurbanlıq üçün ayrılmış dəvədən minik heyvanı kimi istifadə etmək olmaz. Vaxtlı-vaxtında suyunu və otunu vermək lazımdır. Əgər bir nəfər Məkkədə Allah evinin yanında qurbanlıq üçün dəvə kəsirsə, bu dəvəyə özünə layiq (suyunu, otunu vermək, minik heyvanı kimi istifadə etməmək və s.) ehtiram edilirsə, nəyə görə Allahın ən yaxın bəndələri və nişanələri sayılan, canlılardan keçmiş, dinə xidmət etmiş, Allah və bəndələr arasında vasitə olmuş peyğəmbərlərə, imamlara, alimlərə, şəhidlərə və başqalarına vəfatından sonra ehtiram edilməsin? Əgər, həqiqətən, mahiyyəti cansız təbiət olub daşdan və gildən ibarət olan Kə`bə, Səfa, Mərvə, Mina və Ərəfat dağlarına Allahla sıx əlaqəli olduqlarına görə ehtiram olunursa və Allahın nişanələri sayılırsa, bəs nə üçün peyğəmbərlər, kəramət sahibləri, dini təbliğ edib, qoruyub saxladıqları halda Allahın nişanələri adlanmırlar?
Biz vəhhabilərin vicdanını və insafını hakim qərar verərək onlardan soruşuruq:
Siz Peyğəmbər (s) və Allah dostlarını Allahın nişanələri kimi qəbul edirsinizmi? Bu müqəddəs adamların əsərlərini qoruyub saxlamaq, qəbirlərini tə`mir etmək, dəfn olunduqları yerdə təmizliyə riayət etmək, oranın toz-torpağını silmək ehtiram əlaməti sayılır, yoxsa bu kimi yerləri viran edib xarabalığa döndərmək?!
2) Qur`an Peyğəmbər (s)-ə, onun yaxınlarına və qohumlarına ehtiram etməyi bizlərə göstəriş vermişdir. Allah “Şuəra” surəsinin 23-cü ayəsində buyurur:
“Ya Mühəmməd! De: – “Mən sizdən bunun (risaləti təbliğ etməyimin) müqabilində yaxınlarıma (Əhli-beytimə) qarşı məhəbbətdən başqa bir şey istəmirəm.”
Bu ayənin məzmunu bütün insanlara xitab olunur. Peyğəmbər (s)-in ailəsinə ehtiram etmək yalnız qəbri tə`mir etmək deyildir. Bundan əlavə, başqa xeyirxah işlər də nəzərdə tutulub. Çünki bu əməl bütün millətlər arasında adət və ən`ənə şəklini almışdır. Hamı bunu qəbrin sahibinə bir növ ehtiram əlaməti hesab edir. Elə buna görə də, tanınmış siyasət və elm xadimləri kilsələrdə və yaxud fəxri xiyabanlarda dəfn edilirlər. Məzarın ətrafında güllər və ağaclar əkilir, yaşıllıqlar salınır.
3) Keçmiş ümmətlərdə qəbrin tə`miri və iman əhlinin qəbirlərinə ehtiram edilməsi Qur`an ayələrindən açıq-aşkar bəlli olur. Allah taala Əshabi-Kəhf haqqında buyurur:
Camaat Əshabi-Kəhf əhvalatından xəbərdar olduqdan sonra mağaraya girib onların dəfni üçün iki fikir irəli sürdü:
Bə`zisi dedi: “Onların məzarı üzərində məqbərə tikin.”
Bu işdə üstün gəlmiş dəstə isə dedi: “ – Onların məzarı üzərində Allaha ibadət etmək məqsədi ilə bir məscid tikəcəyik.” (Kəhf surəsi, 21-ci ayə)
Qur`an bu iki fikri heç birinə tənqidi münasibət bəsləmədən nəql edir. Hər halda, Allah dostlarının, kəramət sahiblərinin qəbirlərinin qorunması bu iki nəzəriyyədən aydın olur. Hər üç ayəyə diqqət yetirsək, görərik ki, Allah dostlarının, kəramət sahiblərinin məzarlarını tikmək və tə`mir etmək heç də haram və məkruh iş deyil. Əksinə, Allah nişanələrinə bir növ ehtiram əlamətidir.
4) Xüsusi evlərin tikilib ucaldılması.
Qur`an çox gözəl, incə bir məsələni müzakirə etdikdən sonra Allah nurunu içində çıraq olan taxçaya bənzədir. Bu ifadə Qur`anda “Allah yerlərin və göylərin nurudur” kəlməsi ilə başlayıb və “Allah hər şeyi biləndir” kəlməsi ilə tamamlanır. Bu məsələnin müzakirəsindən sonra deyilir:
“(Həmin taxça və çıraq) Allahın tikilib ucaldılmasına və öz adının zikr edilməsinə izn verdiyi o evlərdədir (o məscidlərdədir) ki, orada səhər-axşam onu təsdiq edib şə`ninə təriflər deyərlər.” (Nur surəsi, 36-37-ci ayələr).
Bu ayəni açıqlamaq üçün ilk növbədə iki məsələni aydınlaşdırmaq lazımdır:
a) “Evlər” kəlməsində məqsəd nədir?
b) “Ucaltmaq” dedikdə nə nəzərdə tutulur?
“Evlər dedikdə yalnız “məscidlər” nəzərdə tutulmur. Məscidlərlə yanaşı Peyğəmbər (s)-in, Allah dostlarının və kəramət sahiblərinin də evləri qeyd olunub. Bu məqsədlə də “ev” sözü cəmdə “evlər” şəklində işlənmişdir. Bu evlər Allah nurunun mərkəzi sayılır. “Ev” dedikdə məscid nəzərdə tutulmur. Çünki dörd divardan və tavandan ibarət olan mülk “ev” adlanır. Əgər “Kə`bə” Allah evi adlanırsa, bu ona görədir ki, dörd divar və bir tavandan ibarət olan müqəddəs evdir. Lakin məscidlər tavansız da ola bilər. İndinin özündə də, “Məscidül-Həram” tavansız bir məsciddir. Qur`an ayələrindən də bəlli olur ki, tavanlı tikiliyə “ev” deyilir.Zuxruf surəsinin 33-cü ayəsində Allah taala buyurur:
“Əgər insanların (müşriklərin cah-cəlal içində yaşadıqlarını görüb cahillikləri üzündən küfrdə birləşəcək) bir tək ümmət olmaq ehtimalı olmasaydı, Rəhmanı inkar edənlərin (axirətdə əzabını daha da artırmaq məqsədilə) evinin tavanlarını gümüşdən edərdik.”
Hər halda “evlər” kəlməsi məsciddən başqasına və yaxud həm mənzilə, həm də məscidə şamil olur.
“Ucaltmaq” sözünün izahı:
Ayədə deyilir: “Allah bu evlərin ucaldılmasına izn verib.”
Ucaltmaqdan zahiri məqsəd divarları və sütunları hündür etmək, bunun əksi isə viran və dağıtmaqdır. Qur`anda “ucaltman” kəlməsinin zahiri mə`nası divarların hündür olması və tə`miri mə`nasında işlənib. Bəqərə surəsinin 127-ci ayəsində deyilir:
“Onu da yadına sal ki, İbrahim və İsmail evin (Kə`bənin) bünövrəsini ucaltdıqları zaman.” Əgər “ucaltmaq” da mə`nəvi mə`na olsa, Allah belə evlərə yüksək qiymət verir, məqamını daha da ucaldır.
Əgər bu söz zahiri mə`na da daşısa, ayədə adı çəkilən “evlər” kəlməsi peyğəmbərin, övliyaların mənzillərinə aid olur. Çünki belə evlərin (Allah orada zikr oldunduğuna görə) tə`miri və abadlaşması istər həyatda olduqları zaman, istərsə də vəfatlarından sonra layiq bir işdir. Yaşadıqları evdə (əziz İslam Peyğəmbəri (s), imam Hadi (ə) və imam Həsən Əsgəri (ə) yaşadıqları evdə dəfn olunduqları kimi) və yaxud başqa bir yerdə dəfn olunmasından asılı olmayaraq, bu kimi evləri, yaxud qəbirləri tə`mir edib abadlaşdırmaq və viran edilməsinin qarşısını almaq lazımdır.
Əgər “ucaltmaq” sözü mə`nəvi mə`nada işlənmişsə, yenə də Allah belə evlərə ehtiram edilməsinə icazə verib. Bu evlərə ehtiram, onları abadlaşdırmaq, təmiz saxlamaqdır.
Hər iki mə`nada (zahiri-batini) “ucaltmaq” buna görədir ki, övliyalar və peyğəmbərlər Allahın yaxın bəndələri və dostlarıdır. Qur`anda bu və bu kimi ayələrin olmasına baxmayaraq, vəhhabilər kişi və qadınların gecə-gündüz Allahı zikr etdiyi yerləri – imamların məqbərələri, Bəqi qəbiristanlığı və sair övliyaların məqbərələrini viran edib dağıtdılar. İnsanların cəmləşib dua və münacat etdikləri yerlər indi xarabalığa çevrilib. Bununla da öz keçmiş kin və küdurətlərini Peyğəmbərin ailəsi və onun səhabələrinə qarşı büruzə verdilər. Bu haqda əziz oxucunun diqqətini bir hədisə cəlb edirik:
Ənəs ibn Malik deyir:
“Əziz Peyğəmbər (s) bu ayəni oxudu (Nur surəsi, 36-37-ci ayələr və elə bu vaxt bir kişi yerindən qalxıb dedi:
–Hansı evləri deyirsiniz?
Peyğəmbər (s) buyurdu:
Peyğəmbərlərin evlərini.
Elə bu vaxt Əbu Bəkr dedi:
– Bu ev də (Əli və Fatimənin (ə) evinə işarə edərək) o evlərə aiddir?
Peyğəmbər (s) buyurdu:
– Bəli, bu ev o evlərin ən əhəmiyyətlisi və fəzilətlisidir.”
2) İslam ümməti və qəbirlərin tə`miri.
İslam dini Ərəbistan yarımadasında inkişaf etdiyi və parlaq nuru orta Asiyanı əhatə etdiyi zamanda peyğəmbərlərin dəfn olunduqları yerlər və qəbirlər tanınmağa başlandı.
Elə o vaxtdan bu qəbirlərin bə`ziləri tam və yarımdairəvi şəkildə olan tavandan (günbəzdən) ibarət olmuşdur. Hal-hazırda bunlardan bə`ziləri öz əvvəlki vəziyyətində qalmaqdadır.
Məkkə şəhərində İsmailin və anası Hacərin qəbri otaqda, Şuş şəhərində Daniyel peyğəmbərin, İraq ölkəsində Hud, Saleh, Yunis və Zul-Kifl peyğəmbərlərin qəbirləri, həmçinin İbrahimi-Xəlil və oğlu İshaqın qəbirləri vardır. Yəqub və Yusif peyğəmbərlərin qəbirlərini həzrəti Musa Misir şəhərindən gətirib Beytül-Müqəddəs şəhərində dəfn etdi.
Hal-hazırda bu qəbirlər tikili və abadlaşmış vəziyyətdə olaraq qalır.
Həvvanın qəbri Ciddə şəhərindədir. Səudilər bu şəhəri əhatə etdikdən sonra bu qəbirdən heç əsər-əlamət qalmayıb. Deyilənlərə görə, Həvvanın qəbri orada olduğu üçün bu şəhər Ciddə, yə`ni “nənə” adlanıb. İslamın yeni yayıldığı zaman müsəlmanlar bu şəhəri fəth etdikdə həmin qəbirləri viran edib xaraba qoymurdular.
Əgər, həqiqətən, qəbirləri tə`mir edib, tikmək haramdırsa, müsəlmanlar fəth etdikləri İraq, İordaniya və s. ölkələrdə yerləşən qəbirləri nəyə görə uçurmadılar və bu qəbirlərin yenidən tikilməsinin nə üçün qarşısı alınmadı? Əksinə, keçmiş peyğəmbərlərin qəbirləri abadlaşdırıldı. On dörd əsrdir bu qəbirlər qorunub saxlanılır. Onlar məzarları qoruyub saxlamağı onun sahibinə ehtiram əlaməti hesab edib, bu işlə xeyirxah əməl sahibinə çevrilirdilər. İbn Teymiyyə “əs-Siratil müstəqim” kitabında deyir:
“Beytül-Müqəddəs fəth olunan zaman peyğəmbərlərin qəbirləri tikilmiş və məqbərə vəziyyətində idi. lakin dörd yüzüncü hicri ilinə kimi bu məqbərələrin qapıları bağlı olub.”
Əgər, həqiqətən, məqbərə tikmək haramdırsa, nə üçün müsəlmanlar bu qəbirləri viran etmədilər? Sözsüz ki, bu iş haram olsaydı, istər məqbərənin qapısı bağlı olsun, istərsə də açıq, qəbirləri dağıtmaq vacib bir əməl sayılardı. Müsəlmanlar məqbərələrin bağlı olmasına baxmayaraq, onları külünglə belə dağıdıb viran edərdilər.
İslam rəhbərləri və alimlərinin gözlərinin qarşısında belə qəbirlərin olması və qorunub saxlanılması müqəddəs İslam dini tərəfindən bu işin icazə verilməsinə dəlalət edir.
İslam tarixi abidələri dinin əsasıdır
Peyğəmbərlərin, xüsusi ilə əziz İslam Peyğəmbərinin (s), onun həyat yoldaşlarının, övladlarının, səhabələrinin və dostlarının yaşadığı mənzilləri, dəfn olunduqları yerləri, ibadət etdikləri məscidləri, tarixi abidə kimi qoruyub saxlamağın çox böyük əhəmiyyəti vardır.
Bu gün həzrəti Məsihin (həzrəti İsa (ə)) doğulduğu gündən iyirmi əsr keçməsinə baxmayaraq, Məsihin özü, anası Məryəm, ona nazil olan “İncil” kitabı Qərbdə tarixi əfsanə kimi formalaşmışdır. Bə`zi Şərq ölkələrinin əhalisi həzrəti Məsihə, anası Məryəmə və “İncil”ə şübhə ilə yanaşırdılar. Və bunu “Məcnuni Amiri” və onun mə`şuqəsi “Leyli”nin əfsanəsinə bənzədirdilər. İnsanlar tarixdə olan əsl həqiqəti nə üçün əfsanəyə oxşadırlar?
Buna görə ki, həzrəti Məsihdən heç bir tarixi əsər və abidə qalmayıb.
Məsələn, əgər Məsihin doğulduğu yer, yaşadığı ev, xristianların əqidəsinə görə dəfn olunduğu yer mə`lum olsaydı, onun asimani kitabı “İncil” təhrif olunmasaydı (dəyişilməsəydi) və nəhayət, İncildə dördlük yaranmasaydı və bu incillərin dördü də onun ölümünə və dəfninə iqrar etsəydi və bütün bunlar qorunub saxlansaydı, onda bu xəyalpərəst və şübhədə qalan insanlar üçün heç bir şəkk-şübhə yeri qalmazdı. Bu səbəbə görə bə`zi tədqiqatçılar bu həqiqəti ikinci əsrin ədəbiyyat əsəri kimi adlandırmışlar.
Müsəlmanlar isə cəsarətlə dünyaya üz tutub deyirlər:
Ey insanlar! Min dörd yüz il bundan qabaq bəşərə rəhbərlik etmək üçün Ərəbistan yarımadasından bir şəxs peyğəmbərliyə seçildi. Bu yolda böyük uğurlar qazandı. Onun həyat yolu belə dəyişmədən qorunub saxlanılmışdır. Hətta doğulduğu ev, vəhy nazil olunan Hira dağı, namaz qıldığı məscid, dəfn olunduğu yer, övladlarının, həyat yoldaşlarının, qohumlarının evləri və məzarları olduğu kimi qalır...
İndi, əgər bu tarixi abidələri məhv etsək və bunlardan heç bir əsər-əlamət qalmasa, İslam düşmənləri üçün dini inkar etməyə böyük dəlil tapılar.
Peyğəmbər (s)-in və onun pak övladlarının tarixi abidələrini (ev, qəbirlər...) dağıtmaq, viran etmək ehtiramsızlıq olmaqla yanaşı, İslam dininə qarşı mübarizə etmək deməkdir.
İslam Qiyamət gününə kimi bütün yer üzü insanlarının əbədi və həmişəyaşar dinidir. Min ildən sonra gələn nəsillər də bu dinin köklü din olduğuna inanmalıdırlar. Belə bir məqsədi doğrultmaq üçün, dinin köklərini, onun əlamət, nişanə və tarixi abidələrini qoruyub saxlamalıyıq. Bu dinin gələcək əsrlərə ötürülməsi üçün yeni nailiyyətlər əldə etməliyik. Elə bir iş görməliyik ki, İslam Peyğəmbərinin peyğəmbərliyinin aqibəti həzrəti İsanın peyğəmbərliyinin aqibəti kimi olsun. Peyğəmbərin vaxtında yaşayan müsəlmanlar ona dərin məhəbbət bəslədiklərindən onun bütün xüsusiyyətlərini, o cümlədən, üzüyünün, ayaqqabısının, diş fırçasının, qılıncının, hirehinin, nizəsinin, atının, dəvəsinin, qulamının, hətta su içdiyi quyuların, vüquf etdiyi yerlərin nişanə və əlamətlərini, bunlardan daha da üstün, yol getməyinin və yemək yeməyinin tərzini, saqqalının formasını yadda saxlamağa çalışmışlar. İndinin özündə də bunlardan bə`zisi qalıb.
Müsəlman ölkələrini gəzib dolansaq və tarixlərinə nəzər salsaq, görərik ki, qəbri tə`mir edib saxlamaq qədim adət və ən`ənə olmaqla yanaşı, bir növ ehtiram əlaməti sayılır. Hal-hazırda bütün İslam ölkələrində peyğəmbərlərin, övliyaların və saleh adamların qəbirləri məzar və məqbərə şəklində qorunub saxlanılır. Çox vaxt bu qəbirlərin üzərində yüksək sənətkarlıq işləri aparılmış və indiyə kimi də qalmaqdadır. Və ora yığılan pullar oranın qorunub saxlanılması üçün sərf edilir...
Vəhhabi məzhəbi yaranmamışdan öncə Nəcd şəhərində (Məkkə-Mədinə) müsəlmanlar övliyaların məzarlar və ziyarətgahlarına böyük hörmət və qayğı göstərirdilər. Alimlərdən heç biri buna irad tutmurdu. Təkcə İranda deyil, bütün müsəlman ölkələrində, o cümlədən Misir, Suriya, İran, Tunis və s-də övliyaların və alimlərin qəbirləri məzar və məqbərə şəklində düzəldilib və müsəlmanlar tərəfindən böyük hörmətə malikdir.
Müsəlmanlar dünyanın hər yerindən dəstə-dəstə bu müqəddəs yerləri ziyarət etməyə gəlirlər.
Bu müqəddəs məkanların xüsusi xadimləri, xidmətçiləri vardır. Bütün bunlardan sonra necə demək olar ki, qəbri tə`mir etmək haramdır. Belə ki, bu iş İslamın əvvəlindən indiyə kimi “Müsəlmanların davranış və əxlaqı” adı ilə davam etmişdir. Bu hərəkətin kökü Peyğəmbər (s)-ə qayıdır və heç kim tərəfindən buna e`tiraz olunmayıb (əksinə, bəlkə də bəyənilib).
Bu mətləbin əhəmiyyəti yüksək dərəcədə olduğu üçün hətta “vəhabi” yazıçılarından bir nəfər bunun zəruriliyini e`tiraf edərək deyir:
“Bu iş bütün Şərq və Qərb ölkələrinə yayılmışdır. Elə bir İslam ölkəsi yoxdur ki, orada qəbir (məqbərə), ziyarətgah olmasın.
Hətta müsəlmanların məscidlərində də bunlar vardır. Bunun haram olması və İslam alimlərinin bunun müqabilində sükut etməsi ağıl tərəfindən qəbul olunası deyildir.”
Lakin e`tiraf etməsinə baxmayaraq öz inadkarlığından əl çəkməyərək deyir:
“Bir işin yayılması və alimlərin sükut etməsi həmin işə icazə verilməsini sübut etmir. Əgər alimlərdən bə`ziləri bu haqda söz deməmişlərsə, sözsüz ki, başqa alimlər buna e`tiraz etmişlər. Bu da zamanın və mühitin şəraitindən asılıdır.”
Amma bu sözün cavabı çox aydındır. Çünki İslam alimləri yeddi əsr bu əmələ heç bir sözlə e`tiraz etməyiblər. Onların hamısı bu müddətdə İslamın keşiyində durmuşdularmı? Nəyə görə ikinci xəlifə “Beytül-Müqəddəsi” fəth etdikdən sonra orada olan peyğəmbərlərin qəbir və məqbərələrini viran etmədi? Məgər o da öz zamanının müşriklərinə güzəşt edirdi?
Mədinə alimlərinin verdikləri cavab çox təəccüblüdür. Onlar deyirlər:
“Qəbri tikmək səhih hədislərdə haram olduğuna görə alimlər bunu qadağan etmişlər. Elə buna görə də bir çox alimlər belə qəbirləri dağıtmağa icazə vermişlər.”
Müsəlmanlar əziz Peyğəmbərimizin (s) həyat yoldaşı Ayişəni otağında dəfn etdikləri halda məzar tikməyin haram olmasını necə e`tiraf etmək olar? Sonra Əbu Bəkr və Ömər təbərrük üçün o Həzrətin yanında dəfn olundular. Ayişənin otağını ortadan iki yerə böldülər. Bir hissəsini onun yaşaması üçün, digər hissəsini isə Peyğəmbər (s) və Şeyxeynin (Əbu Bəkr, Ömər) qəbirləri üçün ayırdılar. Ortadan ayrılan divar Əbdillah ibn Zübeyrin vaxtında ucaldıldı. Sonralar hər dövrün me`marlıq xüsusiyyətlərinə görə Peyğəmbər (s)-in dəfn olunduğu yer abadlaşır və tə`mir olunurdu. Xüsusilə də Əməvi və Əbbasi xəlifələrinin vaxtında onun dəfn olunduğu yerə daha çox diqqət yetirilirdi.
Peyğəmbər (s)-in qəbrinin üstündə axırıncı abadlıq və tikinti işləri sultan Əbdül-Həmidin vaxtında aparılıb. Bu 1270-ci ildə başlandı və dörd il davam etdi. Siz İslam tarixindən və dövründən Səmhudi əsrinə kimi Peyğəmbər (s)-in qəbrinin tikintisi və abadlaşması haqqında mə`lumat almaq üçün Səmhudinin “Vəfaül-Vəfa” kitabını oxuya bilərsiniz. Həmçinin Mədinə şəhərinin tarixinə aid olan kitablardan da, mə`lumat ala bilərsiniz.
3. Əbil Həyyacın hədisi.
İndi isə vəhhabi alimlərinin əsaslandığı hədisi araşdıraq.
"Səhih Müslim" kitabında qeyd olunur ki, “Səhih” kitabının müəllifi bu hədisi Yəhya, Əbu Bəkr və Züheyrdən nəql edərək deyir:
Vəki adlı bir nəfər Süfyandan, Həbibdən, Əbi Vaildən və Əbil Həyyacdan belə rəvayət edir: Əli ibn Əbu Talib Əbil Həyyaca deyir:
“Peyğəmbər (s) mənə tövsiyə etdiyi işi sənə tövsiyə edirəm. Harada rəsm əsəri və hündür qəbir gördün, məhv et.”
Vəhhabilər hədisin sənədinin düzgünlüyünü yoxlamadan onu əsas tutaraq belə yanlış nəticəyə gəlmişlər.
Bu hədis haqqında bizim açıqlamamız
İlahi ehkamdan bir hökmü əldə etmək üçün hədisə əsaslanıb nəticə çıxarmaq istəyiriksə, onda gərək iki şərti unutmayaq:
1. Hədisin sənədi gerçək və doğru olmalıdır, yə`ni onu rəvayət edənlərin sözlərinə inanmaq və istinad etmək olsun.
2. Bizim məqsəd və hədəfimiz üçün hədisin mə`nası (cümlə) əsas və sübut olmalıdır, yə`ni mövzu ilə onun mə`nası uyğunlaşsın.
Belə ki, hədisi xəbərdar (işlə tanış olan) adama versək, bizim mövzunu başa düşdüyümüz kimi, o da elə başa düşər.
Çox əfsuslar olsun ki, bu hədis hər iki cəhətdən nöqsanlıdır. Xüsusən ikinci şərtlə ki, mövzu ilə hədisin mə`nası bir-birinə uyğun gəlmir. Amma birinci şərtə görə, hədis alimləri bu hədisi rəvayət edənlərin heç birini “mühəddis” kimi tanımırlar. Hədis bu dörd nəfərdən rəvayət olunub:
1) Vəki` 2) Süfyan əs-Səuri 3) Həbib ibn Əbi Sabit 4) Əbi Vail əl-Əsədi.
Böyük hədis alimi Hafiz ibn Həcər Əsqəlani “Təhzibüt-təhzib” kitabında bu dörd nəfəri tənqid edib. Belə ki, onların söylədiyi hədislər düzgün deyil.
Məsələn: Vəki` haqqında Əhməd ibn Hənbəl nəql edir:
“O, (Vəki`) beş yüz hədisdə xətaya və səhvə uğramışdır.”
Həmçinin onun haqqında “Məhəmməd ibn Nəsri Mərizi söyləmişdir:
“Vəki! hədisi istədiyi mə`naya yozurdu (hədisin mətnini, kəlmə və cümlələrini söyləmirdi) bir halda ki, ərəb deyildir.”
Süfyan Səuri haqqında İbn Mübarəkdən belə nəql edirlər:
“Süfyan hədis deyirdi, mən gəlib çatanda gördüm qondarma və yalan hədis danışır. Məni görəndə xəcalət çəkdi.”
Qondarma hədis danışdığı, həqiqəti söyləmədiyi üçün onu ədalətli və düzgün adama adlandırmaq olmaz.
Yəhya əl-Qutan deyirdi:
“Süfyan yalançı bir şəxsi mənə doğruçu kimi tanıtdırmaq istəyirdi. Lakin bacarmadı.”
Həbib ibn Əbi Sabit haqqında Əbi Həbban belə deyir:
“O, qondarma və yalançı hədislər söyləyirdi.”
Qutan deyir:
“Onun (İbn Əbi Sabitin) söylədiyi hədislərə inanmaq olmur, çünki söylədiyi hədislər düzgün deyil.”
Əbi Vail haqqında söyləyirlər:
“O nasibilərdən və imam Əmirəl-mö`minin Əlinin düşmənlərindəndir.”
Burada bir məsələ diqqəti özünə cəlb edir. O da budur ki, Əbil Həyyac səhih kitablarının altısında vur-tut cəmi bir hədis söyləyib. Peyğəmbər (s)-dən təkcə bir hədis rəvayət etmək isə həmin hədisi rəvayət edənin ravi olmadığını sübut edir.
Bu sürətdə ona e`timad edib inanmaq düzgün deyil.
Heç bir alim bu qədər səhvi və nöqsanı olan hədisə əsaslana bilməz. İndi isə hədisin cümlələrinə diqqət yetirək.
Əbil Həyyacın nəql etdiyi hədisin axırında ərəbcə belə bir kəlmə işlənib:
“Və la qəbrən müşrifən illa səvvəytəhu.”
a) “Müşrif” sözü lüğətdə uca və hündür mə`nasındadır. Bə`zi lüğət alimlərinin fikrincə, “Müşrif” hündür yer və başqasını ələ keçirmək mə`nasındadır.”
“Qamus” adlı izahlı lüğətdə “Şərəf” sözü hündür yer və dəvənin hürgücü kimi açıqlanır. “Müşrif” kəlməsi də hər yerdə hündür, xüsusən dəvənin hürgücü mə`nasında işlənir. Yuxarıdakılara nəzər salmaqla, hədisdə “hündürlük” sözünün hansı mə`nada işləndiyini dərk etmək heç də çətin deyil.
b) “Səvvəytəhü” sözü lüğətdə bərabər etmək və əyriliyi düzəltmək mə`nasındadır. Ərəblər bu kəlməni belə işlədir:
“Səvvəytü əl-mü`əvvəcə fəmastəva; Sənə`əhü mustəviyən.”
Yə`ni:
“Əyriliyi düzəltmək istəyirdim, düzəlmədi,” “onu düz düzəltdi.”
Qur`ani-kərimdə Allah buyurur:
“Əlləzi xələqə fəsəvva”
“O, Rəbbin ki, (hər şeyi) xəlq etdi və nizama saldı.”
Sözlərin bir-bir mə`nasını müəyyənləşdirdikdən sonra hədisin hansı mə`nada işləndiyini aydınlaşdırmaq istəyirik.
Bu hədisin ibarələrinə nəzər salmaqla iki mə`nası ola bilər:
1) Həzrət Əli (ə) Əbil Həyyaca dedi:
“Hündür qəbirləri viran edib yerlə bərabər et.”
Vəhhabilər hədisin bu mə`nada olduğunu ağlabatan hesab edirlər. Bu fikir bir neçə səbəbə görə təmamilə səhvdir:
a) “Səvvəytəhü” kəlməsi heç bir yerdə viran etmək və dağıtmaq mə`nasında işlənməyib.
Əgər belə olsaydı, onda hədis bu ifadə ilə deyilərdi:
“Onu (qəbri) yerlə bərabər et.” Halbuki hədisdə bu mə`nanı ifadə edən sözdən istifadə olunmayıb.
b) Vəhhabilərin söylədikləri düzgün, məntiqə uyğundursa, bəs nə üçün İslam biliciləri belə bir hökm verməyiblər?
Çünki məzarları məhv etmək İslam qayda-qanunlarının ziddinədir. Dinə görə, qəbrin yerdən bir az hündür olması daha münasibdir. Bütün İslam alimləri qəbrin yerdən bir qarış hündür olmasını bəyənilmiş bir əməl hesab edirlər.
“Əl-fiqhü ələl-məzahibil-ərbə`ə” kitabında dörd məzhəb (Hənbəli-Hənəfi-Şafei-Maliki) alimlərinin verdikləri hökm yuxarıdakı ilə uyğunlaşır:
“Qəbul olunur ki, qəbrin torpağı yerdən bir qarış hündür olsun.”
Yuxarıdakı ibarələrə diqqət yetirməklə hədisi başqa cür izah etmək olar:
2) “Qəbri bərabər et” ifadəsində məqsəd, yə`ni qəbrin üzərini düz və hamar et. bu da hürgüc və heykəl (büst) şəkildə olan qəbirlərə aiddir.
Hədisdən belə başa düşülür ki, qəbrin üstü (sinə daşı) düz və hamar olmalıdır. Çünki “Şafei” məzhəbindən başqa, bütün məzhəblər hürgüc və heykəl şəklində olmasını məqbul hesab edirlər.
Şiə alimlərinin hədis haqqında verdiyi açıqlamalar daha məntiqə uyğundur. Belə ki, qəbir yerdən hündür və hamar olmalıdır.
“Səhih” kitabının müəlifi Müslim, həmçinin Tirmizi və Nəsai öz kitablarında hədisi “Qəbrin hamar olması” fəslində qeyd etmişlər. Bu da onu bildirir ki, gərək qəbrin üstü düz və hamar olsun. Əgər məqsəd qəbirləri dağıtmaq olsaydı. Fəslin adı belə olardı: “Qəbirləri dağıtmaq və yerlə bərabər etmək” fəsli.
Ərəb dilində “təsviyyə” sözü “bin şeyi hamar və düz etmək” deməkdir.
Başqa bir hədisi Müslim öz “Səhih” kitabında nəql edir və biz bu hədisin mə`nasını təsdiq edirik: “Ravi deyir: Füzalə ilə Rum diyarında idim və bizim yoldaşlarımızdan biri vəfat etmişdi. Füzalə onun qəbrinin düz və hamar olmasını əmr edib dedi:
– Allahın Rəsulundan eşitdim:
“Qəbirləri düz və hamar edin.”
“Səvvəytühü” sözünün leksik mə`nasını bilmək hədisin başa düşülməsində böyük rol oynayır. Bu mövqedən çıxış edərək hədisi üç formada izah etmək olar:
1 – Qəbirlərin günbəzini dağıtmaq. Bu ehtimal yanlışdır. Çünki Mədinədə olan qəbirlərin heç birinin günbəzi yox idi.
2 – Qəbri yerlə bərabər etmək İslam qanunlarının ziddinədir. Çünki qəbir yerdən heç olmasa bir qarış hündür olmalıdır.
3 – Hürgüc şəklində olan qəbirləri düz və bərabər etmək. bu, hədisin daha doğru və gerçək mə`nasıdır. Bunun vəhhabi əqidə və məqsədinə heç bir aidiyyəti yoxdur. İndi görək "Səhih Müslim" kitabının tanınmış şərhçisi Nəvəvi hədisi necə təfsir edir:
“Qəbrin yerdən hündür olması “sünnət” – qanun sayılır. Məzar hürgüc şəklində, hündür və hamar olmalıdır.”
Buradan belə aydın olur ki, Nəvəvi “Səvvəytü” sözünü “düzəltmək”, “hamar etmək” mə`nasında təfsir edib.
Həzrət Əli (ə) qəbirlərin hürgüc və heykəl şəklində deyil, hamar olmasına göstəriş verib. Bizdən başqa, Əhməd Qəstəlani “İrşadüs-sari fi şərhi Səhihil Buxari” kitabında da hədisi belə təfsir edir. O deyir:
“Qəbri düz və hamar etmək sünnət sayılır. Düz və hamar etmək” Rəvafizin əlaməti və nişanəsi olsa belə, biz sünnəti tərk edə bilmərik. Qəbri hamar etmək sünnət sayılırsa, Əbil Həyyacın söylədiyi hədislə heç bir ziddiyyəti yoxdur. Çünki qəbri yerlə bərabər etmək düzgün deyil, belə qəbrin yerdən hündür olması ilə yanaşı, hamar və düz olması da şərtdir.”
Bundan əlavə, imamın verdiyi göstəriş qəbirlərin günbəz və məqbərələrini uçurtmaq idisə, nəyə görə imam Əli (ə) İslam ölkələrinin hakimi olduğu zaman peyğəmbərlərin məqbərə və günbəzlərini viran etmədi. Bir halda ki, Fələstin, Suriya, Misir, İraq, İran və Yəmən vilayətlərində peyğəmbərlərin qəbirləri günbəz və məqbərədən ibarət idi.
Biz bunların hamısına göz yumuruq. Əgər İmam Əbil Həyyaca məzarları yerlə bərabər etmək haqqında göstəriş verirsə, bu heç də onları viran edib dağıtmağa dəlalət etmir. Çünki o buyurmuşdu: “Qəbirləri bərabər et.” Əli (ə) məzarların üstündə olan məqbərə və günbəzlərin viran edilməsi haqqında heç bir göstəriş verməyibdir. Çünki insanlar onların kölgəsində Qur`an, dua, namaz və başqa ibadətlərlə məşğul olurdular. Bir halda ki, məqbərələr və günbəzlər Qur`an oxuyub, namaz qılmaq və camaatı istidən, soyuqdan qorumaq üçün şərait yaradır, onda bu hədis belə məqbərələrin viran edilməsinə necə sübut və dəlil ola bilər?
Hədis haqqında daha iki ehtimal.
Sonda hədis haqqında iki nəzəriyyəni söyləməyi özümüzə borc bilirik:
1. Mümkündür, bu hədis övliyaların və kəramət sahiblərinin qəbirlərini özlərinə qibləgah seçmiş İslamdan qabaqı millətlərə aid olsun. Həqiqi qibləyə və Allahın tə`yin etdiyi qibləyə namaz qılmaq əvəzinə, qəbrə və yaxud yanında çəkilmiş rəsm əsərlərinə səcdə edib namaz qılırdılar. Bu surətdə də hədis müsəlmanların qəbrə səcdə edib namaz qılmalarını sübut etmir. Əksinə, müsəlmanlar bu qəbirlərin kənarında Allaha ibadət edirlərsə, o buna görədir ki, belə yerlər müqəddəs və pak adamlar dəfn olunduqlarına görə daha böyük fəzilət və şərafətə malikdir. Bu haqda sonra izahat verəcəyik.
1. ΙΙ fərziyəyə görə müşriklərin qəbirləri və bütləri nəzərdə tutulub. Çünki müşriklərin qohumları və yaxınları onların məzarlarına nəzarət edirdi. Burada qəbrin üzərindəki tikili haqqında dörd sünni məzhəbinin alimlərinin qərarını sizlərə çatdırırıq:
“Qəbrin üstündə ev, günbəz, mədrəsə və yaxud məscid tikmək məkruhdur.”
Nəcd şəhərinin qazısı qəbrin üstündə tikili olmasını haram bilir. Halbuki sünni məzhəbləri bu işi məkruh hesab edirlər. Əgər məscid və yaxud günbəzin qəbir üzərində olması ziyarət edənlər üçün namaz qılmaq və Qur`an oxumaq şəraiti yaradırsa, bunun məkruh olması fikri də düzgün deyil.
1. Cabirin hədisinə əsasən dəlil və sübutlar.
Cabirin hədisi vəhhabilərin qəbri haram hesab etmələri haqqında əsas sənəddir. Bu hədis sünni məzhəblərinin “Sünən” və s. “Səhih” kitablarında müxtəlif şəkildə nəql olunub. Hədisin bütün sənədlərində “İbn Cərih” və “Əbu Zübeyr”in adları çəkilib. Biz bu dini kəlamın bütün surət və sənədlərini təhqiq etdikdən sonra öz nəzərimizi (vəhhabilərin bu hədisi əsas götürməsi haqqında) açıqlayacağıq. İndi isə, hədisin bütün növlərini “Sünən” və “Səhih” kitablarından nəql edirik.
Müslim öz “Səhih” adlı kitabında “Ən-nəhyu ən təcsisil-qəbri vəl-binai ələyhi” fəslində bu hədisin iki variantını vermişdir:
1) Əbu Zübeyr ibn Cərihdən, ibn Cərih Həfs ibn Ğiyasidən, Həfs ibn Ğiyasi Əbu Bəkr ibn Əbi Şəybədən, o isə Cabirdən nəql edir:
“Peyğəmbər qəbirlərin əhənglənməsini nəhy edib.”
Tirmizi “Səhih” kitabının “Kərahiyyətü təcsisil-qüburi vəl-kitabəti ələyha” fəslində Cabirdən hədisi belə nəql edir.
3) “Peyğəmbər qəbirlərin əhənglənməsi, üzərində yazı yazılması, tikili bina tikilməsi və yol getməyi nəhy edib.
Sonra Tirmizi Həsən Bəsridən və Şafeidən nəql edərək deyir: Bu iki nəfər qəbirlərin üzərində gül əkməyə icazə veriblər.
İbn Macə “Səhih” kitabının “Ma caə fin-nəhyi ənil-binai ələl-quburi və təcsisiha vəl-kitabətü ələyha” fəslində bu hədisi iki cür nəql edir:
4) Hədisi şərh edən Hakimdən nəql edərək deyir:
Həkim bu hədisin sənədini düzgün qəbul edir. Lakin bu hədisə əməl etməyi İslam alimləri düzgün hesab etmirlər. Çünki şərqdən məğribə doğru İslamın bütün qabaqcıl insanları bu işi görürdülər və bu iş gələcəkdəkilərin keçmişdəkilərdən öyrəndiyi bir işdir.
5) Nəsai “Səhih” kitabının “Əl-binaü ələl qəbri” fəslində bu hədisləri nəql edir.
6) Əbu Davud “Sünən” kitabında bu hədisləri belə rəvayət edir:
“Peyğəmbər (s) insanları qəbrin üzərinə yazı yazmaq və bir şey əlavə etməkdən çəkindirib.”
7) Əhməd ibn Hənbəl də bu hədisi Cabirdən başqa cür nəql edir.
Bu, hədisin müxtəlif sənədləri və mətnlərlə nəql olunmuş 11 variantından bir neçəsidir. İndi görək buna əsaslanmaq olarmı?
Hədisin nöqsanları
Bu hədisin bir çox nöqsanları olduğuna görə əsaslanmaq olmaz.
1) Hədisin bütün sənədlərində “İbn Cərih” və “Əbu Zübeyr” in adları çəkilib. Halbuki bu iki nəfərin şəxsiyyəti bəlli olsa, sənəddə adları çəkilmiş başqaları haqqında söhbət aparmağa ehtiyac olmaz. Baxmayaraq ki, bu hədisi rəvayət edənlərin bir çoxu cahil və elmi cəhətdən zəif adamlardır.
İbn Həcər “Təhzibüt-təhzib” kitabında rical alimlərindən söhbət açarkən “İbn Cərih” haqqında belə demişdir:
“Yəhya ibn Səid deyir:
“Əgər ibn Cərih kitab üzündən hədis söyləməsə, ona inanmaq olmaz.”
Əhməd ibn Hənbəl deyir:
“Əgər ibn Cərih desə ki, “filankəs və filankəslər belə söyləmişlər”, yalançı hədislər nəql etmiş olur.”
Malik deyir: “İbn Cərih hədis toplusunda (cəm etdiyi zaman) gecə qaranlıq vaxtı odun yığan adama oxşayır. (Sözsüz ki, gecə vaxtı əlini əqrəb və ilan sanca bilər).”
Daru Qütnidən belə söyləmişlər:
“İbn Cərihin hiyləsindən uzaq gəz. Çünki həddən artıq hiylə işlədir və batili haqq kimi cilvələndirir. Yalançı adamdan eşitdiyi hədisi elə bəzəyir ki, sanki doğru və düzgün adamdan eşitmişdir.”
İbn Həbbandan eşitmişlər ki, İbn Cərih hədisdə hiylə işlədirdi.
Rical və hədis alimlərinin verdikdəri hökmlərə əsasən müsəlmanların həyat tərzi sayıldığı əməlin (qəbirləri tə`mir və ehtiram etmək) müqabilində belə bir raviləri olan hədisə əsaslanmaq olarmı?
İbn Həcər Əbu Zübeyr haqqında deyir:
Əhməd ibn Hənbəlin oğlu Əhməddən, o da Əyyubdan nəql edərək deyir: O (Əyyub), Əbu Zübeyri zəif (elmi və iman cəhətdən) adam kimi tanıyırdı. Şö`bənin dediyinə görə, Əbu Zübeyr namazı yaxşı bilmirdi.
Şö`bə deyir:
“Bir gün Məkkədə idim. Bir kişi gəlib Əbu Zübeyrdən söz soruşdu. O, qəflətən həmin kişiyə iftira etdi. Mən isə ona müsəlman kişiyə töhmət vurduğunu söyləyəndə Əbu Zübeyr cavabında kişinin onu narahat etdiyini bildirdi.
Sonra insanı narahan etdiyi üçün adamlara iftira etməyin düzgün olmadığını və bundan sonra bir daha onun adından hədis söyləməyəcəyimi dedim.”
Şö`bədən soruşdular:
– Nəyə görə Əbu Zübeyrdən hədis söyləmirsən?
Şö`bə: “O, pis və yaramaz işlər görüb.” – dedi.
İbn Əbu Hatəm atasından soruşdu:
– Əbu Zübeyr necə adamdır?
O, cavab verdi:
– Onun yazdığı hədisə əsaslanmaq olmaz.
Əbu Hatəm Əbu Zər`ədən soruşdu:
– Camaatın Əbu Zübeyrdən nəql etdiyi hədislərə əsaslanmaq olarmı??
Dedi:
– Düzgün və doğru söylədiyi hədisə əsaslanmaq olar. (Yə`ni Əbu Zübeyr düzgün adam deyil).
Belə ədalətsiz adamların söylədikləri hədislərə inanmaq olarmı?
Bir şərtlə buna inanmaq olar ki, adı çəkilən digər adamlar xalq arasında doğru danışan və düzgün kimi tanınsınlar.
Lakin bu hədisin sənədlərinin bir çoxunda Əbdürrəhman ibn Əsvədin adı çəkilib ki, o da yalançı olub.
Belə e`tibarsız hədisə əsaslanıb, Peyğəmbər ailəsinin və səhabəsinin məzar və məqbərələrini uçurmaq və müsəlmanların on dörd əsrlik tarixi abidələrini xaraba qoymaq nə dərəcədə düzgündür?
2) Rəvayət edənlər hədisin məzmununa diqqət yetirmədiklərindən bu cəhətdən çox dolaşmışlar. Bu qarışıqlıq insanın hədisə olan inamını itirir.
Dədisin mətninin nöqsanları:
Peyğəmbər (s) bu hədisi bir formada deyibsə, lakin Cabir hədisi yeddi variantda nəql edib. Biz bu variantların hamısını sizə açıqlayırıq.
1. Peyğəmbər qəbirlərin əhənglənməsini, qəbrə söykənməyi və üzərində tikinti işləri görməyi düzgün hesab etməyib.
2. Peyğəmbər (s) qəbirləri əhəngləməyi düzgün hesab etməmişdir.
3. Peyğəmbər (s) insanlara qəbirlərin əhənglənməsi, üzərinə yazı yazılması, tikinti işləri aparmaq və yol getməkdən çəkindirmişdir.
4. Peyğəmbər (s) qəbrin üzərində yazı yazmağı qadağan etmişdir.
5. Peyğəmbər (s) qəbrin üstündə oturmağı, əhəngləməyi və tikinti işi aparmağın qarşısını almışdır.
7. Peyğəmbər (s) qəbrin üstündə oturmağı, əhəngləməyi, üzərində tikinti işi aparmağı və yazı yazmağı qadağan etmişdir.
Bundan əlavə, məzarın torpağını hündür etmək və yazı yazmaq qadağan olunmuşdur.
Bə`zi vaxtlar ibarələr arasında fərq olur.
Məsələn: Birinci variantda qəbrə söykənmək, üçüncü halda qəbir üstündə yol getmək, beşinci və altıncı variantda oturmaq qadağan olunmuşdur. Sözsüz ki, söykənmək və oturmaq yol getmək mə`nasında deyildir.
Belə bir hədisə heç bir fəqih əsaslana bilməz.
3) Tutaq ki, bu hədisin sənədi düzdür, lakin bu o demək deyildir ki, Peyğəmbər (s) qəbrin üstündə tikinti işləri aparmağın qarşısını almışdır. Çünki bir şeydən insanları çəkindirmək heç də, onun haram olması demək deyil.
Nəhy dedikdə, haram və yaxud məkruh işlər nəzərdə tutulur. Peyğəmbərlərin və dini rəhbərlərin danışıqlarında işlənən nəhy (çəkindirmə) çox vaxt məkruh işlərdə də işlədilmişdir.
Düzdür, nəhyin ibtidai və həqiqi mə`nası məkruhluğa aid olan başqa bir ibarə ilə işlənməyincə harama dəlalət edir. Lakin alimlər bu hədisin məkruhluğa aid olduğunu iqrar edirlər.
Məsələn, Tirmizi öz “Səhih” kitabında bu hədisi “kərahiyyətü təcsisil-qüburi və ...” adı altında nəql etmişdir.
Məkruhluğuna ən aydın şahid İbn Macənin “Səhih” kitabının şərhçisi “Sənədi”nin hakimdən nəql etdiyi hədisdir. O deyir:
“Müsəlmanlar bu nəhyi haram kimi qəbul etməmişlər. Odur ki, bütün müsəlmanlar qəbrin üzərində yazı yazdırmışlar (ölən şəxsir adı, familiyası, doğulduğu və vəfatı günü...).
Məkruh olmasına başqa bir sübut budur ki, İslam məzhəblərinin alimləri qəbrin üzərində tikinti işi (məqbərə, günbəz, məscid..) aparmağa icazə vermişlər. Bir şərtlə ki, yer vəqf edilmiş olmasın. "Səhih Müslim", kitabının şərhçisi bu hədisin şərhində deyir:
“Qəbrin üzərində tikinti işi aparmaq qəbir sahibinin mülkündə məkruh, vəqf olunmuş yerdə isə haram sayılır.”
Şafei bu fikri qəbul edib, hədis barəsində “Kərahətu təcsisil-qəbri vəl-binai ələyh” fəslində də söhbət açıb.
Bə`zi əməllər məkruh işin pis nəticəsinin aradan qaldırılmasına səbəb ola bilər. Məsələn: İslamın əsilliyini qoruyub saxlamaq üçün qəbri tə`mir etmək, qəbir sahiblərinə hörmət etmək, İslamın əsasını qoruyub saxlamaq, müsəlmanların istidən, soyuqdan qorunması üçün məzarın üzərində tikilən məqbərələrdə Qur`an, dua oxumaq, ibadət etmək və bu kimi faydalı işlər məkruhluğun qarşısını alar. Bütün bunlar İslamın əsaslarını qoruduğu üçün müstəhəb və bəyənilmiş sayılır.
Məkruh və müstəhəb hökmlər bir sıra səbəblərlə biri digərinə çevrilə bilər.
Bir şeyin məkruh və ya müstəhəb olub-olmaması həmin şeyin zamanın tələblərinə nə dərəcədə uyğun gəlməsindən, göstərdiyi tə`sir gücündən çox asılıdır. Əgər hər hansı bir məkruh işin pis nəticəsi və başqa maneələr olmasa, bu dində bəyənilmiş sayılır. Bütün bunlar İslam fiqhini daha dərindən bilən alimlər üçün bəllidir.
Üç başqa hədisə istinad edilməsi
İndi isə, vəhhabilərin istinad etdiyi daha başqa hədisləri araşdıraq.
1. İbn Macə öz “Səhih” adlı kitabında belə nəql edir:
Məhəmməd ibn Yəhya → Məhəmməd ibn Abdullah Riqaşi → Vəhb → Əbdürrəhman ibn Yəzid ibn Cabir → Qasib ibn Müxəymərə isə Əbu Səiddən belə rəvayət edir : “Həqiqətən, Rəsulullah qəbrin üstündə tikinti işləri görməyi qadağan edib.”
2 – Həsən → İbn Ləhyiə → Burid ibn Əbu Həbib → Naim Mövla Ümm Sələmədən belə nəql edir: “Rəsulullah qəbrin üstündə tikinti işləri görməyi və əhəngləməyi qadağan etmişdir.”
3 – Əbi ibn İshaq → Abdullah ibn Ləhyiə → Burid ibn Əbu Həbib Naim Movla Ümm Sələmədən söyləmişdir: “Peyğəmbər qəbrin üstündə tikinti işləri görməyi və oturmağı qadağan etmişdir.”
Rəvayət söyləyənlərin də Vəhbin şəxsiyyətinin namə`lum olmasını bildirmələri rəvayətin zəifliyinə dəlalət edir. Vəhbin kim olduğu heç kəsə bəlli deyildir.
“Mizanül-E`tidal” kitabında “Vəhb” adı on yeddi yerdə işlənib. Vəhbin bunların hansı olduğu bəlli deyil. Bunların çoxu o zamanın hədis qondaranları və yalançıları olublar.
İkinci və üçüncü hədisin zərəri və müsibəti Abdullah ibn Ləhyiədir. Zəhəbi onun haqqında yazır: “İbn Müəyyən deyir: O, zəifdir və hədislərinə istinad edib əsaslanmaq olmaz. Heç İbn Səid də ona (İbn Ləhyiəyə) hörmət etmir.”
Biz burada sənədləri araşdırmadan hədislərin üstündən keçib, mühüm bir məsələni yada salırıq:
Tarix yazanlar və İslam hədislərini nəql edənlər Peyğəmbərin pak bədəninin onun səhabəsinin göstərişi ilə evdə, Ayəşənin otağında dəfn olunduğunu deyirlər. Bu işi görən səhabə Əbu Bəkr Peyğəmbərdən nəql etdiyi hədisə əsasən, Peyğəmbəri evdə dəfn etmişdir.
Hədis belədir:
Hər bir Peyğəmbər harada vəfat etsə, orada də dəfn olunmalıdır.
Sual olunur: Əgər, həqiqətən, Peyğəmbər (s) qəbrin üstündə tikinti işi görməyi qadağan etmişdirsə, nəyə görə onu evdə tavanın altında dəfn etdilər? Nəyə görə müsəlmanlar o cənabın qəbrinin üzərində tikinti işləri aparmaqla onu abadlaşdırdılar? Vəhhabilərin bə`zi fanatik yazıçıları bu barədə çox gülünc bir fikir söyləmişlər: “Qəbrin üzərində ev, məqbərə, məscid, günbəz və s. tikmək haramdır, lakin evdə və yaxud tikili yerdə cənazəni dəfn etmək haram sayılmır. Peyğəmbərin (s) qəbri üzərində tikinti işi aparılmayıb, əksinə, onu hazır bir evdə dəfn etdilər.”
Onlar hədisi belə təfsir etməklə əsl həqiqətə (Peyğəmbər (s)-in evdə dəfn olunmasına) bəhanə gətirdilər. Əgər vəhhabilər belə bir həqiqətlə üzləşməsəydilər, hər iki hökmü (evdə dəfn etmək və qəbrin üstündə tikinti işi aparmaq) haram sayardılar.
Biz onlardan soruşuruq:
Məzarın üzərində tikinti işləri görmək haramdır, yoxsa hazır tikili olan yerdə cənazəni dəfn etdikdən sonra həmin tikilini orada saxlamaq, dağıtmamaq haramdır?
Birinci halda, əgər qəbrin üzərində tikinti işi aparmaq haramdırsa, bəs nə üçün Səud hökuməti Peyğəmbər (s)-in əhli-beytinin, səhabəsinin və övladlarının qəbirləri üzərində inşa edilmiş tikililəri viran etdi? Tikili inşa etmək haramdırsa, tikili saxlamaq necə haram sayılmır? Tutaq ki, tikilini inşa edənlər günah iş görmüşdülər, tikilini ki, qoruyub saxlamaq haram iş deyildi, bəs nə üçün bu müqəddəs yerləri dağıtdılar?
Bundan əlavə, vəhhabilərin İbn əl-Qeyyim və İbn Teymiyyə kimi sələfləri də bu fərziyyənin əleyhinə çıxıblar, İbn əl-Qeyyim deyir:
“Qəbrin üzərində inşa edilmiş tikililəri dağıtmaq vacibdir. Əgər uçurmağa imkan olsa, tikililəri bir gün belə saxlamaq düzgün deyildir.”
Belə mə`lum olur ki, vəhhabilər qəbrin üzərində tikili inşa etməyin və bu tikilinin qorunub saxlanılmasının haramlığını tə`kid edirlər.
Burada belə bir sual ortaya çıxır: Nəyə görə müsəlmanlar Peyğəmbər (s)-in pak cənazəsini evdə dəfn etdilər? Düzdür, qəbrin üzərində tikili inşa etmədilər, lakin elə bir iş gördülər ki, Peyğəmbər (s)-in qəbri tikili inşaya çevrildi.
Vəhhabilərin bu sualdan boyun qaçırması üçün bir çıxış yolu var, o da müsəlmanların əməllərinə bəhanə gətirərək belə bir fikir söyləmələridir: Qəbrin üzərində sonradan inşa edilmiş tikilinin qorunub saxlanılması haram sayılır. Ancaq tikili inşa edilən zaman orada heç bir qəbir olmasa, onu qoruyub saxlamaq haram deyil. Baxmayaraq ki, tikili məzar üzərində inşa edilmiş tikili formasındadır. Bu da həqiqətə və müsəlmanların əməllərinə gətirilmiş bir bəhanədir.
Vəhhabilər əqidə və əməl baxımından müsəlmanlarla müxalifətdə
Yuxarıda qeyd olunan məsələ vəhhabilərin müsəlmanlarla əqidə və əməl baxımından yeganə zidd və müxtəlif olduqları fikir deyildir. Onlar bir çox məsələlərdə müsəlmanların əqidə və əməlləri ilə müxalifdirlər. Və nə qədər çalışırlarsa da, bir çıxış yolu tapa bilmirlər.
Vəhhabilər Peyğəmbər (s)-in qəbrinə və s.-yə təbərrük etməyi qadağan etmişlər. Onların gətirdikləri dəlil də budur:
Daşın, gilin və torpağın insana heç bir faydası yoxdur. Amma bu biri tərəfdən də müsəlmanlar Hacərül-əsvəd daşını, Kə`bənin divarını və pərdəsini təbərrük kimi öpürlər. Elə bunlar da vəhhabilərin faydasız sandığı daş-torpaqdır.
Vəhhabilər övliyaların qəbri kənarında məscid tikməyi haram bilirlər. Halbuki bütün İslam ölkələrində, övliyaların qəbri kənarında məscidlər tikilib, hətta Həmzənin məzarının kənarında məscid var idi. Lakin Səudiyyə cinayətkarları bu məscidi viran etdilər. İndinin özündə də, əziz Peyğəmbər (s)-in qəbrinin yaxınlığında məscid var və müsəlmanlar bu qəbrin ətrafında namaz qılıb ibadət edirlər.
Həqiqəti görmək əvəzinə bəhanə gətirmək
Vəhhabilər Bəqi` qəbiristanlığında dəfn olunmuş imamların qəbirlərini viran edib dağıtmaq üçün belə bir bəhanəyə əl atdılar:
Bəqi` qəbiristanlığı vəqf olunmuş yerdir. Bu yerlərdən vəqf niyyəti ilə istifadə etmək lazımdır. Orada maneə törədən hər bir şeyi aradan götürmək lazımdır. İmamların qəbri üzərində inşa olunmuş tikililər Bəqi` qəbiristanlığında lazım olduğu kimi istifadə etməyin qarşısını alır. Çünki bu məqbərələrin hasara alınmış divarları bir çox yerləri qəsb edir. Elə buna görə də, bu tikililər viran edilməli və hamı bu yerdən istifadə etməlidir.
Bu bəhanəni aradan qaldırmaq üçün belə bir cavab verməyi özümüzə borc bildik:
Şübhəsiz ki, belə bir dəlilə əsaslanmaq bəhanədən başqa bir şey ola bilməz.
Vəhhabilərin qazısı nəyin bahasına olur-olsun, bu tarixi abidələri məhv etmək istəyirdi. Əgər bəhanə tapıb sübut gətirməsəydi, bu tikililəri zor gücünə də viran edəcəkdi. Deməli, həmin bəhanə qabaqcadan hazırlanmış, planlaşdırılmışdır. Bunun üçün də onlar Bəqi`nin vəqf olunmuş yer olduğunu iddia edirdilər. Lakin bu, sadəcə olaraq bir bəhanədir. Çünki heç bir hədis və tarix kitablarında Bəqi`nin vəfq olunmuş yer olduğuna işarə olunmayıb, əksinə, Mədinə əhli öz ölülərini orada dəfn edirdi. Belə olan halda bu qəbiristanlıqdan hər kim istəsəydi, istifadə edə bilərdi.
Qədim zamanlarda əhali münbit olmayan və xam torpaqlara yiyələnmirdi. Çünki bu torpaqları abadlaşdırmaq çox çətin idi. kəndlilər şəhərə axışıb gəlmirdilər. “Yer”, “yer sahibi”, “yer alqı-satqı müəssisələri” və bu kimi məsələlər yaranmamışdı. Çox yerlər sahibsiz idi. hər kim istəsəydi, bu yerlərə sahib ola bilərdi. Şəhər, kənd və yaxud qəsəbə əhalisi belə yerlərdən bir hissəsini ölülərini dəfn etmək üçün ayırmışdı.
Əgər bir kəs sahibsiz, boş yerdə ilk dəfə olaraq öz ölüsünü dəfn etsəydi, hamı bunu davam etdirər və həmin yeri qəbiristanlıq adlandırardı. Heç kim bu yerlərə (qəbiristanlıqlara) sahib olub vəqf edə bilməzdi.
Bəqi` qəbiristanlığı da belə ərazilərdən biridir. Hicaz və Mədinə şəhərlərində yerin qiyməti yox idi. mədinə şəhərində heç bir ağıllı adam münbit torpağı qəbiristanlıq üçün vəqf etməzdi. Bir halda ki, münbit olmayan torpağın sahisə münbit torpağın sahəsindən çoxdursa, onda əhali ölüləri dəfn etmək üçün qeyri-münbit torpaq sahəsindən istifadə edərdi.
Bu həqiqəti tarix də təsdiq edir. Səmhudi “Vəfaül-Vəfa fi əxbari darül-Mustafa” kitabında yazır: “Bəqi` də ilk dəfə Peyğəmbər (s)-in səhabəsi Osman ibn Məz`un dəfn olunmuşdur. Peyğəmbərin oğlu İbrahim vəfat etdikdən sonra o, oğlu İbrahimin Osmanın yanında dəfn olunmasına göstəriş verdi. O vaxtdan hamı öz yaxın adamlarının cənazəsini Bəqi`də dəfn etməyə başladı. Ərazi kolluqlardan təmizləndikdən sonra qəbilələr arasında bölüşdürüldü. Bəqi`də Ğürqəd adlı bir ağac var idi. Osman ibn Məz`un dəfn olunan zaman o ağacı kəsdilər.”
Ğürqəd Mədinə şəhərinin səhra və çöllüklərində bitir. Buradan aydın olur ki, Bəqi` münbit ərazi olmamışdır.
Əksinə, tarix imamların Bəqi`də dəfn olunduğu yeri Əqil ibn Əbu Talibin evi olduğunu təsdiq edir. İmamlardan dörd nəfərinin pak və müqəddəs cənazələri Bəni-Haşimə məxsus olan bir evdə dəfn olunub.
Səmhudi yazır:
Əbbas ibn Əbdül Müttəlib (Peyğəmbərin əmisi) Bəni-Haşim məqbərəsində, Əqilin evində, Fatimə bint Əsədin (Həzrət Əli (ə)-ın anası) yanında dəfn olunub.
Səid ibn Cübeyrdən belə nəql edilir: “O, (Səid) Peyğəmbərin oğlu İbrahimin qəbrini Məhəmməd ibn Zeyd ibn Əlinin evində (məqbərəsində) görmüşdür.
Deyliənə görə, Peyğəmbər Sə`d ibn Məazın cənazəsini Bəqi` ətrafnda olan İbn Əfləhin günbəzli evində dəfn etdi.”
Bu cümlələrdən Bəqi`nin vəqf olunmuş yer olmadığı bəlli olur. Bizim imamlarımız özlərinə məxsus olan yerdə dəfn olunublar. Vəqf bəhanəsi ilə Peyğəmbər övladlarının məzarlarını uçurmaq nə dərəcədə düzgün sayılır?
Tutaq ki, Bəqi` qəbiristanlığı vəqf olunmuşdur. Bəlkə vəqf edən böyük bir şəxsiyyətə aid qəbirlərin üzərində tikinti inşa etməyə icazə vermişdir? Əgər icazə verib-verməməsini bilmiriksə, onda mö`minin gördüyü iş düzgün olduğu üçün onu günahkar hesab edə bilmərik. Belə olan halda məqbərələri, günbəz və məscidləri viran edib uçurtmaq haram sayılır.
Qazı İbn Büləyhəd çox yaxşı bilirdi ki, “vəqf” sadəcə olaraq bir bəhanədir. Əgər bu bəhanə də olmasaydı, yenə də, bu yerləri viran edəcəkdilər. Bu onların birinci əməli deyildi. Onlar 1221-ci ildə (1801) Mədinəni ələ keçirtdikdən sonra Peyğəmbər ailəsinin tarixi abidələrini viran etdilər. Sonradan Osmanlı imperatorluğu hakimiyyəti dövründə bu yerlər tə`mir olundu.
Övliyaların qəbri kənarında məscidin tikilməsi
Övliyaların qəbri kənarında məscid tikmək düzgündürmü? Əgər düzgündürsə, onda Peyğəmbərin məsihilər və yəhudilər haqqında söylədiyi hədisin mə`nasına necə istinad etmək olar? O hədis belədir: “Allahın Rəsulu peyğəmbərlərin qəbirlərini ibadətgah seçən iki dəstəyə lə`nət göndərib. Övliyaların qəbri kənarında məscid tikmək bu hədisin ziddinə deyilmi?”
Cavab: İslamın qanunlarına diqqət yetirsək, görərik ki, övliyaların qəbri kənarında məscid tikmək heç də haram sayılmır. Allahın sevimli bəndələrinin dəfn olunduğu yerin ətrafında məscid tikməkdə məqsəd Allaha ibadət və təbərrükdən başqa bir şey ola bilməz. Bundan əlavə, belə yerlərdə məscid tikilirsə, övliyaları ziyarət edənlər ziyarətdən qabaq və yaxud ziyarətdən sonra öz vacibi ibadətlərini yerinə yetirirlər. Bir halda ki, qəbirləri ziyarət etmək, ziyarətdən qabaq, yaxud sonra namaz qılmaq haram sayılmırsa, onda vacib əməlləri yerinə yetirmək və Allaha ibadət etmək üçün övliyaların qəbri kənarında məscid tikməyin heç bir eybi yoxdur və eyni zamanda da haram deyildir.
Əshabi-Kəhfin əhvalatına nəzər saldıqda görərik ki, bu iş (övliyaların qəbri kənarında məscid tikmək) İslamdan qabaqkı dinlərdə olan qayda-qanuna uyğun bir əməldir. Qur`an bunu bizə tənqidsiz nəql edir.
O dövrün insanlarına üç yüz doqquz il keçəndən sonra Əshabi-Kəhfin əhvalatı bəlli olan zaman onlar Əshabi-Kəhfin şan-şöhrətini ucaltmaq üçün iki dəstəyə ayrıldılar.
Bir dəstə dedi: “Övliyaların məzarı üzərində tikili inşa edək. Bununla onların adlarını, nişanə və tarixlərini qoruyub saxlayaq.” Qur`an bu haqda belə buyurur: “Onların üstündə bir bina tikin” (Kəhf surəsi, 21-ci ayə).
Başqa bir dəstə dedi: “Onların qəbri üstündə (mağaranın üstündə) təbərrük üçün məscid tikək...”
İslamın təfsir alimlərinin bu ayə haqqında ümumi fikirləri belədir : Birinci dəstə müşriklər, ikinci dəstə isə Allaha ibadət edənlərdən ibarət idi. Çünki Qur`an bu haqda belə buyurur: “Bu mübahisədə qalib gələnlər “övliyaların məzarı üzərində məscid tikək” deyənlərdir”. ( Kəhf surəsi, 21-ci ayə).
Tarixdən belə mə`lum olur ki, Əshabi-Kəhfin əhvalatı tovhidin şirkə qalib gəldiyi vaxt ilə üst-üstə düşür. Müşriklərin gücü zəifləmiş və artıq xalqı bütpərəstliyə də`vət etməyə cür`ətləri yox idi. Sözsüz ki, mö`minlər qalib gəlmişdilər və onların qəbir üzərində Allaha ibadət məqsədi ilə məscid tikmələri onların Allah bəndələri olmalarını bir daha sübut etdi.
Əgər, həqiqətən, övliyaların qəbri üzərində və yaxud kənarında məscid tikmək haram sayılırsa, nəyə görə mö`minlər belə bir təklif irəli sürdülər? Nəyə görə Qur`anda du hədis nəql edilərkən, Allah mö`minləri tənqid etmir. Qur`anda bir işin tənqidsiz və e`tirazsız nəql olunması onun düzgünlüyünə, haram olmamasına dəlil deyildirmi? Allah müşriklərin əməllərindən danışırsa, mümkün deyil ki, onları tənqid etməsin. Belə sübut üsul elmində “Təqrir” adlanır. Bu iş dünyada mö`minlər arasında davam etmiş və qəbir sahibinə bir növ ehtiram əlaməti olmuşdur. Yaxşı olardı ki, vəhhabilər hədisə əsaslanmamışdan qabaq Qur`ana nəzər salıb, sonra hədisə müraciət edəydilər.
İndi isə vəhhabilərin dəlillərini araşdırırıq.
Vəhhabilər övliyaların məzarı kənarında məscid tikməyi haram edərkən nəyə əsaslanırlar?
Vəhhabilər bir neçə hədisə əsaslanmaqla övliyaların qəbri kənarında məscid tikməyi haram etmişlər. Biz bu hədisləri bir-bir araşdırırıq: Buxari “Səhih” kitabında “Yukrəhu min ittixazul-məsacidi ələl-qübur” fəslində bu haqda iki hədis nəql edir:
1) “Həsən ibn Həsən ibn Əli vəfat etdikdən sonra həyat yoldaşı onun qəbri üzərində çadır qurdu. O, bir ildən sonra bu çadırı götürdü. Bir nəfər soruşdu: “İtirdiklərini tapıblar?” Başqa bir nəfər cavab verdi: “Yox, ümidsiz olub vəziyyətlərini dəyişdilər”.
2) “Allah yəhudiləri və məsihiləri peyğəmbərlərin qəbirlərini məscid etdiklərinə görə öz rəhmətindən uzaqlaşdırdı. Ayişə deyir: Əgər Peyğəmbərin qəbrinin məscid olmasının qorxusu olmasaydı, müsəlmanlar onun qəbrini açıq yerdə (hasara alınmamış) dəfn edərdilər. Lakin qorxuram, Peyğəmbərin qəbrini məscid etsinlər”.
Müslüm ikinci hədisi “Səhih” kitabında qısa şəkildə nəql edir.
3) “Xəbərdar olun! Sizdən qabaqkılar peyğəmbərlərin və övliyaların qəbirlərini məscid etdilər. Siz heç vaxt qəbirləri məscid etməyin, mən sizi bu işdən çəkindirirəm”.
4) “Ümmi Həbibə və Ümm Sələmə (Peyğəmbərin həyat yoldaşları) Həbəşistanda hicrət zamanı peyğəmbərin (Həzrəti İsanın) təsvirini gördülər. Peyğəmbər (s) buyurdu: “Burada bir xeyirxah adam rəhmətə gedəndən sonra insanlar onun qəbri üzərində məscid tikib şəklini (rəsm əsərilə) çəkərdilər. Onlar Qiyamət günü ən pis adamlardır”.
Nəsai “Sünən” kitabında “Ətəğlizü fi ittixazis-suruci ələl-quburi” fəslində İbn Abbasdan belə nəql edir: “Allahın Rəsulu qəbirləri ziyarət edən qadınlara, qəbri məscid qərar verən şəxslərə və qəbir üzərində şam (çıraq) yandıranlara lə`nət göndərib”.
İbn Teymiyyə belə əqidələrin banisi olmuş və Məhəmməd ibn Əbdül Vəhhab həmişə onun əqidəsindən bəhrələnmişdir.
O həmişə hədisi belə təfsir edirdi: “Övliyaların məzarı kənarında məscid tikmək düzgün deyil”.
İbn Teymiyyə belə yazırdı:
“Bizim alimlərimiz qəbrin üzərində məscid tikməyə icazə vermirlər”.
Gəlin hədisi araşdıraq.
İlk növbədə həqiqi mə`nanı və əsl mətləbi başa düşmək lazımdır. Bir ayə başqa bir ayə ilə təfsir olunduğu kimi, eləcə də bir hədisi başqa bir hədis vasitəsilə təfsir etməklə şübhəni aradan qaldırmaq olar.
Vəhhabilər yalnız bir hədisə əsaslanaraq qəbrin üzərində və kənarında məscid tikməyi haram bilirlər. Onlar bütün hədislərə diqqət yetirsəydilər, Peyğəmbərin hədisdə nə səbəbə lə`nət göndərdiyini anlayardılar. Bunlar öz üzlərinə “ictihad” qapısını bağladıqlarından bir çox hədislərin mə`nasında xətaya uğraışlar. Hədislərə əsaslanmaq o zaman düzgün olar ki, onları söyləyən, rəvayət edən ravilər düzgün, imanlı adam olsunlar.
Əks halda, belə hədislərə istinad etmək olmaz. Hədislərin sənədi haqqında bəhs etmək çox vaxt aparar. Buna görə də yalnız hədisin mövzusu haqqında bəhs etməli olacağıq.
Biz hədisdən nəticə çıxarmaq üçün əvvəlcə yəhudi və məsihilərin peyğəmbərlərin məzarları kənarında gördükləri işlərdən xəbərdar olaq. Çünki əziz İslam Peyğəmbəri yəhudi və məsihilərin gördüyü işlərdən bizi çəkindirib. Əgər onların əməllərinin nəticəsindən xəbərdar olsaq, sözsüz ki, İslamda haramın həddi-hüdudu bilinəcək.
Başqa hədislərdə yəhudilər və məsihilər haqqında belə deyilir: “Onlar Peyğəmbərlərin qəbirlərini qibləgah etdilər və həqiqi qiblədən üz döndərdilər. Allaha ibadət etmək əvəzinə, peyğəmbərlərə ibadət etdilər və onları Allaha şərik sandılar.”
Əgər pak övliyaların qəbirləri kənarında məscid tikməklə müsəlmanlar oranı qibləgah edib, onlara ibadət etmirlərsə, bu hədislərdən qəbir üzərində məscid tikməyin haramlığını isbat etmək üçün istifadə edə bilmərik. Əksinə, müsəlmanlar bir olan Allaha ibadət edir və namaz qılarkən üzü Kə`bəyə (qibləyə) dayanırlar.
Övliyaların qəbri kənarında isə məscidi təbərrük kimi tikirlər.
Deməli, aydın oldu ki, qəbri qibləgah edib ölülərə ibadət etdikdə, üzərində məscid tikmək haramdır. Bundan qeyri-sürətdə isə, (məs: təbərrük kimi) bunun heç bir eybi yoxdur. Yuxarıda qeyd olunan hədisdə də elə əsas məsələ budur.
1 − Səhih Müslimin rəvayətində (dördüncü hədis) bu məsələ daha da bəlli olur. Peyğəmbərin iki həyat yoldaşı Həbəşistan kilsəsində onun şəklini gördükdə Allahın Rəsulu onlara buyurmuşdur: “Burada pak adam vəfat edərsə, onun qəbri üzərində məscid tikib şəklini həmin məscidə vurarlar”.
Onlar (məsihi və yəhudilər) qəbri qibləgah edib ibadət etdiklərinə görə övliyaların şəklini məscidə (kilsəyə) vurur və bu təsviri büt edərək ona səcdə edib ibadət edirdilər.
Bu hədisdə verilən ehtimallara görə, çox güman, belə adamlar məsihilər olub. Çünki onlar həmişə insana (Həzrəti İsaya) ibadət etməklə bütün kilsələrdə onun şəklinə və heykəlinə tə`zim ediblər. Məsihilərin bu əməllərinə görə heç vaxt övliyaların qəbri kənarında məscid tikmək haram sayılmaz. Çünki hal-hazırda belə məscidlərdə məsihilər deyil, əksinə, müsəlmanlar ibadət edirlər.
2 − Əhməd ibn Hənbəl “Müsnəd”də və imam Malik “əl-Müvəttə” kitabında yuxarıdakı hədisin ardınca Peyğəmbərdən bu kəlməni nəql edirlər: “İlahi, mənim qəbrimi ibadət olunan büt qərar vermə”.
Bu cümlədən belə aydın olur ki, onlar (məsihi və yəhudilər) məzarlara bütpərəstlər kimi səcdə edir və peyğəmbər şəklini qibləgah qərar verirdilər.
3 − Ayişə Peyğəmbərdən hədisi (ikinci hədisi) nəql etdikdən sonra deyir: “Əgər Peyğəmbərin qəbrinin səcdəgah olmaq qorxusu olmasaydı, müsəlmanlar onu (qəbrin ətrafında divar olmayan) açıq yerdə dəfn edərdilər”. İndi belə bir sual meydana çıxır ki, qəbrin ətrafında divar tikmək nələrin qarşısını ala bilər? Sözsuz ki, qəbirdən səcdəgah, qiblə və yaxud büt kimi istifadə etməyin qarşısı alınar.
Lakin, qəbrin kənarında ona sitayiş edilməzsə və qiblə tə`yin olunmazsa, namaz qılmağın heç bir maneəsi yoxdur. Müsəlmanlar on dörd əsr Peyğəmbərin (s) məzarının kənarında üzü qibləyə namaz qılmışlar.
Ümmül-mö`minin Ayişənin sözündən belə bəlli olur ki, Peyğəmbərin (s) qəbrindən məscid (səcdəgah) kimi istifadə olunmaması və gözlərə göstərilməməsi üçün qəbrin ətrafı divarla hörüldü. Bu divar hansı maneənin qarşısını ala bilər?
1) Qəbrin büt halına düşüb, insanların ibadətgahına çevrilməməsi üçün bu divar məzarın gözlərə görünməməsinə mane oldu.
2) Əgər Peyğəmbərin (s) məzarı açıq yerdə olsa idi insanların qibləgahına çevrilərdi. Gözə görünən şey Kə`bə evindən fərqli olaraq (Kə`bə bütün müsəlmanların qanuni qibləsidir) onların səcdəgahı ola bilərdi.
Məzar gözə görünməyən halda belə bir ehtimal azdır. Bu səbəbdən ümmül-mö`minin demişdir: “Qəbrə səcdə etməkdən qorxmasaydım, onu açıq yerdə dəfn edərdim.” Deməli, məzarın açıq yerdə olması nəticəsində onun qibrəyə və ya bütə çevrilməsi daha çox məntiqə uyğundur.
4) Buxari və Müslimin “Səhih” kitablarında hədisi şərh edənlərin çoxu hədisi yuxarıda dediyimiz mə`nada təfsir etmişlər.
Qəstəlani “İrşadus-sari” kitabında yazır: “Yəhudilər və məsihilər övliyaların xatirələrini qoruyub saxlamaq üçün onların şəkillərini qəbirlərinə vururdular. Bu qəbirlərin kənarında Allaha ibadət edirdilər. Sonrakı nəsillər yollarını azıb, şəkilə səcdə etdilər.”
Beyzavi təfsirindən belə nəql edirlər: “Yəhudilər və məsihilər peyğəmbərlərin məzarlarına çox ehtiram etməklə yanaşı, bunları öz qiblələri seçmişdilər. Qəbirləri büt edib onun müqabilində namaz qılırdılar. Müsəlmanlar bu işlərdən çəkindirildilər. Amma əgər bir nəfər övliyaların qəbri kənarında təbərrük üçün (onlara ibadət etmək üçün yox) namaz qırarsa, günahkar sayılmayıb bu hədisin ona aidiyyəti olmaz.”
Qəstəlanidən başqa “Sünəni-Nəsai” kitabını şərh edən əllamə Sənədi də bu mətləbə işarə edib belə yazmışdır: “Qəbir üzərində məscid tikmək haram və məkruh ola bilər. Əgər qəbri qibləgah edərlərsə, haram sayılır, əks halda məkruhdur. Çünki qibləgah qərar verməklə qəbir sahibinə ibadət olunur.”
Başqa bir yerdə deyilir: O, öz ümmətinə yəhudi və məsihilər kimi peyğəmbərlərin qəbirləri ilə rəftar etməyi qadağan edib. Çünki onlar ehtiram üçün qəbrə səcdə edib, onu qibləgah kimi qəbul edirdilər.
Müslimin “Səhih” kitabını şərh edən bu haqda deyir: “Peyğəmbər (s) istəmirdi ki, qəbri məscidə dönsün. Çünki müsəlmanlar qəbri ziyarət edərkən ifrata yol verib küfr edərdilər. Bu səbəbdən müsəlmanlar Peyğəmbərin (s) dəfn olduğu yeri, həyat yoldaşlarının və Ayişənin otağını divarla hördülər. Məzar görsənməklə müsəlmanlar ona səcdə edə bilərdilər. Ümmül-mö`minin Ayişənin də sözü buna işarədir.”
Şarih (şərh edən) deyir:
“Ayişə bu sözü deyəndə, məscidin sahəsi çox böyük deyildi. Məscidin sahəsi böyüdükcə müsəlmanlar üzü qəbrə namaz qılmamaq üçün otağı üçbucaq şəklində düzəltdilər. Çünki yəhudilər və məsihilər Allaha şərik qoşmaqla qəbirlərə ibadət edirdilər.
Bu faktlardan istifadə edib səhv hökm vermək olmaz.
Biz bütün bunlara göz yumub, bu işi başqa yolla həll edirik.
1) Məscid qəbrin üzərində tikilərsə, hədisin mə`nası buna aid ola bilər. Lakin bütün yerlərdə imamların və övliyaların hərəmləri, yə`ni dəfn olunduğu yerlər məsciddən ayrıdır.
Başqa sözlə desək, hərəm ziyarət və təvəssül etmək üçün, məscid isə Allaha ibadət edib namaz qılmaq üçündür. Belə olan halda hədisin mə`nası bu müqəddəs yerlərə aid deyil
Qəbrin kənarında məscid tikmək necə məkruh və haram sayıla bilər bir halda ki, Məscidün-Nəbi Peyğəmbərin qəbri kənarındadır. Bu məscidi indi də hamımız öz gözlərimizlə görürük.
Əgər səhabə parıldayan ulduz olub onlardan təqlid etməliyiksə, nəyə görə bu kimi işlərdə onlara təqlid etməməliyik? Onlar məscidin sahəsini böyüdərək Peyğəmbərin və Şeyxeynin qəbirlərini məscidin ortasında yerləşdirdilər. Əgər, həqiqətən, övliyaların məzarı kənarında məscid tikmək düzgün sayılmırsa, nə üçün müsəlmanlar məscidin sahəsini böyüdərkən qəbri ortada yerləşdirdilər?
Əvvəllər Peyğəmbərin qəbri məscidin şərq tərəfində yerləşirdi. Sonralar məscidin qərb tərəfi böyüdükcə Peyğəmbərin qəbrini əhatə etdi.
Vəhhabilər özlərini “sələfi” adlandırıb, keçmişdəkilərin yolunu davam etdirirlərsə, bəs niyə görə bütün əməllərdə bunu etmirlər?
Buradan mə`lum olur ki, İbn Qeyyimin “İslamda qəbirlə məscidin bir yerdə olması düz deyil” nəzəriyyəsi nə qədər əsassız və müsəlman adət-ən`ənələrinə ziddir!...
Bu hədislərdə Peyğəmbərin övliyaların məzarı üzərində məscid tikməkdən müsəlmanları çəkindirməsi bəlli olur. Lakin bu nəhyin haram olmasına heç bir sübut yoxdur. Əksinə, bu nəhy hədislərdə kərahət mə`nasına işlənib. Buxari də öz kitabında hədisləri bu ünvana yönəltmişdir: “Yukrəhu min ittixazil məsacidə ələl-qubur.” “Qəbirlərin üzərində məscid tikmək məkruhdur.”
Başqa bir cəhətdən, bu hədislərin bə`zisində qəbirləri ziyarət edən qadınlara mə`nət göndərilmişdir.
Şübhəsiz ki, bir sıra məsələlərə görə qadınların qəbirləri ziyarət etməsi məkruh sayılır (haram yox). Əgər Peyğəmbər bu dəstəni lənətləyirsə, bu işin haram olmasına dəlalət etmir. Çünki, bir çox rəvayətlərdə bə`zi məkruh əməllərə aludə olmun adamlar lə`nətlənmişdir. Lə`nətlənməkdən məqsəd məkruhluğun şiddətini və Allahın rəhmətindən çox-çox uzaq olmasını göstərir. Məsələn, hədislərdə tək səfərə çıxanlar, tək yemək yeyənlər, tək yatanlar lə`nətlənmişdir. Amma bunların heç biri haram deyildir. Bu yalnız məkruhluğun dərəcəsini bildirir.
Nəhayət xatırlamaq istəyirik ki, övliyaların məzarı üzərində məscid tikmək İslamın əvvəllərində geniş yayılmışdır.
Səmhudi deyir:
“Əli (ə)-nin anası Fatimə bint Əsəd vəfat edərkən Peyğəmbər onun bir məscidin məhəlləsində dəfn olunmasına göstəriş verdi. İndi o məscid “Fatimə qəbri” adlanır. Sonralar bu qəbir məscid şəklinə düşdü.”
Müs`əb ibn Ümeyr və Abdullah Cəhş, Həmzənin qəbri üzərində tikilmiş məsciddə dəfn olunmuşlar.
İkinci əsrdə (Hicri tarixi ilə) Həmzənin məzarı üzərində məscid var idi. Sonralar, vəhhabilərin hakimiyyəti illərində həmin məscid onlar tərəfindən uçuruldu.
Kitab və sünnə baxımından mö`minlərin məzarının ziyarət edilməsi
İslam biliciləri Qur`an ayələrinə və hədislərə əsaslanaraq övliyaların, peyğəmbərlərin qəbirlərini ziyarət etməyə icazə vermiş, üstəlik bu işin fəzilətli əməl olduğunu iddia etmişlər. Vəhhabilər məzarların əsl ziyarətini haram bilmirdilər, lakin qəbir ziyarəti üçün səfərə çıxmağı haram hesab edirlər. Biz ziyarətin mahiyyəti haqqında bəhs etdikdən sonra ziyarətə görə səfərə çıxmaq barədə də söhbət açacağıq.
Ziyarət
Qəbirləri ziyarət etməyin əxlaqi və tərbiyəvi əhəmiyyəti vardır, biz bunlardan bir neçəsinə diqqət yetiririk:
Bütün varlı və kasıbların, güclü və gücsüzlərin sükuta qərq olmuş üç parçadan ibarət ağ paltarla aram məkanda (yə`ni qəbirdə) yatanlarını müşahidə etməklə insan ürəyi lərzəyə gəlir, tamahı bu dünyadan azalır. Əgər insan bu aram məkanlara (qəbirlərə) ibrət gözü ilə baxsa, özündə çox dəyişikliklər edər və öz-özünə deyər: Altmış, yetmiş il müvəqqəti yaşayışın sonu torpaqlar altında çürüməklə nəticələnirsə, onda bu dünyada başqalarına və özünə zülm etməklə var-dövlət yığmağın heç bir faydası yoxdur.
Sükuta qərq olmuşların məkanını müşahidə etmək ən bərk ürəklərin belə yumşalmasına, qulaqların haqqı eşitməsinə, gözlərin ilahi nurunu görməsinə, insanın öz həyat tərzində dəyişikliklər etməklə Allah və onun bəndələri qarşısında ağır məs`uliyyətlərini, fərdi və ictimai vəzifələri fikirləşib yerinə yetirməsinə səbəb olur.
Əziz Peyğəmbər hədisdə buna işarə edərək buyurur: “Qəbirləri ziyarət edin, çünki bu, sizlərə başqa aləmi (axirəti) xatırladar.”
Qəbirləri ziyarət etməyin fəziləti çox aydın olduğuna görə sübuta ehtiyac yoxdur. Lakin inanmayan adamlar üçün bə`zi sübutları dəlil gətiririk.
Qur`an və qəbirlərin ziyarət edilməsi
Qur`an Peyğəmbərə münafiq cənazəsinə namaz qılmağa və qəbri kənarında oturmağa açıq-aşkar icazə vermir:
“Onlardan (münafiqlərdən) ölən heç bir kəsin namazını heç vaxt qılma, qəbrinin başında durma. Çünki onlar Allahı, Onun peyğəmbərini dandılar və fasiq olaraq öldülər.”
Bu ayədə Allah münafiqlərin şəxsiyyətini alçaltmaq və bu dəstəni tənbeh etmək üçün Peyğəmbərə belə bir göstəriş vermişdir:
1 − Münafiqlərin cənazəsinə namaz qılmaq olmaz.
2 − Onların qəbirlərinin başı üstündə durmaq qadağandır.
Bu ayədə münafiqlərə işarə olunmaqla, qeyri-münafiqlər (müsəlman və mö`minlər) haqqında bu iş bəyənilmiş və yaxşı əməllərdən sayılmışdır.
Bu ayədə “qəbrinin başında durma” kəlməsində məqsəd nədir? Tənha dəfn vaxtı münafiqin başı üstündə durmağa icazə verilirmi? Bu, mö`min və müsəlmanlara da aiddirmi? Və yaxud dəfndən sonra cənazənin başı üstə durmaq olarmı?
Bə`zi təfsir alimləri ayəni “dəfn vaxtı cənazənin başı üstə durmaq olmaz” kimi təfsir etmişlər. Lakin Bəyzavi kimi başqa təfsir alimləri bu ayəni ümumi nöqteyi-nəzərdən belə açıqlayırlar:
“Dəfn və ziyarət vaxtı qəbrin yanında durmaq düzgün deyil.” Ayənin mə`nasına diqqət yetirsək, geniş və ümumi mə`nada olduğu (dəfn və ziyarət vaxtı qəbrin başı üstə durmamağı) dərk edərik.
Çünki ayənin mə`nası iki cümlədən ibarətdir:
1. “Onlardan (münafiqlərdən) ölən heç bir kəsin namazını heç vaxt qılma...”
“Heç bir kəs” kəlməsi inkar cümləsində gəlib və hamıya aiddir.
“Heç vaxt” sözü qeyri-müəyyən zamanda işlənmişdir. Cümlənin mə`nası belədir: Münafiqlərdən heç birinin heç vaxt namazını qılma.
Bu iki kəlməyə diqqət yetirsək, görərik ki, cümlənin xüsusiliyi bildirilmir. Çünki namaz dəfndən qabaq bir dəfə vacib olur. Əgər meyit namazı nəzərdə tutulsaydı, onda “heç vaxt” kəlməsi işlənməzdi. Lakin bu kəlam bütün münafiq şəxslərə aid olduğundan yuxarıdakı nəzəriyyə (meyit namazı) tamamilə səhvdir. Çünki “heç kimə namaz” kəlməsi ümumidir, yə`ni bu ayə bütün müşriklərə aiddir. Bundan əlavə, “heç vaxt” sözü zamanın qeyri-müəyyənliyini və əbədiliyini bildirir.
Məsələn: “Sizə Peyğəmbərdən sonra onun zövcələri ilə heç bir vaxt evlənmək əsla yaraşmaz...”
Deməli, cümlənin birinci mə`nası belədir: Heç bir münafiqə namaz qılmaqla və yaxud başqa əməllə onun günahlarının bağışlanmasını istəmə.
2 − “Qəbrin başında durma...”.
Bu cümlənin özündən qabaqkı cümlə ilə bağlılığı var. Çünki, bağlayığı ilə birləşdirilmiş sözdə işlənən qeyd kəlməsi bağlayıcının özünə də aiddir.
Belə olan halda dəfn, cənazənin başı üstündə durmaq nəzərdə tutulmur. “Heç bir kəs” kəlməsi birinci surətdə bütün münafiqlərə aid olduğu kimi, zamanın əbədiliyini bildirir.
Allah Peyğəmbəri münafiqlər üçün rəhmət istəməkdən, namaz qılmaqdan, dua etməkdən, qəbirlərinin başı üstündə dayanmaqdan istər dəfndən qabaq, istər dəfndən sonra bu iki kəlmə ilə (“namaz qılma” və “qəbrin başı üstündə dayanma”) çəkindirmişdir. (Hər zaman dua etmək və qəbrin başı üstündə durmaq) ancaq mö`minlərə aiddir. Bir neçə il əvvəl vəfat etmiş mö`minin məzarı üstündə oxunan Qur`an və dua qəbul olunur. İndi isə hədis və rəvayət nöqteyi-nəzərindən qəbirləri ziyarət etməyin fəziləti haqqında məsələləri araşdıraq.
Hədislər və qəbirlərin ziyarət edilməsi
Səhih və sünnə kitabları müəlliflərinin nəql etdikləri İslami hədislərdə deyilir: Əziz İslam Peyğəmbəri bə`zi səbəblərə görə müsəlmanları qəbirləri ziyarət etməkdən çəkindirmiş, sonradan buna icazə vermişdir.
Ola bilsin, keçmişdə (İslamdan qabaq) ölənlərin çoxu müşrik və bütpərəst olduğuna görə İslam dini bütpərəstlərlə, müşriklərlə əlaqəni kəsmək üçün, məzarları ziyarət etməyi nəhy etmişdir. Daha başqa bir səbəb bu ola bilər ki, İslamı yeni qəbul etmiş müsəlmanlar qəbir üstündə əxlaq və ədəbdən uzaq sözlər daşınırdılar. İslam inkişaf etdikgə, iman nuru insanların qəlbində işıqlandıqca bu “nəhy və qadağan” aradan götürüldü.
Bu ziyarətin tərbiyəvi tərbiyəvi tə`siri olduğu üçün Peyğəmbər (s) müsəlmanları bu işə sövq etdi.
Müəlliflər səhih və sünnə kitablarında nəql edirlər:
Peyğəmbər (s) buyururdu: “Mən sizləri qəbirləri ziyarət etməkdən çəkindirmişdim. Bundan sonra qəbirləri ziyarət edin, çünki məzarları ziyarət etmək dünyanı sizin gözünüzdə alçaldar, axirəti yadınıza salar.”
Elə bu səbəbdən, Peyğəmbər insanlara qəbirləri ziyarət etməyi bildirməklə yanaşı, özü də, anasının qəbrini ziyarət edirdi. Çünki məzarı ziyarət etmək insana axirəti xatırladır. İndi bu hədisi sizə nəql edirik:
Peyğəmbər anasının qəbrini ziyarət edib ağlayırdı, ətrafında ağlayan insanlara buyurdu: anamın qəbrini ziyarət etmək üçün Allahdan icazə almışam, siz də qəbirləri ziyarət edin, bu əməllə siz Allahı yad edirsiniz.”
Ayişə deyir: “Allahın Rəsulu məzarları ziyarət etməyi icazə verdi” / Səhihi-İbn Macə, c. 1, s. 114/.
Peyğəmbər Ayişəyə qəbirləri necə ziyarət etməyi bildirib buyurdu: “Allah-taala mənə Bəqi` qəbiristanlığına gedib ölülərin günahlarının bağışlanması üçün dua etməyi göstəriş verdi.”
Ayişə dedi:
− Mən necə ziyarət etməliyəm?
Peyğəmbər (s) buyurdu:
− Bu duanı (qəbiristanlığın) mö`min və müsəlman əhlinə salam olaraq verərsən. Sonra deyərsən: “İlahi, bizim ölənlərimizə rəhmət elə. Biz də tezliklə sizlərə qovuşacağıq.”
Peyğəmbər (s)-in daha başqa kəlmələrlə qəbri ziyarət etməsi hədislərdə nəql olunub.
Qadınların qəbirləri ziyarət etməsi.
Bə`zi rəvayətlərdə Peyğəmbər (s)-in qadınların qəbri ziyarət etməsini qadağan etdiyi nəql olunur.
“Allahın Rəsulu (s) ziyarət edən qadınlara lə`nət göndərib.”
Lakin bu hədisə əsaslanmaqla ziyarəti qadınlar üçün haram etmək bir neçə səbəbdən düzgün deyil:
1. Bir çox alimlər bu çəkindirmənin məkruhluğa aid olduğunu söyləyirlər. Bu məkruhluq o dövrə aiddir.
“Miftahül-Hacət” kitabının müəllifi “Səhihi-İbn Macə” kitabının şərhində yazır: “Alimlər bu (Peyğəmbərin qadınları ziyarətdən çəkindirməsi) haqda iki nəzəriyyə irəli sürüblər:
Qadınların məzarı ziyarət etməsini Peyğəmbər (s) haram dərəcəsində buyurmuşdur, yoxsa məkruh? Lakin bir çox alimlərin əqidəsi budur ki, əgər qadın fitnə törətməzsə ziyarət edə bilər.
2. Keçən hədislərdə Ayişə Peyğəmbərin qəbirləri ziyarət etməyə icazə verdiyini nəql etmişdir. Əgər qadınlar bu hökmdən istisna olsaydı, kişilərə məxsus olduğunu qeyd edərdi. Halbuki bu hədisi nəql edən özü də qadındır. Hər bir hökm verən çox yaxşı bilir ki, hökm və təklif kimə aiddir.
3. Bə`zi hədislərdə Peyğəmbərin Ayişəyə necə ziyarət etməyi öyrətməsi nəql olunur. Ayişənin özü də Peyğəmbərdən sonra qəbirləri ziyarət edərdi.
4. Tirmizi nəql edir:
“Ayişənin qardaşı Əbdürrəhman ibn Əbu Bəkr Hübşidə vəfat etdi, onun cənazəsini Məkkə şəhərinə gətirib dəfn etdilər. Bacısı Ayişə Mədinədən Məkkəyə qayıdarkən qardaşının qəbrini ziyarət etməyə gedib, iki beyt şe`r və başqa cümlələrlə orada əzadarlıq etdi.
“Səhihi-Tirmizi” kitabını şərh edən imam Hafiz ibn əl-Ərəbi (435-ci h. ilində anadan olub, 543-cü h. ilində vəfat edib) (1015-1122) yazır: Daha doğrusu budur ki, Peyğəmbər qəbri ziyarət etməyi həm kişilərə və həm də qadınlara icazə verdi. Lakin bə`ziləri qadınların qəbir üstündə səbrsiz olduqlarına və hicaba riayət etmədiklərinə görə bu əməlin məkruh olduğunu söyləmişlər.
5. Buxari Ənəsdən belə nəql edir: “Peyğəmbər (s) əzizinin qəbri üstündə ağlayan qadın görüb buyurdu: “İmanlı və səbrli ol.”
O qadın Peyğəmbəri tanımadığı üçün dedi:
“Əl çək məndən, mənim başıma gələn müsibət sənin başına gəlməyib.”
Qadına o şəxsin Peyğəmbər olduğunu dedikdə tez əzizinin qəbrini tərk edib Peyğəmbərin evinə gəldi, ondan üzr istəyib dedi: − Məni bağışlayın, sizi tanımadım.
Peyğəmbər buyurdu:
“Müsibət vaxtı səbr etmək çox yaxşıdır.”
Əgər qəbirləri ziyarət etmək qadınlara haram olsaydı, onda Peyğəmbər (s) qadını bu işdən çəkindirərdi. Lakin o, qadına səbr etməyi məsləhət bildi.
6. Əziz Peyğəmbərin qızı Fatimə (s) hər cümə günü əmisi Həmzənin qəbrini ziyarət etməyə gedər və qəbrin kənarında namaz qılardı.
Yeddinci: Qurtubi deyir:
7. Peyğəmbər tez-tez qəbiristanlığa ziyarətə gedən qadınlara lə`nət göndərmişdir. Çünki hədisdə “ziyarət” kəlməsi çoxluq mübaliğə şəkilçisi ilə işləndiyi üçün belə fikir irəli sürmək olar. Bəlkə də, qadınların tez-tez ziyarət etməsi həyat yoldaşının haqqının tapdalanmasına, hönkürtü ilə ağlayıb dad-fəryad etdiklərinə səbəb olduğu üçün lə`nət göndərilmişdir. Əgər qadınlar belə bir nöqsana yol verməsələr, onların ziyarət etmələrinin heç bir eybi yoxdur. Çünki ölünü yad etmək kişilərə və qadınlara aidir.
8. Əgər qəbri ziyarət etməklə insan dünyadan əl çəkib axirəti yadına salırsa və bir tərəfdən də əli hər yerdən üzülmüş qara torpaqlar altında yatan cənazəyə xeyri varsa, onda nə üçün bu ələm haram olmalıdır? Müsəlmanlar qəbirləri ziyarət edərkən “Fatihə” və sair dualar oxumaqla yatan hər bir şəxsin əzizi üçün gözəl bir hədiyyədir.
İbn Macə “Səhih” kitabında nəql edir:
Peyğəmbər buyurdu: “Öz ölüləriniz üçün “Yasin” surəsini oxuyun.”
Belə olan halda ziyarət etməyə görə qadınla kişi arasında nə kimi fərq ola bilər?
Mö`minlərin qəbirlərini ziyarət etmək bizim üçün bəlli oldu. İndi görək məzhəbi şəxslərin (övliyaların, pak adamların) qəbirlərini ziyarət etməyin nə kimi xeyirli cəhətləri vardır.
Məzhəbi şəxslərin qəbirlərini ziyarət etməyin xeyirli cəhətləri
Dünyada Allaha ibadət edənlərin, xüsusən müsəlmanların diqqət və ehtiram etdikləri qəbirlərdə müqəddəs və öz dini vəzifələrini layiqincə yerinə yetirmiş adamlar dəfn olunub.
Bu adamlar aşağıdakılardan ibarətdir:
1. Mallarından, canlarından keçmiş və əziyyətlərə dözüb insanları hidayət etmək üçün Allahın elçisi olmaq kimi bir vəzifəni öz üzərlərinə götürmüş peyğəmbər və dini rəhbərlər.
2. Gecə-gündüz yuxusuz qalıb, bəşərə elm və bilik xəzinəsi bağışlayan, İlahi kitab, təbiət, dini, insani və ictimai elmləri öyrədən böyük bilicilər və tədqiqatçılar.
3. Məzlumların haqqını müdafiə edib haqqı boğanlara qarşı çıxan, insan hüquqlarını qoruyub ictimai ədaləti bərpa etməklə zalım hakimlərlə mübarizə edən adamlar,müqəddəs qanları ilə ədaləti, azadlığı və hürriyyəti ölkəyə hədiyyə edən şəhidlər.
Belə müqəddəs adamları ziyarət edib məzarları üzərində Qur`an surələri və dualar oxumaqla, şücaətləri haqqında şe`r söyləməklə xatirələrini yad edib, getdikləri şanlı yolu əbədi saxlayıb və qorumuşlar.
Müasir nəslin inkişafını düzgün yola istiqamətləndirmək üçün haqq və din yolunda fədakarlıq edən, azadlığı və müsəlmanların əqidəsini qoruyan adamların qəbirlərini ziyarət etmək onlara təşəkkür etmək deməkdir. Bununla da onların xatirəsi əbədiləşir. Zaman keçdikcə gələcək nəslin qəlbində məhəbbətləri işıqlanır. Çox gözəl olar ki, gələcək nəsil bu müqəddəs adamların xatirəsini əbədi saxlasın. Haqq yolunda canlarını qoymuş böyük məzhəbi şəxslərin xatirəsini uca tutmaq mühüm əməllərdən biridir.
Onlara sağlığında necə ehtiram olunubsa, vəfatlarından sonra da elə ehtiram olunmalıdır. Həmin adamlara məxsus tarixi abidələri qoruyub saxlamalı, doğulduğu günləri bayram, vəfat etdikləri günü isə əzadarlıq etməliyik. Onların hədəf və məqsədlərini insanlara tanıtmaq üçün böyük elmi məclislər təşkil etmək lazımdır. Dəfn olunduqları yerlərə hörmət edib qorumalıyıq. Çünki dəfn olunduqları yerə hörmət etmək onların özlərinə və əqidələrinə ehtiram etməkdir.
Bəqi` qəbiristanlığına daxil olub əziz Peyğəmbərin səhabələrinin, dini rəhbərlərin, imamların, din yolunda çalışan adamların qəbirlərini viran edilmiş halda gördükdə, insanın qəlbi riqqətə gəlir. Özlərini İslamın təbliğatçısı adlandıran vəhhabilərin daş ürəkli əməllərindən insan heyrətə gəlir. Onlar Peyğəmbərin səhabəsinin və dini rəhbərlərin adlarını minbərlərdə və söhbət əsnasında uca tuturlar. Lakin qəbirlərinə və dəfn olunduğu yerlərə gəldikdə, zərrə qədər hörmət etmirlər. Hətta, həmin ərazilərdə heyvan və həşəratların olmasına yol verməkdən belə çəkinmirlər. “Şirk” və “müşrik” kəlmələrini bəhanə gətirib, övliyalara ehtiramsızlıq edib, başqalarının da fikirlərini, dillərini, gözlərini və qulaqlarını zəncirləyib ehtiram və ziyarət etməyin qarşısını alırlar.
Bu müqəddəs qəbirləri ziyarət edənləri müşrik adlandırırlar. Vəhhabilər ilahi övliyalarla düşmənçilik etdikləri üçün övliyaların qəbirləri zayarət olunanda bərk narahat olurlar.
İndi isə əziz Peyğəmbərin məzarını ziyarət etmək haqqında islami sübutlara diqqət yetirək.
Peyğəmbərin məzarının ziyarət edilməsi
Biz burada Qur`an və hədislərdən sübutlar gətirməklə əziz oxucudan diqqətli olmasını xahiş edirik.
Qur`andan sübutlar:
Qur`an günahkarlara Peyğəmbərin yanına gəlib Allahdan bağışlanmalarını tələb etmək istəyini göstəriş verir. Çünki Peyğəmbərin duası qəbul olur.
“...Onlar (münafiqlər) özlərinə zülm etdikləri zaman dərhal sənin yanına gəlib Allahdan bağışlanmaq diləsəydilər və Peyğəmbər də onlar üçün əfv istəsəydi, əlbəttə, Allahın tövbələri qəbul edən, mərhəmətli olduğunu bilərdilər” (ən-Nisa surəsi, 64-cü ayə).
Biz bu ayəyə nəzər saldıqda bu hökmün yalnız o dövrə aid olduğunu deyə bilmərik. Belə ki, bir çox səbəblərə görə, bu ayənin bütün dövrlərə aid olduğu aydınlaşır:
1. Qur`an ayələri peyğəmbərlərin və övliyaların bərzəx aləmində həyatlarının davam etməsini söyləyir. Yə`ni onları o dünyada da eşidən, görən tanıtdırıb. Bu haqda “Müqəddəs ruhlara təvəssül etmək” fəslində bəhs edəcəyik.
2. İslam hədisləri insanların xəbərlərini mələklər vasitəsilə Xatəmun-Nəbiyyinə çatdırılmasını şəhadət verirlər. Bu hədislər “Səhih” kitablarında nəql olunub ki, əziz Peyğəmbər (s) buyurdu: “Hər kim mənə salam edərsə, Allah ruhumu mənə qaytarar və mən o salamın cavabını verərəm.”
Allahın Rəsulu buyurur: “Mənə salam verin, çünki sizin salamınız mənə gəlib çatır.”
3. İslamın əvvəllərində müsəlmanlar bu ayənin geniş və ümumi mə`nada olduğunu və Peyğəmbərin ölümü ilə məhdudlaşmadığını bilirdilər. Peyğəmbərin vəfatından sonra, fikirləri münaqişəli kəlamlarla dolaşmamış ərəblər Peyğəmbərin qəbrinə gəlib bu ayəni oxumaqla Allahdan günahlarının bağışlanması haqda Peyğəmbərdən onlar üçün dua etməsini istəyərdilər.
Təqiyyəddin Sübki “Şifaüs-siqam” kitabında və Səmhudi “Vəfaül-Vəfa” kitabında bu haqda bir neçə nümunə qeyd ediblər: Şafei şeyxlərindən olan Süfyan ibn Əkbər Ətbi adlı bir nəfərdən nəql edərək deyir: Peyğəmbərin qəbri kənarında dayanmışdım, bir nəfər ərəb gəlib dedi: “Salam olsun sənə, ey Allahın Rəsulu! Allah-taala buyurur: (sonra bu ayəni oxudu. Nisa surəsi, 64-cü ayə) Mən gəlmişəm Allahdan mənim günahlarımın bağışlanılmasını istəyəsən və mənim haqqımda şəfaət edəsən.” O, ağlayaraq iki beyt şe`r oxuyub tövbə etdikdən sonra, Peyğəmbərin məscidini tərk etdi.”
Səmhudi Həzrəti Əli (ə)-dan belə rəvayət edir: Peyğəmbərin dəfnindən üç gün keçmiş, bir ərəb gəlib qəbrin üzərinə yıxılaraq torpaqdan başına töküb dedi: “Ey Allahın Rəsulu, sən dedin, biz eşitdik. Allahdan öyrəndiyini bizə də öyrətdin. O cümlədən, Allah tərəfindən nazil olmuş bu ayəni (Nisa surəsi, 64-cü ayəni oxuyaraq) bizə öyrətdin. Mən özümə zülm etmişəm (günah etmişəm), Allahdan mənim bağışlanmağımı istə.”
Bütün bunlardan mə`lum olur ki, bu ayənin hökmü ilə, Peyğəmbərə verilən məqam təkcə sağlığındakı zamanı yox, vəfatından sonrakı zamanlara da aiddir. Bərzəx aləmində də bu məqam Peyğəmbərə məxsusdur. Çox vaxt müsəlmanlar “Peyğəmbərə ehtiram etmək” haqqında nazil olan ayələrə onun vəfatından sonra əməl edirdilər.
Həsən ibn Əlinin cənazəsini dəfn edəndə müsəlmanlardan bə`ziləri qəbrin kənarında səs-küy salırdılar. Onları sakit etmək üçün Hüseyn ibn Əli bu ayəni oxudu: “Ey iman gətirənlər! Səsinizi Peyğəmbərin səsindən artıq qaldırmayın...” (Hucurat surəsi, 2-ci ayə).
Heç kim, hətta Əməvilər belə bu ayənin və ehtiramın Peyğəmbər dövrünə aid olduğunu söyləməyiblər. Hal-hazırda vəhhabilər bu ayəni yazıb Peyğəmbərin qəbri ilə üzbəüz divara vurmuşlar. Yə`ni, ziyarət edənlər danışan zaman səslərinin tonunu yüksəltməsinlər. Bu ayədən geniş bir şəkildə istifadə etmək olar. Müsəlmanlar ziyarət məqsədi ilə Peyğəmbərin hüzuruna gəlib, bağışlanılmalarını ondan tələb edə bilərlər. İslam Peyğəmbərini ziyarət etmək bu ayənin təfsirindən bəlli olur.
Həmin ayədə iki əsas mətləbə işarə olunur:
1. Peyğəmbər vəfat etdikdən sonra onun ziyarətinə gedib, Allahın günahları bağışlamasını ondan diləmək olar. Bu haqda “İlahi övliyalara təvəssül etmək” fəslində bəhs edəcəyik.
2. Bu ayədə Peyğəmbərin qəbrini ziyarət etməyə şər`i cəhətdən icazə verildiyi aydın olur.
Ziyarətin mə`nası ziyarət edənin, ziyarət olunanın yanında və hüzurunda olması deməkdir. Peyğəmbərir məzarı kənarında dayanıb Allahdan günahlarımızın bağışlanılması üçün ondan dua etməsini istəməklə iki əməli yerinə yetirmiş oluruq.
1. Allah tərəfindən günahlarımızın bağışlanılmasını Peyğəmbərdən istəyirik.
2. Peyğəmbərin hüzurunda dayanıb onunla söhbət edirik. Bu, ziyarətin əsl həqiqi mə`nasıdır.
Başqa bir sübut.
Müxtəlif zamanlarda bu hökm haqqında müsəlmanların ümumi və yekdil fikirdə (icma) olmaları daha möhkəm və aydın bir sübutdur. Peyğəmbərin qəbrinin ziyarət edilməsi haqda bütün müsəlmanların rə`yinin müsbət olması açıq-aydın bir nümunədir. Hədis, fiqh, əxlaq, tarix və xüsusi ilə “Həcc əməlləri” kitablarına müraciət etməklə bu mətləb daha da aydın olur.
Mərhum əllamə Əmini Peyğəmbərin qəbrini ziyarət etməyin müstəhəb olması haqda qırx iki islami mənbə rəvayət etmişdir. O, “əl-Qədir” kitabının beşinci cildinin 106-129-cu səhifələrində bu mövzu haqda daha geniş mə`lumat vermişdir.
Bu barədə biz aşağıdakı kitablara müraciət etmişik.
1. “Şifaüs-siqam fi ziyarəti xəyril-ənam” kitabının müəllifi Təqiyyəddin Sübki Şafei 756-cı h. İlində (1336) vəfat etmişdir. Bu kitabda bir çox alimlərin fikri cəmləşmişdir.
2. “Vəfaül-Vəfa” kitabının müəllifi Səmhudi 011-ci h. İlində (1494) vəfat etmişdir. Bu kibatda alimlərin fikrinə görə ziyarət etməyin müstəhəb olmasını bildirmişdir.
3. “Əl-Fi-Hüd ələl-məzahibil-ərbə`ə”. Bu kitabda dörd sünni məzhəbinin alimlərinin fikir və əqidələri qələmə alınmışdır. Sünni məzhəbinin alimləri ziyarət haqqında deyirlər: “Peyğəmbərin qəbrini ziyarət etmək ən gözəl və fəzilətli əməllərdəndir. Bu barədə hədislər nəql olunub.”
İndi isə ravilərin nəql etdikləri hədislərə diqqət yetirək.
İslam hədislərində Peyğəmbərin qəbrinin ziyarət edilməsi
İslam hədislərində “ziyarət” haqqında sünni alimlərindən saysız hədis rəvayət olunduğuna görə hədislərin sənədlərinə diqqət yetirmirik. Sünni məzhəbinin böyük alimləri bütün dövrlərdə belə hədisləri öz kitablarında göstərmişlər. Yə`ni Peyğəmbərin qəbrini ziyarət etmək çox bəyənilmiş bir əməldir. Söhbət çox uzanmasın deyə, bu haqda bir neçə hədis rəvayət edirik:
1. “Abdullah ibn Ömər Peyğəmbərdən belə nəql edir: “Hər kim mənim qəbrimi ziyarət etsə, mənim şəfaətimdən faydalanar.”
Bu hədis “Əl-Fiqhü ələl-məzahibil-ərbə`ə” kitabının 1-ci cildinin 590-cı səhifəsində nəql olunmuşdur. Sünni məzhəbinin alimləri bu hədisə əsaslanaraq, fitva vermişlər. Daha geniş mə`lumat əldə etmək üçün “Vəfaül-Vəfa” kitabının 4-cü cildinin 1336-cı səhifəsinə müraciət edə bilərsiniz.
Alimlər hicri tarixinin ikinci yarısından indiyə kimi belə bir hədisi kitablarda rəvayət etmişlər. Bu da hədisin əsaslı və e`tibarlı olmasını bildirir.
Mətləbə yekun vurmaq üçün yazıçı Təqiyyəddin Əli ibn Əbdül-Kafi Sübki özünün “Şifaüs-siqam” adlı nəfis kitabında üçüncü səhifədən on birinci səhifəyə qədər bu hədis haqqında təhqiqat və araşdırmalar aparmaqla hədisin daha dəqiq və möhkəm olduğunu sübuta yetirmişdir.
2. “Hər kim ziyarət məqsədi ilə mənim yanıma gəlsə, Qiyamət günü ona şəfaət etmək, mənim vəzifəm olar.”
Bu hədisə on altı nəfər hafiz və hədis alimi öz kitabında yer vermişdir. Təqiyyəddin Sübki “Şifaüs-siqam” kitabının 3-cü və 11-ci səhifələrində hədis haqqında bəhslər aparmışdır. (Həmçinin “Vəfaül-Vəfa” kitabının 4-cü cild 1346-cı səhifəsinə müraciət edə bilərsiniz).
3. “Allahın evini (Kə`bəni) ziyarət etdikdən sonra məni ziyarət edən sağlığımda məni ziyarət etmiş sayılar.”
Bu hədisi iyirmi beş nəfər məşhur hafiz və hədis alimi öz kitablarında nəql etmişdir. Təqiyyəddin Sübki “Şifaüs-siqam” kitabının 12-ci və 16-cı səhifələrində hədisin sənədi haqqında geniş mə`lumatlar vermişdir. (Həmçinin “Vəfaül-Vəfa” kitabının 4-cü cild 1340-cı səhifəsinə müraciət edə bilərsiniz).
4. “Hər kim Allahın evini ziyarət edə və məni ziyarət etməyə, mənə zülm etmişdir.”
Bu hədisə doqquz nəfər hədis alimi öz kitablarında yer vermişdir. “Vəfaül-Vəfa” kitabının 4-cü cild 1342-ci səhifəsinə müraciət edə bilərsiniz.
5. “Hər kim məni ziyarət etsə, mən ona şəfaət edərəm.”
Bu hədisi üç nəfər hədis alimi nəql etmişdir. “Vəfaül-Vəfa” kitabı, c. 4, s.1347.
6. “Hər kim məni ölümümdən sonra ziyarət etsə, sanki məni sağlığımda ziyarət etmişdir.”
Yuxarıda qeyd olunan hədislər, Peyğəmbərin ziyarət haqda buyurduğu hədislərdən bir neçə nümunədir. Bu hədislərdə əziz İslam Peyğəmbəri insanları özünün vəfatından sonra ziyarət etməyə də`vət edir. “Əl-Qədir” kitabında bu hədislərin sayı iyirmi iki ədəd qeyd edilmişdir. Səmhudi “Vəfaül-Vəfa” kitabında (c. 4, s. 1336-dan 1348-ə qədər) on yeddi rəvayətlə hədisi nəql edib və hədisin sənədində də kifayət qədər bu barədə söhbət açmışdır. İslamın böyük şəxsiyyətlərinin ziyarətində maddi və mə`nəvi maraqlar gizləndiyinə görə əziz Peyğəmbər insanları öz qəbrinin ziyarətinə də`vət etmişdir.
Müsəlmanlar Peyğəmbərin qəbrini ziyarət etməklə yanaşı, İslam dininin mərkəzi ilə əlaqədar baş verən hadisələrlə, hədis və müxtəlif elmlərlə tanış olub dünyaya yayırlar.
Vəhhabilərin qəbirləri ziyarət etmək məqsədi ilə səfərə çıxmağın haram olması haqda sübutları
Vəhhabilər zahirdə Peyğəmbərin qəbrini ziyarət etməyə icazə verir, lakin qəbri ziyarət etmək məqsədi ilə səfərə çıxmağı haram bilirlər. Məhəmməd ibn Əbdül-Vəhhab risalə kitablarının ikincisində, “əl-hədiyyətüs-sünniyyə” risaləsində yazır:
Peyğəmbəri ziyarət etmək müstəhəbdir, məscidi ziyarət edib namaz qılmaqdan başqa, ziyarət məqsədi ilə səfərə çıxmaq isə düzgün deyil. Onlar “Səhih” kitablarında Əbu Hüreyrənin nəql etdiyi hədisə əsaslanaraq qəbri ziyarət etmək üçün səfərə çıxmağı haram bilirlər:
Peyğəmbər buyurdu: Bu üç məscidin ziyarətindən başqa səfər etmək düzgün sayılmır:
1. Mənim məscidim (Məscidün-Nəbi)
2. Məscidül-həram
3. Məscidül-Əqsa”
Bu hədis hada başqa iki oxşar variantlarda nəql olunub: “Üç məscidin ziyarəti üçün səfər etmək düzgün sayılır: 1) Kə`bə; 2) Mənin məscidim (Məscidün-Nəbi; 3) Əqsa məscidi”.
Bu hədis haqda “Səhih” kitablarında bəhs olunub və ravisi Əbu Hüreyrə olduğuna görə hədisin sənədi haqqında bəhs etmirik. Hədisin öz məzmunundan bəhs etsək, daha faydalı olar.
Peyğəmbərlərin, imamların və övliyaların ziyarəti üçün səfər etmək hədisdə qadağan olunmamışdır. Çünki hədisin mövzusu məscidlərə səfər etmək və məscidlərdən cəmisi üç məscidin istisna olması haqdadır. Lakin məqbərələr və dəfn olunan müqəddəs yerlər bu həidsin mövzusundan kənardır və hədisdə qadağan olunmamışdır.
Hədisdə bəhs olunan mövzu məsciddir və bu üç məscid istisna olduğu üçün məzar və qəbiristan və s. yerlər buna aid deyildir.
2) Əgər bütün müqəddəs yerlərə müsafirət etmək qadağan sayılırsa, bu düzgün deyil. Çünki həcc mərasimində “Ərəfat”, “Məş`ər” və “Mina” yerlərinə ziyarət üçün səfər olunur.
3) Qur`an ayələrində və hədislərdə Allah yolunda cihad etmək, elm öyrənmək və valideyni ziyarət etmək üçün edilən səfər xüsusi olaraq vurğulanmışdır.
“Hər tayfadan bir dəstə (dini elmləri öyrənmək, sonra da dindaşlarına öyrətmək üçün) qalsın ki, insanları döyüşdən qayıtdığı zaman Allahın əzabı ilə qorxutsun. Bəlkə onlar əldə etdikləri biliklər sayəsində yaramaz işlərdən, nalayiq hərəkətlərdən çəkinsinlər!”
Bu səbəbdən böyük hədis alimləri hədisi həqiqi mə`nada təfsir etmişlər. “İhyaul-ülum” kitabının müəllifi Ğəzzali deyir: “Müsafirətin başqa bir mə`nası ibadət, cihad, həcc, peyğəmbərlərin, səhabələrin və övliyaların ziyarəti üçün səfər etmək deməkdir. Hər kimin sağlığında ziyarət edilməsi təbərrük sayılırdısa, vəfatından sonra da ziyarət edilməsi təbərrük sayılır, bunun heç bir eybi yoxdur və bu hədislə heç bir ziddiyyət təşkil etmir.
Hədisin mövzusu məscid olduğuna görə və başqa məscidlər fəzilət cəhətdən bir olduğu üçün bu üç məsciddən başqa, digər məscidləri ziyarət etmək niyyətilə səfərə çıxmağa icazə verilməmişdir. Məscidlərdən başqa peyğəmbərlərin və övliyaların ziyarəti fəzilət sayılan əməllərdəndir.
Bu üç məsciddən başqa yerdə qalan bütün məscidlərə səfər etmək nəhy olunmuşdur. Burada bir mətləbi qeyd etmək istərdik: Əziz Peyğəmbər buyurur: “Bu üç məsciddən başqa yerdə qalan məscidlərə səfər etməyin.” Əlbəttə bu o demək deyil ki, başqa məscidlərə səfər etmək haram sayılır. Yə`ni başqa məscidlərin savabı bu üç məscidin savabı qədər olmadığı üçün insanın zəhməti hədər getməsin deyə, başqa məscidlərə səfər etməsə, yaxşı olar. Bütün dünyada məhəllə, qəsəbə, kənd, şəhər məscidlərinin fəziləti və savabı bərabərdir. Şəhərdə Came`məscidi ola-ola başqa bir şəhərin məscidinə səfər etməyə ehtiyac yoxdur. Əgər belə bir iş görülsə, yə`ni məscid ziyarəti üçün səfər olunsa, günah və haram iş sayılmır. Bu mətləbə “səhih” və “sünən” kitablarının müəlliflərindən nəql olunan hədisi sübut gətirə bilərik:
Səhihi-Buxaridə deyilir:
“Əziz Peyğəmbər hər şənbə günü piyada və yaxud miniklə “Quba” məscidinin ziyarətinə gedərdi. Ömərin oğlu da bu adətə əməl edərdi. Allaha görə namaz qılmaq üçün məscidlərin birinə getmək nəyə görə haram sayılsın? Əgər, məsciddə namaz qılmaq müstəhəb sayılırsa, deməli, onun müqəddiməsi də (məscidə səfər etmək) müstəhəb sayılır.
Övliyaların qəbri kənarında namaz qılıb dua oxunması
Vəhhabilərin kitablarında tənqid etdikləri məsələlərdən biri də övliyaların qəbri kənarında namaz qılıb dua oxumaq və məqbərələrində işıq yandırmaqdır. Bu məzhəbin banisi (Məhəmməd ibn Əbdül Vəhhab) “Ziyarətül-qübur” risaləsində yazır:
“Keçmiş rəhbərlərdən heç biri övliyaların məzarı kənarında namaz qılmağı müstəhəb hesab etmir. Belə yerlərdə namaz qılıb dua oxumaq başqa yerlərə nisbətən fəzilətli sayılmır. Əksinə, hamının fikri budur ki, məscidlərdə və evlərdə namaz qılmaq övliyaların qəbri kənarında namaz qılıb dua oxumaqdan fəzilətlidir.”
Mədinə alimləri suallara verdikləri cavabların birində belə deyirlər:
“Peyğəmbərlərin qəbrinə üz tutub dua etmək əsasən qadağan sayılır. Məşhur kitablarda bu əməl qadağan edilmişdir. Dua vaxtı üzü qibləyə dayanmaq fəzilətlidir.”
Zaman keçdikcə, bu əməl “qadağan” mərhələsindən “şirk” dərəcəsinə yetişmişdir. Hal-hazırda hər kim dua vaxtı üzünü Peyğəmbərin qəbrinə tərəf tutsa, “müşrik” sayılır.
Əgər məzar sahibinə namaz qılınıb, ibadət edilsə, sözsüz ki, bu əməl şirk sayılır. Lakin dünyanın heç bir yerində, heç bir müsəlman peyğəmbərlərin və övliyaların məzarı kənarında qəbri qibləgah edib, qəbir sahibinə ibadət etmir. Deməli, “şirk” məsələsi vəhhabilərin ortalığa atdıqları bir təsəvvürdür. Müsəlmanlar təbərrük e`tibarilə övliyaların məzarı kənarında ona görə dua edib namaz qılırlar ki, orada Allahın ən sevimli bəndəsi dəfn olunub. Onlar belə düşünürlər ki, Allahın sevimli bəndələrinə hüsn-rəğbət bəslədiklərinə görə əməllərinin savabı daha çox olar.
İndi gəlin, bu haqda danışaq:
Əgər pak, saleh bir şəxsin və övliyanın cənazəsi bir yerdə dəfn olunursa, o yer fəzilətli və şərafətli sayılmırmı? Əgər bu hökm Qur`anda və rəvayətlərdə təsdiq olunsa, sözsüz ki, bu qəbirlərin kənarında dua oxuyub, namaz qılmaq da müstəhəb sayılacaq. Bunun haram olması səhv fikirdir. Əksinə, başqa yerlər kimi, burada da, dua oxuyub namaz qılmağa icazə verilir. Əgər pak adamın dəfn olunduğu yer fəzilətli sayılırsa, görək bu haqda Qur`an nə buyurur:
1) “Əshabi-Kəhfin” dəfn olunduğu yer haqqında “müvəhhidlər” (Allaha inananlar) belə dedilər:
“Onların (məzarı) üstündə Allaha ibadət etmək məqsədi ilə bir məscid tikəcəyik!... / Əl-Kəhf surəsi. 21-ci ayə/
Onlar orada öz vacibi əmələrini yerinə yetirmək və namazlarını qılmaq üçün məscid tikmək istəyirdilər. Allahın sevimli bəndələri dəfn olunduğuna görə o yerin xüsusi fəziləti var idi. Müsəlmanlar çoxlu savab əldə etmək üçün bu məkandan təbərrük kimi istifadə edirdilər. Qur`an bu hadisəni nəql etdikdən sonra, bunun müqabilində sükut edir. Əgər bu əməl qadağan olunmuş və əbəs bir iş olsaydı, Qur`anda buna e`tiraz olunaraq bu iş xəta adlanardı və heç vaxt razılıq sükutu ilə, üstündən keçilməzdi.
2) Qur`an Allah evini ziyarət edənlərə “Məqami-İbrahimdə” də (İbrahimin daayndığı yer) dayanıb namaz qılmağı göstəriş verir:
“Ey möminlər! Sizə də İbrahimin durduğu yeri özünüzə namazgah edin (dedik)” /Bəqərə surəsi, 125-ci ayə/.
Bu yerdə həzrəti İbrahim (ə) dayanıb Allaha ibadət etdiyinə görə bu məkanın özünəməxsus fəziləti, şərafəti və mübarəkliyi vardır. Elə bu yerin fəzilətinə görə, müsəlmanlara orada namaz qılmaq göstəriş verilmişdir.
Əgər həzrəti İbrahimin dayandığı yer fəzilətli olunsa, bəs niyə görə şəhidlərin və övliyaların dəfn olunduğu yerlər fəzilətli sayılmır? Şübhəsiz ki, belə yerlərdə də namaz qılmağın, dua etməyin böyük bir savabı vardır.
Düzdür, bu ayə yalnız həzrəti İbrahimin (ə) haqqında nazil olub, lakin bu ayədən ümumi bir hökm kimi istifadə etmək olmazmı? Dəvaliqi imam Malik (Əhli-təsənnün, Maliki məzhəbinin rəhbəri) ilə Peyğəmbər (s) məscidində bəhs edirdi. Dəvaliqi ondan soruşdu:
− Dua edən vaxtı üzü qibləyə tərəf dayanmalıyam, yoxsa Peyğəmbərin məzarına tərəf üzümü tutub dua etməliyəm?
Malik dedi:
− Nə üçün Peyğəmbərdən üz döndərməlisən? Halbuki, Peyğəmbər Allahla sizin aranızda sənin və atan Adəmin vasitəçisidir. Əksinə, üzünü Peyğəmbərin qəbrinə tutub onu şəfi qərar ver və ondan şəfaət istə.
3 − Me`rac hədisinə müraciət etsək, bu həqiqət daha da, aydınlaşar. Me`rac hədislərində belə rəvayət olunur: “Peyğəmbər (s) “Təyyibə”, “Turi-Sina” və “Beytül-Ləhm” adlanan yerlərdə namaz qılmışdır. Cəbrayıl Peyğəmbərə dedi:
“Ey Allahın Rəsulu! Sən İsanın doğulduğu yerdə namaz qıldın.”
Bu hədisdən belə başa düşülür ki, Peyğəmbərin ayağı hara dəyirsə, o yer bizim üçün fəzilətli hesab olunur. O yerin bərəkəti də, yalnız həzrəti İsanın orada doğulduğuna görədir.
4 − “Hacər” və “İsmail” Allah yolunda səbir etdiklərinə, qəribliyə dözdüklərinə görə yüksək bir məqama nail oldular. Belə ki, onların addım atdıqları yer ibadətgah oldu. Yə`ni “Səfa” və “Mərvə” dağları arasında olan ərazi nəzərdə tutulur.
İbn Teymiyyənin şagirdi deyir:
“Əgər həqiqətən iki nəfərin çəkdikləri əziyyət və səbrə görə, qədəmlərinin yeri ibadətgah olursa və orada əzəmətli sə`y mərasimi yerinə yetirilirsə, nə üçün Peyğəmbərin çəkdiyi əziyyət və çətinliklərə görə dəfn olunduğu yer fəzilətli və şərafətli sayılmasın?”
5 − Əgər doğrudan da qəbrin kənarında namaz qılmaq düzgün sayılmırsa, bəs nəyən görə ümmül-mö`minin Ayişə bir ömür öz otağında Peyğəmbərin dəfn olunduğu yerdə namaz qılıb ibadət edirdi?
İslam ravilərinin Peyğəmbərdən (s) nəql etdikləri hədisdə deyilir: “Allah yəhudiləri və məsihiləri peyğəmbərlərin məzarlarını məscid etdiklərinə görə lə`nətləyib” (Sünəni-Nəsai, c. 4, s. 96/ Beyrut çapı/.
Vəhhabilər bu hədisə istinad edərək Allah övliyalarının qəbri kənarında namaz qılmağı haram saymışlar. Qəbri qibləgah qərar verib səcdə etmək, bunların hər ikisi batil və günah işdir. Əgər vəhhabilərin dediyi kimidirsə, nəyə görə bu hədisi nəql edən Ayişə əlli ilə yaxın öz otağında vəhhabilərin dəfn olunduğu yerdə Allaha ibadət etdi?
6 − Əgər vəhhabilərin dəfn olunduğu yerin xüsusi bir fəziləti və şərafəti yoxdursa, bəs nə üçün şeyxeyn (Əbu Bəkr və Ömər) orada dəfn olunmaqlarına israr etdilər? Nəyə görə Həsən ibn Əli (ə) pak bədənini babasının (Peyğəmbərin (s)) yanında, yox əgər düşmənlər qoymasalar, Bəqi qəbiristanlığında dəfn olunmasını vəsiyyət etdi? Bu hədisin Peyğəmbərin qəbri kənarında üzü qibləyə dayanıb namaz qılan müsəlmana heç bir aidiyyəti yoxdur.
7 − Peyğəmbərin əziz qızı həzrəti Zəhra (səlamullahu ələyha) − “Səhih” kitablarının hədisinə əsasən Fatimənin sevinci Peyğəmbərin sevinci və Allahın razılığı sayılırdı və həmçinin onun qəzəbi Allahın və Peyğəmbərin qəzəbi sayılırdı − belə bir pak qadın hər cümə günü əmisi Həmzənin ziyarətinə gedib, orada namaz qılıb ağlayırdı. Bu sübutlar və müsəlmanların əməlləri Allahın sevimli bəndələrinin dəfn olunduğu yerlərin təbərrük üçün dua edib namaz qılmağa daha fəzilətli olmasına açıq-aşkar dəlildir.
***
Fərz edək ki, bu yerlərdə namaz qılıb dua etməyin fəziləti haqqında Qur`anda və hədislərdə dəlil və sübut yoxdur. Eyni zamanda da belə müqəddəs yerlərdə ibadət etmək nəyə görə qadağan olmalıdır? Nə üçün bu müqəddəs ərazilər “İslam qanunlarına əsasən, bütün yerlər Allaha ibadət etmək üçündür.” kəlməsinə aid deyildir? Vəhhabilərin şiddətlə qadağan etdikləri əməllərdən biri də “qəbir üstündə” çıraq, şam yandırmaqdır. Bu çox da mühüm bir məsələ deyil. Çünki vəhhabilər “Sünəni-Nəsainin” İbn Abbasdan nəql etdiyi hədisə əsaslanırlar. Hədis belədir:
“Allahın Rəsulu qəbirləri ziyarət edən qadınlara, qəbrin üzərində məscid tikənlərə və qəbir üzərində çıraq və yaxud, şam yandırmaqla lə`nət göndərmişdir.” Əgər çıraq və yaxud, şam yandırmaqla insanın malı israf olunursa və yaxud başqa dindən olanlara (məsihilər) oxşatmaq üçün bu iş görülürsə, hədisin mə`nası buna aid ola bilər. Lakin Qur`an, dua oxuyub, namaz qılmaq və s. şər`i işlər üçün çıraq yandırılarsa, bunun heç bir eybi olmaz. Əksinə, bu müqəddəs yerlərdə çıraq yandırmaqla “yaxşı işlərdə və imanlı olmaqda əlbir olun.” Qur`an ayəsi açıq aşkar bir nümunədir. Belə olan halda, nə üçün bu iş haram sayılmalıdır?
Hədisi şərh edənlər bu həqiqətə işarə etmişlər. Əllamə Sənədi “Sünəni-Nəsai” kitabının haşiyəsində deyir:
“İnsanın malı zay, israf olmasın deyə çıraq yandırmaq qadağan olunub, bundan başqa bir şey onun qadağan olunmasına səbəb ola bilməz.”
İlahi övliyalara təvəssül olunması
İlahi övliyalara təvəssül etmək düyna müsəlmanlarının qəbul etdiyi məsələlərdən biridir. Həzrəti Məhəmməd (s) Peyğəmbər İslamı təbliğ etdiyi gündən bu məsələni (təvəssül) buyurduğu hədislərlə sübuta yetirmişdir. Yalnız hicri-qəməri tarixinin VІIІ əsrində İbn Teymiyyə bu əməli inkar etmişdir. İki əsr sonra isə Məhəmməd ibn Əbdül Vəhhab təvəssül etməyin əleyhinə çıxdı və bunu bid`ət , haram, övliyalara ibadət adlandırdı. Sözsüz ki, Allahdan başqasına ibadət etmək şirk və haram sayılır.
Biz başqa yerdə ibadət haqqında bəhs edəcəyik. Yalnız bir yerdə övliyalara təvəssül etmək ibadət və şirk sayılıb və bunu izah edəcəyik. Qalan yerlərdə isə, bu əməl müstəhəb və məqbul hesab olunur. Hələlik bu haqda bəhs etmirik. Əsas məsələni bilməliyik ki, ilahi övliyalara iki formada təvəssül olunur:
1 − Övliyaların özlərinə təvəssül etmək:
“Əllahummə, inni ətəvəssəlü iləykə binəbiyyikə Mühəmədin (s) ən təqziyə hacəti.”
İlahi, mən Sənə Peyğəmbərin Mühəmmədlə təvəssül edirəm ki, mənim hacətimi (istəyimi) verəsən.
2 − Onların Allah yanında olan yüksək məqamlarına təvəssül etmək:
“Əllahummə, inni ətəvəssəlü iləykə bicahi Mühəmmədin (s) və hürmətihi və həqqihi ən təqziyə hacəti.”
İlahi, Sənin yanında qədri-şərəfi, hörməti və haqqı olan Mühəmmədi (s) vasitə hesab edir və bununla Səndən hacətimi istəyirəm.
Vəhhabilərin fikrinə görə, bu təvəssüllərin hər ikisi qadağandır. Lakin İslami hədislər və müsəlman təriqətləri bu təvəssüllərin hər ikisini təsdiqləyib qəbul edirlər.
İndi hədisləri və müsəlman təriqələrinin fikrini açıqlamaqla bid`ətin (qondarma fikrin) batil olmasını sübuta yetirəcəyik. Amma ilahi övliyalara təvəssül etməyin ibadət və itaət olmasını “İbadət” bəhsində sübut edəcəyik.
Hədislər:
Hədis və tarix kitablarında ilahi övliyalara təvəssül etmək haqqında çoxlu hədislər nəql olunub.
1-ci hədis:
Osman ibn Hünəyfin hədisi:
Bir kor kişi Peyğəmbərin hüzuruna gəlib dedi:
− Allahdan istə mənə sağlamlıq (afiyət) versin.
Peyğəmbər (s) buyurdu:
− Dua edim, yoxsa səbir etmək istəyirsən? Əlbəttə, səbir etsən, daha yaxşı olar.
Kor kişi dedi:
− Dua edin.
Peyğəmbər (s) ona dəstəmaz alıb iki rük`ət namaz qıldıqdan sonra belə dua etməyi göstəriş verdi:
İlahi, mən istəyirəm ki, rəhmət Peyğəmbərin Mühəmmədin vasitəsi ilə mənə nəzər yetirəsən. Ey Mühəmməd, mən sənin vasitən ilə Allaha üz tuturam və Allahdan hacətimi istəyirəm. İlahi, onun (Peyğəmbərin) şəfaətini mənim haqqımda qəbul et.
Hədisin sənədi haqqında:
Hədisin səhih və düzgün olmasında heç bir şəkk-şübhə yoxdur. Hətta vəhhabilərin rəhbəri İbn Teymiyyə bu hədisi səhih bilir. İbn Teymiyyə deyir:
Hədisin sənədində “Əbu Cəfər”-dən məqsəd Əbu Cəfəri Xətmidir və o siqə adamdır. Müasir vəhhabi yazıçısı Rifai çox çalışır ki, təvəssül hədislərini gözdən salsın. Lakin, onun bu hədis haqqında söylədiyi fikir belədir:
Şübhəsiz ki, bu hədis düzgün və məşhur hədisdir.
Rifai “ət-Təvəssül” kitabında yazır:
Bu hədisi Nəsai, Təbərani, Tirmizi və Hakim öz kitablarında rəvayət etmişlər:
Hədisi Buxari “Tarix” kitabında, İbn Macə və Hakim öz kitablarında səhih sənədlərlə rəvayət etmiş, həmçininCəlaləddin Süyuti öz kitabında bu hədisə yer vermişdir. Yazıçı həmin hədisi aşağıdakı mənbələrdən söyləmişdir:
1 −Sünəni-İbn Macə / 1-ci cild, 441-ci s. / Nəşriyyat: Daru İhyail-kütubil-ərəbiyyə. İsa-l-Babiyyül Hələbi və şürəka./
Təhqiq: Mühəmməd Fuad Əbdül Baqi. Hədisin nömrəsi: 1385
İbn Macə bu hədis haqqında Əbu İshaqdan nəql edərək deyir:
“Bu hədis düzgündür.”
Sonra İbn Macə əlavə edərək bildirir:
“Bu hədisi Tirmizi “Əbvaib qubul əd`iyə” kitabında nəql edib və hədisin səhihliyini qəbul etmişdir.”
2 − “Müstədi-Əhməd ibn Hənbəl” 4-cü c. 138-ci s.
O bu hədisi Müsnədi-Osman ibn Hünəyfdən eşidib, öz kitabında yazmışdır.
/Nəşriyyat: Təb`ül-məktəbil-İslami/ Darus-sadir, Beyrut müəssisəsi.
3 − “Müstədrəki-Hakim”, 1-ci c. 313-cü s. hakim hədisi nəql etdikdən sonra deyir:
Bu hədis şeyxeynin (Əbu Bəkr və Ömər) nəzərinə görə düzdür. Lakin bunu heç yerdə söyləməmişlər.
4 − “Əl-Cameüs-səğir”, səh. 59 − müəllif: Süyuti. Süyuti bu hədisi Tirmizidən və Hakimdən nəql etmişdir.
5 − “Təlxisü Müstədrək” − müəllif Zəhəbi. (Vəfat etdiyi il 747 h.q.)
6 − “Ət-Tac”, 1-ci cild, 286-cı səhifə. Bu kitabda İbn Macədən başqa bütün beş Səhih kitablarının hədisləri toplanmışdır.
Elə buna görə də hədisin səhihliyinə heç bir şübhə yoxdur.
Hədisi ərəb dilini bilən hər hansı bir şəxsə versək, o da hədisdən belə bir nəticə çıxarar:
a) “Əllahummə, inni əs`əlukə və ətəvəccəhu iləykə binəbiyyikə...”
“İlahi, Səndən istəyirəm və Sənə üzümü tuturam Peyğəmbərin vasitəsi ilə...”
“Bi-Nəbiyyikə” (Peyğəmbərinə xatir) kəlməsi qabaqdakı iki kəlməyə aiddir. 1- “əs`əlukə” (Səndən istəyirəm) 2- “ətəvəccəhu iləykə” (Sənə üzümü tuturam). Açıq sözlə desək, hacətini Peyğəmbər vasitəsi ilə Allaha üz tutub istəyir. Bununla aydın olur ki, Peyğəmbərin duasını yox, onun özünü vasitə seçir. Çünki hər kim Peyğəmbərin duasına təvəssül etsə, deməli müqəddəs şəxslərə təvəssül etməyi səhih və düzgün hesab etmir. Nəticədə, müxaliflər belə fikrə gələrlər ki, Peyğəmbərin özünə yox, onun duasına təvəssül etmək düzgündür.
b) Mühəmməd (s) rəhmət Peyğəmbəridir. Allah öz yanında Peyğəmbəri ona görə vasitə qərar verir ki, Peyğəmbər Allahın ən pak və ən yaxın bəndəsidir.
v) “”Ya Mühəmməd, inni ətəvəccəhu bikə ila Rəbbi” (Ya Məhəmməd, mən sənin vasitən ilə Allaha üz tuturam) kəlməsindən aydın olur ki, Peyğəmbər burada vasitə seçilmişdir.
q) “Və şəfiəhu fiyyə” ifadəsində deyilir:
İlahi onun (Peyğəmbərin) şəfaətini mənim haqqımda qəbul et.
Bütün bu cümlələrdə əziz Peyğəmbərin şəxsiyyəti və uca məqamı vasitə qəbul edilmişdir. Vəhhabi yazıçısı “Rifai” öz yazdığı “ət-Təvəssül ilə həqiqətit-təvəssül” kitabındakı şübhələrinə yuxarıdakı cavablarla aydınlıq gətirdik. Lakin biz onun (Rifai) bütün şübhələrinə “ət-Təvəssül” kitabında cavab vermişik. Araşdırmaq istəyənlər bu kitabın 147-153-cü səhifələrinə müraciət edə bilərlər.
İkinci hədis:
Saillərin (hacət istəyənlərin) haqqında təvəssül etmək.
Ətiyyə Ufi, Əbu Səid Xüdridən nəql edir ki, Peyğəmbər buyurdu:
“Hər kim namaz qılmaq üçün evindən çölə çıxıb” bu duanı oxusa, Allahın rəhməti ilə üzləşər və min mələk onun günahlarının bağışlanmasını istəyər.
Dua belədir: /Tərcüməsi /
− İlahi, saillərin və Sənə tərəf çönən qədəmlərimin haqqına, mən riyakarlıq və xoş güzəranlıq üçün evdən çıxmamışam. Mən Sənin razılığını əldə etmək səbəbilə evdən çıxdım. Səndən istəyirəs ki, məni atəşdən saxlayasan və günahlarımı bağışlayasan. Çünki, günahları Səndən başqa heç kim bağışlamaz.
Bu hədis çox aydın şəkildə insanın Allahdan arzusunu istəyən zaman övliyaları vasitə seçməsinə şəhadət verir.
Üçüncü hədis:
Peyğəmbərin (s) haqqında təvəssül etmək:
Həzrəti Adəm (ə) Allahın sözünə əməl etmədiyi üçün behiştdən çıxarıldıqdan sonra Allahın ona öyrətdiyi kəlmələrlə tövbə etdi. Belə ki, Qur`an buyurur:
“Adəm Rəbbindən (bə`zi xüsusi) kəlmələr öyrənərək Həvva ilə birlikdə o kəlmələr vasitəsilə tövbə etdi. Doğrudan da, o (Allah) tövbələri qəbul edəndir, mərhəmətlidir.”
Təbərani “Mö`cəmüs-səğir” kitabında, Hakim Nişapuri “Müstədrəki-Sihah” kitabında, Əbu Nəim İsfəhani və Beyhəqi “Dəlailün-Nübuvvət” kitabında, İbn Əsakir Şami öz tarix kitabında, Süyuti “əd-Dürrül-mənsur” və Alusi “Ruhul-məani” kitablarında Ömər ibn Xəttabdan nəql olunan sənədə əsasən yazırlar:
Əziz Peyğəmbər (s) buyurdu:
Adəm Allahın sözünə tabe olmadıqda üzünü asimana tutub dedi:
− İlahi! Səni and Mühəmmədin haqqına, məni bağışla.
Uca olan Allah Adəmə vəhy etdi:
− Mühəmməd kimdir?
Adəm cavab verdi:
− Məni yaratdıqdan sonra gözüm ərşə yetişdi, gördüm ki, orada yazılıb: “Allahdan başqa Allah yoxdur, Mühəmməd Allahın Rəsuludur.” Öz-özümə dedim, Mühəmməd Allahın ən sevimli məxluqu olduğuna görə onun adını Öz adının yanında gətirib.
Elə bu vaxt Adəmə vəhy oldu:
“O (Mühəmməd) sənin nəslindən olan peyğəmbərlərin ən sonuncusudur. Əgər o olmasaydı, səni yaratmazdım.”
Bu hədis haqqında bizim fikrimiz
Qur`anda bizim danışığımızdan fərqli olaraq “kəlmə” sözü şəxsiyyətə və insana aiddir.
a) “Allah sənə Öz tərəfindən gələn kəlməni (İsanı) təsdiq edən, (tayfasına) ağa, nəfsinə hakim və əməlisalehlər zümrəsindən bir peyğəmbər olacaq Yəhyanın (dünyaya gələcəyi) xəbərini müjdə verir.”
Bu ayədən aydın olduğu kimi “kəlmə” sözündən məqsəd həzrəti İsadır.
b) “Ya Məryəm! Həqiqətən, Allah Öz tərəfindən bir kəlmə ilə səni müjdə verir. Onun adı Məryəm oğlu İsa əl-Məsihdir...”
“Həqiqətən, Məryəm oğlu İsa əl-Məsih ancaq Allahın peyğəmbəri və onun kəlməsidir...”
“Əgər Rəbbimin kəlmələrini yazmaq üçün dərya mürəkkəb olsaydı, dərya qurtarardı...”
“Əgər yer üzündəki bütün ağaclar qələm olsaydı, dəryaya isə yeddi dərya belə qoşulsaydı, (dəryalar mürəkkəb olsaydı) yenə də Allahın kəlmələri tükənməzdi...”
Bu ayələrə diqqət yetirsək görərik ki, “kəlmə” sözündə məqsəd həmin təvəssül olunmuş müqəddəs adamlardır.
Rəvayətlərdən bəlli olduğu kimi, bu müqəddəs şəxsiyyətlərdən yalnız Mühəmmədin (s) adı çəkilib. Elə buna görə də şiə hədislərində bu həqiqət (“kəlmə” sözünün mə`nası) iki şəkildə təfsir olunub: 1) “Kəlmə” sözü “müqəddəs insanlar” mə`nasında işlənmişdir. 2) Onların nurani oxşarlıqları nəzərdə tutulub.
Ayənin təfsiri:
Adəm ərşə baxanda bir neçə nəfərin adının yazıldığını müşahidə etdi və bu adlara təvəssül etdi. Adəmə vəhy olundu:
Bu, Allahın ən sevimli məxluqlarının adıdır. O adlar bunlardan ibarətdir:
Mühəmməd, Əli, Fatimə, Həsən və Hüseyn (ə).
Adəm tövbəsinin qəbul olunması üçün bu adlara təvəssül etmişdir.
Başqa şiə hədislərində isə, belə nəql olunur ki, Adəm bu beş müqəddəs şəxsin nurlarını ərşdə (asimanda) görmüşdür. Bu hədisdən tam xəbərdar olmaq üçün “Bürhan” təfsirinə müraciət edə bilərsiniz.
2) Tarix və hədis kitablarına müraciət etsək, görərik ki, həzrəti Adəmin (ə) Peyğəmbərə (s) təvəssül etməsində heç bir şübhə yoxdur. Çünki imam Malik Peyğəmbərin hərəmində Mənsur Dəvaliqiyə belə göstəriş verir:
“Peyğəmbər sənin və sənin atanın vasitəçisidir.”
İslam şairləri bu həqiqəti nəzmə çəkmişlər. Şe`rin məzmunu belədir:
Allah onun (Peyğəmbərin) vasitəsi ilə, Adəmin duasını qəbul etdi və Nuha gəminin içərisində nicat verdi.
Adəmin günahları elə adamların vasitəsi ilə bağışlanıb ki, onlar Allahın ən yaxın bəndələri və parıldayan ulduzlardır. “Kəşfül-irtiyab”, s. 307,308.
Dördüncü hədis:
Peyğəmbərin öz peyğəmbərliyinə və özündən qabaqkı peyğəmbərlərə təvəssül etməsi.
“Əsədin qızı Fatimə (Həzrət Əlinin (ə) anası) vəfat etdikdən sonra Allahın Rəsulu onun başı üstünə gəlib buyurdu:
“Ey mənə anamdan sonra analıq edən, Allah sənə rəhmət eləsin!” Sonra Üsaməni, Əbu Əyyubu, Ömər ibn Xəttabı və qulamını çağırıb, onlara qəbrin hazırlanmasını göstəriş verdi. Qəbir hazır olandan sonra Peyğəmbər qəbrin içində çiyni üstə uzanıb belə dua etdi:
“Ey öldürən və dirildən, əbədi diri olan Allah! Səni Peyğəmbərinin və məndən qabaqkı peyğəmbərlərin haqqında and verirəm. Əsədin qızı Fatiməni bağışla və yerini geniş elə.”
“Xülasətül-kəlam” kitabının müəllifi deyir:
“Bu hədisin düzgün olduğunu Təbərani “Mö`cəmül-kəbir” və “əl-Övsət” kitabında, həmçinin İbn Həbban və Hakim nəql edərək təsdiq edirlər.” Seyyid Əhməd Zeyni-Dəhlan “əd-Dürərüs-sünniyyə fir-rəddi ələl-vəhabiyyə” kitabında yazır:
“B hədisi tanınmış mühəddis İbn Əbi Şəybə Cabirdən, İbn Əbdül Bərr Abbasdan və Əbu Nəim Ənəsdən rəvayət etmişlər. Bu sənədlərin hamısını Cəlaləddin Süyuti “Came`i-kəbir” kitabında yazmışdır.”
Yazıçı bu hədisi yazılmış şəkildə iki kitabdan istifadə edərək söyləmişdir:
1) Hilyətül-Övliya / müəllif: Əbu Nəim İsfəhani / c. 3, s. 121.
2) Vəfaül-Vəfa / müəllif: Səmhudi / c. 3, s. 899.
Beşinci hədis:
Peyğəmbərin özünə təvəssül etmək.
İslam hədislərindən bə`ziləri nəql edirlər:
“Bir bədəvi ərəb Peyğəmbərin yanına gəlib dedi:
− Biz sənin yanına gəlmişik, nə nərildəyən dəvəmiz, nə də ağlayan uşağımız var.
Sonra bir şe`r oxudu. Şe`rin məzmunu belədir:
− Biz sənin yanına bir halda gəlmişik ki, atların sinəsindən qan axır, analar uşaqlarından ayrılmışlar. Yeməyə bir şeyimiz yoxdur. Ancaq aclıq illərində yeyilən acı atlardan istifadə edirik.
Bizim sənə pənah gətirməkdə başqa çarəmiz yoxdur. İnsanların peyğəmbərlərdən başqa kimə sığınacağı ola bilər? Sonra Peyğəmbər əllərini qaldırıb yağış yağmaq üçün Allaha dua etdi. Daha sonra Əli (ə) qalxıb bu məzmunda qəsidə oxudu:
Sənə görə buludlardan yağış damcılanır. Sən yetimlərin, çarəsizlərin və dul qadınların (imkansız) sığınacaq və pənah apardıqları adamsan. Haşim övladlarından kimin çətinliyi olsa, onun (Peyğəmbərin) yanına gələr. Onlar onun yanında ne`mətə çatarlar.
Peyğəmbər buyurdu:
− Çox gözəl. Mənim ürəyimdən keçənləri sən oxudun.
Sonra Əli (ə) qəsidədən bir neçə beyt oxudu.
Peyğəmbər minbərə qalxıb Əbu Talibə dua etdi. Sonra Bəni-Kinanə qəbiləsindən bir nəfər qalxıb bir neçə beyt qəsidə dedi. Məzmunu belədir:
“Ey Allah! Yalnız sənə ibadət etmək olar. Sənin Peyğəmbərinin vasitəsi ilə doyduq. Susuzluğumuz yatdı.”
Bu rəvayət üçün çoxlu sənədlər rəvayət olunmuşdur. Lakin yazıçı aşağıdakı sənədlərdən nəql edib:
a) “Ümdətül-qari fi şərhi hədisil-Buxari”, c. 7, s. 31/müəlif: Bədrəddik Məhəmməd ibn Əhməd əl-Eyn/.
b) Nəhcül-Bəlağənin şərhi / İbn Əbil Hədid/, c. 14, s. 80.
s) ”Sireyi Hələbi”, c. 3, s. 263.
d) “Əl-Hüccətü ələz-zahib ila təkfiri Əbi Talib” /müəllif: Şəmsəddin Əbi Əli Fəxxar ibn Məəd. 630-cu ildə (1210) vəfat edib/. Nəcəf. s. 79
e) “Sireyi Zeyni Dəhlan” sireyi Hələbinin Haşiyəsində. C. 1, s. 81.
Altıncı hədis:
Peyğəmbərlərin ehtiramına təvəssül etmək.
Səvad ibn Tarib Peyğəmbərə təvəssül etmək üçün belə bir qəsidə söyləmişdir:
“Şəhadət verirəm ki, Allahdan başqa Allah yoxdur. Sən bütün hisslərdən gizlinsən. Sən başqa peyğəmbərlərdən daha çox Allaha yaxın olan vasitəsən. Ey əzizlərin və pakların övladı! Sənə vəhy olanları bizə öyrət. Ey peyğəmbərlərin ən yaxşısı! Düzdür, sənin göstərişlərinə əməl etmək başın ağarmasına səbəb ola bilər. O yerdə ki, şəfaət edənlərin şəfaəti xurmanın dənəsi qədər Səvad ibn Taribə kömək etməyəcək, sən mənə şəfaət edərsən. (Yə`ni, sənin şəfaətin mənim haqqımda qəbul olunacaq).
Bura qədər “təvəssül” haqqında əhli-sünnənin hədis və tarix kitablarından bə`zi hədisləri nəql etdik. Şiə hədislərində “müqəddəs adamlara təvəssül etmək” bir çox dualarda gəldiyinə görə hamıya bəllidir.
Bundan əlavə, görəsən, biz İslam qanunlarını “İbn Teymiyyədən” və “Məhəmməd ibn Əbdül Vəhhab”dan öyrənməliyik, yoxsa “Səqəleyn” hədisinin hökmünə əsasən Peyğəmbərin pak Əhli-beytindən və Qur`andan?
İndi isə biz “Səhifeyi-Ələviyyə” həzrəti İmam Hüseynin (ə) Ərəfə günündə oxuduğu dua və yaxud “Səhifeye-Səccadiyyə” kimi dua kitablarından yalnız duanın bir hissəsini söyləməklə kifayətlənirik:
Yeddinci hədis:
Həzrət imam Hüseyn (ə) “Ərəfə duasında” deyir:
“İlahi, belə bir günü (Ərəfə gününü) uca tutub mənə vacib etmisən. Sənə üzümü tutub Peyğəmbərin Mühəmməd (s)-a and verirəm.
“Təvəssül” müsəlmanların həyatında
Müsəlmanlar Peyğəmbərin zamanında və ondan sonra həmişə ilahi övliyaların özlərinə və məqamlarına təvəssül etmişlər. Biz onların bir neçəsini nümunə olaraq burada qeyd edirik:
1− İbn Əsir İzzəddin Əli ibn Məhəmməd ibn Məhəmməd ibn Əbdül Kərim / Hicri 630-cu (1210) ildə vəfat edib/ “Əsədül-ğabə fi mə`rifətis-səhabə” kitabında yazır:
“Bir il yağış yağmadı və hər yerdə quraqlıq oldu. Ömər yağış yağmaq üçün Abbası vasitə seçib dua etdi. Allah Onun (Abbasın) vasitəsi ilə yağış yağdırdı, hər yer yaşıllaşdı.
Ömər insanlara üz tutub dedi:
− And olsun Allaha, Abbasın Allah yanında uca məqamı olduğuna görə biz onu vasitə seçdik.”
Həssan ibn Sabit onun haqqında belə bir şe`r söyləmişdir.
“Quraqlıq olan ili ikinci xəlifə (Ömər) yağış yağmaq üçün dua etdi.
Elə bu vaxt göylərin buludu Abbasın vasitəsi ilə müsəlmanların susuzluğunu yatırdı. Abbas Peyğəmbərin əmisi olduğuna görə Peyğəmbərin bu uca məqamı irsi olaraq onda da mövcud idi. Allah onun vasitəsi ilə bütün torpaqları diriltdi və hər yer yağış suyu ilə islandı.
İnsanlar təbərrük üçün Abbasın bədəninə əl çəkir və deyirdilər:
− Əhsən sənə, ey iki hərəmin saqisi !”
Bu tarixi hadisənin bin hissəsi “Səhihi-Buxari” kitabında rəvayət olunub. Vasitə qərar verməyin bir növü də, möhtərəm şəxslərə təvəssül etməkdir. Belə şəxslər Allaha yaxın olduqları üçün onlara da təvəssül oluna bilər.
2− Qəstəlani Əhməd ibn Məhəmməd ibn Əbu Bəkr (923-cü ildə (1503) vəfat edib) “əl-Məvahibül-lədiniyyə bil-mənhil-Mühəmmədiyyə fi sirətin-nəbəviyyə” (Misir çapı) kitabında yazır:
“Ömər yağış yağmaq üçün Abbası vasitə qərar verib dua edərkən dedi:
− Ey camaat! Peyğəmbər Abbasa ata gözü ilə baxırdı. Siz də ona itaət edib onu Allah yanında vasitə seçin.”
Bu əməl təvəssülü haram edənlərin sözlərini batil edir.
3− Mənsun Peyğəmbəri necə ziyarət etməyi Mədinənin tanınmış alimi Malikdən soruşdu:
Ç− Üzü qibrəyə dayanım, yoxsa üzümü Peyğəmbərin məzarına tutub due edim?
Malik ona belə cavab derdi:
− Nəyə görə ondan (Peyğəmbərdən) üz çevirirsən? O, Qiyamət günü sənin və atan Adəmin (əleyhissəlam) Allah yanında vasitəçisi olacaq. Üzünü ona (Peyğəmbərin məzarına) tutub ondan şəfaət istə. Allah onların şəfaətini qəbul edər.
4− İbn Hacər Heysəmi “əs-Səvaiqül-mühriqə” adlı kitabında (mərhum Qazı Nurullah bu kitabı “əs-Səvaimül-mühriqə” adı ilə tənqid edibdir) Şafeidən bu şe`ri nəql edir:
“Allahın hüzurunda Peyğəmbər ailəsini vasitə qərar verir və onların vasitəsi ilə əməllər kitabçamın sağ əlimə verilməsinə ümid edirəm.”
Bu sübutlara əsaslanaraq peyğəmbərləri və müqəddəs şəxsləri Allahın hüzurunda vasitə seçmək olar. Çünki Qur`anda bizlərə buna əməl etməyə göstəriş verilir:
“Ey iman gətirənlər! Allahdan qorxun, Ona (Onun rəhmətinə və lütfünə qovuşmaq üçün) vasitə ilə yaxınlaşın...”
Yol axtarıb, vasitə tapmaq təkcə vacib əməlləri yerinə yetirib, haramdan çəkinmək deyil. Müstəhəbbi əməllərdə də, xüsusən peyğəmbərlərə təvəssül etmək vasitə sayılır. Ola bilərmi ki, İslamda hədis hifz edən mühəddis, hökm verən müfti və müctəhid ləqəbi ilə tanınmış bütün alimlər “vasitə” sözünün mə`nasında xətaya uğrasınlar? Sözüs ki, bu qeyri-mümkündür.
O şəxslər ki, bu cür sübutlara və şəhidlərə əhəmiyyət verməyib hədis və ayələri başqa formada aydınlaşdırmaq istəyirlər, onlar qabaqcadan fikir yürüdənlərdir. Buna görə də onlar bu sübutlardan faydalanmalıdırlar. Səhihi-Buxaridə tarixi hadisəni söyləməklə onların inadkarlığı və öz tələsik fikirlərinə əsaslanmaları sizlərə bəlli olacaq. Siz vəhhabilərin fanatizm pərdəsi altında necə əyriliklərə uğradıqlarının şahidi olacaqsınız. Biz bunlara daha ətraflı cavabı “Təvəssül” kitabında / səh. 135-140/ sermişik.
5− Buxari “Səhih” kitabında nəql edir:
“Quraqlıq ilində yağış yağmaq üçün Ömər ibn Xəttab Əbbas ibn Əbdül-Müttəlibi vasitə seçib dedi:
− İlahi! Biz əvvəllər Sənin Peyğəmbərini vasitə qərar verirdik və rəhmətini bizə nazil edirdin. İndi isə, Peyğəmbərin əmisini vasitə qərar veririk. Sən öz rəhmətini bizə göndər. −Elə bu vaxt yağış yağmağa başladı və hamı sirab oldu.” Bu hədisin səhih və düzgünlüyünə heç bir söz ola bilməz. Hətta təvəssül haqqında rəvayət olunmuş müxtəlif hədisləri inkar edən Rəfai də bu hədisin düzgünlüyünü e`tiraf edərək deyir:
“Bu hədis səhih və düzgündür...” Əgər, hədisin əsas mə`nası müqəddəs adamlara təvəssül etməkdirsə, biz bunu başa düşüb ona əməl edən qabaqcıl adamlardanıq. Yuxarıdakı cümlələrə diqqət yetirsək, Xəlifənin Abbasa təvəssül etdiyinin və xüsusi ilə Allaha and verdiyinin şahidi olarıq:
“And olsun Allaha! Allahın dərgahında Abbas bizim vasitəçimizdir. Onun Allah yanında məqamı ucadır.” Bu cümlədən bəlli olur ki, xəlifə Abbasın məqamına və pak şəxsiyyətinə təvəssül etmişdir. Şəmsəddin Əbu Abdullah Məhəmməd ibn ən-Noman Maliki / 683-cü ildə (1263) vəfat edib / “Misbahüz-zilam fil-müstəcisinə bixəyril-ənam” kitabında Ömərin Abbasa necə təvəssül etdiyini belə nəql edir:
“İlahi! Sənin Peyğəmbərinin əmisini vasitə seçib səndən yağış istəyikik. Onun İslam yolunda ağarmış saqqalını Allah yanında şəfi` (şəfaət edən) qərar veririk...”
Abbas ibn Ütbə bu hadisəni şe`rdə nəzmə çəkərək deyir:
“Ömər gün batan vaxtı əmim Abbasın saqqalına təvəssül etdi. Onun bərəkətinə görə Hicaz əhli sudan doymuş oldu. (Quraqlıqdan nicat tapdı).”
Həmçinin Həssan ibn Sabit bu hadisəni şe`rdə təmsil edərək deyir:
“Buludlar Abbasın üzünün nuruna görə yeri sirab etdilər.”
İbn Həcər Əsqəlani “Fəthul-Bari fi-şərhi hədisil-Buxari” kitabında yazır:
“Abbas dua edərkən belə dedi: “İlahi! Peyğəmbərlə qohum olduğuma görə, müsəlmanlar mənə üz tutublar.”
Əziz oxucu, əgər diqqət yetirsəniz, belə bir fikir irəli sürərsiniz: Burada məqsəd və hədəf Abbasın məqamına və şəxsiyyətinə təvəssül etməkdir. Necə ki, qədimdə demişlər: “Hökmü bir sifənə bağlı etsək, sifətin hökmə aid olduğunu yox, əksinə, hökmün səbəbini bildirər.”
Əgər Qur`an ...”Anaların yeməyi və geyimi öz qüvvəsi dairəsində (uşağın) atasının üzərinə düşür...” − deyə buyurulsa, bu ayədə hökmün səbəbi bilinir. Çünki qadınlar kişilər üçün uşaq doğduqlarına görə qadınların rifahını tə`min etməlidirlər. Əgər bir alimə hörmət ediriksə, bu onun elminə və biliyinə görədir.
Əgər Ömər “İlahi! Mən Sənin hüzurunda Peyğəmbərin əmisini vasitə qərar verirəm” − deyə dua edirsə, deməli Abbasa təvəssül etməyin səbəbini bildirir. Belə ki, bu barədə Abbas özü deyir:
“Mənim Peyğəmbərlə qohum olduğuma görə.”
Bu sübutlara diqqət yetirməklə İslamın əvvəlində müsəlmanların pak və müqəddəs adamlara təvəssül etmələri bəlli olur.
6− Peyğəmbərin əzadarlığında Səfiyyənin söylədiyi şe`r Peyğəmbərin bibisi, Əbdül Müttəlibin qızı Səfiyyə Həzrətin vəfatı zamanı şe`r söylədi. Bu şe`rin iki beyti belədir:
“Ey əziz Peyğəmbər! Sən bizim ümidimizsən. Sən çox yaxşı adamsan və heç vaxt zülm etməmisən. Sən bizə yaxşılıq və mehribanlıq etmisən. Ey bizim Peyğəmbərimiz! Bu tayfada hamısı ağlayır və göz yaşı tökür.” Tarix alimləri peyğəmbərin səhabəsi hüzurunda oxunan bu şe`ri kitablarda qeyd etmişlər. Həmin şe`rdən bir neçə mətləbi açıqlamaq üçün istifadə etmək olar:
1) Ruhlarla, necə deyərlər, Peyğəmbərin vəfatından sonra, onunla danışmağın heç bir eybi yoxdur. Vəhhabilər isə buna zidd çıxaraq bu cür danışmağı və əməli şirk adlandırırlar.
2) “Ey Peyğəmbər, sən bizim ümidimizsən” şe`rindəki bu cümlə Peyğəmbərin sağlığına və vəfatından sonrakı zamanlara da aiddir. Yə`ni onun vəfatından sonra da bizimlə əlaqəsi kəsilməyib.
Burada sünni məzhəbinin böyük alimlərinin Peyğəmbərə təvəssül etmək haqqında yazdıqları bir neçə cümləyə işarə edirik. Bu kitabları oxumaqla əmin olmaq olar ki, vəhhabilərin fikirlərinin ziddinə olaraq təvəssül etmək müsəlmanlar arasında düzgün və səhih bir əməl sayılır.
1− İbn Cəuzinin (597-ci (1177) ildə vəfat edib) “əl-Vəfaü fi fəzailil-Mustafa” kitabında qeyd etdiyi “Peyğəmbərə təvəssül etmək” və “Peyğəmbərin qəbrindən şəfa istəmək” adlı fəsillər.
2− Şəmsəddin Məhəmməd ibn No`man Maliki (673-cü ildə (1253) vəfat edib) “Misbahüz-zilam fil-müstəcisinə bixəyrül-ənam” kitabında, həmçinin Seyyid Nurəddin Səmhudi “Vəfaül-Vəfa” kitabında “Peyğəmbərə təvəssül etmək” adlı başlıqla yazılar dərc etmişdir.
3− İbn Davud Maliki Şazili “əl-Bəyan vəl-ixtisar” kitabında çətinlik zamanı alim və övliyaların Peyğəmbərə təvəssül etmələri haqqında mə`lumat vermişdir.
4− Təqiyyəddin Sübki (756-cı ildə (1336) vəfat edib) “Şifaüs-siqam” adlı kitabında 120-133-cü səhifələrdə təvəssül haqqında mə`lumat verib.
5− Seyyid Nurəddin Səmhudi ( 911-ci ildə (1491) vəfat edib) “Vəfaül-Vəfa li əxbari-darül-Mustafa”. 2-ci cild, 413-419-cu səhifələr.
6− Əbdül Abbas Qəstəlani ( 932-ci ildə (1512) vəfat edib) “Əl-Məvahibül-lədüniyyə” kitabı.
7− Əbu Abdullah Zərqani Misri Maliki (1122-ci ildə (1702) vəfat edib) “əl-Məvahibül lədüniyyə” kitabının şərhi. 8-ci cild. 317-ci səh.
8− Xalidi-Bəğdadi (1299-cu ildə (1879) vəfat edib) “Sülhül-Əxvan” kitabı.
Bundan əlavə, o, Seyyid Mahmud Alusi Bəğdadiyə cavab olaraq, “Peyğəmbərə təvəssül” mövzusunda kitab yazmışdır. Kitab 1306-cı ildə (1886) çap olunub.
9− Ədəvi Həmzavi (1303-cü ildə (1883) vəfat edib) “Kənzül-mətalib” kitabı, 198-ci səh.
10− İzami Şafei Qəzai “Furqanul-Qur`an” kitabı, 140 səhifəlik. Bu kitab “əl-Əsmaü vəs-sifat” kitabı ilə birlikdə çap olunmuşdur.
Bu kitablara müraciət etməklə bə`zi alimlərin həqiqəti olduğu kimi yazdıqlarının şahidi oluruq. Həmin kitabların arasında “Sülhül-Əxvan” və “Furqanul-Qur`an” kitabı əsas yer tutur. Mə`lum olur ki, müsəlmanlar bütün dövrlərdə Peyğəmbərə təvəssül etmişlər. Beləliklə, dərin məntiqi köklərə əsaslanaraq yazılmış belə kitablar İbn Teymiyyə və onun davamçılarının əqidələrinin batil və puç olduğunu isbat edir.
Allah-taala Qur`anda buyurur:
“Ey iman gətirənlər! Allahdan qorxun, Ona (Onun rəhmətinə və lütfünə qovuşmaq üçün) yol axtarın (vasitə seçin), (Allah) yolunda cihad edin ki, bəlkə nicat tapasınız! /Maidə surəsi, 35-ci ayə/.
Bu ayədə, ümumi olaraq, “vasitə axtarın” buyurulur. Lakin vasitənin nə olduğu bu ayələrdə açıqlanmayıbdır. Sözsüz ki, dini vəzifələri və vacibi əməlləri yerinə yetirmək nicat tapmaq deməkdir, amma vasitə bu kimi əməllərə aid deyil. Əksinə, ilahi övliyalara və peyğəmbərlərə təvəssül edənlərin tarixinə nəzər salsaq, bu kimi vasitələrin nicat yolu olduğunun şahidi olarıq. Bu mətləb imam Malikin nəql etdiyi kimi ikinci xəlifənin Peyğəmbərin əmisinə təvəssül etməsi ilə daha da bəlli olur.
Övliyaların matəm və mövludlarını qeyd etmək bid`ət sayılırmı?
Vəhhabilər ilahi övliyaların matəm və mövludlarını qeyd etməyi haram sayırlar. Sanki dini rəhbərlər və ilahi övliyalarla düşmən olduqlarına görə onların mövlud və matəm məclislərini qeyd etməyi qadağan etmişlər. “Ənsarüs-sünnətil-Mühəmmədiyyə” cəmiyyətinin sədri Mühəmməd Hamid Fəqi “əl-Fəthul-Məcid” kitabının haşiyəsində yazır:
“Övliyaların matəm və mövludlarını məclis kimi qeyd etmək onlara ibadət sayılır.”
Vəhhabilərin əsas səhvləri budur ki, “şirk”, “tovhid” və xüsusi ilə “ibadət” kimi kəlmələr üçün ölçü və qanun tə`yin etməyiblər. Elə buna görə də bu kimi məclisləri qeyd etməyi ibadət sayırlar.
Müşahidə etdiyiniz kimi, o, (Mühəmməd Hamid Fəqi) ibadət və ehtiramın bir əməl olduğunu təsəvvür edir.
Biz gələn bəhslərdə ibadətin mə`nası haqqında bəhs edəcəyik və İlahi övliyalara ehtiram etməyin ibadət olmadığını da sübuta yetirəcəyik. Hamıya mə`lum olduğu kimi, Qur`an bir qrup peyğəmbər və övliya haqqında gözəl ibarələrlə və fəsahətlə söz açır:
“Onlar (peyğəmbərlər) xeyirli işlər görməyə tələsər (yaxşı əməllər etməkdə bir-birini ötməyə çalışar), ümid və qorxu ilə (rəhmətimizə ümid bəsləyib əzabımızdan qorxaraq) bizə ibadət edərdilər. Onlar bizə müt`i idilər.”
İndi bu kimi peyğəmbər və övliyaların adına təşkil olunmuş məclislərdə birinin bu ayənin məzmunu ilə onları yad etməsi günahmı sayılır? Və yaxud, bu əməllə Qur`an ayəsinin ziddinəmi hərəkət edir? Allah-taala Əhli-beyt haqqında belə buyurur:
“Onlar öz iştahları çəkdiyi (özləri yemək istədikdəri) halda (və ya Allah rizasını qazanmaq uğrunda) yeməyi yoxsula, yetimə və əsirə yedirərlər” /İnsan surəsi, 8-ci ayə/.
Əmirəlmö`minin Əli (ə)-ın yolunu davam edənlər onun mövlud günündə cəm olaraq həzrət Əlini tə`rif edib −”Əli Allah rizası üçün öz yeməyini miskinə, yetimə və əsirə verərdi” −deməklə məgər ona ibadətmi olunurdu?
Əgər Peyğəmbərin mövlud günündə onun şə`ninə nazil olmuş ayələr oxunursa, şe`rlər və qəsidələr deyilirsə, bu iş harammı sayılır?
Onlar (vəhhabilər) peyğəmbərlərin və ilahi övliyaların düşmənləri sayılır. Bid`ət qoymaqla bu əməllərin qarşısını alırlar.
Vəhhabilər dad-fəryad edərək bu əməli ibadət hesab edirlər:
“Bu məclislər “məzhəb” adı ilə qurulduğuna və İslama aid edildiyinə görə görək, bunu İslam dini təsdiq edirmi? Əgər İslam bu əməli təsdiq etməsə, bid`ət və haram sayılır.”
Bu şübhənin cavabı Qur`anda açıq-aşkar bəlli olur. Çünki Qur`anda bizlərə Peyğəmbərə hörmət etmək əmr olunub. Bu ayələrə əsasən belə məclislər ancaq və ancaq ehtiram və tarixi əsərləri qoruyub saxlamaq üçün təşkil olunur.
Qur`anın və Peyğəmbərin təsdiq etmədikləri ümumi və xüsusi əməllər bid`ət adlanır. Dünyada bütün millətlər arasında bu mərasimlər yalnız ehtiram üçün təşkil olunur. Quru əqidəli vəhhabilərdən başqa, bütün müsəlmanlar belə mərasimləri qeyd edirlər. Əgər bu əməl bid`ət sayılırsa və İslam qayda-qanunları ilə uyğunlaşmırsa, sözsüz ki, İslam biliciləri buna e`tiraz edərdilər. Lakin alimlər İslam peyğəmbərinin mövludunda ayələr, hədislər və şe`rlər oxumaqla belə məclisləri daha da əzəmətli edirlər.
Bu mərasimlərin qeyd olunması haqda Qur`andan gətirilən dəlil-sübutlar
Birinci sübut:
Qur`an Peyğəmbərə hörmət edənləri tə`rif edir:
“Ona (O Peyğəmbərə) iman gətirən, hörmət edən, yardım göstərən və onunla (Onun peyğəmbərliyi sayəsində) endirilmiş nurun (Qur`anın) ardınca gedənlər − məhz onlar nicat tapanlardır” /Ə`raf surəsi, 157-ci ayə/.
Ayədə − 1) iman gətirən, 2) hörmət edən, 3) yardım göstərən, 4) nurun ardınca gedən − kəlmələri işlənmişdir.
Bu kəlmələrin mə`nası yalnız Peyğəmbərin yaşadığı zamanamı aiddir? Sözsüz ki, yox. Əgər bu üç kəlmə (iman gətirmək − kömək etmək − nurun ardınca getmək) üçün belə bir fikir irəli sürmək olmazsa, deməli “ehtiram edin” kəlməsi də təkcə Peyğəmbərin zamanına aid ola bilməz. Çünki bu əziz rəhbərə (Peyğəmbərə) həmişə ehtiram olunmalıdır.
Məgər, bə`sət (həzrəti Mühəmmədin (s) peyğəmbərliyə seçildiyi gün) və mövlud (viladət) günlərində məclis təşkil edib nitq söyləmək və şe`r oxumaq ehtiram sayılmırmı? Çox təəccüblüdür! Vəhhabilərin özləri əmirlərin, rəislərin və vəzifəli adamların müqabilində tə`zim və ehtiram edib adi bir bəşərə o qədər yüksək qiymət verirlər ki, bu ehtiramın heç yüzdə birini Peyğəmbərə, onun minbərinə və mehrabına etmir. Hələ bu azmış kimi, bunu haram bid`ət və İslama zidd bir əməl kimi qələmə verirlər. Nəticədə isə İslamı bütün dünya millətlərinə quru, duyğusuz və biganə bir din kimi tanıtdırırlar. İslamı öz rəhbərlərinə ehtiram etməyən, bəşəri özünə cəlb etməyən din kimi təbliğ edirlər.
İkinci sübut:
Vəhhabilər Allah yolunda şəhid olanlar üçün əza məclisi təşkil etməklə müxalifdirlərsə, onda Həzrəti Yə`qubun əhvalatına nə kimi bəhanə gətirə bilərlər?
Əgər bu böyük peyğəmbər (Yə`qub) vəhhabilər arasında yaşasaydı, onun haqqında necə hökm verərdilər?
O, gecə-gündüz Yusifdən ayrı düşdüyünə görə ağlayır və hər kimi görürdüsə oğlunu ondan xəbər alırdı. Qəm-qüssədən o qədər ağladı ki, gözləri kor olmuşdu.
Yə`qub xəstələnməklə və kor olmaqla oğlu Yusifi yaddan çıxarmadı. Əksinə, oğlu ilə görüşəcəyinə inandıqca qəlbi daha da şö`lələnir və uzaqdan-uzağa Yusifin iyini hiss edirdi.
Nəyə görə həyatda belə bir məhəbbət və mehribanlıq düzgün və həqiqi tovhid sayılır, lakin onun ölümündən sonra insanın qəlbi daha da kədərli olmasına baxmayaraq belə müqəddəs adamları yad etmək haram və şirk sayılır? İndi əgər, bizim zəmanənin Yə`qubları hər il övladları Yusiflərin il dönümünə yığışmaqla onları yad edirlərsə və belə adamların əxlaqi və pak xüsusiyyətlərindən söhbət açırlarsa, onlara ibadətmi etmiş olurlar?
Üçüncü sübut:
Əhli-beyt və yaxınlara mehribanlıq edib onları dost tutmaq, sözsüz ki, İslamın vacib əməllərindən biridir. Qur`an açıq-aydın bizi bu əmələ də`vət edir. On dörd əsrdən sonra bir nəfər bu məzhəbi fərizəyə əməl etmək istəsə, nə etməlidir? Məgər onların şad günlərində şad olmaq və qəmli günlərində qəmgin olmaq günahmı sayılır?
Öz qəlbini şad etmək üçün məclis təşkil edib, bu məclisdə onların fədakarlığından, məzlumluğundan və hüquqlarının tapdalanmasından söhbət açmaq Əhli-beytə mehribanlıq sayılmırmı?
Vəhhabilər isə deyirlər:
“Məhəbbət və mehribanlıq sinələrdə və ürəklərdə həbs olunmalıdır və heç kim bu mehribanlığı açıq-aşkar izhar edə bilməz.”
Peyğəmbərin zamanında və ondan sonrakı vaxtlarda, müxtəlif mədəniyyətə və adət-ən`ənələrə sahib olan millətlər və tayfalar İslama üz tuturdular. Və şəhadət verməklə onların İslamı qəbul olunurdu. Peyğəmbər və ondan sonrakı rəhbərlərin heç biri təftiş komissiyası yaratmaqla bu millətlərin adət-ən`ənələrini məhv etməyiblər.
Böyüklər üçün hörmət edib, məclis təşkil etmək bütün qərb və şərq millətlərinin adət-ən`ənələridir. Hal-hazırda həm qərbdə, həm də şərqdə mumiyalanmış cəsədləri və dəfn olunmuş rəhbərləri ziyarət etmək üçün saatlarla növbələr olur.
Heç vaxt müşahidə olunmayıb ki, Peyğəmbər adət-ən`ənələri araşdırdıqdan sonra onların İslamını qəbul etməsin. Əksinə, onların verdiyi şəhadətlə kifayətlənirdi. Bu əməllər heç də haram və şirk sayılmır.
Dördüncü sübut:
Həzrəti İsa (ə) böyük Allahdan səmavi süfrə istəyir və bu süfrənin nazil olan günün bayram tə`yin edir.
“Məryəm oğlu İsa dedi: Ya Allah, ey bizim Rəbbimiz! Bizə göydən bir süfrə nazil et ki, o bizim həm birincimiz, həm də axırıncımız (həm bizim, həm də bizdən sonra gələnlər) üçün bir bayram və Səndən (Sənin qüdrətindən) bir mö`cüzə olsun. Bizə ruzi ver ki, Sən ruzi verənlərin ən yaxşısısan!”
Məgər əziz Peyğəmbərin dəyəri Həzrəti İsaya nazil olan süfrədən azdırmı? Həzrəti İsa bu süfrənin İlahi nişanə olduğu üçün nazil olduğu gününü bayram kimi qeyd edir. Məgər Peyğəmbər Allahın ən böyük nişanəsi sayılmırmı? Vay olsun o kəslərə ki, qarın doyurmaq üçün süfrənin nazil olduğu günü bayram kimi qeyd edir, amma Qur`anın nazil olmasını və insanları təkamülə hidayət edən Peyğəmbərin bə`sətini bayram etmirlər.
Beşinci sübut:
“Sənin ad-sanını ucaltmadıqmı?!”
Peyğəmbərin mövludunu bayram kimi qeyd etmək, onun ad-sanını ucaltmaq. Məgər Qur`an ayələri bizim üçün nümunə deyildirmi?
Övliyaların tarixi abidələrinə təbərrük etmək və şəfaət istəmək
Vəhhabilər övliyaların tarixi abidələrinə təbərrük etməyi şirk hesab edirlər. Peyğəmbərin minbərini və mehrabını öpən hər bir şəxsi müşrik adlandırırlar. Onlar Peyğəmbərə mehribanlıq nəticəsində onun minbərini və mehrabını öpürlər. Belə olan halda vəhhabilər Yusifin köynəyi barədə nə deyə bilərlər?
“Yusif dedi: Bu köynəyimi götürüb aparın, atamın üzünə sürtün, o, (yenidən) görməyə başlayar.”
Yə`qub Peyğəmbər köynəyi üzünə sürtən kimi, onun gözləri açılır.
“Muştuluqçu gəlib köynəyi (“Yə`qubun) üzünə sürtən kimi, onun gözləri açıldı.”
Əgər Yə`qub peyğəmbər vəhhabilərin gözü önündə bu işi görsəydi, onunla necə rəftar edərdilər? Günahdan və xətadan pak olan Peyğəmbərin əməlini görəsən, necə qələmə verərdilər?
İndi əgər bir nəfər müsəlman Peyğəmbərin qəbrini, məqbərəsini və yaxud imamların qəbrini ehtiram üçün öpüb, təbərrük edərək bu əməldə Yə`qub peyğəmbərdən itaət edirsə, nəyə görə belə bir şəxs lə`nətlənib kafir hesab olunmalıdır?
Peyğəmbərin həyatı və tarixi ilə yaxından maraqlanan adamlar Peyğəmbərin həyatında səhabələrin onun dəstəmaz suyuna təbərrük etmələrini daha yaxşı bilirlər. Bu haqda Səhih kitablarının ən mö`təbər kitabı sayılan “Səhiheyn” (Səhihi-Buxari və Səhihi-Müslim) kitablarına müraciət etməklə kifayətlənirik:
1− Buxari “Hüdeybiyyə sülhü”nün əhvalatında belə yazır”Peyğəmbər (s) dəstəmaz alan zaman səhabələr suyun damcılarının yerə düşməməsi üçün bir-birini qabaqlayırdılar.”
2− Buxari “Xatəmün-nübüvvət” fəslində Saib ibn Yeziddən nəql edərək, deyir:
“Xalam məni Peyğəmbərin yanına aparıb − “Bacım oğlu xəstədir” −deyərək Peyğəmbərə müraciət etdi. Peyğəmbər dəstəmaz aldı və Allahdan mənim üçün uğur istədi. Peyğəmbər dəstəmaz alarkən mən dəstəmaz suyundan içdim.
3− Buxari “Sifatün-nəbi” fəslində Vəhb ibn Abdullahdan nəql edir:
“Müsəlmanlar Peyğəmbərin əlini tutub üzlərinə sürtürdülər. Mən də o Həzrətin əlini tutub üzümə sürtdüm. Onun əli çox ətirli idi.”
4− Buxari “Sifatün-nəbi” fəslində nəql edir:
“Peyğəmbər Əbtəhdə (çöl adı) çadırın içində dəstəmaz alırdı. Bilal çadırdan çıxıb camaatı namaza də`vət etdi. Çadırın içinə daxil olub Peyğəmbərin dəstəmaz aldığı suyu bayıra gətirdi. Müsəlmanlar təbərrük üçün bu suya hücum etdilər.”
5− Müslim öz Səhihində Ənəsdən belə nəql edir:
“Peyğəmbər öz saçını azaldan zaman səhabələr onun ətrafına toplaşırdılar. Peyğəmbərin tükünün hər biri əshabın əlində idi.” Bu hədislər səhabənin Peyğəmbərə olan məhəbbətini göstərən bir nümunə idi. Onların Peyğəmbərə, onun tarixi abidələrinə təbərrük etmələrini danışsaq, özü-özündə müstəqil bir kitab alınar. Siz “Səhihi-Buxari” kitabının axırlarında “Cihad”, həmçinin “Peyğəmbərin qəbri, əsası, qılıncı, qabı, möhrü, üzüyü, tükü və kəfəni” fəsillərinə müraciət etsəniz, bu nümunələrin açıq-aşkar şahidi olarsınız.
Bu hədislər vəhhabilərin mədəniyyətlərinin və əqidələrinin əsassız olduğunu sübut edir. Peyğəmbərin qəbrini təbərrük üçün ziyarət edən müsəlmanları vəhhabilər vurmaqla əziyyət edirlər. Peyğəmbərin sağlığında və əsrində yayılan bu əməlin qarşısını almaq istəyirlər. O müqəddəs cənabın tarixi abidələrinə təbərrük etməyin qarşısını almaq vəhhabilərin əsas şüarlarından biridir. Vəhhabilərin Səudi dövləti bunun qarşısını almaq üçün, Peyğəmbərin məzarı kənarında “yaxşılığa də`vət edən və pislikdən çəkindirən” libası geyinmiş mə`murlar qoymuşlar. Onlar rəhmsiz və əsəbi halda ziyarət edənlərlə rəftar edirdilər. Çox vaxt bu əziyyətlər nəticəsində bə`zi müsəlmanların qanları tökülür, ziyarətçilərə mə`nəvi və cismani cəhətdən əziyyətlər olunur. Vəhhabilərə görə, qəbri öpüb qəbir sahibinə hörmət etmək “ibadət və haram” sayılır. Bu biçarələr İslam maarifindən uzaq düşdüklərinə görə cənazəyə olunan hər bir hörməti “ibadət” hesab edirlər. Biz gələn fəsildə ibadəti dəqiq və açıq-aşkar tə`rif edəcəyik. İslamın əvvəlində müsəlmanların rəftar və əməllərindən xəbərdar olsaq, daha yaxşı olar:
1− Peyğəmbərin əziz qızı atası vəfat etdikdən sonra onun qəbri üstünə gəlib bir ovuc torpaq götürdü, üzünə sürtüb ağlayaraq bu iki beyt şe`ri dedi:
“Nə qədər insan sağdır, daha yaxşı olar ki, bahalı ətirləri iyləmək əvəzinə Əhmədin qəbrinin torpağını iyləsin. Mənim başıma gələn müsibətlər əgər işıqlı və gündüzlü günlərin başına gəlsəydi, əbədi olaraq qaranlığa qərq olardılar.”
2− Əziz səhabələrdən sayılan Bilal bə`zi səbəblərə görə, Mədinəni tərk edib Şam (Suriya) şəhəri ətrafında sərhədləri qoruyurdu. Bir gün yuxuda görür ki, Peyğəmbər ona buyurur:
“Ey Bilal! Bu nə zülmdür. Məgər bizi ziyarət etməyin vaxtı çatmayıbdırmı?”
Bilal həyəcanla yuxudan oyanır və öz miniyinə minib Mədinəyə yola düşür. Peyğəmbərin qəbri kənarına gəlir, üzünü qəbrin torpağına qoyub ağlamağa başlayır. Həsən və Hüseyni orada görüb onları öpür.
3− Əmirəlmö`minin Əli (ə) buyurur:
“Peyğəmbərin dəfnindən üç gün keçmişdi. Bir bədəvi ərəb gəlib özünü Peyğəmbərin qəbri üstünə yıxaraq, torpağı baş-gözünə töküb dedi:
− Ey Allahın Peyğəmbəri! Sən söylədiklərini biz eşitdik. Allahdan öyrəndiyin haqq yolunu bizə öyrətdin. Allahın sənə nazil etdiyi ayələrdən biri də bu ayədir:
“Onlar özlərinə zülm etdikləri zaman dərhal sənin yanına gəlib Allahdan bağışlanmaq diləsəydilər” /Nisa surəsi, 64/.
Mən özümə zülm etmişəm. Mənim üçün Allahdan bağışlanmağımı istə.” O ərəb qəflətən belə bir səs eşitdi:
“Sənin günahların bağışlandı.”
Bu hadisəni bir çox tarix yazanlar nəql ediblər: Səmhudi “Vəfaül-Vəfa” kitabı, c. 2, s. 612; Şeyx Davud Xalidi (1299/ 1879-cu ildə vəfat edib) “Sülhül-Əxvan” kitabında.
4− Hakim öz “Müstədrək”ində belə nəql edir:
Mərvan ibn Həkəm məscidə daxil olarkən bir nəfər kişinin üzünü qəbrin üstünə qoyduğunu görür. Mərvan onun boynundan tutub deyir:
− Sən bilirsən nə edirsən?
O kişi başını qaldıranda Əbu Əyyub Ənsari olduğu mə`lum olur. Əbu Əyyub Ənsari deyir:
− Mən daşın yanına gəlməmişəm, Peyğəmbərin yanına gəlmişəm. Amma ey Mərvan, Peyğəmbərdən eşitdim ki, buyurur:
“Dinə Allahın saleh bəndələri rəhbərlik etsələr, ağlamayın. Əgər zalımlar rəhbərlik etsələr, onda ağlayın (yə`ni sən və Əməvi sülalən )
Bu hədislər Peyğəmbərin qəbrinə təbərrük etməyin tarixi kökü olduğunu isbat edir. Yə`ni Peyğəmbərin əziz səhabələri həmişə onun şərafətli qəbrinə təbərrük etmişlər. Yalnız təkcə Mərvan ibn Həkəmlərdi ki, həmişə bu işin qarşısını alıblar. Bu haqda, o qədər tarixi hadisələr vardır ki, hamısını söyləməklə söz uzanar. Daha çox mə`lumat almaq istəyənlər “Təbərrük-səhabə” və “əl-Ğədir” kitabının c. 5. 146-156-cı səhifələrinə müraciət edə bilərlər. Axırda bir məsələni xatırlatmaq istəyirəm:
Bütün bu tarixi hadisələr heç vaxt yalan və əsassız ola bilməz. Əgər yalan və əsassız olduğunu belə fərz etsək, yenə də bizim sözümüz doğrudur. Çünki əgər belə işlər haram və şirk sayılırsa, heç vaxt yalançı tarix yazanlar bu kimi hadisələri İslami şəxsiyyətlərə aid etməzdilər. Çünki yalançılar o zaman yalan danışırlar ki, cəmiyyət bu yalanı qəbul etsin. Heç vaxt şirk, bid`ət və haram olan əməlləri övliyalara və saleh bəndələrə aid etməzdilər. Əks halda, camaatın müqaviməti və mübarizəsi ilə üzləşə bilərdilər. Nəticədə atdıqları ox daşa dəyərdi və öz hədəflərinə çatmazdılar.
İbadət və itaətdə tovhid /Vəhhabilərin bəhanəsi/
Bütün dövrlərdə səmavi peyğəmbərlərin də`vəti bir olan Allaha ibadət etmək olmuşdur. Yə`ni bütün insanlar Allaha ibadət etməli, başqa mövcudlara və məxluqlara ibadət etməkdən çəkinməlidirlər.
Bir olan Allaha ibadət etmək və ikiliyə ibadət etməyin zəncirini sındırmaq səmavi göstərişlərin əsasını təşkil etmiş və bütün ilahi peyğəmbərlərin başlıca məqsədi olmuşdur. Peyğəmbərlər sırf şirklə, xüsusi ilə də ibadətdə olan şirk ilə mübarizə aparmışlar.
Qur`an bu həqiqəti açıq-aşkar xatırladır:
“Biz hər ümmətə: − Allaha ibadət edin, Tağundan çəkinin! −deyə peyğəmbər göndərmişik.”
“(Ya Mühəmməd!) Səndən əvvəl elə bir peyğəmbər göndərmədik ki, Ona: “Məndən başqa heç bir tanrı yoxdur. Buna görə də, yalnız mənə ibadət edin!”− deyə vəhy etməyək .”
Bir olan Allaha ibadət etmək bütün şəriətlərdə ən başlıca məqsəddir:
“(Ya Mühəmməd!) Söylə: “Ey kitab əhli, sizinlə bizim aramızda eyni olan (fərqi olmayan) bir kəlməyə tərəf gəlin! (o kəlmə budur:) Allahdan başqasına ibadət etməyək. Ona şərik qoşmayaq və Allahı qoyub bir-birimizi (özümüzə) Rəbb qəbul etməyək...”
İbadətdə tovhid əsl və möhkəm sütunlardan biridir və heç bir müsəlman bunun ziddinə çıxmayıbdır. Bütün tayfaların bu haqda nəzəri birdir. “Mö`təzilə” dəstəsi “fe`ldə tovhid”-i, “əşairə” dəstəsi isə “sifətdə tövhid”-i qəbul etməmələrinə baxmayaraq, bunlar hamısı ibadətdə tovhidi qəbul edirlər. Heç bir müsəlman bunu inkar edə bilməz. Əgər, bu haqda müsəlmanlar arasında ixtilaf varsa, bunlar hamısı ibadətin növlərinə aiddir. Yə`ni hər hansı bir əməlin ibadət olub-olmamasında ixtilaf vardır. Allahdan başqasına ibadət etmək haram və şirkdir. Buna görə də gərək biz ibadətin leksik (lüğəvi) və Qur`anda olan mə`nasını işıqlandıraq.
Daha açıq desək, ibadətdə tovhid xüsusi bir dəstəyə aid ediləsi bir əməl deyildir. Əksinə, bütün müsəlmanların nəzərində bir əməl sayılır. Lakin bə`zi əməlləri bir qrup ibadət adlandırırlar. Başqa müsəlmanların nəzərində isə bu əməllər ibadət sayılmır. Buna görə də, gərək ibadətə məntiqi cəhətdən tə`rif verməklə əhatə dairəsini müəyyənləşdirək.
İbadətin leksik mə`nası və onun geniş tə`rifi
“İbadət” ərəb sözü olub, sitayiş etmək deməkdir. İbadətin mə`nasına məntiqi cəhətdən tə`rif vermək mümkün olmamasına baxmayaraq, sitayiş sözünün mə`nası bizim hamımıza aydındır.
Biz yer və göyün nə olduğunu başa düşdüyümüz bir halda ona tə`rif verə bilmirik. Lakin onların adları çəkilən zaman ani olaraq yer və göy gözlərimiz önündə canlanır.
İbadət və sitayiş sözləri də yer və asiman kəlmələrinə oxşayır, yə`ni onlara məntiqi cəhətdən tə`rif verə bilməsək də, mə`nalarını dərk edə bilirik. Həqiqi aşiq öz mə`şuqunun qapısını, divarını öpüb onun paltarını və köynəyini sinəsi üstünə qoyursa və yaxud onun ölümündən sonra qəbrini öpürsə, heç bir millət və məzhəbi aşiqin mə`şuqa qarşı bu rəftarını sitayiş və ibadət adlandırmır.
Dünyanın böyük rəhbərlərinin mumiyalanmış cəsədlərinin ziyarətinə gəlib, cəsədləri qarşısında bir neçə dəqiqə sükut edib onları yad etmək ibadət sayılmır. Burada bir çox oyanmış vicdanlara hakim ibadət və ehtiramın mə`nasını ayırd etmək istərdik. Əgər “ibadət”ə məntiqi cəhətdən tə`rif vermək istəyiriksə, ona üç formada tə`rif vermək olar. Bu tə`riflərin üçü də bir hədəfi açıqlayır. Ən əvvəl vəhhabilərin ibadət üçün söylədikləri tə`rifin iki nöqsanını xatırladırıq.
İbadətin iki nöqsanı:
a) İbadət kölgələnmək və özünü kiçiltmək mə`nasında: Lüğət kitablarında “ibadət” sözü özünü kiçiltmək və təvazökarlıq mə`nasında təfsir olunub.
Lüğət alimlərinin bu təfsiri “ibadət” kəlməsinin səhih və düzgün mə`nasını izah edə bilməz. Çünki:
1− Əgər ibadət kəlməsi özünü kiçiltmək və təvazökarlıq mə`nasında olsa, heç kimi müvəhhid ( təkallahlı) adlandırmaq olmaz. Bəşər fitrətən maddi və mə`nəvi cəhətdən məqamları yüksək olan insanların müqabilində təvazökarlıq edir. Məsələn, tələbənin müəllimə, övladın ata-anaya və yaxud aşiqin mə`şuqa qarşı təvazökarlığı və s. kimi.
2− Qur`an valideyn müqabilində təvazökarlıq etmək üçün övladlara belə göstəriş verir.
“Onların hər ikisinə acıyaraq mərhəmət qanadının altına alıb: “Ey Rəbbim! Onlar məni körpəliyimdən (nəvazişlə) tərbiyə edib bəslədikləri kimi, Sən də onlara rəhm et!” −de.”
Əgər təvazökarlıq ibadət sayılırsa, onda gərək valideynə itaət edən təvazökar övladlar müşrik, valideynin üzünə ağ olanlar “təkallahlı” kimi tanınsınlar.
) Sonsuz təvazökarlıq.
Bə`zi təfsir biliciləri lüğət alimlərinin səhv və nöqsanlarını görüb onların səhvlərini düzəltmək üçün bu kəlmələri başqa variantda təfsir ediblər:
“Mehribanlıq və məhəbbət üzündən sonsuz həddə təvazökarlıq etmək ibadət sayılır. Bu təfsirlə əvvəlki təfsir arasında heç bir fərq yoxdur. Çünki Allah mələklərə Adəm qarşısında səcdə etməyi göstəriş verir:
“Biz mələklərə: “Adəmə səcdə edin”− dedikdə İblisdən başqa (hamısı) səcdə etdi.”
Bir məxluq qarşısında səcdə etmək sonu olmayan təvazökarlığın bir nümunəsidir. Vəhhabilərin batil fikirləri düz olsa, onda gərək mələkləri müşrik, şeytanı isə “təkallahlı” kimi qəbul edək.
Yə`qubun övladları, hətta onun özü və həyat yoldaşı Yusif qarşısında səcdə etdilər:
“Onların hamısı (ata-ana və on bir qardaşı) (hörmət əlaməti olaraq) ona (Yusifə) tə`zim edib əyildilər. Yusif dedi: “Atacan! Bu, əvvəl gördüyüm yuxunun yozumudur. Rəbbim onu (yuxunu) həqiqətə çevirdi.”
Qur`an Yusifin uşaqlıqda gördüyü yuxunu nəql edərək buyurur:
“Bir zaman Yusif atasına demişdi: “Atacan! Mən (yuxuda) on bir ulduz və Günəşlə Ayı gördüm. Gördüm ki, onlar mənə səcdə (tə`zim) edirlər.”
Bütün müsəlmanlar təkallahlıların rəhbəri olan əziz İslam Peyğəmbərinin ardıcılları olaraq “Həcərül-Əsvədi” (Kə`bə evinin bir bucağında behiştdən göndərilmiş Qara daş) öpürlər və bu daşa əl sürtürlər, yə`ni bütpərəstlərin əməllərinə oxşar bir iş görürlər. Bununla belə, bütpərəstlərin gördüyü iş şirk, müsəlmanların gördüyü iş isə həqiqi tovhid sayılır.
İbadəti yalnız təvazökarlıq adlandırmaq olmaz. Əksinə, təvazökarlıq ibadətin bir ünsürüdür və bu, ibadətin əsasını təşkil etmir. Təvazökarlıq və özünü kiçiltmək gərək əqidə ilə birlikdə olsun. Belə olan halda, bu, əqidə sayılır. Əgər xüsusi bir əqidə olmadan təvazökarlıq olunsa, ibadət sayılmır.
İbadətin düzgün tə`rifi
Birinci tə`rif: Allaha qarşı əqidə ilə təvazökar və kiçiklik halında yerinə yetirilən əməl və yaxud deyilən nitq və ya sözə ibadət deyilir.
İndi görək ilahiyyat nə deməkdir? İlahiyyat “allahlıq” mə`nasında olub, “ilahi” isə Allah deməkdir. Əgər “ilah” kəlməsi mə`bud kimi təfsir olunursa, bu o deməkdir ki, mə`bud ilahın əsl həqiqi mə`nasını daşıyır. Əksinə, həqiqi və qondarma “ilahlara” bütün dünya millətləri arasında ibadət olunduğuna görə “ilah” kəlməsi mə`bud təsəvvür olunmuşdur. Əslində isə, mə`budluq “ilahın” lazımlı şərtlərindən biridir.
Daha açıq desək, ilah kəlməsinin açıq mə`nası Allah deməkdir, yə`ni həmin “La ilahə illəllah” ixlas ifadəsidir.
Əgər ilah sözü burada mə`bud mə`nasında işlənsə idi, ixlas ifadəsi öz həqiqi mə`nasını itirəcəkdi. Çünki mə`lum olduğu kimi, bu dünyada Allahdan başqa minlərlə mə`bud var. Bu mətləbin həqiqətini ayələrlə araşdırsaq, görərik ki, ibadət əqidə ilə Allaha doğru əməl və rəftara deyilir. Və belə bir əqidə ilə başqa mövcudlara ibadət olunmamalıdır. Qur`an Allaha ibadət etməyi göstəriş verməklə yanaşı, Allahdan başqa ilah olmadığını da sübut edir:
“Ey bəndələrim! Allaha ibadət edin. Sizin Ondan başqa heç bir tanrınız yoxdur” / Ə`raf surəsi, 59-cu ayə/.
Bu ayənin məzmunu Qur`anda bir çox yerlərdə işlənmişdir. Əziz oxucular! Ə`raf surəsinin 58, 65, 73; Hud surəsinin 5, 61, 84; Ənbiya surəsinin 25; Mö`minun surəsinin 23, 32 və Taha surəsinin 14-cü ayələrinə müraciət edə bilərsiniz.
Bu ayələr əqidə ilə Allaha doğru təvazökarlığın ibadət olduğunu açıqlayır. Başqa ayələr də bu həqiqəti isbat edir:
“Onlara: “Allahdan başqa heç bir tanrı yoxdur” deyildiyi zaman təkəbbür göstərirdilər” /Saffat surəsi, 35-ci ayə/.
Yə`ni müşrik və kafirlər Qur`anın bu sözünə əhəmiyyət vermirdilər və başqa mövcüd olan ilahilərin ilahlığına inanırdılar. “Yoxsa onların Allahdan başqa bir tanrısı vardır? Allah bunların Ona qoşduqları şəriklərdən tamamilə uzaqdır!”
Ayədə insanların Allahdan başqasını qəbul etdikləri üçün bu əməl şirk sayılır. “O kəslər ki, Allaha başqa tanrı şərik qoşdular! Onlar (başlarına gələcək müsibəti, düçar olacaqları əzabı, bütün dəb əməllərinin aqibətini) biləcəklər.”
“Onlar Allahla yanaşı, başqa bir tanrıya ibadət etməz...”
Müşriklər öz bütlərinə əqidə bağladıqlarına görə bu kimi ayələr nazil olmuşdur. “(Müşriklər Qiyamət günü) onlar üçün şəfaət diləsinlər (yaxud Allahın əzabını onlardan dəf etsinlər) deyə, Allahdan başqa tanrılar qəbul etdilər.”
“Məgər siz Allahla yanaşı başqa tanrılar olduğuna şahidlik edirsiniz?”
“Xatırla ki, bir zaman İbrahim atası Azərə demişdi: “Sən bütləri tanrılarmı qəbul edirsən?”
Bu kimi ayələrdə bütpərəstlərin öz mə`budlarına ilah dedikləri üçün bunun şirk olduğu hamıya bəlli olur. Bütlər Allahın məxluqu olduğu halda bunlara ibadət edirdilər. Qur`an bu haqda buyurur: “Bu, ona görədir ki, yalnız Allah çağırıldığı zaman inkar edir, Ona şərik qoşulduqda isə inanırdınız. İndi isə hökm uca, böyük olan Allahındır.” Mərhum Ayətullah şeyx Məhəmməd Cavad Bəlaği “Alair-Rəhman” adlı öz nəfis təfsir kitabında ibadətə belə bir tə`rif verir:
İbadət insanın özü üçün tə`yin etdiyi bir varlığın müqabilində onun məqamının uca olmağının haqqını ödəmək üçün təvazökarlıqla etdiyi əməldir.
Mərhum Bəlaği vicdanı ilə ibadətə tə`rif vermişdir. Qeyd olunmuş ayələr bu tə`rifin düzgünlüyünü təsdiq edir.
Böyük ustad həzrəti Ayətüllahul-Uzma Xomeyni (Allah ona rəhmət eləsin) öz nəfis kitabında bu nəzərə üstünlük verərək buyurur:
“İbadət bir kəsə Allah ünvanı ilə sitayiş etməkdir. İstər, böyük Allah ünvanında olsun, istərsə də kiçik Allah ünvanında.”
Bu nəzəriyyəyə açıq-aşkar sübut şirk ilə mübarizə edən ayələr toplusudur. Qur`an bütün mövcudları və məxluqları ilah adlandırıb sitayiş edənlərlə mübarizə aparmışdır.
Ayələrə müraciət etməklə “ilah” sözünün mə`nasının Allah olduğunu dərk edərik.
İbadətin ikinci tə`rifi
Rəbbin (sahib, yiyə mə`nasında) müqabilində təvazökarlıqla olunan əmələ ibadət deyilir. Yə`ni insan Rəbbinə qarşı sitayiş edərkən, özünü Rəbbinin müqabilində bəndə hesab edərsə, (istər bu onun Rəbbi olsun və yaxud olmasın) bu əməl ibadət sayılır. İbadətin Rəbbə layiq olan əməllərdən olduğunu Qur`an ayələri təsdiq edir:
“Məsih belə demişdir: Ey İsrail oğulları! Mənim də, sizin də Rəbbiniz olan Allaha ibadət edin!”
“Şübhə yoxdur ki, Allah mənim də Rəbbim sizin də Rəbbinizdir. Elə isə, Ona ibadət edin! Budur doğru yol” /Ali-İmran, 51/.
Bə`zi ayələrdə ibadət Xaliqə layiq olan əməllərdən biri sayılır.
“Rəbb” kəlməsinin mə`nası nədir?
“Rəbb” sözü ərəb lüğətində bir işin idarə edilməsini birisinə tapşırmaq və bu işin taleyi onun əlində olmasına deyilir. Əgər ərəb dilində evin sahibinə, uşağın dayəsinə və əkinçiyə “Rəbb” deyilirsə, bu ona görədir ki, bu işlərin taleyi, ixtiyarı və idarə olunması onun əlindədir. Bizim həyatımız, ölümümüz, ruzimiz, bağışlanılmağımız, taleyimiz Allahın ixtiyarında olduğuna görə Onu “Rəbb” adlandırırıq. Əgər bu kimi işlərin başqa bir kəsin öhdəsində olmasını təsəvvür etsək, onda onu “Rəbb” təsəvvür etmiş olarıq. Və bu əqidə ilə də onun önündə sitayiş etsək, ona ibadət etmiş hesab olunuruq.
Daha açıq desək, ibadət və sitayiş bəndə olmağın bir növüdür. Yə`ni həqiqi bəndə özünü varlığa, ölüm-dirimə, ruzi-bərəkətə, məğfirətə , şəfaətə , ümumiyyətlə qanunlara /Tövbə surəsi, 31-ci ayə/ sahib olan malikə (varlığa) təslim edir.
İbadətin üçüncü tə`rifi
İbadət − Allah və yaxud bütün işlərin başlanğıcı olan varlıq qarşısında təvazökarlıqla sitayiş etməkdir.
Sözsüz ki, bütün yaranış və xilqət, varlığı diriltmək, öldürmək, ruzi yetirmək, bəndələrin günahlarını bağışlamaq və s. bu kimi işlər Allahın əlindədir.
Qur`an ayələrinə dəqqət yetirməklə, insanların ölüb-dirilməsinin və dünya işlərinin Allahın əlində olduğunun şahidi olarsınız. Qur`an bu kimi işləri başqasına aid etməyin qarşısını almışdır.
Nizam intizamla, zərgər dəqiqliyi ilə yaradılmış dünyada olan hər bir varlıq, mövcudluq bir-birinə sıx bağlıdır. Bu nizamı (ay-günəş, yer, səma, yağış, külək...) yaradan Alladır. Qur`an bə`zi yerlərdə Allahın əmri ilə icra olunan əməllərin, hərəkətlərin səbəblərini də xatırladır:
“Dirildən də, öldürən də Odur. Gecə və gündüzün bir-birinin ardınca gedib-gəlməsi də Onun əmrilədir. Məgər dərk etmirsiniz?”
Lakin, Qur`an başqa bir yerdə mələkləri öldürən və dirildən tanıtdırır:
“Nəhayət birinizin əcəli gəlib çatdıqda onun canını mələklər alır.”
Təbiətdə maddi və qeyri-maddi (mələklər) sayılan məxluqların gördükləri işlər hamısı uca olan Allahın iznilədir. Yə`ni mələklər Allahın əmri və göstərişi ilə işləri icra edirlər. Əgər bir nəfər bütün bu işləri Allahdan başqa birisinə, məsələn: mələyə, övliyaya aid etsə və bunlara əqidə bağlamaqla onun qarşısında sitayiş etsə, ibadət sayılır. Başqa sözlə desək, əgər Allah bu işləri məxluqa tapşırıb və bu məxluqlar özbaşına, müstəqil bu işləri icra edirlərsə, onda Allaha şərik sayılırlar. Belə bir əqidənin də şirk olması hamıya mə`lumdur. Qur`an bu haqda buyurur:
“İnsanların içərisində Allahdan qeyrilərini şərik qoşub, onları Allahı sevən kimi sevənlər də vardır” /Bəqərə surəsi, 165/.
Heç bir məxluq Allahın misli və şəriki ola bilməz. Əgər bir məxluq Allahın göstərişi və izni ilə iş görürsə, deməli, ona itaət etmiş sayılır.
Peyğəmbərin vaxtında olan müşriklər bütlərin bir çox işlərdə azad və müstəqil olduğuna əqidə bağlayırdılar.
Cahiliyyət zamanı insanlar müşrik əqidələri ilə bütün işlərin rahiblərin iradəsilə həyata keçdiyini güman edirdilər
“Onlar Allahı qoyub alim və rahiblərini, Məryəm oğlu İsanı özlərinə tanrılar qəbul etdilər.”
Allaha məxsus olan şəfaət və bağışlanmağı bütlərə məxsus xüsusiyyət bilirdilər. Amma ayələrdə deyildiyi kimi, Allahın izni olmadan heç kim şəfaət edə bilməz: “Allahın izni olmadan, onun yanında kim şəfaət edə bilər?”
Əgər onların mə`budlarının Allahın izni ilə şəfaət etməyə əqidələri olsaydı, onda Qur`anda Allahın izni olmadan şəfaət etməyin qadağan olunmasına heç bir ehtiyac olmazdı.
Yunanıstanın hikmət sahiblərindən bə`ziləri dünyada növünə görə bir neçə Allah olduğunu güman edirdilər. Allaha məxsus olan işlərə qondarma mə`budların qüdrəti və qabiliyyəti olduğuna inanırdılar. Dünyanın və insanın yaranışının mə`budların iradəsilə baş verdiyinə inanan, Allahın bu işlərdən uzaq olduğunu güman edən cahil ərəblər mələklərə, aya, günəşə və ulduzlara sitayiş edirdilər.
Onların bə`ziləri dəmirdən, daşdan düzəldilmiş bütləri yaradan və dünyanı idarə edən bilməsələr də, bu bütləri özlərinə şəfaət edən kimi qələmə verirdilər:
“Onlar Allahı qoyub özlərinə nə bir xeyir, nə də bir zərər verə bilən bütlərə ibadət edir və “Bunlar Allah yanında bizdən ötrü şəfaət edənlərdir” deyirdilər.”
Bu batil əqidə üzündən bütlərə sitayiş edərək:
“Biz onlara yalnız bizi Allaha yaxınlaşdırmaq üçün ibadət edirik” deyirdilər.
Hər bir əməl əqidə üzündən olarsa, ibadət sayılır. Beləliklə, hər bir mövcudun müqabilində əqidə üzündən olmadan təvazökarlıq və hörmət etmək ibadət sayılmır.
Müqəddəs İslam dinində aşiqin mə`şuqa, nökərin ağaya, arvadın ərə və s. ... səcdə etmələri haram sayılır. Lakin bu əməl əqidə üzündən olmasa ibadət sayılmır. Çünki Allahın izni olmadan heç kim başqa bir şəxsin qarşısında ibadət edə bilməz.
Nəticə:
Bura qədər çalışdıq ki, sizi ibadətin mahiyyəti ilə tanış edək, indi isə bu bəhsdən nəticə götürmək lazımdır.
Əgər bir nəfər bir neçə şəxsi ilah, rəbb və Allah hesab etmirsə və onlara təvazökarlıq, ehtiram edirsə:
“Onun (Allahın) möhtərəm bəndələri Ondan qabaq söz danışmaz, yalnız onun əmri ilə iş görərlər.”
Sözsüz ki, belə bir əməl yalnız və yalnız təvazökarlıq və ehtiram sayılır.
Allah-taala bə`zi bəndələrini yaxşı sifətlərlə tanıtdırmaqla insanları bu bəndələrə ehtiram etməyə cəlb edir:
“Allah Adəmi, Nuhu, İbrahim övladını və İmran ailəsini aləmlər (məxluqat, insanlar, bəşər övladı) üzərində seçilmiş (üstün) etdi.”
Allah-taala i İbrahimi imamət məqamına yüksək etdi.
“Səni insanlara imam tə`yin edəcəyəm” Allah-taala Qur`anda həzrət Nuh, İbrahim, Davud, Süleyman, Musa, Məsih və Həzrət Mühəmməd (s)-ı yaxşı sifətlərlə tanıtdırmaqla qəlblərin məhəbbətini onlara cəlb edib.
Hətta, bə`zilərinin ehtiramını və məhəbbətini vacib etmişdir.
“Mən sizdən bunün (risaləti təbliğ etməyimin) müqabilində yaxınlarıma (nəslimə, əhli-beytimə) məhəbbət göstərməkdən başqa, bir şey istəmirəm...”
Əgər insanlar Allahın əziz və yaxın bəndələrinə sağlığında və vəfatından sonra rəbb və ilah əqidəsi olmadan ehtiram və hörmət edərsə, heç bir millət nə bu əməli ibadət, nə də o insanı müşrik hesab edə bilməz.
Xəbərdar olduğunuz kimi, dini rəhbərlərə itaət edərək həcc mərasimində Həcərül-Əsvədə (Qaradaş) əl sürtür, bu daşı öpür, Allah evinin ətrafına dövrə (təvaf) vurur, Səfa və Mərvə dağları arasında qaçırıq, yə`ni bütpərəstlərin bütlərə qarşı etdiyi əməllərə oxşar bir iş görürük. Bəs nə üçün indiyə kimi “daşa-torpağa ibadət edirik” sualını özümüzə verməmişik? Çünki biz daş-torpaqda zərrə qədər xeyir və zərərin olmadığını bilirik.
Əgər biz bu daş-torpağı rəbb, ilah adlandırıb əqidə üzündən bu işləri görsəydik, bütpərəst olardıq. Buna görə də, peyğəmbərin, imamın, müəllimin, ata-ananın əlini öpmək və yaxud Qur`anı, dini kitabları, məqbərələri və Allah övliyalarına aid olan tarixi abidələri ehtiram üzündən öpməyin heç bir zərəri yoxdur.
Mələklərin Adəmə səcdə etmələri və Yusifin qardaşlarının Yusifə səcdə etmələri Qur`anda zikr olunub:
“Biz mələklərə Adəmə səcdə edin dedikdə İblisdən başqa hamısı səcdə etdi.”
“Onların hamısı (ata-ana və on bir qardaş) ona (Yusifə) tə`zim edib əyildilər.”
Mələklərin və Yusifin qardaşlarının bu əməllərini Adəmə və Yusifə ibadət etmək fikri kimi heç kim zehninə belə gətirməyib. Çünki səcdə edənlər ilah və rəbb niyyəti ilə səcdə etmirdilər. Buna görə də, onların etdikləri tə`zim ibadətə görə yox, əksinə hörmət və ehtirama görə idi.
Vəhhabilər bu ayələrə rast gəldikdə deyirlər:
Bu işlər Allahın əmri olduğuna görə səcdə edənlərin əməlləri ibadət sayılmır.
Lakin, onlar bir məsələdən xəbərsizdirlər. O da budur ki, bütün əməllər, hətta Yusifin qardaşlarının tə`zim etməsi Allahın əmri ilə baş vermişdir. Çünki bu əməlin mahiyyəti ibadət və sitayiş sayılmadığına görə, Allah bu işi görməyə göstəriş vermişdir (diqqət edin). Əgər həmin işin mahiyyəti ibadət olsaydı, Allah-taala heç vaxt belə bir göstəriş verməzdi:
“(Ya Peyğəmbərim!) De: Allah ədəbsizliyi (yaramaz işləri) əmr etməz. Allaha qarşı bilmədiyiniz şeyimi deyirsiniz?”
Allahın göstərişi və əmri əməlin mahiyyətini dəyişmir. Əməlin mahiyyəti gərək Allahın əmrindən qabaq ibadət sayılmasın. Mahiyyət e`tibarı ilə ibadət olan hər hansı bir əməlin Allahın əmri ilə insana aid edilməsi vasitəsilə ibadət və sitayiş dərəcəsindən çıxmasını təsəvvür etmək olmaz.
Bu cavabı Mədinə və Məkkənin vəhhabi şeyxlərindən dəfələrlə eşitdiyimizə görə bu barədə onların Qur`an maarifinin təhlilində donuq xəbər verilir. İbadət və sitayiş məfhumunun özünün müstəqil mə`nası var. Bə`zi vaxtlar bu ibadətə icazə verilir, bə`zi vaxtlar isə qadağan olunur. Məsələn, namazın, orucun bir ibadət kimi yerinə yetirilməsinə əmr olunur. Bə`zi vaxtlar isə bu, nəhy edilir. (Qurban və Fitr bayramlarında oruc tutmaq qadağandır.) Əgər, mələklərin və Yusifin qardaşlarının əməli mahiyyət e`tibarı ilə ibadət olsa, onu yerinə yetirməklə Allahın əmri heç vaxt mahiyyətini dəyişmir.
Çəkişmənin əsas həlli
Əziz oxucular diqqət yetirməlidirlər ki, bizim vəhhabilərlə ixtilaflı məsələlərimizin bir çoxu “ibadət” məfhumunun təhlilindən irəli gəlir. Nə qədər ki, ibadətə məntiqi tə`rif verilib insaflı hökm çıxarılmayıbsa, bütün bu bəhslərin heç bir nəticəsi olmayacaq. Buna görə də təhqiqat apararkən, bir sıra lüğətçilərin sözlərinə uymaq lazım deyil. Bu barədə Qur`an ən görəl yol göstəricidir. Çox əfsuslar olsun ki, bütün vəhhabi yazıçıları və onların əqidə və fikirlərinin əleyeinə kitab yazanlar bu məsələri (ibadətin məntiqi və həqiqi mə`nasını) təhlil etmək əvəzinə, ׀׀ dərəcəli məsələlərə daha çox əhəmiyyət vermişlər.
Bir sözlə, vəhhabilər deyirlər:
“Sizin Peyğəmbərin şərəfinə gördüyünüz bir çox işlər (qəbri ziyarət etmək, təvəssül etmək. və s.) Peyğəmbərə, imama ibadət etmək sayılır və bunun da nəticəsi şirkdir.
İndi isə, vəhhabilərin cənazəyə ibadət adlandırdıqları bir neçə əməli xatırlatmaqla bütün bunların iki tərəfi olduğunu qeyd edirik: A) İbadət sayılır; B) İbadət sayılmır. 1) Peyğəmbərdən və saleh bəndələrdən şəfaət istəmək. 2) İlahi övliyalardan şəfaət istəmək. 3) Dini rəhbərlərdən hacətini diləmək. 4) Qəbir sahibinə tə`zim və ehtiram etmək. 5) Peyğəmbərdən və başqalarından kömək istəmək.
De: Bütün şəfaət yalnız Allaha məxsusdur” /Zümər surəsi, 44-cü ayə/.
“Xəstələndiyim zaman mənə yalnız O şəfa verir” /Şuəra surəsi, 80-cı ayə./.
Vəhhabilər bu ayələrə əsaslanaraq şəfaətin ancaq Allaha məxsus olduğunu deyirlər.
Bunu Allahdan başqasından istəmək ibadət sayılır.
Burada “Allahın fe`lini təfsir etmək” və “Allahın fe`li nə deməkdir?” sualına cavab vermək lazımdır.
Hər növ şəfaət və xəstələrə şəfaət verən amil özü tam müstəqil və sərbəstdir. Bu yalnız Allaha məxsusdur. Əgər Allahdan başqa bir şəxsdən əqidə e`tibarı ilə, o şəxsi rəbb və yaxud ilah qərar verib şəfaət istənilsə, sözsüz ki, bu əməl ibadət sayılacaq. Amma əgər, belə bir əqidə ilə yox, həmin şəxsi Allahın bəndəsi bilib ondan şəfaət istənilsə, Allahın işini Ondan başqa bir kəsdən istəmək sayılmır.
Bu hökm Allahdan başqa bir kimsədən kömək diləməyə də aiddir. Kömək diləmək iki cürdür: a) ibadət b) qeyri-ibadət.
Bu hökm təkcə ibadət və qeyri-ibadəti bir-birindən ayırmır. Əksinə, tovhid və şirk arasında ümumi bir qaydadır.
“Antibiotik” maddələr insan vücudunda mikrobların məhv olmasına böyük tə`sir göstərir. Əgər bu maddənin funksiyasına görə bunun işini müstəqil hesab etsək və əqidə bağlayıb, buna tə`zim edib kömək istəsək, şirk və ibadət sayılır. Lakin buna tə`sir edən qüvvənin Allah tərəfindən olduğunu nəzərə alsaq, bu şirk və günah sayılmaz. Bu kimi çəkişmələri və mübahisələri həll etmək üçün ibadətin, ilahın və rəbbin mə`nasını dərk etmək lazımdır. Cahil ərəblərin bütün işləri bütlərə əqidə üzündən olub. Onlar bütləri hər bir işdə müstəqil hesab etməklə bütlərdən kömək və hacət istəyir və yaxud Allahın bütün işləri bütlərin öhdəsinə qoyduğunu güman edirdilər. Bütlər istədikləri şəxsə şəfaət verər, istəmədiklərinə isə, verməyə bilərlər.
Bu bəhs haqqında daha çox mə`lumat almaq istəyənlər aşağıdakı kitablara müraciət edə bilərlər.
Sağlığında ilahi övliyalardan kömək istəmək
Övliyalardan kömək diləmək bir neçə şəkildə həyata keçir:
1− Diri adamdan bizə ev tikmək üçün kömək etməsini və yaxud ixtiyarında olan su ilə bizi tə`min etməsini istəmək.
2− Diri adamdan bizim haqqımızda dua etməsini və Allahdan günahlarımızın bağışlanmağını tələb etməsini istəmək. Bu iki surət, demək olar, müştərəkdir.
Yə`ni ondan istədiyimiz hacət adi bir iş kimi yüz faiz onun ixtiyarındadır. Fərqi budur ki, birinci surət dünya işlərinə, ikincisi isə axirət işlərinə aiddir.
3. Diri adamdan həkimsiz və dərmanız olaraq xəstə adama şəfa verməsini, bizə itirdiyimizi tapmaqda, borclarımızı qaytarmaqda kömək etməsini, bir sözlə, mö`cüzə və kəramət yolu ilə adi və təbii vasitə olmadan bizim hacətimizi yerinə yetirməsini istəmək.
4. Hacət istədiyimiz adam bu dünyada diri deyil (vəfat edib), amma o biri dünyada həyat sürdüyünə, Allah ruzisindən bəhrələndiyinə əqidəmiz olduğuna görə belə bir adamdan bizim haqqımızda dua etməsini istəmək.
5. Belə bir adamdan (vəfat etmiş şəxsdən) Allahın ona verdiyi mə`nəvi qüvvəti ilə xəstəyə şəfa verməsini, itirdiyimzi tapmasını və s. tələb etmək. Axırıncı iki surət ikinci və üçüncü surətlər kimidir. Fərqi budur ki, 1-ci, 2-ci 3-cü surətdə hacət istədiyimiz şəxs diri, 4-cü, 5-ci surətdə isə zahirən ölü, həqiqətdə isə diridir. Bu dünyada vəfat etmiş adamdan adi vasitə ilə maddi işlərdə bizə kömək etməsini istəmək düzgün sayılmır. Çünki o, dünyasını dəyişmiş və adi vasitələrdən üzülmüşdür. Burada qeyd olunan beş surətin birinci üç surəti maddi dünyada diri adamdan, axırıncı iki surəti isə axirət dünyasında diri olan adamdan hacət istəməyə aiddir. Biz birinci üç surət haqqında bu fəsildə bəhs edəcəyik. Axırıncı iki surət haqqında isə gələn fəsillərdə bəhs edəcəyik.
Birinci hal:
Diri adamlardan maddi və adi işlərdə kömək istəmək bəşər mədəniyyətinin əsasını təşkil edir. Çünki dünyada cəmiyyətin mövcudluğu insanların bir-birinə köməyi üzərində qurulub. Bütün dünya aqilləri həyati məsələlərdə bir-birilərinə kömək etmişlər. Bu məsələnin hökmü çox açıq-aşkar olduğuna görə heç kim buna irad tuta bilməz. Bizim bəhsimiz Qur`an və hədis olduğu üçün bir ayə nəql etməklə kifayətlənirik.
“Gəlin öz qüvvənizlə mənə kömək edin, mən də sizinlə onlar arasında möhkəm bir sədd düzəldim.”
İkinci hal. Dünyada yaşayanlardan xeyirli dualar və günahların bağışlanmasını tələb etməkdir. Dirilərdən belə bir işi tələb etmək Qur`anın zəruri göstərişlərindən biridir. Hər kimin Qur`andan qısaca mə`lumatı olsa, peyğəmbərlərin ümməti haqqında dua etməsini və yaxud ümmətin peyğəmbərdən günahlarının bağışlanmasını tələb etməsinin şahidi olar.
Bu barədə ayələrin toplusunu qeyd edirik:
Ayələr mürəkkəb quruluşda olduğundan biz onları izahla bəyan edirik:
1. Bə`zi vaxtlar Allah-taala öz Peyğəmbərinə ümməti haqqında dua etməyi göstəriş verir:
“Artıq sən onları əfv et, onlar üçün (Allahdan) bağışlanmaq dilə, işlərində onlarla məsləhətləş...”
“Qadınların bey`ətini qəbul et və Allahdan onların bağışlanmasını dilə. Həqiqətən, Allah bağışlayandır, rəhm edəndir!”
“(Ya Mühəmməd!) Onların mallarından sədəqə (zəkat) al. Bununla onları (günahlardan) təmizləmiş, pak etmiş (mallarına bərəkət vermiş, əməllərinin savabını artırmış) olarsan. Ola bilsin ki, Allah onların tövbələrini qəbul etsin. Həqiqətən, Allah bağışlayandır, rəhm edəndir!”
Bu ayədə Allah-taala Peyğəmbərə dua etmək haqqında göstəriş verir. Çünki Peyğəmbərin ümməti üçün etdiyi dua tez qəbul olur. Yə`ni peyğəmbərin duasından sonra müsəlmanlar özlərini rahat hiss edirdilər.
2. Bə`zən Peyğəmbər günahkarların xüsusi şəraitdə bağışlanmasını Allahdan diləyəcəyini və`d edirdi.
“Ancaq İbrahim öz atasına: Mən (öz Rəbbimdən) mütləq sənin bağışlanmağını diləyəcəyəm.”
“(İbrahim dedi:) Mən Rəbbimdən sənin bağışlanmağını diləyəcəyəm. O mənə qarşı çox mehribandır.”
“İbrahimin öz atası üçün bağışlanma diləməsi isə ancaq ona verdiyi bir və`də görə idi.”
Bu ayələrdən mə`lum olur ki, peyğəmbərlər və`də verdikləri üçün Allahın günahları bağışlamasını istəmişlər.
İbrahim də Azərə belə bir və`d verir.
Lakin Azəri bütə ibadət edən gördükdə, dua etməkdən imtina edir. Çünki duanın qəbul olmasının şərtlərindən biri də budur ki, dua olunan adam müsəlman olsun, müşrik yox.
3. Allah-taala günahkar müsəlmanlara tövbələrin qəbul olunması üçün Peyğəmbərin yanına gəlib, ondan günahların bağışlanmasını tələb etməyi göstəriş verir. Əgər Peyğəmbər onların haqqında dua etsə, Allah-taala həmin adamların günahlarını bağışlayar.
“Onlar özlərinə zülm etdikləri zaman dərhal sənin yanına gəlib Allahdan bağışlanmaq diləsəydilər və Peyğəmbər də, onlar üçün əfv istəsəydi, əlbəttə, Allahın tövbələri qəbul edən, mərhəmətli olduğunu bilərdilər.”
Daha bundan yaxşı nə ola bilər ki, Allah-taala günahkar ümmətə tövbə etmək üçün Peyğəmbərin hüzuruna gəlməyi göstəriş verir. Peyğəmbərin yanına gəlib günahların bağışlanmasını diləməyin iki böyük faydası var:
a) Peyğəmbərdən günahların bağışlanmasını diləmək günahkarlarda itaət ruhunu dirçəltməklə yanaşı, Peyğəmbərin məqamını yaxşı dərk edib ona itaət etməyə səbəb olur. Adətən, insanın belə rəftarı Peyğəmbərin qarşısında təvazökarlığa səbəb olur. İnsan səmimi-qəlbdən bu ayəyə əməl edir:
“Ey iman gətirənlər! Allaha, Peyğəmbərə və özünüzdən olan ixtiyar sahiblərinə itaət edin!”
b) Bu əməl və rəftar Peyğəmbərin məqam və mövqeyini ümmətin zehnində canlandırır. Maddi ləzzətlərin xüsusi səbəblərlə Allah bəndələrinə çatdığı kimi Allahın günahları bağışlanması sayılan mə`nəvi ləzzətlər də xüsusi səbəblərlə, o cümlədən Peyğəmbərin və övliyaların duası ilə bəndələrə çatır. Bəndələr günəş istiliyindən, enerjisindən, şüasından və gücündən faydalandıqları kimi risalət günəşi sayılan Peyğəmbərin mə`nəvi xeyirlərindən də faydalanırlar. Varlıq dünyasında hər iki mərhələ, “səbəb və səbəbkar” olduğundan hər iki dünyanın maddi və mə`nəvi dəyərləri də səbəblə yanaşıdır.
4. Bə`zi müsəlmanlar həmişə Peyğəmbərin yanına gəlib ondan dua etməsini diləyirdilər. Elə buna görə də onlar bu xeyirxah əməli münafiqlərə (ikiüzlülərə) təklif etdikdə, onlar bundan imtina edirdilər:
“Onlara (münafiqlərə): “Gəlin Allahın Peyğəmbəri (Rəbbinizdən) sizin bağışlanmağınızı diləsin” − deyildiyi zaman (istehza ilə) başlarını bulayar və sən (ya Muhəmməd!) onların təkəbbürlə üz çevirdiklərini görərsən.”
5. Bəz`zi ayələr pak fitrətli insanların Allah dərgahında Peyğəmbərin duasının yüz faiz xüsusi bir tə`sirə malik olub qəbul olacağını bilmələrinə şəhadət verir. Elə buna görə də Peyğəmbərin yanına gəlib bağışlanmalarını ondan diləyirdilər.
Allahın insanları Peyğəmbərin vasitəsi ilə hadayət etdiyi insanların da pak fitrəti İlahi ləzzətlərin Peyğəmbər tərəfdən onlara çatmasına səbəb olurdu. Bu nöqtəyi- nəzərdən peyğəmbərlərin hüzuruna gəlib dua və bağışlanmalarını ondan diləyirdilər.
“(Oğlanları Yə`quba) Dedilər: “Ata! Bizim üçün günahlarımızın bağışlanmasını dilə. Biz, doğrudan da, günahkar olmuşuq.” (Yə`qub) dedi: “Mən Rəbbimdən sizin bağışlanmağınızı diləyəcəyəm. O, həqiqətən, bağışlayandır, rəhm edəndir!”
6. Peyğəmbər münafiqlərin, bütpərəstlərin (əgər öz günah əməllərindən əl çəkməzlərsə) haqqında dua edib günahlarının bağışlanmalarını istə, duasının qəbul olmayacağını Qur`an xəbər verir. Bu ayələr istisna olmaqla başqa ayələr Peyğəmbərin duasının xüsusi tə`sir bağışlayacağını isbat edir:
“(Ya Peyğəmbərim!) Onlar (münafiqlər) üçün istər bağışlanma dilə, istər diləmə; onlar üçün yetmiş dəfə bağışlanma diləsən də, yenə Allah onları bağışlamayacaq.”
“Sən onların bağışlanmasını diləsən də, diləməsən də, fərqi yoxdur. Onsuz da Allah onları bağışlamayacaqdır. Şübhəsiz ki, Allah fasiq qövmü doğru yola yönəltməz!”
“Onlara əzab gəldikdə, dedilər: “Ya Musa! (Allahın sənin dualarını qəbul etmək və peyğəmbərlik vermək barəsində) səninlə olan əhdi hörmətinə bizim üçün Rəbbinə dua et. Əgər O, bu əzabı üzərimizdən götürsə, biz, hökmən, sənə iman gətirəcək və İsrail oğullarını səninlə birlikdə (istədikləri yerə) göndərəcəyik.”
Bu ayədə əzabın götürülməsini Musanın özündən istəmirlər. Belə olan halda bu ayə üçücü surətin sübutlarına aid olacaqdır.
Lakin bu ayədə Musanın dua etməsini istəmir. Burada belə bəlli olur ki, Musanın duası müşriklər haqqında qəbul olmur.
7. Bə`zi ayələrdə imanlı adamların başqaları üçün dua etmələrinin şahidi oluruq:
“Onlardan (mühacirlərdən və ənsardan) sonra gələnlər belə deyirlər: Ey Rəbbimiz! Bizi və bizdən əvvəl iman gətirmiş (din) qardaşlarımızı bağışla.”
8. Təkcə mö`minlər deyil, hətta ərşi daşıyanlar da (mələklər) imanlı adamlar üçün dua edib bağışlanmalarını istəyirlər:
“Ərşi daşıyanlar və onun ətrafında olanlar (mələklər) öz Rəbbini həmd-səna ilə təsdiq edir, Ona (qəlbən) inanır və mö`minlərin bağışlanmasını diləyərək belə deyirlər: Ey Rəbbimiz! Sənin rəhmin və elmin hər şeyi əhatə etmişdir. Artıq tövbə edib Sənin yolunla gedənləri bağışla, onları cəhənnəm əzabından qoru!”
Yaxşı olardı ki, biz də Allah bəyənən bu dəstə kimi mö`min bəndələr üçün dua edək.
Üçüncü surət:
İndi isə fövqəl`adə işləri görməyə qüdrəti olan adamdan qeyri-təbii yol ilə, məsələn, mö`cüzə ilə xəstələrə şəfa verməsini diləmək haqqında bəhs edək. bə`zi İslam alimləri bunu ikinci surətə oxşatmışlar. Yə`ni xəstənin şəfa tapması, borcun qaytarılması və s. işlər üçün Allaha dua etsin. Çünki bu işlərin əlacı Allahın əlindədir. Peyğəmbər, imam və övliyaların duası isə vasitə sayılır. Bu cəhətdən məcazi surətdə Allahın işi dua edənə əsaslanır.
Lakin Peyğəmbərdən belə bir şəfanın səhih və düzgün olmasını Qur`an təsdiq edir. Həqiqətən, mə`sum Peyğəmbər, imam mö`cüzə göstərərək Allahın izni ilə xəstəyə şəfa verir.
Düzdür, Qur`an şəfanın Allaha məxsus olduğunu təsdiqləyir:
“Xəstələndiyim zaman mənə yalnız O (Allah) şəfa verir.”
Eyni zamanda da başqa ayələrdə şəfanı bal və Qur`ana aid edir:
“(O, arıların) qarınlarından insanlar üçün şəfa olan müxtəlif rəngli (ağ, sarı, qırmızı) bal çıxar.”
“Biz Qur`andan mö`minlər üçün şəfa və mərhəmət olan ayələr nazil edirik.”
“Sizə Rəbbinizdən bir öyüd-nəsihət, ürəklərdə olana bir şəfa, mö`minlərə hidayət və mərhəmət gəlmişdir.”
Bu ayələri topladıqda Allahın şəfa verməsində müstəqil olduğunun şahidi oluruq. Bununla belə, başqalarının şəfa verməsi də Allahın izni ilə həyata keçir.
İslam və fəlsəfi nöqteyi-nəzərdən bütün işlərin səbəbi Allaha qayıdır. Bu işlərin həyata keçməsi üçün heç kimin zərrə qədər müstəqilliyi yoxdur. Buna görə də arı balına şəfa qüdrətinin Allah tərəfindən verilməsinin Qur`an və əql cəhətdən heç bir nöqsanı yoxdur. Dərman otlarına və kimyəvi maddələrə sağlamlıq qüdrətini verən Allah eləcə də Peyğəmbərə və imama belə bir qüdrət veribdir. Murtazlar riyazi yolla böyük ruhi qüvvələri əldə edirlər. Belə olan surətdə Allah-taalanın Peyğəmbər və imama onların bəndələrinə görə xüsusi bir şəraitdə heç bir təbii vasitə olmadan fövqəl`adə işlər görə bilmələri üçün belə bir qüdrətin verməsinin nə eybi var?
Peyğəmbərin, imamın və övliyaların şəfaət etməsi və başqa-başqa fövqəl`adə işlər görməsinin Allahın əsl şəfaverici olması ilə heç bir ziddiyyəti yoxdur. Çünki Peyğəmbər və imamlar Allahın izni ilə belə işləri görürlər.
Qur`an ayələri də insanların Peyğəmbər və başqalarından belə bir işin yerinə yetirilməsini tələb etmələrini təsdiq edir.
Bəni-İsrail qəbiləsi quraqlıq illərinin birində öz peyğəmbərindən qeyri-təbii yol ilə su istəyir. Yə`ni peyğəmbərə: “Allaha dua et, bizə su yetirsin” − demədilər, əksinə, peyğəmbərə: “Bizi su ilə doyuzdur” − dedilər.
“Camaat (Tih səhrasında) ondan (Musadan içməyə) su istədiyi zaman ona: “Əsanı daşa vur!” − deyə vəhy etdik. (Əsanı daşa vuran kimi) ondan on iki çeşmə qaynayıb axmağa başladı.”
Həzrəti Süleyman məclisdə olanlardan Bilqeyisin taxtını yüzlərlə kilometr uzaqlıqdan bir anda gətirməyi istədi:
“(Süleyman) dedi: “Ey ə`yanlar! Onlar müt`i vəziyyətdə yanıma gəlməmiş, hansınız onun (Bilqeyisin) taxtını mənə gətirə bilərsiniz?”
Bə`ziləri asan işləri Allahdan başqasının, fövqəl`adə işləri isə Allahın işi olduğunu təsəvvür edirlər.
Halbuki Allah və Ondan başqasının işlərində ölçü müstəqillik və qeyi-müstəqillikdir. İşə görə heç kimdən kömək istəmədən tam sərbəst və süstəqil görülən iş Allahın işi adlanır. Bunun müqabilində istər adi, istərsə də qeyri-adi işdə kömək və iznlə bir iş görənə qeyri-ilahi iş deyirlər.
Yə`ni müstəqil bir qüdrətin (Allahın) köməkliyi ilə bir işi yerinə yetirmək.
Əgər Allah övliyalara bəşər qüdrətindən xaric olan fövqəl`adə işlər görmək üçün qüvvə verirsə və biz də övliyalardan bu kimi işləri yerinə yetirmələrini istəyiriksə, bunun heç bir eybi yoxdur.
Qur`anda Allah-taala həzrəti Məsihə buyurur:
“O zaman sən Mənim iznimlə palçıqdan quşa bənzər bir şey düzəldib ona üfürürdün, o da mənim əmrimlə quş olurdu. Sən mənim iznimlə anadangəlmə və cüzamlı xəstəyə şəfa verir və mənim iznimlə ölüləri dirildirdin.”
İlahi övliyaların belə bir fövqəladə işləri görməyə qüdrətləri olduğunu Qur`an ayələri isbat edir.
***
Bura qədər “Dirilərdən kömək istəməyin” hər üç surətini Qur`an ayələri ilə işıqlandırdıq. İndi isə axırıncı iki surəti, yə`ni müqəddəs ruhlardan kömək istəməyi Qur`an və hədisə əsasən isbat edək.
İlahi övliyaların ruhlarından kömək istəmək
Mühüm məsələlərdən biri də İlahi övliyalar dünyalarını dəyişdikdən sonra onların müqəddəs ruhlarından kömək istəməkdir.
İstər bu kömək dua diləməklə, istərsə də fövqəl`adə işlərlə olsun. Çünki müsəlmanlar ikdiki zamanda Peyğəmbər və İmamın məhzərində hazır olmaqla, onlardan kömək diləyə bilməzlər. Əksinə, onların müqəddəs ruhlarından kömək və dualar dilənir.
Bu iki surəti şərh etməyin böyük bir əhəmiyyəti vardır.
Bu mövzunun mahiyyəti aşağıdakı dörd mətləbi açıqlamaqla üzə çıxacaq. Həmin dörd mətləb bunlardan ibarətdir:
1. İnsanın ölümündən sonra həyat və ruhun davam etməsi.
2. İnsanın mahiyyəti onun ruhu və həyatıdır.
3. Ruhlar dünyası ilə əlaqə saxlamaq mümkündür.
4. Ruhlardan kömək diləmək haqqında İslami mühəddislərin və bütün əsrlər boyu müsəlmanların rəftarı.
İndi isə bu dörd mətləbin şərhi və izahı:
1. İnsanın ölümündən sonra həyat və ruhun davam etməsi
a) Ölüm insanın yoxluğu sayılmır:
Ölümlə həyatın sona çatmadığını Qur`an ayələri sübuta yetirir. Əksinə, ölüm ilə insanın üzünə maddi aləmdən daha da üstün olan başqa bir aləmin qapısı açılır.
Ölümü insanın yoxluğu hesab edənlər insan ölümü ilə hər bir şeyin aradan getdiyini, insandan heç bir əsər-əlamət qalmadığını, insandan yalnız torpaqlar altında qurumuş ruhsuz sümüklərin qaldığını güman edirlər. Belələri qeyri-iradi materialist fəlsəfənin tə`siri altında düşüb ona itaət edirlər. Belə fikir sahibləri insan üçün yalnız maddi dünyanı, bədən üzvlərini, beynini və döyünən ürəyini həyat adlandırırlar. İnsan hüceyrələrinin hərəkəti dayanmaqla o, hərəkətsiz cismə dönür. Yə`ni bu fikir sahibləri ruhu maddi cisim hesab edirlər. Əgər cismin hərəkəti birdəfəlik aradan gedərsə (ölərsə), ruh da onunla birlikdə məhv olar və bu dünyada ruhdan heç bir əsər-əlamət qalmaz.
Belə nəzəriyyə irəli sürənlər materialistlərin tə`siri altında insanı sadəcə olaraq müxtəlif tərkib hissələrindən təşkil olmuş maşına oxşatmışlar. Yə`ni insanın bədən üzvləri məhv olmaqla (çürüməklə) onun həyatından heç bir əsər-əlamət qalmır.
Ruh və həyat haqqında materialistlərin söylədikləri nəzəriyyəni dünyanın böyük ilahiyyat alimləri və filosofları qəbul etmirlər. Çünki ilahiyyatçılar insanın maddi dünyasından əlavə, onun əsl cövhəri sayılan ruh və həyatın davamiyyətinə inanırlar. Ruh bir müddət bədənlə fəaliyyət göstərir, bədəndən ayrıldıqdan sonra isə tənha öz funksiyasını aparır. İnsan öldükdən sonra ruhların qalması məsələsini bir neçə səhifə ilə isbat etmək qeri-mümkündür. İnsan ruhunun əbədi olması Qur`an ayələri və fəlsəfi sübutlarla isbat olunmuşdur. Biz burada Qur`an ayələri ilə bu mövzunu təsdiq edirik:
b) Qur`an və ruhun qalması.
Qur`an ayələri ruhun bədəndən ayrıldıqdan sonra onun əbədi olduğuna şəhadət verir.
a) “Allah yolunda öldürülənlərə (şəhid olanlara) “ölü” deməyin. Əksinə, onlar (Allah dərgahında) diridirlər, lakin siz bunu dərk etmirsiniz.”
b) “Allah yolunda öldürülənləri (şəhid olanları) heç də, ölü zənn etmə! Xeyr, onlar öz Rəbbinin yanında diri olub ruzi (cənnət ruzisi) yeyirlər.”
“Onlar Allahın öz mərhəmətindən onlara bəxş etdiyi ne`mətə (şəhidlik rütbəsinə) sevinir, arxalarınca gəlib hələ özlərinə çatmamış (şəhidlik səadətinə hələ nail olmamış) kəslərin (axirətdə) heç bir qorxusu olmayacağına və onların qəm-qüssə görməyəcəklərinə görə şadlıq edirlər.”
“Onlar Allahdan gələn ne`mət və mərhəmətə, həm də Allahın mö`minlərin mükafatını puça çıxarmayacağına (xəbərinə) görə sevincək olurlar.”
v) “Həqiqətən, mən sizin Rəbbinizə iman gətirdim. Məni eşidin! “Ona: “Cənnətə daxil ol!” deyildi. Dedi: “Kaş qövmüm biləydi ki, Rəbbim məni niyə bağışladı və nəyə görə hörmət sahiblərindən etdi!”
“Behiştə daxil ol” dedikdə axirət aləminin yox, Bərzəx aləminin behişti nəzərdə tutulur. O, arzu edirki ki, kaş qövmü Rəbbin onu niyə bağışladığını və mərhəmət sahibi etdiyini başa düşəydi.
Belə bir arzunu axirət əhlinə etmək düzgün deyil. Çünki axirət dünyasında hicablar və pərdələr aradan götürülücək və hamı bir-birinin halından xəbərdar olaraq. Əksinə, o belə bir arzunu dünya əhlinə etmişdir. Çünki bu dünyanın insanları Bərzəx əhlindən xəbərsizdirlər. Qur`an buna şəhadət verir.
Sonrakı ayələr onun (Həbib Nəccarın) bağışlanmasından sonra qövmünün bir göy gürultusu ilə məhv olduğunu təsdiq edir: q) “Ondan (Həbib Nəccardan) sonra tayfasının üstünə göydən heç bir qoşun göndərmədik və heç gördərən də deyildik. (Onların cəzası) ancaq dəhşətli (tükürpədici) bir səs oldu. Dərhal məhv olub (şam kimi sönüb) getdilər.”
Bu iki ayədə onun behiştə daxil olduqdan sonra qövmünün bu dünyada yaşamasını və gözlənilmədən məhv olub getməsini Qur`an ayəsi təsdiq edir. Bu behişt Bərzəx behişti ola bilər.
ğ) “Onlar (ölən gündən Qiyamətə qədər qəbir edində) səhər-axşam (gündə iki dəfə) odda yandırılarlar. Qiyamət qopduğu gün isə (deyiləcəkdir): Fir`on əhlini ən şiddətli əzaba salın.”
Həyatın Bərzəx aləmində davam etməsi bu ayədən bəlli olur. Çünki Qiyamət gününə kimi səhər-axşam Fir`on əhlinə əzab olunar. Qiyamət günü yetişdikdə isə şiddətli əzaba düçar olarlar.
Səhər-axşam dedikdə, Bərzəx aləmi nəzərdə tutulur. Çünki Qiyamət günü səhər-axşam olmayacaq.
Beləliklə, biz bu mətləbi Qur`ana əsaslanaraq açıqladıq.
İnsanın həqiqəti onun ruhudur
İnsan iki hissədən, cisimdən və ruhdan ibarətdir. Lakin insanın əls həqiqəti onun cismi ilə olan ruhudur. Biz hələlik fəlsəfi nöqteyi-nəzərdən bu haqda bəhs etmirik. Qur`an ayələri ilə bu mövzunu işıqlandırırıq.
Qur`an ayələrində insanın həqiqətinin onun ruhu və nəfsi olduğu sübuta yetirilib.
“(Ya Mühəmməd!) De: “Sizə müvəkkil olan ölüm mələyi (Əzrail) canınızı alacaqdır. Sonra da (Qiyamət günü) Rəbbinizin hüzuruna qaytarılacaqsınız!”
“Canınızı alacaq” kəlməsində məqsəd ölmək deyil, yə`ni götürmək və almaq mə`nasındadır. Əgər insanın mahiyyəti ruh və həyat olarsa, bu, ayənin məfhumuna aiddir. Amma, ruh və həyat insanın mahiyyətinin bir hissəsini və digər bir hissəsini isə bədən təşkil edirsə, bu, ayənin mə`na və məfhumu ilə düz gəlmir. Çünki ölüm mələyi (Əzrail) heç vaxt insanın bədənini almır, əksinə, bədən olduğu kimi qalır, ruh isə bədəndən çıxarılıb başqa bir dünyaya aparılır.
İnsanın mahiyyəti kamillik, təkamül mərkəzi onun ruhudur. Bədən və cisim isə libasa bənzər bir örtükdür.
Ruhun ölümdən sonra əbədi qalması birinci mətləbdə açıqlandı və izah olundu. Qur`an ölümü bəşəriyyətin yoxluğu hesab etmir.
Əksinə, “şəhidlər, övliyalar” və “cinayətkarlar” üçün Qiyamət günündən qabaq bir xoş və əzablı həyat (Bərzəx aləmi) də vardır.
Əgər insanın mahiyyəti bədən hesab olunursa, şübhəsiz ki, insan dünyasını dəyişdikdən bir neçə müddət sonra həmin bu bədən quruyub torpağa dönür. Onda Bərzəx və Qiyamət aləminin heç bir məfhum və məntiqi dəyəri olmaz.
1. Qur`an və başqa bir dünya ilə əlaqə yaratmaq imkanı
Ruhun və həyatın davam etməsi tənha kömək diləmək üçün kifayət etmir. Çünki elm və Qur`an nöqtəyi-nəzərindən ruhla əlaqə yaratmağı sübuta yetirmək lazımdır. Biz “Əsaləti-Ruh” kitabında bu haqda geniş bəhs etmişik.
Qur`an ayələri bəşər dünyasını dəyişən insanlarla əlaqə yaratmağın mümkün olduğunu sübuta yetirir.
a) Saleh (peyğəmbər) öz qövmünün ruhları ilə sanışır
“Sonra onlar dəvəni tutub kəsdilər və (bununla da) Rəbbinin əmrini saymazyana pozub (istehza ilə): “Ey Saleh! Əgər sən (həqiqi) peyğəmbərlərdənsənsə, bizi qorxutduğunu (bizi hədələdiyin əzabı) gətir görək!”− dedilər.”
“Buna görə onları dəhşətli bir sarsıntı (yerdən zəlzələ, göydən tükürpədici bir səs) bürüdü, onlar öz evlərində diz üstə düşüb qaldılar (bir göz qırpımında həlak oldular).”
“(Saleh) onlardan üz döndərib belə dedi: “Ey ümmətim! Mən Sizə Rəbbimin əmrini (mənə lütf etdiyi peyğəmbərliyi) təbliğ etdim və sizə öyüd-nəsihət verdim. Lakin siz nəsihət verənləri sevmirsiniz.”
Bu üç ayəyə diqqət yetirin:
Birinci ayədə onların diri olarkən Saleh peyğəmbərdən İlahi əzab istədikləri xəbər verilir.
İkinci ayədə İlahi əzab yetişməklə onların məhv olduğu bildirilir.
Üçüncü ayədə isə onların ölümündən sonra Saleh peyğəmbərin onlarla söhbətindən xəbər verilir. Həzrəti Salehin ölülərlə danışmasına iki əsas sübut var:
1. Ayələr ardıcıllıqla nəql olunub.
2. Onların ölümündən sonra həzrət Saleh onlardan üz döndərib demişdir:
“Mən sizə Rəbbimin əmrini təbliğ etdim və sizə öyüd-nəsihət verdim. Lakin siz nəsihət verənləri sevmirsiniz.”
Qur`an Saleh peyğəmbərin ümməti ilə ciddi söhbət etdiyini təsdiq edir. Onlar həddət artıq inadkar olduqları üçün məhv olduqdan sonra da Saleh peybəmbər onlara öz ailələrini xatırladır. (Siz nəsihət verənləri sevmirsiniz).
b) Şüeyb ölənlərin ruhları ilə danışır: “Elə bu zaman onları dəhşətli bir sarsıntı (yerdən zəlzələ, göydən tükürpədici bir səs) bürüdü və onlar öz evlərində diz üstə düşüb qaldılar (bir göz qırpımında həlak oldular).”
“Şüeybi yalançı adlandıranlar sanki orada (evlərində) heç bir şənlik (ne`mət) içində yaşamamışdılar. Şüeybi təkzib edənlərin özləri ziyana uğrayanlar oldular.”
“(Şüeyb) onlardan üz döndərib dedi: “Ey insanlar! Mən Sizə Rəbbimin əmrlərini təbliğ etdib və öyüd-nəsihət verdim. İndi kafir bir tayfadan ötrü necə yas tutum?”
Bu ayələrin dəlilləri həzrət Saleh peyğəmbərə aid olan ayələrlə birdir.
v) İslam peyğəmbəri Həzrət Mühəmməd (ə) peyğəmbərlərin ruhları ilə danışır:
“Səndən əvvəl göndərdiyimiz peyğəmbərlərdən soruş: Biz Rəhmandan başqa ibadət olunası tanrılarmı müəyyən etmişik?!”
Yə`ni bu dünyada Peyğəmbər (s) başqa bir aləmdə (Axirətdə) yaşayan peyğəmbərlərdən əsrlər boyu Allahın göstərişinin nədən ibarət olduğunu soruşa bilər.
q) Qur`an bə`zi yerlərdə peyğəmbərlərə salam göndərir. Bu salamlar heç vaxt yalan, quru və mə`nasız olmayıb:
Çünki Qur`anın ali və uca məfhumunu mə`nasız adlandırmaq insafdan çox-çox uzaqdır.
Düzdür, müasir dövrdə materialistlər ruh və həyatı əsassız bir düşüncə bilirlər, amma öz nitqlərində və söhbətlərində isə materializmin banilərinə və rəhbərlərinə alqışlar və salamlar göndərirlər.
Deməli, müsəlmanların gecə-gündüz oxuduqları Qur`anın mə`nası və məfhumu əsassız ola bilməz.
1. Bütün aləmlər içərisində Nuha salam olsun.
2. İbrahimə salam olsun.
3. Musaya və Haruna salam olsun.
4. Ali-Yasinə salam olsun.
5. Peyğəmbərlərə salam olsun.
ğ) Salam halında Peyğəmbərə salam vermək.
Bütün düyna müsəlmanları gecə-gündüz namazın sonunda Peyğəmbərə xitab edərək ona salam göndərirlər:
“Əs-salamu ələykə əyyuhənnəbiyyu və rəhmətullahi və bərəkatuh.”
(Salam olsun Sənə, ey Peyğəmbər! Allahın rəhməti və bərəkəti olsun Sənə).
Şafei məzhəbinin alimləri bu salamı vacib, başqa məzhəb alimləri isə müstəhəb bilirlər. Lakin onların hamısı Peyğəmbərin müsəlmanlara belə göstəriş verməyinə inanırlar. Peyğəmbərin sünnəsi onun sağlığında və vəfatından sonra da əbədi olaraq qalır.
Əgər, həqiqətən, bizim Peyğəmbərlə əlaqəmiz kəsilibsə, onda belə bir salam verməyin nə kimi faydası ola bilər?
Bu haqda daha çox mə`lumat almaq istəyən əziz oxucular “Əsaləti-Ruh” kitabına müraciət edə bilərlər.
Sonda xatırlatmalıyıq ki, namazın salamına əsaslanmağımızın səbəbi Qur`anda bu haqda ayələrin nazil olmasıdır.
Bəhsin nəticəsi
Birinci mətləbdə sübuta yetirildi ki, ölüm insan həyatının sonu və yoxluğu yox, onun başqa bir həyata qədəm qoymasıdır.
İkinci mətləbdə isə insan həqiqətinin ruh olduğu, bədənin isə libasa bənzərliyi sübuta yetirildi. Əgər insanın ruhu və həyatı əbədidirsə, sözsüz ki, onun şəxsiyyəti və mənliyi də əbədidir.
Bu dünyada insanın dua etməyə, Allahın izni ilə fövqəl`adə işlər görməyə qüdrəti vardırsa, deməli, o biri dünyada da (Bərzəx aləmi) onun müqəddəs ruhu Allahın izni ilə bədənin ehtiyacı olmayan işlərdən başqa bütün işləri görməyə qüdrəti vardır.
Üçüncü mətləbdə isə bu dünyada yaşayan insanların o biri aləmdə yaşayan insanlarla əlaqə yaratmaq imkanı və müqəddəs ruhların bizləri eşitməsi sübuta yetirildi.
Bu üç mətləbin dəqiqliyi bəhsin fəlsəfi imkanlarını isbat edir, yə`ni ilahi övliyalar bizim sözümüzü eşidir və Allahın izni ilə cavab verirlər. Amma görəsən, İslam şəriətinin qanunları bu əmələ icazə verirmi?
Bu barədə biz dördüncü başlıqda bəhs edəcəyi.
4. Müsəlmanlar və müqəddəs ruhlardan hacət istəmək
İbn Teymiyyə və onun yolunu gedənlər səhabə və səhabədən sonra gələn dəstənin Peyğəmbərdən hacət istəməsini inkar etmişlər. Bu barədə belə deyirlər:
“Səhabənin əsrində yaşayan insanlar, tabein və həmçinin tabeindən sonra gələnlər Peyğəmbərin hüzurunda olmadıqlarından qəbri kənarında ondan hacət və kömək istəməmiş, qəbri kənarında namaz qılıb, dualar oxumamışlar.”
Ola bilsin, səhabənin və tabeinin tarixindən xəbəri olmayan bir şəxs bu yalançı nisbətin həqiqət olduğunu təsəvvür etsin. Lakin tarixə müraciət etməklə bunun əksi sübuta yetirilir. Biz nümunə üçün bir neçə hadisəni burada qeyd edirik:
“Ömərin xilafəti zamanı quraqlıq ili baş verdi. Bir kişi Peyğəmbərin qəbri kənarına gəlib dedi:
“Ey Allahın Peyğəmbəri! Ümmətin susuzluqdan məhv olur, onlar üçün su istə.” Sonra Peyğəmbər o kişinin yuxusuna gəlib buyurdu:
Ömərin yanına gedib, ona salamı çatdır və hamınızın susuzluqdan nicat tapacağınızı Ömərə xəbər ver.”
1. Səmhudi deyir:
“Bu hadisə Peyğəmbər Bərzəx aləmində olarkən onda hacət, kömək, dua diləməyin mümkün olduğuna əsas sübutdur.
Çünki o, (Peyğəmbər) müsəlmanların istəyindən xəbərdardır. Buna görə də sağlığında olduğu kimi, vəfatından sonra da hacət istəmək olar.”
2. Səmhudi Hafiz Əbu Abdullah Məhəmməd ibn Musa ibə ən-No`mandan sənədin sonu həzrəti Əli ibn Əbu Talib (ə) ilə bitən belə bir hədis nəql edir:
“Peyğəmbərin vəfatından üç gün keçmiş Mədinədən kənarda yaşayan bir ərəb Peyğəmbərin məzarı kənarına gəlib başına qəbrin torpağından tökərək dedi:
“Ey Allahın Rəsulu! Sən buyurduğun kəlamları biz eşitdik. Allahdan öyrəndiyin əməlləri biz səndən öyrəndik. O cümlədən sənə nazil olan ayələrdən biri də, budur: “Onlar özlərinə zülm etdikləri zaman dərhal sənin yanına gəlib Allahdan bağışlanmaq diləsəydilər və Peyğəmbər də onlar üçün əfv istəsəydi, əlbəttə, Allahın tövbələri qəbul edən, mərhəmətli olduğunu bilərdilər.” − Mən özümə zülm etmişəm və əfv diləmək üçün sənin yanına gəlmişəm...”
“Əl-Vəfaü li-əxbari daril-Mustafa” kitabının müəllifi səkkizinci fəslin sonunda Peyğəmbərdən kömək və hacət istəmək haqqında müsəlmanların rəftarı barəsində çoxlu həlisdər və rəvayətlər söyləmişdir. Hətta imam Məhəmməd ibn No`man bu mövzu haqqında “Misbahuz-zilam fil-müstəcisin bi-xeyril-ənam” kitabını yazmışdır.
3. Məhəmməd ibn əl-Münkədir deyir: “Bir kişi səksən dinar pulu atamın yanında əmanət qoyub cihada gedirdi. O kişi atama dedi: Əgər pula ehtiyacın olsa, xərcləyə bilərsən.
Təsadüfən, bahalıq və qıtlıq ili baş verdi və atam səksən dinarı xərclədi. Nəhayət, pulun sahibi gəlib, pulunu tələb etdi. Atam dedi: “Yaxşı olar ki, sabah gələsiniz.” Atam gecə məscidə gedib üzünü Peyğəmbərin qəbrinə və minbərinə tutub sübhə kimi Peyğəmbərdən hacət və kömək istədi. Elə bu vaxt məscidin qaranlıq yerindən bir kişi göründü və dedi:
−Ey Əba Məhəmməd, al bu pul kisəsini (kisənin içində səksən dinar pul var idi).”
4. Əbu Bəkr İbn əl-Muqri deyir:
“Mənə, Təbəraniyə və Əbul-Şeyxə aclıq tə`sir etdi. Gecə Peyğəmbərin qəbri kənarına gəlib dedim:
“Ey Allahın Rəsulu! Biz acmışıq...”
Bir az keçməmiş məscidin qapısı açıldı və ələvi bir kişi iki cavanla əllərindəki yeməklə dolu zənbillə məscidə daxil oldular. Yeməyi yeyib qurtardıqdan sonra o kişi dedi:
−Peyğəmbər yuxuda mənə sizə yemək gətirməyi göstəriş verdi.”
5. İbn Cəllad deyir:
“Yoxsul vəziyyətdə Mədinə şəhərinə daxil oldum. Peyğəmbərin qəbrinə yaxınlaşıb dedim:
− Ey Allahın Rəsulu! Sənin qonağınam.
Birdən məni yuxu apardı. Yuxuda Peyğəmbərin mənə çörək verdiyini gördüm...”
Biz hələlik bu hədislərin düzgünlüyü barəsində söhbət etmirik. Əsas məqsəd budur ki istər bu hədislər doğru və istərsə də yalan olsun, belə bir əməl müsəlmanlar arasında yayılmışdır. Əgər bu işlər bid`ət, haram, şirk və yaxud küfr olsaydı, onu qoşanlar müsəlmanların gözündən düşməmək üçün belə dastanlar qondarmazdılar.
“Əsaləri-Ruh” kitabında müqəddəs ruhlardan hacət və kösək diləmək haqqında hədislər və rəvayətlər nəql etmişik.
Bə`zi mətləbləri burada qeyd etməkdən başqa çarəmiz yoxdur:
1. Bu hədislər bə`zilərinin fikir və əqidəsinə görə, düzgün sayılmır. Çünki belələri hədisin ravilərini və sənədlərini axtarmadan hədisi saxta və qondarma kimi qələmə verirlər. Belə bir yersiz inkar bizim əsaslandığımız sübutlara zərər yetirirmi?
Cavab:
Bu kimi tarixi hadisələrə (inadkarlıq və əməlləri inkar etmək) üzləşmək tirixin itib batmasına və yaddaşlardan silinməsinə səbəb ola bilər. Çünki “Peyğəmbərdən kömək və hacət istəmək” haqqında rəvayətlər çox olduğundan bunların hamısını yalan və əsassız adlandırmaq olmaz. Əgər bu haqda olan hədisləri və rəvayətləri toplasaq, qalın bir kitab alınar.
Tutaq ki, bu hədislər qondarma və yalandır. Lakin həmin bu əsassız və qondarma rəvayətlər tarix boyu ardınca olduğumuz bir həqiqətdən xəbər verir. Yə`ni belə bir kömək və hacət istəmək şəriətin ziddinə olsaydı, heç vaxt qanuna zidd olan əməli iftixar üçün qondarmazdılar. Çünki, belə olan halda, nəinki öz məqamını ucaldar, əksinə, müsəlmanların qəzəbinə düçar ola bilərdilər.
Hədis saxtakarları və qondaranları insanların zehni və əqli qəbul edə biləcək yalanları qondarmağa çalışarlar. Qur`anın, sünnənin ziddinə və müsəlmanların nəzərində şirk və bid`ət sayılan bir şeyi heç vaxt qondarmaq olmaz.
2. Müqəddəs ruhlardan dua və yaxud bir iş haqqında kömək istəmək bu dörd mətləbin əsasları ilə sübuta yetirildi.
Müsəlmanlar müqəddəs ruhlardan ancaq dua diləyirlər. Peyğəmbərin müqəddəs ruhu Allahdan dua edənin günahlarının bağışlanmasını, dünya və axirət hacətlərinin yerinə yetirilməsini, o cülmədən bir işin həyata keçməsini (xəstənin sağalması, əsirin azad olması, rahat yaşamaq... bunlar dua ilə birdir) istəyir.
3. Belə istəklər “ibadət” sözünün tə`rifinə və qayda-qanuna əsasən müqəddəs ruhlara ibadət sayılmır. Çünki dua edən müqəddəs ruhları ilah, Allah, rəbb, mələk və bütün işlərdə müstəqil bir şəxs olduğuna əqidə ilə inanmır, əksinə, onları Allahın dünyada heç bir günah iş görməyən, Allah dərgahına itaət edən pak bəndələri bilir.
Müqəddəs ruhların bə`ziləri təvəssül edənlərin istəklərinə kömək edir və hacətlərini yerinə yetirirlər. Çünki onlar diri məxluqdurlar və biz onlarla əlaqə saxlayırıq. Lakin bir şeyi xatırlatmaq lazımdır ki, bunlar hamısı Allahın izni ilə olmalıdır.
Həzrət Məsih (ə) sağlığında Allahın izni il xəstələrə, karlara şəfa verib ölüləri dirildirdisə, ruhu göylərə çəkildikdən sonra da bu işləri Allahın izni ilə yerinə yetirir.
4. Belə bir təvazökarlıq zahirdə mə`sum rəhbərlərə aid edilir, verilir, amma bir az dərinə gedib daha ətraflı fikirləşsək, görərik ki, əslində Allahın özündən hacət istəmiş oluruq.
Səbəbkarları vasitə seçmək, səbəbkarların səbəbinə (Allaha) yaxınlaşmaq deməkdir. Ariflər bu məsəldən daha çox xəbərdardırlar.
Təvəssül edənlər təvəssül etdikləri adamları öz işlərində müstəqil bilmirlər. Əksinə, Allahın rəhmət və lütfünə daha yaxın olmaq üçün müqəddəs şəxsləri vasitə qərar verirlər.
“Ey iman gətirənlər! Allahdan qorxun, Ona (Onun rəhmətinə və lütfünə qovuşmaq üçün) yol axtarın. (Allah) yolunda cihad edin ki, bəlkə nicat tapasınız?” Namaz, oruc və sairə bütün vacib əməllər vasitə sayıldığı kimi peyğəmbərlər və övliyaların da pak duaları vasitə sayılır. Bu vasitələrə üz tutmaq onları yaradana üz tutmaq deməkdir.
Allah övliyalarından şəfaət diləmək
Biz “şəfaət” sözünün mə`nası ilə tanışıq. Bir şəxsin günahından və onun mühakimə olunmasından araya söz düşəndə, bişqa bir şəxsin müdaxilə edib həmin adamı ölümdən, e`damdan və ya zindandan azad etmək üçün fəaliyyətini və vasitəçiliyi görərkən deyirik:
Filankəs ondan ötrü “şəfaət” etdi. Birinin günahkar bir şəxsə nicat verməsi üçün etdiyi vasitəçiliyə şəfaət deyilməsinin səbəbi budur ki, şəfaətçinin mövqeyi və onun tə`sir qüvvəsi şəfaət olunanın vücudunda olan xilas olma arzusu ilə birləşərək (və cütləşərək), biri digərinin köməyi ilə, günahkar şəxsin xilas olmasına səbəb olur. Allah övliyalarının günahkarlar üçün şəfaəti o deməkdir ki, Allahın əziz bəndələri Allah dərgahında olan hörmət və rütbələrinə görə (əlbəttə, Allahın izni ilə xüsusi qaydalar əsasında) günahkarlar üçün vasitəçilik edə, dua və yalvarış yolu ilə böyük Allahdan onların təqsir və günahlarının bağışlanmasını istəyə bilərlər. Şübhəsiz, onların şəfaət etmələri və şəfaətlərinin qəbul olunması bir sıra şərtlərdən asılıdır. Bu şərtlərdən bə`zisi günahkar şəxsin özünə və bə`zisi də günahın şəfaətinə bağlıdır. Başqa bir ifadə ilə desək, şəfaət Allah övliyalarının Allahın izni ilə Allah ilə olan mə`nəvi əlaqələrini və övliyalarla ruhi bağlılıqlarını kəsməmiş günahkar şəxslərə kömək etməsidir. Bu qayda-qanun həmişə qorunmalıdır. Başqa bir mə`nada desək, şəfaət ağlar halda bir şəxsə tərəf can atmaq və təkamül iste`dadı olan rəzil bir şəxsin ali dərəcələrdə olan şəxsdən qanuni olaraq kömək istəməsidir. Əlbəttə, kömək diləyən gərək ruhi kamillik nəzərindən o qədər də süqut etməməli, təkamül və çalışqanlığı əldən verməyib özünün pak insana dönməsi imkanını məhv etməməlidir.
Peyğəmbərin (s) zamanında bu dövrə qədər müsəlmanlar həmişə doğru şəfaətçilərdən istər diri halda və istərsə də ölü halda şəfaət diləmişlər. Belə bir diləyi İslam alimlərindən heç biri islam əqidəsinin kökləri ilə zidd bilməmişlər.
Elə ki, İslamın VII-ci əsrində İbn Teymiyyə dünyaya göz açdı, özünəməxsus xüsusi bir tərzi-təfəkkürlə bu və bir sıra müsəlmanlar arasında yayılmış sünnə qaydalarına müxalif oldu. Ondan üç əsr sonra Məhəmməd ibn Əbdül Vəhhab Nəcdi müxalifət bayrağını yenidən qaldıraraq İbn Teymiyyənin məktəbini daha da şiddətli surətdə yenidən dirçəltdi. Vəhhabilərin başqa islami firqələrlə ixtilaflı məsələlərindən biri də budur ki, onların başqa müsəlmanlar kimi şəfaəti islami köklərdən biri kimi qəbul etməsinə, Qiyamət günü şəfaətçilərin ümmətin günahkarları haqda şəfaət edəcəklərinə və əziz Peyğəmbərin bu haqda böyük payı olacağına əqidə bəsləmələri olmasına baxmayaraq, eyni halda da deyirlər ki, bu dünyada onlardan şəfaət diləməyə haqqımız yoxdur. Bu mövzuda onlar o qədər ifrata varmışlar ki, söylədikləri sözləri burada sadalamaq ruhi narahatlığa səbəb olar. Onların sözünün qısası budur ki, İslam Peyğəmbərinin, başqa peyğəmbərlərin, mələklər və övliyaların Qiyamət günü şəfaət etmək hüquqları vardır. Lakin bununla belə, şəfaəti gərək şəfaət sahibi olan və ona izn verən Allahdan istəyib deyək:
“İlahi! Öz Peyğəmbərini və başqa saleh bəndələrini Qiyamət günündə bizə şəfaətçi qərar ver. Lakin bizim haqqımız yoxdur deyək: “Ey Allahın Rəsulu və yaxud, ey Allahın vəlisi, mənim haqqımda şəfaət etməyi səndən istəyirəm.” Çünki şəfaət elə bir şeydir ki, Allahdan başqa heç kim ona qadir deyildir. Əgər belə bir əməli Bərzəx aləmində olan Peyğəmbərdən istəsən, şirk və qarşındakına ibadət kimi sayılacaqdır.
Vəhhabilər şəfaətçilərdən şəfaət istəməyi haram edib, şəfaət istəyəni müşrik və onun əməlini şirk adlandırırlar.
Biz onların gətirdikləri dəlilləri araşdırmadan əvvəl məsələnin özünü Kitab (Qur`an), sünnə və müsəlmanların (davranışı) nəzərindən araşdıraq.
Şəfaət diləməyin düzgün olması barədə bizim sübutlarımız
Şəfaət diləməyin mümkünlüyü barədə bizim sübut və dəlillərimiz iki hissədən ibarətdir. Hər iki mətləbin sübutu olması ilə bu məsələ tam aydınlaşacaqdır. Bu iki mətləb aşağıdakılardan ibarətdir:
1. Şəfaət diləmək elə dua etməyin özüdür.
2. Layiqli şəxslərdən dua etmələrini istəmək müstəhəb bir əməldir.
1− Şəfaət diləmək elə dua etməyin özüdür
Peyğəmbər və başqa saleh şəfaətçilərin şəfaəti Allah dərgahında dua və yalvarışdan başqa bir şey deyildir. Allah dərgahında olan məqam və dərəcələrinə görə günahkarlar barədə etdikləri duanın tə`siri nəticəsində mehriban Allah öz geniş lütf və mərhəmətini günahkar şəxslərə şamil edib onları bağışlayır. Mö`min qardaşdan duanın istənilməsi əziz Peyğəmbər tərəfindən çox bəyənilən bir işdir. İslam alimlərindən heç biri istər vəhhabi olsun, istərsə də qeyrisi, bu əməlin düzgün olması haqqında heç bir şübhədə olmamışlar.
Əlbəttə, demək olmaz ki, şəfaətin mahiyyəti məhşərin bütün dayanacaqlarında Allah dərgahına edilən həmin duadır. Amma demək olar ki, onun açıq-aydın mə`nalarından biri də duadır:
“Ey Allah dərgahında böyük rütbə və məqamı olan şəxs! Bizim barəmizdə şəfaət elə”−deyən şəxslər də həmin bu mə`nanı nəzərlərində tuturlar.
Nizaməddin Nişaburi bu ayənin − “Yaxşı işə havadar olana (onun savabından), pis işə havadar olana isə (onun günahından) bir pay düşür. Əlbəttə, Allah hər şeyə qadirdir. Hər şeyin əvəzini verəndir” −təfsirində deyir:
“Şəfaət müsəlmanlar üçün edilən həmin duadır.”
Peyğəmbərdən nəql olunmuşdur ki, hər kim müsəlman qardaşının arxasınca dua etsə, onun duası müstəcab olar. Bir mələk də ona nida edib: sənin üçün də onun kimi olacaq − deyə səsləyər.
İbn Teymiyyə o şəxslərdəndir ki, diri şəxsdən dua edilməsini istəməyi düzgün hesab edirlər. Buna əsasən, şəfaət diləmək təkcə Peyğəmbər və övliyalara məxsus deyildir, əksinə belə bir diləyi Allah dərgahında qədr-qiyməti olan hər mö`mindən istəmək olar.
Fəxr Razi də şəfaət kəlməsini Allah dərgahına edilən dua və yalvarış kimi təfsir edən şəxslərdəndir. “Ərşi daşıyanlar və onun ətrafında olanlar (mələklər) öz Rəbbini həmd-səna ilə təsdiq edir, Ona (qəlbən) inanır və mö`minlərin bağışlanmasını diləyərək belə deyirlər: Ey Rəbbimiz! Sənin rəhmin və elmin hər şeyi ehtiva etmişdir. Artıq tövbə edib Sənin yolunla gedənləri bağışla, onları cəhənnəm əzabından qoru!”
Fəxr Razi yüxarıdakı ayənin təfsirində belə deyir:
“Mələklərin təkcə günahkarlar barədə şəfaət etməsinə bu ayə şahiddir. Həmin bu dəstə barədə (mö`minlər) əziz Peyğəmbərimizin və başqa peyğəmbərlərin də şəfaəti bundan ibarətdir. Çünki Allah-taala belə göstəriş verir:
“Həm öz günahlarını , həm də mö`min kişilərin və qadınların günahlarının bağışlanmasını dilə”/ Mühəmməd surəsi, 19/.
Həzrəti Nuh özü valideyləri, ona iman gətirənlər və Qiyamətə kimi gələn imanlı şəxslər barədə Allahdan bağışlanmaq istəmiş və bu yolla da şəfaətçilik risalətini yerinə yetirmişdir.
“Ey Rəbbim! Məni, ata-anamı, mənim evimə (yaxud məscidimə) mö`min kimi daxil olan kimsəni, bütün mö`min kişiləri və qadınları bağışla.”
Yuxarıdakı sitatdan belə çıxır ki, Fəxr Razi şəfaəti günahkar şəxs haqqında edilən dua kimi qəbul etmiş, şəfaət diləməyi isə dua edilməsini diləmək tək hesab etmişdir.
İslam hədislərində bir müsəlmanın başqa müsəlman barədə etdiyi duanın şəfaət olması sübuta yetirilib. İbn Abbas Peyğəmbərdən belə nəql edir: “Əgər bir müsəlman ölsə və şirk etməyən qırx nəfər onun cənazəsinə namaz qılsalar, Allah-taala o müsəlman barədə onların etdiyi şəfaəti (duanı) qəbul edər.”
Bu hədisdə dua edən şəfaətçi kimi tanıtdırılmışdır. Əgər bir şəxs öz sağlığında qırx nəfər vəfalı dostundan xahiş edib ölümündən sonra onun cənazəsinə namaz qılmalarını və onun haqqında dua etmələrin istəsə, onlardan şəfaət istəmiş və bununla da Allah bəndələrinin şəfaətinin müqəddiməsini hazırlamış olur.
Səhih-Buxaridə “Onlar yağış yağdırmasını diləməkdən ötrü öz imamında şəfaət istəyən zaman imam onların diləyini rədd etmir” və “quraqlıq vaxtı müşriklər müsəlmanlardan şəfaət istəyən zaman” adlı başlıqlar vardır.
Bu iki fəsildə nəql olunan rəvayətlər şəfaət diləmək sözünün dua istəmək mə`nasında olmasına və bundan başqa mə`naya təfsir olunmamasına sübutdur. Bura qədər istidlalın birinci mərhələsi aydınlaşdırıldı.
Beləliklə, şəfaət istəməyin dua edilməsini istəməkdən bişqa bir iş olmadığı sübuta yetirildi. İndi isə istidlalın ikinci mərhələsi olan mö`min qardaşdan şəfaət diləməyin tamamilə müstəhəb bir əməl olduğunu sübuta yetirək.
2- Qur`an və layiqli şəxslərdən dua diləmək
Peyğəmbərin insanların bağışlanması haqda duasının çox tə`sirli və faydalı olmasına Qur`an şəhadət verir:
a) “Öz günahlarının və mö`minlərin günahlarının bağışlanmasını dilə.”
b) “Onlardan ötrü dua et, çünki sənin duan onlar üçün bir arxayınçılıqdır.”
Əgər Peyğəmbər duası bu qədər faydalıdırsa, bir şəxsin barəsində belə bir duanın ondan istənilməsinin nə eybi vardır? Başqa bir tərəfdən də axı duanın istənilməsi şəfaətin istənilməsindən başqa bir şey deyildir.
v) “Onlar özlərinə zülm etdikləri zaman dərhal sənin yanına gəlib Allahdan bağışlanmaq diləsəydilər və Peyğəmbər də onlar üçün əfv istəsəydi, əlbəttə, Allahın tövbələri qəbul edən, mərhəmətli olduğunu bilərdilər.”
Bu ayədə “sənin yanına gələrdilər” sözündən məqsəd onların Peyğəmbərin yanına gəlib ondan dua və bağışlanmaq diləməkləridir. Əgər məqsəd bu olmasaydı, onların gəlməyinin də mə`nası olmazdı. Peyğəmbərin hüzuruna təşrif gətirib dua diləməyin özü də qəlblərin oyanmasına, duanın müstəcab olmasına səbəb olan əsas amillərdən biridir.
q) Qur`ani-kərim Yə`qub övladları barədə nəql edir ki, onlar öz atalarından Allahdan bağışlanmalarını istədilər. Yə`qub da onların bu diləyini qəbul edib öz və`dəsinə əməl etdi:
“(Oğlanları ona!) Ata! Bizim üçün günahlarımızın bağışlanmasını dilə. Biz, doğrudan da, günahkar olmuşuq!” dedilər. (Yə`qub) dedi: “Mən Rəbbimdən sizin bağışlanmanızı diləyəcəyəm. O, həqiqətən, bağışlayandır, rəhm edəndir!”
Bütün bu ayələr şəfaət hesab olanan pyğəmbərlərdən və başqa saleh bəndələrdən dilənən duanın İslam nəzərindən heç bir iradı olmadığını sübut edir. Mö`minlərdən dua diləmək haqqında olan rəvayətləri mövzunun qısa olması üçün nəql etmədik.
İslam hədisləri və səhabənin həyat tərzi
Əhli-təsənnün səhihlərinin birinin müəllifi məşhur hədisçi Tirmizi Ənəsdən belə nəql edir:
“(Ənəs deyir:) Peyğəmbərdən Qiyamət günü mənə şəfaət etməsini xahiş etdim. O da mənim xahişimi qəbul edib “şəfaət edərəm” deyə buyurdu. Ərz etdim ki, ya Rəsulullah, o gün sən harada olacaqsan? Buyurdu: Sirat körpüsünün kənarında.”
Ənəs təbii incəliklə Peyğəmbərdən şəfaət diləyir və o da qəbul edib ona müjdə verir. Peyğəmbərin səhabələrindən olan Səvad Qarib şe`rlərindən birində Peyğəmbərdən şəfaət diləyərək deyir:
“Ey Rəsulullah! Qiyamət günü mənə şəfaətçi ol. Elə bir gün ki, başqalarının şəfaətini Səvad Qəribə heç bir xeyri və faydası olmayacaqdır.”
Himyər qəbiləsindən Tə`bə adlı bir nəfər Peyğəmbər doğulmamışdan qabaq eşitmişdi ki, tezliklə Ərəbistan torpağından Allah tərəfindən bir peyğəmbər seçiləcəkdir. O, ölümündən qabaq bir məktub yazıb öz yaxınlarına verərək xahiş edir ki, bir gün əgər Allah tərəfindən belə bir peyğəmbər seçilsə, mənim məktubumu ona yetirin. O məktubda yazmışdı:
“Əgər ömür vəfa etməyib səni dərk etməmişdən qabaq ölsəm, axirətdə mənə şəfaətçi ol və məni yaddan çıxarma.”
Məktub Peyğəmbərə yetişən zaman üç dəfə buyurdu:
“Afərin saleh qardaşım Təbə`ə.”
Əgər şəfaət diləmək şirk olsaydı, Peyğəmbər heç vaxt ona qardaş deyib üç dəfə afərin deməzdi.
Ölüdən şəfaət diləmək
Bundan əvvəlki bəhsdə Allah övliyalarından şəfaət diləmək onların diri halında tamamilə caiz bir əməl olduğunu hədislər sübuta yetirdi.
Bir sıra rəvayətlərdən belə başa düşülür ki, səhabə Peyğəmbərin vəfatından sonra onun pak ruhundan şəfaət diləyirdi.
1) İbn Abbas deyir:
“Elə ki, əmirəl-mö`minin Əli (ə) Peyğəmbərə (s) qüsl verib kəfən tutdu, kəfəni o həzrətin üzündən açıb dedi:
“Atam-anam sənə fəda olsun. Sən diri halında da, ölü halında da pak-pakizəsən. Allah-taalanın dərgahında bizi də yad elə” Nəhcül-Bəlağə, 230-cu xütbə/.
2) Peyğəmbər (s) vəfat edəndə Əbu Bəkr evdə onun üzünü açıb öpərək dedi:
“Atam-anam sənə fəda olsun. Sağlığında da pak idin, vəfat edəndən sonra da paksan. Allah-taalanın dərgahında bizi yad elə, bizi unutma” /Kəşfül-irtiyab, s. 265/.
Qeyd olunan rəvayətlər şəfaət diləyəndə şəfaətçinin diri və ya ölü olmasının fərqi olmadığını sübuta yetirir. Demək, bu kimi ayələrə, rəvayətlərə və bütün əsrlər boyu müsəlmanlar arasında rəvac tapmış sünnə əməllərə diqqət yetirərkən belə aydın olur ki, şəfaət mövzusu barədə gərək heç bir şəkk-şübhəyə yol verilməsin.
Bundan əlavə, Peyğəmbərin səhabəsi o Həzrətin vəfatından sonra dua etməsini diləyirdi. Əgər dua diləmək o Həzrətin vəfatından sonra səhihdirsə, bir növ dua sayılan şəfaət də səhih olacaqdır.
Şəfaət diləməyin qadağan olması barədə vəhhabilərin gətirdikləri dəlillərin araşdırılması
Ötən fəsildə şəfaət diləməyin caiz olması haqda dəlillərlə tanış olduq. İndi isə, belə bir dilək barədə müxalif olanların dəlilləri ilə tanış olaq. Müxalif tərəf özünün bir sıra düşüncələri ilə Allah övliyalarından şəfaət diləməyi qadağan etmişdir. Bu bəhsin təhlilini qısa surətdə sizə təqdim edirik.
1. Şəfaət diləmək şirkdir
Bu dəstənin söylədiyi şirkdən məqsəd ibadətdə olan şirkdir. Onlar şəfaət diləməyin şəfaətçiyə sitayiş olduğunu iddia edirlər.
Doqquzuncu fəsildə ibadət barədə müfəssəl surətdə bəhs edib aydınlaşdırdıq ki, hər hansı bir şəxsə edilən hər növ diləyiş və ya ondan şəfaət diləmək o surətdə ibadət hesab olunur ki, tərəf-müqabili yaradılışın Allahı, Pərvərdigarı, Rəbbi və ya ilahi işlərin başlanğıcının sahibi kimi qəbul edək. Bundan qeyi-surətdə olan bütün növ dua və diləyişlər, tə`zim və təvazökarlıqlar heç bir zaman ibadət sayılmayıb və sayılmayacaqdır.
Allah dərgahının həqiqi şəfaətçilərindən (Allahın onlara şəfaət etməyə izn verdiyinə görə) şəfaət diləyənlər onları Allah dərgahına yaxın adamlar və Allahın seçilmiş bəndələri kimi hesab edirlər. Onlar nə allahdırlar, nə də məğfirət və şəfaət kimi Allaha xas olan işlər olara tapşırılmamışdır ki, istədikləri kimi Allahın izni olmadan hər kimi istəsələr şəfaət edib günahından keçsinlər. Bu kimi şəxslər Allahın izni ilə Allah və şəfaətçilərin mə`nəvi bağlılıqları qırılmamış xüsusi şəxslərin günahlarının bağışlanmasını diləyə bilərlər. Bu surətdə şəfaətçini Allahın ən yaxın bəndələrindən başqa bir şey hesab etməyən şəxsin belə bir istəyi heç vaxt ibadət sayılmır. Əlbəttə, əgər belə bir istək ölü halında şəfaətçiyə pərəstiş kimi hesab olunursa, diri halında da təbii olaraq şəfaətçiyə ibadət kimi hesab olunmalıdır.
Keçən bəhsdə xatırlatdıq ki, Qur`an və sünnə müsəlmanlara buyurur ki, Peyğəmbər hüzuruna gəlib onlardan ötrü bağışlanmaq diləməsini xahiş etsinlər. Belə bir diləyiş diri halında diri halında şəfaət diləməkdən başqa bir şey deyildir. Və heç vaxt ola bilməz ki, bir əməl həm şirk və həm də tovhid olsun. Daha geniş şəkildə desək, onlar belə deyirlər:
“Şəfaət Allaha məxsus bir iş və ya Ona xas bir hüquqdur. Ona məxsus olan hüququ başqasından diləmək ibadət sayılır”
Hətta onlar bu sözü eyni ilə xəstə üçün övliyalardan dilənən şəfa və buna oxşar şeylər barədə də təkrar edib deyirlər ki, bu kimi diləyişlər Allaha məxsus olan işi başqasından diləməkdir. Təbii olaraq belə bir diləyiş də tərəfi-müqabilə sitayiş və ibadət kimi qəbul edilir.
Onların bu sübutlarının cavabı keçən bəhslərdə diqqət, yetirməklə tamamilə aydın olur. Bəhsin mövzusu bundan ibarətdir:
Bu ümumi qanun barədə müsəlmanların heç birinin ixtilafı yoxdur. Hamılıqla Allaha məxsus olan işi başqasından istəməyin həmin şəxsə ibadət olmasını e`tiraf edirlər və Onun ilahiyyat əqidəsinə səbəb olur. Allaha məxsus olan işdən məqsəd nədir? Hələ də vəhhabi yazıçıları vəalimləri bu üç əsr ərzində Allaha məxsus olan iş barədə kiçik bir məqalə, elmi əsər yazmamışlar. Belə olan halda, əsas və sübut gətirməyin öz faydasızdır. İbadətin tə`rifində bir çox ayələrdə Allaha məxsus işlərin Allahdan başqasına da aid edildiyi qeyd olunmuşdur. Məsələn, öldürmək barəsində ayədə buyurulur:
“Dirildən də, öldürən də Odur” /Mu`min surəsi, 85/.
Bə`zi ayələrdə bu iş Allahdan başqasına da aid edilir. Belə ki, aşağıdakı ayədə buyurur:
“Nəhayət, birinizin əcəli gəlib çatdıqda onun canını (göndərdiyimiz) mələklər alar.”
Bu təkcə öldürmək işi deyildir ki, Ona məxsus olan iş başqasına aid edilmiş olsun. Əksinə, Allaha məxsus olan işlərin və yalnız Ondan tələb olunması lazım olan şeylərin bir hissəsini başqasından dilənilməsinə də icazə verilmişdir. Qur`an müsəlmanlara gecə-gündüz bu kəlməni deməyə göstəriş verir:
“Yalnız və yalnız Səndən kömək diləyirik” /Fatihə, 5/.
Lakin başqa ayələrdə də namaz və səbir kimi Allahdan başqa şeylərdən də kömək diləməyi göstəriş vermişdir. “(Müsibət vaxtında) səbir edib namaz qılmaqla (Allahdan) kömək diləyin! Bu ağır iş olsa da, (Allaha) itaət edən üçün ağır deyildir.”
Əgər biz Allaha məxsus olan işin başqasına da aid edilməsi barədə bəhs edən ayələri burada qeyd etmək istəsək, sözümüz uzun çəkər. Bizə lazım olan isə Qur`an baxımından ixtilafı aradan qaldırmaq və Qur`anın məqsədini öyrənməkdir.
Öz istəyimizi nəzərə almadan bu işlərin iki surəti vardır:
1− İş görən varlıq heç kimə arxalanmadan, heç kimdən kömək almadan və nəhayət, heç kimin razılığını qəbul etmədən öz işini həyata keçirtsin. Məsələn, bir canlını öldürsün və yaxud bir canlıya kömək etsin.
2− Yuxarıdakı işləri həyata keçirən bir varlığa arxalanıb, yüksək məqamından qüdrət alıb o varlığın izni ilə bu işləri həyata keçirtsin.
Birinci surətdə əməl Allaha, ikinci surətdə isə əməl insana və ya Allahdan başqasına aiddir. Allahın işi (fe`li) və insanın işi təkcə bu surətlə açıqlanmır. Əksinə, Allahın və Ondan qeyrisinin işini tanımaq üçün bu ümumi bir qaydadır.
Allahın işi diriltmək, öldürmək, şəfa vermək, ruzi yetirmək və sairə başqalarına ehtiyacı olmamaqdan ibarətdir. Allahdan başqası öz işərində özündən üstün və məqamı yüksək olan varlığa bağlı olan halda o varlığın izni olmadan heç bir iş görə bilməz. Bu qaydaya əsasən, Allaha məxsus olan şəfaətin saleh bəndələrindən istənilən şəfaətdən fərqli olduğu bəlli olur.
Əgər Allah övliyasından birinci surətdəki kimi şəfaət istənilsə, onda bu əməl Allahın işini başqasından istəmək və həmçinin ibadət sayılır. Lakin, əgər ikinci surətdəki kimi şəfaət istənilsə, yə`ni izn verilmiş və məhdud şəfaət istənilsə, onda bəşərə məxsus olan iş istənilir.
Bu qaydaya əsaslanaraq vəhhabi yazıçılarının söylədiklərinin əsassız olduğu sübuta yetirilir. Yə`ni bu kimi istəklərin istər şəfaət və buna oxşar başqa işlərin iki sürətdə olduğu bəlli olur. Heç bir təkallahlığa inanan bəndə Allah övliyalarından birinci surətdə deyildiyi kimi iş istəmir. Heç ki, hətta İslami düşüncəsi zəif olan adamlar belə bu övliyaları dünyanı yaradıb müstəqil idarə edən, Allahın işləri onlara tapşırılmış, şəfaət və kömək işlərində heç bir məhdudiyyəti olmayan varlıq bilmirlər.
Nəticədə isə məhdud və izn verilmiş şəfaəti bəşərdən istəmək Allaha məxsus olan iş hesab olunur. Biz gələcəkdə “Allahın işinin” xüsusiyyətləri haqqında söhbət açacağıq.
2. Müşriklər bütlərdən şəfaət istədiklərinə görə şirk sayılır
Vəhhabilərin “Allah övliyalarından şəfaət istəməyin” haram olması haqda ikinci sübutları budur ki, Hicaz bütpərəstləri bütlərdən şəfaət istədikdərinə, bütlərin müqabilində ah-nalə edib, onlardan kömək dilədiklərinə görə müşrik oldular. Aşağıdakı ayə də buna şəhadət verir:
“Onlar Allahı qoyub özlərinə nə bir xeyir, nə də bir zərər verə bilən bütlərə ibadət edir və: “Bunlar Allah yanında bizdən ötrü şəfaət edənlərdir!” − deyirlər.”
Buna görə də Allahdan başqasından şəfaət istəmək şirk və şəfaət edənə sitayiş etmək sayılır.
Cavab:
1) Bu ayə vəhhabilərin söylədikləri fikrə və nəzəriyyəyə heç bir sübut və əsas ola bilməz. Qur`an onları bütlərdən şəfaət istədiklərinə görə yox, əksinə, şəfaət olunmaqlarına xatir bütə ibadət etdiklərinə görə müşrik adlandırıb. Əgər bütlərdən şəfaət istəmək həqiqətdə ibadət sayılırsa, onda bu kəlməni “Bunlar bizdən ötrü şəfaət edənlərdir” kimi gətirməklə “ibadət edirlər” kimi gətirməyə heç bir ehtiyac olmazdı.
Ayədə iki həmcins cümlənin ardıcıl gəlməsi, bütlərə sitayiş etməyin şəfaət istəməyə aid olmadığını açıqlayır. Bütlərə sitayiş etmək şirk və iki mə`buda ibadət etmək, bütlərdən, daşdan, çubuqdan şəfaət istəmək isə məntiqdən uzaq olan axmaq bir əməl sayılır. Bu ayə bütlərdən şəfaət istəməyin sitayiş olmasına heç vaxt sübut və əsas ola bilməz. Yə`ni bütlərdən şəfaət istəmək onlara həmd və sitayiş etmək demək deyil. Belə olan halda təbiidir ki, övliyalardan da şəfaət istəmək onlara sitayiş etmək demək deyil. Bundan əlavə, övliyaların məqamı ilə bütlərin məqamı heç də müqayisə oluna bilməz.
2) Tutaq ki, onların (bütpərəstlərin) əməllərinin şirk olmasının səbəbi bütlərdən şəfaət istəmək olmuşdur. Lakin bütpərəstlərin şəfaət istəməklərilə müsəlmanların şəfaət diləməkləri arasında çox böyük fərq var. Onlar “şəfaət” və “bağışlanmaq” kimi məsələlərdə bütləri şəfaətin yiyəsi və Allah dərgahında ixtiyar sahibi hesab edirlər. Sanki Allah bütün bunlardan əl çəkib həmin işləri bütlərə tapşırmışdır. Sözsüz ki, belə bir şəfaət istəmək bütlərə sitayiş və ibadət sayılacaq. Çünki onlar bütlərdən “Rəbb”, “İlah” və “İlahi işlərin başlanğıcı” əqidəsi ilə şəfaət istəyirlər. Amma müsəlmanlar isə Allahın ən yaxın və abırlı bəndəsindən (şəfaət məsələsində Allahın izn verdiyi bəndədən) şəfaət və dua diləyirlər. Bunları bir-birinə bağlı edib fərq qoymamaq həqiqətdən və insafdan uzaqdır.
3. Allahdan başqa bir kimsədən şəfaət istəmək haramdır
Vəhhabilərin “İlahi övliyalardan şəfaət istəməyin” haram olması haqda üçüncü dəlilləri bundan ibarətdir: Qur`anın hökmünə əsasən dua vaxtı Allahdan başqasını çağırmaq bəşərdən şəfaət istəmək, Allahdan başqasından kömək diləmək sayılır.
Qur`an bu haqda buyurur:
“Şübhəsiz ki, bütün məscidlər Allaha məxsusdur. Allahdan başqa heç kəsə ibadət etməyin (heç kəsi çağırmayın).”
Allahdan başqasını çağırmaq haram sayılır. Digər tərəfdən də Allah övliyalarına şəfaət vermək səlahiyyəti verilmişdir. Bu iki cümləni bir yerə topladıqda belə başa düşülür ki, Allah övliyalarının şəfaətini onların özündən yox, Allahdan istəyək.
Belə bir çağırışın ibadət və sitayiş olmasına aşağıdakı ayə şəhadət verir.
“Rəbbiniz buyurdu: “Mənə dua edin, Mən də sizin dualarınızı qəbul edim! Mənə ibadət etməyi təkəbbürlərinə sığışdırmayanlar cəhənnəmə zəlil olaraq girəcəklər!”
Ayənin əvvəlində “dua”, axırında isə “ibadət” kəlmələrinin işlənməsinə diqqət yetirin. Bu, dua ilə ibadətin eyni mə`nada olmasına dəlildir. Əxlaq kitablarında deyilir: “Dua etmək sitayiş və ibadət etməyin başlanğıcıdır.”
Açıqlama:
1) Allahdan başqasını çağırmağın və dua etməyin haram olmasının səbəbi mütləq çağırmaq və kömək istəmək deyil. Əksinə, dua etməyin haram olmasına əsas səbəb Allahdan başqasına sitayiş etməkdir. Ayənin başlanğıcında gələn cümləyə (Bütün məscidlər Allaha məxsusdur) əsasən, çağırmaqdan və dua etməkdən məqsəd ibadətə gətirib çıxaran xüsusi çağırış, dua diləmək və kömək istəməkdir. Yə`ni, bir şəxsi dünyanın Allahı, rəbbi, idarə edəni, yaradanı və mütləq hakimi hesab edib, onun qarşısında zəlilliklə, sonsuz təvazökarlıqla dayanmaq haram və şirkdir.
Allahın şəfaət üçün izn verdiyi bəndələrdə yuxarıda qeyd olunanların heç biri yoxdur.
2) Ayədə bir kəsi Allahın məqamı ilə bir edib Onunla birlikdə çağırmaq haram sıyılır. Qur`anda “məəllah” ərəb kəlməsi (“Allahla birlikdə”) bunu izah edir. Əgər bir şəxs Peyğəmbərdən onun haqqında dua etməyi, Allahdan onun günahlarının bağışlanmasını diləsə və yaxud hacətini istəsə, belə olan halda heç vaxt Allahla birlikdə heç kimi çağırmayıb. Əksinə, bu diləyiş və çağırış əslində Allahı çağırmaqdır, Allahdan diləməkdir.
Əgər bə`zi ayələrdə bütlərdən hacət və kömək istəmək şirk sayılırdısa, səbəbi budur ki, onlar (bütpərəstlər) bütləri kiçik Allah, İlahi işlərin hamısında və yaxud bə`zisində ixtiyar sahibi hesab edirdilər və öz məqsədlərinə çatmaq üçün bütləri qüdrətli bilirdilər. Elə buna görə də Qur`an bu kimi fikirləri tənqid edərək buyurur:
“Sizin ondan (Allahdan) başqa tapındıqlarınız isə nə sizə, nə də özlərinə bir kömək edə bilər” ; “Allahdan başqa ibadət etdiyiniz bütlər də sizin kimi bəndələrdir. Əgər (bu bütlərin sizə bir kömək edə biləcəyi barəsindəki iddianızda) doğrusunuzsa, haydı, çağırın onları sizə cavab versinlər.” Bir sözlə, müşriklər bütləri kiçik Allah adlandırmaqla bütün işlərdə bunları ixtiyar sahibi və qüdrətli bilirdilər. Lakin Allahın şəfaət haqqı və məqamı vermiş bəndəsində bu şərtlərin heç biri yoxdur.
3) Çağırışın geniş mə`nası vardır. Adətən ibadətdə məcazi mə`nada işlədilir. Ayədə və hədislərdə işləndiyi kimi sübut gətirilmişdir. Halbuki məcazi mə`nada işlənən bu kimi sözləri əsas götürməklə “çağırmaq” kəlməsini həmişə ibadət mə`nasına yozub əqli cəhətdən kömək və hacət istəyəni şirkə məhkum etmək olmaz. Lakin “də`vət, çağırmaq” kəlməsinin əsl mə`nası oxumaq, diləmək və istəməkdir. Bu bə`zən ibadət mə`nasında işlənir. Çox vaxtlar isə ibadət mə`nasını yox, başqalarını çağırmaq, səsləmək, mə`nasını ifadə edir.
4. Şəfaət Allaha məxsusdur
Şəfaətin Allaha məxsus olduğu aşağıdakı ayədə bildirilir. Belə olan halda başqalarından şəfaət istəməyin nə kimi mə`nası vardır?
“Yoxsa onlar (müşriklər) Allahdan qeyrilərini (bütləri) şəfaətçi etdilər? (Ya Peyğəmbər!) De: “Onlar heç bir şeyə malik olmadıqları və heç bir şey qanmadıqları halda, şəfaətmi edəcəklər? Bütün şəfaət yalnız Allaha məxsusdur.”
Cavab:
Ayədə “Şəfaət yalnız Allaha məxsusdur” ifadəsi o demək deyildir ki, Allahdan başqa şəfaət etməyə heç kimin haqqı yoxdur.
Sözsüz ki, Allah-taala bir şəxsi başqa bir şəxsin yanında şəfaətçi etmir. Ayədə məqsəd budur ki, şəfaətin əsl səbəbkarı bütlər yox, Allah-taaladır. Çünki yalnız ağılı, dərrakəsi və düşüncəsi olan bir şəxs şəfaətə sahib ola bilər. Bütlər isə ağıllı və dərrakəsi olmayan cansız əşyalardırlar.
“Onların heç bir şeyə malik olmadıqları və heç bir şeyi qanmadıqları halda...”
Deməli, ayədə əsas məqsəd şəfaətin bütlərə yox, Allaha məxsus olmasıdır. Allah hər kimin səlahiyyəti və ləyaqəti olarsa, ona şəfaət etməyə izn verər. Bünlərin isə nə səlahiyyəti çatır, nə də ləyaqəti. Belə olan halda ayənin bizim bəhsimizə aid olmadığı sübuta yetirilir. Çünki müsəlmanlar şəfaətin yalnız və yalnız Allaha məxsus olduğuna, övliyaların isə Allahın izni ilə şəfaət etmələrinə inanırlar. Həmçinin ayələrin və hədislərin hökmünə əsasən, Peyğəmbərə Allah tərəfindən şəfaət izni verilməsini qəbul edirlər. Buna görə də müsəlmanlar Peyğəmbərdən ona izn verildiyinə görə şəfaət istəyirlər. Bu sözün ayəyə heç bir bağlılığı olmadığı bəlli olur.
Ölülərdən şəfaət istəmək qadağandır
Bu dünyada ilahi övliyalardan şəfaət istəmək haqqında vəhhabilərin axırıncı dəlil və sübutları eşitməyən və hissiyat qüvvəsini itirmiş ölülərdən şəfaət istəməkdir. Qur`an açıq-aşkar ölüləri eşitməyən və başa düşməyən kimi qələmə verib buyurur:
a) “Şübhəsiz ki, sən nə ölülərə (haqqı) başa sala bilər, nə də dönüb gedən karlara (haqqa) çağırışı eşitdirə bilərsən.”
Qur`an bu ayədə müşrikləri ölülərə oxşatmaqla ölünün heç bir şeyi başa düşmədiyi kimi müşrikləri də dərketməz adlandırıb. Əgər ölülər danışıb, eşidib və hər bir şeyi hiss etsəydilər, onda qəlbi ölmüş müşrikləri ölülərə oxşatmaq düzgün olmazdı.
b) “Şübhəsiz ki, Allah dilədiyinə (ayələrini) eşitdirər, Sən isə (ya Peyğəmbər!) qəbirlərdə olanlara (haqqı) eşitdirən deyilsən.”
Bu ayənin də dəlilləri yuxarıdakı ayə ilə eynidir. Deməli, ölüdən şəfaət istəmək, cansız əşyadan bir şey istəmək deməkdir.
Cavab:
Vəhhabilər digər İslami məzhəblərə irad tutub, onların xətaya uğradıqlarını aşkar etmək üçün həmişə şirk qapısından daxil olmuşlar. Özlərini tovhidin tərəfdarı adlandırmaqla başqalarını kafir hesab etmişlər. Lakin burada bəhsin mövzusunu dəyişib övliyalardan şəfat istəməyin qadağan olmasını irəli çəkmişlər. Amma onlar tamamilə unutmuşlar ki, İlahi övliyalar əqli və nəqli sübutlara əsasən diridirlər.
Nəqli dəlillər / Qur`an ayələri /:
1. “Allah yolunda öldürülənlərə (şəhid olanlara) ölü deməyin. Əksinə, onlar (Allah dərgahında) diridirlər, lakin siz bunu dərk etmirsiniz.”
2. “Allah yolunda öldürülənləri (şəhid olanları) heç də ölü zənn etmə! Xeyr, onlar öz Rəbbinin yanında diri olub ruzi yeyirlər. Onlar Allahın öz mərhəmətindən bəxş etdiyi ne`mətə (şəhidlik rütbəsinə) sevinir, arxalarınca gəlib hələ özlərinə çatmamış kəslərin (axirətdə) heç bir qorxusu olmayacağına və onların qəm-qüssə, görməyəcəklərinə görə şadlıq edirlər.”
“(Ya Mühəmməd!) hər ümmətdən (Peyğəmbərini) bir şahid gətirəcəyimiz və səni də onlara şahid tə`yin edəcəyimiz zaman (kafirlərin halı) nə cür olacaq?”
“Ya Peyğəmbər! Həqiqətən, Biz səni (ümmətinə) bir şahid, bir müjdəçi və çəkindirən bir şəxs göndərdik.”
“Bəlkə, (indiyə qədər) zay etdiyim ömrün müqabilində yaxşı bir iş görüm.” Xeyr, bu onun dediyi boş (faydasız) bir sözdür. Onların önündə dirilib (haqq-hesab üçün Allahın hüzurunda) duracaqları günə (Qiyamət gününə) qədər maneə (öldükdən sonra Qiyamətədək qalacaqları Bərzəx aləmi) vardır.”
“Onlar (ölən gündən Qiyamətə qədər qəbir evində) səhər-axşam (gündə iki dəfə) odda yandırılarlar.”
Bütün bu ayələrin hamısı öləndən sonra ruhun vasitəsilə həyatın davam etməsinə şəhadət verir.
Vəhhabilərin əsas götürdükləri bu iki ayədən (Nəml, 80, Fatir 22) məqsəd yerin altında dəfn olunan ölülərin dərrakəsiz olduğuna sübut ola bilməz. Əksinə, ruh bədəndən ayrıldığına görə bədən özü dərrakəsiz və cansız bir əşya olur. Ruh isə buna aid ola bilməz.
Lakin diqqət yetirmək lazımdır ki, biz torpaq altında dəfn olunmuş bədəndən yox, Bərzəx aləmində bərzəx cəsədləri ilə yaşayan ən müqəddəs ruhlardan şəfaət və yaxud hacət istəyirik. Çünki Qur`an hökmünə əsasən onlar diridirlər. Deməli, biz boş bədənlə yox, əksinə, ruhlarla söhbət edir, onlardan şəfaət istəyirik.
Əgər ölülərin torpaq altında qalmış bədənlərinin dərrakəsi yoxdursa, bu o demək deyildir ki, onların Qur`an ayələrinə əsasən, Allah dərgahında ruzi yeyən pak və təmiz ruhlarının da dərrakəsi yoxdur.
Əgər biz onlara salam veririksə, şəfaət istəyiriksə və yaxud onlarla danışırıqsa, deməli, bizim onların bədənləri ilə yox, müqəddəs ruhları ilə işimiz var. Əgər onların qəbirlərinin, dəfn olunduqları yerlərin və evlərinin ziyarətinə gediriksə, bu ona görədir ki, onlarla ruhi əlaqə yaratmaq üçün özümüzü hazırlaşdırırıq. Hətta əgər onların bədənlərinin torpağa dönməsini belə bilsək, (baxmayaraq ki, İslam rəvayətləri bunun ziddinədir) yenə yuxarıda qeyd olunan yollarla, onların müqəddəs ruhları ilə əlaqə və bağlılıq yaratmalıyıq.
On beşinci fəsil
Qeybi (gözə görünməz aləmi-ruhani) qüdrətə əqidə ilə inanmaq şirk sayılırmı?
Şübhəsiz ki, hacət istəmək o zaman mümkündür ki, hacət istəyən öz qarşı tərəfini hacətinin yerinə yetirilməsində qüdrətli və imkanlı bilsin. Bə`zi vaxtlar bu zahiri və maddi qüdrət olur. Məsələn, bir şəxsdən su istədikdə o, qabı su ilə doldurub bizə təqdim edir.
Bə`zi vaxtlar isə bu qüdrət təbii və maddi qanunlardan uzaq, qeybi bir qüdrət olur. Məsələn, bir şəxs Həzrəti İmam Əlinin (ə) insan qüdrətindən xaric olan və bəşər qüdrəti ilə yox, qeybi qüdrət ilə “Xeybər” qalasının qapısını yerindən çıxartmasına əqidə ilə inanır. Və yaxud Həzrəti Məsih (ə) öz şəfaverici qüdrəti ilə çətin və sağalmayan xəstəlikləri xəstəyə dərman içirtmədən və müalicə etmədən sağaldır. Belə bir qeybi qüdrətə inanmaq əgər Allahın qüdrətinə, izninə və məsləhətinə əsaslanırsa, maddi qüdrətə inanmaq deməkdir. Yə`ni bu inam və əqidə şirk sayılmır. Həmin Allah maddi qüdrəti o şəxsin ixtiyarına verdiyi kimi, qeybi qüdrəti də ona bəxş etmişdir. Bir şərtlə ki, məxluq Allaha ehtiyacı olmayan bəşər kimi tanınmasın.
Vəhhabilərin bu haqda fikirləri:
Vəhhabilər deyirlər: Əgər bir nəfər ilahi övliyaların birindən istər diri olsun, istərsə də ölü, xəstəsinin sağalmasını, itirdiyinin qaytarılmasını və yaxud borclarının ödənilməsini istəyərsə, bu geniş istəklər övliyanın (insanın) qeybi (gözə görünməz) qüdrətə malik olduğunu və təbii nizam-intizama, qanunlara, dünya yaranışına hakim olduğuna səbəb olar. Allahdan başqa belə bir gözə görünməyən qüdrətə inanmaq eyni ilə o şəxsin allahlığına inanmaq deməkdir. Belə bir hacət istəmək də şirk sayılır.
Susuz insan səhrada öz nökərindən su istəyirsə, o, təbiət qanunlarına hakim olan nizam-intizama itaət etmiş olur. Amma torpaqlar altında dəfn olunmuş və yaxud uzaq bir yerdə yaşayan imamdan və Peyğəmbərdən su istəmək onların qeybi (gözə görünməyən) qüdrətlərinə inanmaq deməkdir. Yə`ni, heç bir səbəb və maddi vasitə olmadan susuz insana su yetirsin. Belə bir əqidə qarşı tərəfə Allah əqidəsi ilə inanmağa səbəb ola bilər.
Əbu Ə`la Movdudi bu mətləbə açıq-aşkar işarə edən şəxslərdən biridir. O deyir: “İnsanın Allahı çağırması və Ondan kömək istəməsinin əsas səbəbi budur ki, o, Allahın maddi qanunların hüdudundan xaric və təbiət qanunlarına hakim olan gözə görünməyən qeybi bir qüdrətə sahib olduğuna inanır.”
Bu barədə bizim nəzəriyyəmiz.
Vəhhabilərin əsas səhvi budur ki, insanların qeybi və gözə görünməyən qüdrətlərinə inanmanı şirk və ikiallahlıq kimi qələmə verirlər. Bununla da Allahın gözə görünməyən qüdrətinə əsaslanan qeybi qüdrət ilə Allahdan ayrı olan müstəqil qeybi qüdrət arasında heç bir fərq qoymaq istəmirlər və bəşərdən olan qeybi qüdrətə inanmanı isə şirk hesab edirlər.
Qur`an açıq-aşkar bə`zi adamların qeybi qüdrətlərə sahib və təbiət qanunlarına hakim olduqlarından danışır. Biz burada Qur`an nöqtəyi-nəzərindən bir neçə ilahi övliyaların belə bir qüdrətə malik olduqlarına işarə edirik:
Yusif peyğəmbərin gözə görünməyən qeybi qüdrəti
Yusif peyğəmbər öz qardaşlarına deyir:
“Bu köynəyimi götürüb aparın, atamın üzünə sürtün, o, (yenidən) görməyə başlayar. Bütün ailənizi də yığıb yanıma gəlin.”
“Muştuluqçu gəlib köynəyi (Yə`qubun) üzünə sürtən kimi onun gözləri açıldı və o: “Məgər sizə demədimmi ki, mən Allahdan sizin bilmədiklərinizi bilirəm!”−söylədi” /Yusif surəsi, 93 və 96-cı ayələr/.
Ayənin zahiri mə`nası budur ki, görmə qabiliyyətini itirən Yə`qubun Yusifin iradəsi, istəyi və əqdə etdiyi qüdrəti ilə gözləri açılır və görməyə başlayır. Bu iş Allahın bir başa gördüyü iş deyil, əksinə, Allahın vasitəçi ilə olan işidir. Belə olmasaydı, Yusifin qardaşlarına köynəyi atasının üzünə sürtməyi göstəriş verməsi faydasız olardı. Əksinə, həzrəti Yusif dua etsə belə, kifayət edərdi. Bu, Allah övliyasının Onun izni ilə dünya işlərinə tə`sir etməsi deməkdir. Və bu işi görənə (Yusif) Allah tərəfindən belə bir ixtiyar verilmişdir.
2. Musa peyğəmbərin gözə görünməyən qeybi qüdrəti
Allah Musaya əsasını daşa vurmağı göstəriş verir. Sonra daşdan bəni-İsrail övladlarının qəbiləsinin sayı qədər on iki bulaqdan su axmağa başladı.
“Biz ona: “Əsanı daşa vur! −dedik. (O, əsanı vuran kimi) ondan (daşdan) on iki çeşmə fışqırdı...”/ Bəqərə surəsi, 60/.
Başqa bir yerdə Allah-taala Musaya əsanı dəryaya vurmağı göstəriş verir. Sonra isə bəni-İsrailin keçib getməsi üçün dəryanın bə`zi yerlərində dağ əmələ gəldi. “Onda Musaya belə vahy etdik: “Əsanla dənizə vur!” (Musa əsasını dənizə vuran kimi) dərhal yarıldı. (İsrail oğullarının sayına müvafiq olaraq on iki hissəyə bölündü) və hər hissə böyük bir dağ kimi oldu” /Şüəra surəsi, 63/.
Burada çeşmələrin və dağların əmələ gəlməsində əsil vasitə Musanın iradəsi ilə yerə vurulan əsanı əsassız götürmək olmaz.
2. Süleyman peyğəmbərin gözə görünməyən qeybi qüdrəti
Allahın böyük övliyalarından olan Süleyman peyğəmbərin gözə görünməyən böyük qeybi qüdrəti olmuşdur. Allahın böyük ne`məti bu ayə ilə − “Bizə hər şeydən verilibdir” (Nəml surəsi, 16)− tanınmışdır. Nəml surəsinin 17 və 44, Səba surəsinin 12, Ənbiya surəsinin 81, Sad surəsinin 36 və 40, ayələrində Süleymanın ixtiyarında olan ne`mətlər haqqında söhbət açılmışdır. Bu ayələri oxumaqla Süleymanın ixtiyarında olan ne`mətlərin böyük qüdrətini dərk edə bilərik. Allahın övliyasına aid olan ayələrdən bə`zisini burada qeyd etməklə Qur`anda xəbər verilən Allah bəndələrinin böyük qeybi qüdrətlərinə əqidə ilə inanmağı işıqlandırırıq.
Qur`an nöqteyi-nəzərindən, cinlər və quşlar həzrət Süleymana tabe idilər. O, quşların və həşəratların dilini bilirdi.
Qur`an bu haqda buyurur:
“Süleyman Davuda (peyğəmbərlikdə, elmdə və mülkdə) vərəsə oldu və dedi: “Ey insanlar! Bizə quş dili öyrədildi və (peyğəmbərlərə, padşahlara nəsib olan) hər şeydən verildi. Bu, həqiqətən, açıq-aşkar bir lütfdür!
(Bir gün) Süleymanın cinlərdən, insanlardan və quşlardan ibarət qoşunu toplandı. Onlar cərgə-cərgə düzülüb (nizamla) gedirdilər. Nəhayət, onlar (Taifdəki, yaxud Şamdakı) qarışqa vadisinə gəlib çatdıqda bir qarışqa (qarışqaların padşahı) dedi: “Ey qarışqalar! Yuvalarınıza girin ki, Süleyman və ordusu özləri də bilmədən sizi (ayaqları altında) basıb əzməsinlər.”
(Süleyman qarışqanın) bu sözündən gülümsəyib dedi: “Ey Rəbbim! Mənə mənim özünə və ata-anama ehsan buyurduğun ne`mətə şükr etmək, Sənin razı qalacağın yaxşı iş görmək üçün ilham (qüvvət) ver! Və məni Öz mərhəmətinlə saleh bəndələrinin sırasına daxil et” /Nəml surəsi, 16-19-cu ayələr/.
Siz əgər hud-hud (şanapipik) quşunun Süleyman tərəfdən Səba mələkəsinə xəbər göndərilməsini Qur`anda oxusanız, Süleymanın gözə görünməyən qeybi qüdrətindən təəccüblənərsiniz. Buna görə də əziz oxuculardan Nəml surəsini 20-ci ayəsindən 44-cü ayəsinə kimi oxumağı xahiş edirik. Oxuduğunuz ayələrə diqqət yetirin.
Qur`an nöqteyi-nəzərindən, Süleyman peyğəmbərin qeybi qüdrəti olduğuna görə küləklər onun göstərişi ilə hərəkət edirdilər. Qur`an bu haqda buyurur:
“Əmrilə bərəkət verdiyimiz yerə (Şama) doğru şiddətlə əsən küləyi də Süleymana Biz ram etdik. Biz hər şeyi bilənik!” /Ənbiya surəsi, 81/.
Bundan mə`lum olur ki, küləklər onun əmri ilə hərəkət edirdilər.
4. Həzrəti İsa və onun gözə görünməyən qeybi qüdrəti
Qur`an ayələrini araşdırmaqla həzrəti Məsihin (İsa) gözə görünməyən qeybi qüdrətinin şahidi oluruq. Qur`an həzrəti Məsihdən belə nəql edir. “Mən, həqiqətən, Rəbbiniz tərəfindən mö`cüzə ilə sizə (peyğəmbər) gəlmişəm. Sizin üçün palçıqdan quşa bənzər bir surət düzəldib ona üfürərəm, o da Allahın izni ilə quş olar. Anadangəlmə korları, cüzam xəstəliyinə tutulanları sağaldar və Allahın izni ilə ölüləri dirildərəm. Mən evlərinizdə yediyiniz və yığıb saxladığınız şeyləri də sizə xəbər verərəm. Əgər mö`minsinizsə, bunda (söylədiklərimdə peyğəmbər olduğuma) bir dəlil vardır” /Ali-İmran surəsi, 49/.
Əgər həzrəti Məsih bütün işlərini Allahın izni ilə görürsə, buna görədir ki, heç bir peyğəmbər Allahın izni olmadan belə bir iş görə bilməz.
“Allahın izni olmadan heç bir peyğəmbər heç bir mö`cüzə gətirə bilməz” /Rə`d surəsi, 38/.
Bununla belə həzrəti Məsih gözə görünməyən qeybi işləri özünə aid edir. “Düzəldərəm”, “üfürərəm”, “sağaldaram” və “dirildərəm” sözlərini buna sübut ola bilər.
Yusif, Musa, Süleyman və Məsih peyğəmbərdən başqa digər peyğəmbərlərin və mələklərin də qeybi qüdrəti vardır. Qur`an Cəbrayıl mələyi “çox qüvvətli olan” və digər mələkləri isə “İşə əncam çəkənlər” kimi tanıtdırmışdır.
Qur`anda mələklər “dünya işinə əncam çəkənlər”, “canları alanlar”, “insanları qoruyanlar”, “əməlləri yazanlar” və “günahkar, üsyankar qəbilə və milləti məhv, yox edənlər” kimi tanıtdırılmışdır.
Hər kim Qur`anla daha dərindən məşğul olsa, mələklərin Allahın izni ilə gözə görünməyən qeybi qüdrətə sahib olub fövqəl`adə işlər gördüyünün şahidi olar.
Əgər qeybi qüdrətə əqidə ilə inanmaq allahlığa gətirib çıxarırsa, onda mələklər də Qur`anda Allah kimi tanıtdırılardı.
Müşkülün həlli yolu yalnız yuxarıda deyilən kimidir. Belə ki, müstəqil (Allaha bağlı olmayan) qüdrət ilə kəsb olunan (Allahın izni ilə) qüdrət arasında fərq olmalıdır. Bəşərin müstəqil qüdrətinə inanmaq şirk sayılır. Amma hər bir əməldə kəsb olunan qüdrətə inanmaq isə tovhid sayılır.
Bura qədər aydın oldu ki, övliyaların “qeybi qüdrətinə” inansaq, onları Allahın tə`yin etdiyi vasitələr bilsək, belə bir əqidə şirk yox, tovhidin özüdür. Təbii qüdrəti insana və qeybi qüdrəti isə Allaha aid etmək tovhidin əsası sayılmır. Əksinə, tovhidin mahiyyəti budur ki, bütün bu işləri istər təbii qüdrət, istərsə də qeybi qüdrəti Allaha aid edək və Onu bütün işlərin və qüdrətlərin başlanğıcı bilək.
İndi isə Allah övliyalarından adət xaricindən kənar olan işlər görməsi haqda bəhsi araşdıraq. Məgər bəşər qüdrətindən xaric olan işləri istəmək şirk sayılırmı?
Hər bir məxluqun “Səbəb və nəticə” (determinizm) qanununa əsasən özünə görə bir səbəbi vardır. Səbəbsiz bir şeyin əmələ gəlməsi qeyri-mümkündür. Nəticədə isə dünyada heç bir şey səbəbsiz yaradılmamışdır. Peyğəmbərin və övliyaların mö`cüzə və kəramətləri də illətsiz deyildir. Əgər Musanın əsası əjdahaya dönürsə, Məsih ölüləri dirildirsə, İslam Peyğəmbəri ayı iki yerə bölürsə və yaxud əlində tutduğu kiçik daşlar Allaha zikr deyirsə, bunların heç biri illətsiz deyil. Lakin bu işlərin əsaslı bir iləti vardır ki, bunu maddi və təbii illət adlandırmaq olmaz. Bə`zi vaxtlar belə təsəvvür olunur ki, insandan təbii işləri istəmək şirk deyildir. Lakin fövqəl`adə olan işləri istəmək isə şirk sayılır.
Cavab:
Qur`anda peyğəmbərlərdən və yaxud bə`zi insanlardan bəşər qüdrətinin təbii və maddi hüdudlarından xaric olan işlərin görülməsi tələb olunur. Qur`an peyğəmbərləri və övliyaları tənqid etmədən onlardan belə bir işin görülməsini tələb edir. Qur`anda açıq-aşkar deyilir:
“İnsanlar quraqlıqdan nicat tapmaq üçün su istəməyə Musanın yanına gəldilər.”
“Ümməti ondan (Musadan içməyə) su istədiyi zaman ona: “Əsanı daşa vur!” −deyə vəhy etdik (Əsanı daşa vuran kimi) ondan on iki çeşmə qaynayıb axmağa başladı.”
“Yadınıza salın ki, Musa öz qövmü üçün su istədikdə, biz ona: “Əsanı daşa vur!” −dedik. (O, əsanı daşa vuran kimi) ondan (daşdan) on iki bulaq qaynadı.”
Diri adamdan bəşər qüdrətindən kənar olan bir şey istəmək, demək olar ki, mümküdür. Lakin bizim sözümüz bundadır ki, belə bir işi ölüdən istəmək olar, ya yox? Bunun cavabı hamıya mə`lumdur. Çünki ölüm və həyat tovhidin əsli ilə uyğun olan əməldə təfavüt yarada bilməz. Belə ki, birində şirk və digərində tovhid kimi qələmə verilsin. Həyat və ölüm fayda verib-verməməsində tə`sir göstərə bilər, ancaq tovhidlə şirkdə isə heç bir fərq ola bilməz.
Süleyman Bilqeyisin taxtını istəyir
Həzrəti Süleyman Bilqeyisin taxtını yanına gətirmək üçün məclisdə oturanlardan bəşər qüdrətindən xaric olan bir iş görməyi istədi.
“(Süleyman) dedi: “Ey ə`yanlar! Onların müt`i vəziyyətdə (müsəlman olaraq) yanıma gəlməmiş hansınız onun (Bilqeyisin) taxtını mənə gətirə bilərsiniz?” Cinlərdən olan (çox qüvvətli bir nəhəng) bir ifrit dedi: “Sən yerindən (taxtdan) qalxmamış mən onu sənə gətirərəm. Mən bu işi görməyə çox qüvvətliyəm, e`tibarlıyam! Mən taxtın üzərində qızıl, gümüş, lə`l-cəvahirata əlimi belə vurmaram, ondan heç bir şey götürmərəm!)”
(Süleyman taxtın daha tez gətirilməsini istədi) Kitabdan (Allahın kitabından, yaxud Xızır və ya Süleymanın çox ağıllı və tədbirli vəziri Asəf ibn Bərxiya) dedi: “Mən onu sənə bir göz qırpımında gətirərəm.” (Süleyman) onu (taxtı) yanında hazır durmuş görüncə dedi: “Bu, Rəbbimin lütfündəndir (mərhəmətindəndir).”
Əgər bu nəzəriyyə düzgündürsə, onda gərək bütün əsrlər boyu peyğəmbərlik iddiası edən şəxslərin əməlləri şirk və küfr sayılsın. Çünki insanlar bəşər qüdrətindən xaric olan mö`cüzəni peyğəmbəri göndərəndən yox, əksinə, peyğəmbərlik iddiası edən şəxsdən tələb edərdilər. Peyğəmbərlik iddiası edən şəxsə belə deyirdilər: “Əgər mö`cüzə ilə gəlmisənsə və doğru danışanlardansansa, onu gətir, göstər.”
Bütün dünya millətləri bu yol ilə həqiqi peyğəmbərləri yalançı peyğəmbərlərdən ayırd etmişdi. Peyğəmbərlər həmişə bütün dünya millətlərini gətirdikləri mö`cüzəni müşahidə etmək üçün də`vət edərdilər. Qur`an da insanların peyğəmbərlik iddiası edən şəxslərlə danışığını və onlardan mö`cüzə istəmələrini nəql edir.
Əgər insanlar həzrət Məsihin yanına gəlib onun doğru peyğəmbər olub-olmadığını yoxlamaq üçün ondan kora və yaxud cüzam xəstəliyinə tutulanlara şəfa verməsini istəyirdiləsə, onlar müşrik sayılmır, əksinə, bu işin əslini öyrənmək istəyənlərdirlər. Həzrət Məsihin olmadığı bir zamanda insanlar onun pak ruhundan hər hansı bir xəstəyə şəfa verməyi istəyirlərsə, onlar nəyə görə müşrik sayılmalıdırlar? Halbuki ölüm və həyatın şirk və tovhid baxımından heç bir fərqi yoxdur.
Bir sözlə, Qur`an Allah bəndələrinin insan qüdrətindən xaric olan qüdrətə malik olduğunu açıq-aşkar təsdiq edir. Onlar bə`zi vaxtlarda və yaxud onlara müraciət etdikdə bu qüdrətdən istifadə edirdilər. Əgər vəhhabilər bu işə Allahdan başqa heç kimin qüdrəti çatmadığını deyirlərsə, onda qeyd olunan ayələr onların fikir və əqidələrinin əleyhinə şəhadət verir.
Əgər hər hansı bir işin bu yolla tələb olunmasının şirk olduğunu iddia edirlərsə, bəs onda nə üçün Süleyman (s) və başqa peyğəmbərlər hər hansı bir işi bu yolla tələb edirdilər? Əgər qeyri-adi şəkildə övliyalardan hacət diləmək üçün onların hökmən qeyb aləmi ilə əlaqəli olmalarının lazım olduğunu deyirlərsə, onlara belə cavab veririk: qeyb aləmi iki növdür: biri tovhidin özü, digəri isə şirkin yaranmasına səbəb.
Əgər diri övliyalardan yox, dünyasını dəyişmiş övliyalardan bu kimi istəkləri diləməyi haram hesab edirlərsə, demək lazımdır ki, ölüm və həyat tovhidlə şirk arasında heç bir fərqləndirici ölçü deyildir.
Əgər xəstənin sağalmasını və ya borcun qaytarılmasını fövqəl`adə üsullarla istəməyi Allaha məxsus olan işi başqasından diləmək kimi qələmə verirlərsə, deməliyik ki, şirkin əsas me`yarı dilənilən şəxsi Allah və ya İlahi işlərin başlanğıcı kimi hesab etməkdir. Çünki işin fövqəl`adə olub-olmaması Allaha məxsus olan işlər üçün me`yar hesab edilə bilməz. Deməli, bu kimi diləyişlər Allaha məxsus olan işləri başqasından diləmək deyildir. Allaha məxsus olan işlərin me`yarı isə icraçının onu yerinə yetirməsində müstəqil olmasıdır, (yə`ni icraçının bu işləri yerinə yetirməkdə heç kimdən asılı olmaması və heç kimdən kömək almamasıdır). Amma istər adi və istərsə də qeyi-adi (fövqəl`adə) işlərdə icraçı ilahi qüvvəyə arxalanarsa, belə işlərin ondan (icraçıdan) dilənilməsi Allaha məxsus olan işlərin başqasından dilənilməsi deyildir.
Allah bəndələrindən şəfa istəmək haqqında isə deyirik:
Bə`zi vaxtlar övliyalardan şəfa və yaxud buna oxşar istəkləri diləmək Allahın işini başqasından istəmək kimi təsəvvür olunur. Qur`an buyurur:
“Xəstələndiyim zaman mənə yalnız O, şəfa verir,”(Şuəra surəsi, 80-cı ayə).
Bununla belə necə deyə bilərik ki, ey Allahın Peyğəmbəri, mənə şəfa ver. Başqa xariqül`adə işlərin dilənilməsi də eynilə bunun kimidir.
Burada da vəhhabilər yenə də Allahın işi ilə bəşərin işini ayırd edə bilməmiş, belə təsəvvür etmişlər ki, xariqül`adə işlər Allaha, adi və təbii işlər isə bəşərə məxsusdur.
Bunlar Allaha və başqasına məxsus olanları tanımaq istəmirlər. Allah və bəşərin işində bir əməlin qeyri-adi və yaxud adiliyi heç vaxt əsas ölçü ola bilməz. Ona görə ki, murtazların (yoqların) gördükləri işləri də Allahın işi adlandırmaqla onları Allah hesab edərik.
Əksinə, Allahın işində əsas ölçü budur ki, icraçı gərək yalnız və yalnız özünə arxalansın və heç kimdən kömək istəməsin. Belə bir əməl Allahın işi adlanır. Yə`ni bir şəxs öz işində Allahın qüdrətinə arxalanıb, ondan kömək istəməklə iş görürsə, bu əməl Allahın işi adlanır. İstər bu iş adi olsun, istərsə qeyri-adi.
Bəşər hər bir adi və qeyri-adi işi yerinə yetirərkən Allahdan kömək istəməklə yanaşı, onun qüdrətinə arxalanır. Allahdan aldığı qüdrəti nəticəsində öz işlərini həyata keçirir. Belə bir qüdrətə sahib olmaq, öz məqsədləri yönündə bu kimi əməlləri yerinə yetirmək və yaxud istək diləmək şirk ola bilməz. Çünki bütün mərhələlərdə bu qüdrətin ona Allah tərəfindən verilməsini və Allahın izni ilə bu işləri görməsini e`tiraf edirik.
Böyük ustad həzrəti Ayətullahul-Üzma Xomeyni (Allah ona rəhmət eləsin) Allahın işini tanımaq üçün belə deyir:
“Başqasından kömək almamaqla müstəqil olaraq icraçının gördüyü işə Allahın işi deyilir.”
Başqa sözlə desək, iş görən öz əməlində müstəqil olub, başqalarına ehtiyacı olmazsa, onun gördüyü iş Allahın işi adlanır. Bunun əksi isə bəşərin işi adlanır. Allah-taala heç kimdən kömək və qüdrət istəmədən dünyanı yaradır, ruzi yetirir, şəfa verir və s. edir. Və heç kəsin Onun işinə qarışmağa haqqı yoxdur. Allah heç kimdən qüdrət və kömək almır.
Lakin Allahdan başqası bir iş görərkən adi və qeyri-adiliyindən asılı olmayaraq, Allahın köməyi olmazsa, bunu həyata keçirə bilməz.
Allahdan kömək istəməklə bu işləri yerinə yetirmək olar. Başqa bir sözlə desək, əgər bir varlığı müstəqil hesab etsək, tovhid yolunu azmış olarıq. Çünki bir varlığın müstəqil olmasına inansaq, belə çıxır ki, onun varlığının ehtiyacsız olması Allahla bərabər olur. Belə bir varlıq da yalnız və yalnız Allah özü ola bilər ki, heç bir şeyə ehtiyacı yoxdur və Onun vücudu ancaq özünə aiddir.
Həmçinin, əgər bir şəxsi Allahın məxluqu bilib, lakin asan və qeyri-adi işlərdə onun müstəqil olduğuna inansaq, burada da şirklə üzləşmiş oluruq. Çünki, yalnız və yalnız Allah öz işində müstəqil ola bilər. Cahil ərəblər dünyanın və bəndələrin işlərinin bütlərə tapşırılmasına və bütlərin bu işlərdə müstəqil olmasına inandıqlarına görə müşrik adlanırdılar.
Cahiliyyət dövründə İslam parıldayan zaman bir çox müşriklərin əqidəsi bundan ibarət idi. Onlar mələklərin və ulduzların məxluq (yaradılmış) olduqlarına inanmaqla yanaşı, dünya işlərinin idarəedicisi və yaxud Allah işlərindən olan “bağışlanmaq” və “şəfa” kimi işlərin bunlara tapşırılmasına və bu işlərdə müstəqil olmasına inanırdılar.
Mö`təzilə dəstəsi insanı yaradılış cəhətdən Allahın məxluqu bilir, lakin əməl, iş, fe`l və tə`sir baxımından müstəqil olduğunu deyirlər. Əgər onlar öz sözlərinə diqqət yetirsələr, belə bir əqidənin gizli şirk olduğunu anlayarlar. Düzdür, bu müşriklərin etdiyi şirkə oxşamır. Bu iki şirkin fərqi açıq-aşkar bilinir. Birinci şirk Allah və dünya işlərində, ikincisi isə insan işlərində müstəqillik olduğunu iddia edir.
Allahı övliyaların haqqına və məqamına and vermək
Vəhhabi məsləkinin digər islami məzhəblərlə olan ixtilaflarından biri də budur ki, vəhhabilər iki cür and içməyi haram bilib, bunu ibadətdə şirk hesab edirlər. Bu andiçmə aşağıdakılardan ibarətdir:
1− Allahı övliyaların haqqına və məqamına and vermək.
2− Allahdan başqasına and içmək.
Allahı övliyaların haqqına and vermək
Qur`an övliyaları belə fəsf edir:
“Onlar (müsibətlərə) səbr edən, (sözlərində və işlərində) doğru olan, (Allaha) itaət edən, mallarından fəqirlərə verən və sübh vaxtı (Allahdan) bağışlanmaq diləyənlərdir (sübh namazına qalxanlardır)”
Əgər bir nəfər gecə yarısı, gecə namazından sonra Allahın dərgahına üz tutub:
− İlahi, səni and verirəm sübh vaxtı bağışlanmaq diləyənlərin haqqına, mənim də günahlarımı bağışla −deyirsə, bu əməli “ibadətdə şirk” adlandırmaq olarmı? “İbadətdə şirk” yalnız və yalnız Allahdan başqasına ibadət etmək, Allahdan başqasını Allah bilmək və yaxud onu İlahi işlərin başlanğıcı hesab etməkdir. Halbuki bu duada biz Allahdan başqasına üz tutmamış və Ondan başqa bir kəsdən heç bir istək diləməmişik. Bu əməl haram sayılırsa, bunun başqa bir səbəbi olmalıdır. Biz burada vəhhabi yazıçılarına bir məsələni xatırladırıq:
Qur`an müşriki təkallahlığa inanan (müvəhhid) adamdan ayırmaq üçün müşrik haqda müxtəlif mə`nalı kəlmələrlə söhbət açır. Bu üsulla müşrik sözünün mə`nası haqda müfəssirlərin müxtəlif tərzdə şəxsi rə`y vermələrinin qarşısını almışdır: “Allah tək olaraq anıldığı (la ilahə illəllah deyildiyi) zaman axirətə inanmayanların qəlbi nifrətlə dolar. Onda (Allahdan) başqaları (bütlər, tanrılar) yad edildiyi zaman isə onları dərhal sevinc bürüyər.”
Başqa bir ayədə təkəbbür edən müşrikləri belə tə`rif edir:
“Onlara: “Allahdan başqa heç bir tanrı yoxdur!”−deyildiyi zaman təkəbbür göstərirdilər.
Və: “Biz heç divanə şairdən ötrü tanrılarımızı tərk edərikmi?!” − deyirdilər.”
Bu iki ayənin mə`nası:
Tək olan Allahı yad edərkən qəlbləri nifrətlə, bütləri, yalançı tanrıları isə xatırlayanda qəlbləri sevinclə dolan və yaxud tək Allah xatırlanan zaman təkəbbür edən adamlar “müşrik” adlanır.
Bu ölçü ilə gecə yarısı Allahdan başqasını çağırmayan, şirin yuxunu özünə haram edib Allahı yad etməklə ləzzət aparan, Onunla gizli söhbət edib dua edərək Allahı Özünün əziz bəndələrinə and verən şəxs necə müşrik sayıla bilər? O, Allahı yad etməkdən boyunmu qaçırır və yaxud Allah yad edilərkən təkəbbürmü edir?!
Nə üçün vəhhabi yazıçıları qondarma qanunlarla təkallahlığa inanlanları (müvəhhidləri) müşrik hesab edib özlərini Allah dərgahının əziz bəndələri bilirlər?
Buna əsasən, doxsan doqquz faiz qiblə əhlini “müşrik”, yalnız “Nəcd” əhlini müvəhhid adlandırmaq olmaz.
“İbadətdə şirk” kəlməsini təfsir etməyi bizə tapşırmayıblar ki, istədiyimiz kimi də təfsir edək və kimi də istədik “müşrik” adlandıraq.
Əmirəlmö`minin və Allahı övliyaların haqqında and vermək
Biz Əmirəlmö`minin Həzrət Əli (ə)-ın dualarında belə andların şahidi oluruq. İmam gecə namazları qıldıqdan sonra bu duanı oxuyardı:
“İlahi, Səni and verirəm o kəsin ehtiramına ki, Səndən Sənə (yə`ni, Səndən başqa sığınacağı yoxdur), Sənin izzətinə pənah aparır, Sənə sığınır, Sənin ipindən yapışır və Səndən başqasına ürək bağlamır.”
Habelə Həzrət Əli (ə) dostlarından birinə öyrətdiyi duada belə buyurur:
“İlahi, Səni and veririk hacət istəyənlərin, Sənə üz gətirənlərin, Sənə pənah aparanların, Sənin dərgahında təvazökarlıq edənlərin, Sənə quruda, dəryada, dağlarda və səhralarda ibadət edənlərin haqqına, biz Səni çarəsi son həddə çatmışlar (çarəsi kəsilmişlər) tək çağırırıq.”
Belə bir ruhlandırıcı və Allah dərgahında təvazökarlıqla oxunan dua və Allah dostlarına mehribanlıq göstərmək məgər Allaha doğru üz tutmaq və tovhidlə nəticələnmir? Buna görə də vəhhabilərdə tapılan hər cür “şirk” və “küfr” kimi töhmətlərdən uzaq gəzməli və məsələni başqa yolla həll etməliyik.
Buna əsasən bə`zi vəhhabi yazıçıları “Allahı övliyalara and verməyi” haram və məkruh bilirlər. Lakin “Sən`ani” kimi adamlar isə bu məsələni şirk və küfr həddinə çatdırmış, amma şirk və küfrdən ortaya heç bir söz gətirməmişlər.
İndi isə, sözün əsli mə`lum olduğundan bu məsələnin haram və məkruhluğunu araşdıraq, bununla da belə bir təvəssülün səhihliyini bəyan edək.
İslam və bu kimi and içmələr
İslami rəvayətlər belə andların düzgünlüyünə şəhadət verir. Bu rəvayətlərin bə`zisi Peyğəmbərdən, bə`zisi isə onun Əhli-beytindən nəql olunur. Sənədi dəqiq olan rəvayətlərin möhkəmliyinə diqqət yetirməklə bu məsələni haram və yaxud məkruh adlandırmaq olar.
Əziz Peyğəmbər kor kişiyə belə dua etməyi öyrətdi:
“İlahi, Səni and verirəm rəhmli Peyğəmbərin Mühəmmədə.”
“Əbu Səid Xüdri” Peyğəmbərdən bu duanı nəql edir:
“İlahi, Səni and verirəm Səndən hacət istəyənlərə...”
Əziz Peyğəmbər Əlinin anası Fatiməni dəfn edərkən belə dua etdi:
“İlahi, Səni and verirəm Peyğəmbərinə və ondan qabaqkı peyğəmbərlərə, anam Fatimə binti Əsədi bağışla və onun yerini genişləndir. (yə`ni onu qəbir əzabından qoru ).
Həzrəti Adəm belə dua etdi:
“İlahi! Səni and verirəm Mühəmmədə, məni bağışla.”
“Səhifeye-Səccadiyyə” kitabında dördüncü imamdan duaların nəql olunması belə bir təvəssülün səhihliyini və möhkəmliyini bildirir. Duaların mə`nalarının böyüklüyü və əzəməti, kəlmələrin incəliyi və gözəlliyi bu duaların imama aid edildiyini bəlli edir.
İmam Səccad (ə) Ərəfə günündə belə dua edirdi:
“İlahi, Səni and verirəm başqa məxluqlardan ayırdığın kimsələrə, Özün üçün seçdiyin, xalq arasında ixtiyar sahibi etdiyin, Öz məqamınla tanış etmək üçün yaratdığın adamlara. Səni and verirəm o pak şəxslərə ki, onlara itaət etməyi Özünə itaət etmək, onlarla düşmənçilik etməyi Özünə düşmənçilik etmək kimi qərar vermisən.”
İmam Sadiq (ə) böyük cəddi Əmirəlmö`minin Əli (ə)-ın qəbrini ziyarət edərkən belə dua etdi:
“İlahi, Səni and verirəm Mühəmməd, Əli, Fatimə, Həsən və Hüseyn (ə)-ın haqlarına, mənim duamı və ibadətimi qəbul elə və məni Öz övliyalarınla bir yerdə qərar ver.”
Həzrəti Səccad (ə) və Həzrəti Sadiq (ə)-la yanaşı, başqa imamlar da dua edərkən Allahı Öz saleh bəndələrinə and vermişlər.
Həzrəti imam Hüseyn ibn Əli (ə) dua edərkən belə deyir:
“İlahi, mən Səni and verirəm müqəddəs kəlmələrinə, izzətinə, yerlərdə və göylərdə sakin olanlara, peyğəmbərlərinə və göndərdiyin elçilərə, mənim duamı qəbul edə. Çünki mənim işim çətinliyə düşüb. İlahi, Mühəmməd və onun Əhli-beytinə salam göndər və mənim çətinliklərimi aradan qaldır, işimi asan elə.”
Bu dualar çox olduğundan onların hamısından burada danışsaq söz uzanar. Daha yaxşı olar ki, sözü burada qısa edək və vəhhabilərin e`tirazlarına nəzər salaq.
Birinci e`tiraz:
“Allahı məxluq və yaxud məxluqun haqqına and verməyi İslam biliciləri haram bilirlər.”
Cavab:
Bir əsrdə və yaxud bir neçə əsrlər İslam alimlərinin hökmdə nəzərləri eyni olarsa, buna “icma” deyilir (yə`ni toplumun nəzəriyyəsi birdir). Belə olan halda sünnə əhlinin alimləri icmanın nəzərini ilahi hüccət və əsas kimi qəbul edirlər. Şiə bilicilərinin nəzərinə görə isə ümmətin arasında yaşayan imamın rə`yi və hədisləri ilə müvafiq olarsa, onda icmanın nəzəri hüccətdir.
Belə bir sual olunur: Bu məsələ haqqında alimlərin və icmanın nəzəri eynidirmi? Biz şiə və sünnə əhlinin başqa alimlərinin nəzəriyyəsindən istifadə etmirik. Yalnız dörd məzhəbin (Hənəfi, Hənbəli, Şafei, Maliki) rəhbərlərindən əsas gətirməklə alimlərin mətləbin haram olması haqda fitva verdiklərini öyrənmək istəyirik. Əgər belə bir fitva veriblərsə, vəhhabilərdən xahiş edirik ki, hökmün mətnini, kitabın adını və səhifəsini qeyd etməklə bəyan etsinlər.
Sünnə əhlinin hədis və fiqh kitablarında belə bir təvəssül olmadığı halda bunun haqqında nəzəriyyə də ola bilməz. Onda “əl-Hədiyyətüs-sünniyyə” kitabının müəllifinin söylədiyi icma və alimlər haradadır? Yalnız müəllif bu hökmün haram olmasını “əl-İzz ibn Əbdüssəlam” adlı tanınmayan bir nəfərdən nəql edir. Sanki İslam alimləri əl-İzz ibn Əbdüssəlam və əl-Hədiyyətüs-sünniyyənin müəlliflərindən ibarətdir.
Sonra isə Əbu Hənifə və şagirdi Əbu Yusifdən hədis söyləmişlər. Bu iki nəfər isə “hər hansı bir şəxsin haqqına and verməyi” məkruh bilirlər.
Bir sözlə, bu məsələdə icma adlı sübut və əsas yoxdur. İki nəfərin fitvası əziz Peyğəmbər və Əhli-beytdən (sünni alimlərinin nəzərinə görə Əhli-beytin sözü hüccət və əsasdır) nəql olunan hədislərin müqabilində nə kimi faydalı və qiymətli ola bilər. Bundan əlavə, hələ bu fitvanın Əbu Hənifəyə nisbət verilməsinin səhih və düzgünlüyü də bilinmir.
İkinci e`tiraz:
“Allahdan bir istək diləmək üçün Onu məxluqun haqqında and vermək düzgün deyildir. Çünki məxluqun Xaliqə (Allah üzərində) heç bir haqqı yoxdur.”
Cavab:
Belə bir dəlil və sübut Qur`an müqabilində ictihad etməkdən başqa bir şey ola bilməz. Əgər doğrudan da məxluqun Xaliq üzərində heç bir haqqı yoxdursa, nəyə görə keçən hədislərdə həzrəti Adəm Allahı İslam Peyğəmbərinin haqqına and verib bu haqqa əsasən Allahdan bağışlanmaq və istəklər diləyir?
Bundan əlavə, Qur`an ayələrinə necə bəhanə gətirə bilərik? Halbuki, Qur`an bəndələrin Allah yanında hüquqa və haqqa malik olduqlarını bildirir. İslami hədislər də bunu sübut edir.
“Mö`minlərə kömək etmək Bizə vacibdir.”
“Allah... Mö`minlərin canlarını və mallarını Tövratda, İncildə və Qur`anda haqq olaraq və`d edilmiş Cənnət müqabilində satın almışdır...”
“Mö`minləri xilas etmək Bizə vacibdir.”
“Allah yanında yalnız o kəslərin tövbəsi qəbul olunur ki, onlar nadanlıq ucundan bir pis iş gördükdən sonra dərhal tövbə edərlər.”
Öz başına bə`zi əsassız fikirlərə əsaslanıb bu ayələri təfsir etmək düzgündürmü?
Hədislərdən nümunələr?
1. Namusdan və haramdan qorunmaq üçün evlənməyə Allah zamindir.
2. Allah-taala üç dəstəyə kömək etməyi Özünə lazım bilir: a) Allah yolunda cihad edənə, b) azad olmaq üçün ağası ilə müqavilə bağlayan nökərə, v) evlənməklə namusunu qoruyan cavana.
3. Məgər görmürsən ki, bəndələrin haqqı Allaha vacibdir?...”
Bəli, heç kimin təklikdə Allahın üzərində haqqı yoxdur. Bəndə əsrlər boyu Allaha ibadət etməsinə baxmayaraq, gərək onun qarşısında təvazökarlıq etsin. Çünki bəndənin hər nəyi varsa, Allahdandır, özündən heç bir şey məsrəf etməyib ki, Allahın üzərində də haqqı olsun. Buna görə də burada haqq kəlməsindən əsas məqsəd Allah tərəfindən Öz lütfü ilə bəndələrə verilən məqam, mə`nəvi yüksəklik və savabdır. Allah bəndələrə kömək etməyi Öz öhdəsinə götürmüşdür. Belə bir haqqın Allahın üzərində olması Onun böyüklüyü və əzəmətidir.
Heç bir bəndənin Allahın üzərində haqqı yoxdur. Əgər varsa da, Allah bu haqqı Öz lütfü və mərhəməti üzündən üzərinə götürmüş, bununla da məxluqatı borc sahibi, Özünü isə borclu göstərmişdir.
Allahın üzərində məxluqun haqqı olması ehtiyacsız Allahın fəqir bəndədən borc istəməsinə oxşayır, nəhayət, Özünü borclu, məxluqu isə borc sahibi bilir.
Allahdan başqasına and içmək
Vəhhabilərin diqqətini cəlb edən məsələlərdən biri də Allahdan başqasına and içməkdir.
Sən`ani adlı vəhhabi yazıçılarından biri “Təthirul-e`tiqad” adlı kitabında bu əməlin şirkə səbəb olduğunu açıqlayır. Əl-hədiyyətüs-sünniyyə kitabının müəllifi bunu kiçik şirk adlandırıb.
Amma biz Allahın lütfü ilə təəssübkeşlikdən uzaq olan bir mühitdə bu məsələni araşdırırıq. Allahın kitabını, Peyğəmbərin və Əhli-beytin səhih sünnələrini bu yolda bir çıraq hesab edirik.
Allahdan başqasına and içməyə olan əsas və sübutlar
Birinci sübut: Qur`an hər bir müsəlmanın böyük əmanəti, diri nümunəsi və rəhbəri sayılır. Bu kitabda dəfələrlə Allahdan başqasına and içilmişdir. Bunların hamısını toplasaq, bəhs çox uzanar. Allah-taala təkcə “Şəms” surəsində məxluqlardan doqquzuna and içir. Bunlar aşağıdakılardan ibarətdir:
“Günəş, günəşin işığı, ay, gün, gecə, asiman, yer, insan nəfsi.”
Həmçinin, “Naziat” surəsində üç, “Mürsəlat” surəsində iki, “Buruc”, “ət-Tariq”, “əl-Qəsəs”, “əl-Əsr” və “əl-Bələd” surələrində Özündən başqa sair məxluqlara and içir.
Bu ayələrin bə`zisinə diqqət yetirin:
“And olsun əncirə və zeytuna,
Anda olsun Tur dağına,
And olsun bu təhlükəsiz şəhərə (Məkkəyə).”
“And olsun səhərə,
And olsun sakitləşdirməkdə olan gecəyə.”
“And olsun dan yerinə,
And olsun on gecəyə
And olsun cütə və təkə.”
“And olsun Tur dağına
And olsun açıq dəri üzərinə yazılmış kitaba
“And olsun Beytül mə`mura” (Mələklərin ibadət etdiyi yer)
“ And olsun yüksək tavana və dolub daşan dənizə.”
“(Ya Mühəmməd!) Canına and olsun ki, onlar məsləkləri (küfrləri) içində sərgərdan vəziyyətdə durub qaldılar.”
Qur`anda bu qədər andlarla yanaşı, Allahdan başqasına and içmək necə haram və şirk sayıla bilər? Qur`an hidayət və nümunə Kitabıdır. Əgər bu əməl Allah bəndələrinə haram olsaydı, onda Qur`an ancaq Allaha and içər və Ondan başqasına and içməyin haram olduğunu bizlərə xəbərdarlıq edərdi. Qur`andan xəbərsiz olan bə`zi insanlar belə bəhanə gətirərək deyirlər:
“Mümküdür, Allahın gördüyü işi başqası görərsə, yaxşı alınmasın.”
Amma bu bəhanənin cavabı bəllidir:
Əgər doğrudan da, Allahdan başqasına and içmək şirk və məxluqu Allaha oxşatmaq sayılırsa, nə üçün Allah-taala belə bir şirk və yaxud kiçik şirk əməlin sahibinə çevrilir? Məgər Allahın Özünə şərik qoşması və başqalarını bu əməldən (şərik qoşmaqdan) çəkindirməsi düzgün sayılırmı?
İkinci sübut: Əziz Peyğəmbər bə`zi yerlərdə Allahdan başqasına and içmişdir. O cümlədən:
1− Səhih-Müslimdən nəql olunan hədis:
“Bir kişi Peyğəmbərin yanına gəlib dedi:
−Ey Peyğəmbər, hansı sədəqənin savabı daha çoxdur?” Buyurdu: And olsun atana, xəbərdar olacaqsan. Bil və agah ol ki, sağlam mala həris (göz dikən vaxtı) olub fəqirlikdən qorxaraq gələcəkdə yaşamaq ümidində olan zaman sədəqə verməyin böyük savabı vardır.”
2− Səhih-Müslimdən başqa bir hədis:
“Nəcd əhlindən bir kişi Peyğəmbərin hüzuruna gəlib ondan İslam dini haqqında soruşdu. Peyğəmbər (s) buyurdu:
− İslamın sütunu bunlardır:
1) Gündəlik beş vaxt namaz.
Kişi dedi:
− Bunlardan başqa namaz var?
Peyğəmbər buyurdu:
− Müstəhəb namazlar.
2) Mübarək Ramazan ayının orucluğu.
Kişi dedi:
− Bundan başqa oruc var?
Müstəhəb oruclar.
3) Zəkat vermək.
Kişi dedi:
−Bundan başqa zəkat var?
Peyğəmbər buyurdu:
− Müstəhəb zəkatlar.
O kişi Peyğəmbərin hüzurunu “Peyğəmbərin kəlamını nə azaldaram, nə də çoxaldaram” − deyə, tərk etdi.
Peyğəmbər buyurdu:
− And olsun onun atasına, düz desə, nicat tapar. And olsun onun atasına, düz desə, behiştə daxil olar.”
3− Əhməd ibn Hənbəlin Müsnədindən hədis:
“And olsun canıma, əgər yaxşılığa də`vət edib pisliklərdən çəkindirmək istəyirsənsə, daha yaxşı olar ki, sükut edəsən.”
And içmək haqqında çox hədislər söylənilmişdir. Bunların hamısını nəql etməklə söz uzanar. Əmirəlmö`minin Əli ibn Əbu Talib İslam əxlaqının böyük nümunəsidir. O öz xütbə, məktub və kəlamlarında dəfələrlə öz canına and içir. Hətta, birinci xəlifə də öz sözləri qarşısında dayanan müxatəbin atasına and içərdi.
Dörd məzhəb və Allahdan başqasına and içmə
Vəhhabilərin sübutlarına diqqət yetirməzdən əvvəl məzhəbin rəhbərlərinin fitvaları ilə xəbərdar olmaq lazımdır.
− Hənəfilər “and olsun atana, and olsun həyatına” və bu kimi andları məkruh bilirlər.
− Şafeilər Allahdan başqasına and içməyi, əgər şərik qoşmaq və tə`zim niyyəti ilə olmasa, məkruh bilirlər.
Malikilər deyirlər:
− Peyğəmbərə, Kə`bəyə və bu kimi böyüklərə və müqəddəs yerlərə and içmək iki cürdür: Məkruh və haram. Lakin bu əməlin haram olduğu daha məşhurdur.
Hənbəlilər deyirlər:
− Allahdan başqasına və onun sifətlərinə and içmək haram olduğu halda Peyğəmbər və övliyalarına da and içmək qadağandır.
Biz bilirik ki, onlar bütün bu fitvalar ilə Qur`an, Peyğəmbər və ilahi övliyaların sünnəsi qarşısında ictihad etmişlər. Sünnə əhli ictihad qapısını üzlərinə bağladıqları üçün müasir alimlərin onların rə`ylərinə itaət etməkdən başqa bir çarəsi yoxdur.
Qəstəlanının “İrşadüs-sari” (c. 9, s. 358) kitabında and içməyin məkruh olduğunu Malikdən nəql etməsinə göz yumuruq. Belə bir andın haram olduğunu hənbəlilərə aid etmək əsassızdır. Çünki ibn Qüdamə Hənbəli fiqhi əsasında yazdığı “Əl-Müğni” kitabında deyir:
“Bizim əshabdan bə`ziləri deyirlər:
Allahın Rəsuluna and içmək elə bir andlardan sayılır ki, bu andı sındırmağın kəffarəsi vardır.”
Əhməd ibn Hənbəldən belə nəql olunur:
“Hər kim Allahın Rəsuluna and içib sonra bu andı sındırsa, boynuna kəffarə gəlir. Çünki Peyğəmbərin haqqı şəhadətin əsaslarından sayılır və buna görə Peyğəmbərə and içmək allaha and içmək deməkdir və hər ikisinin kəffarəsi vardır.”
Belə rəvayətlərdən mə`lum olur ki, dörd məzhəbin rəhbərləri and içməyin haram olmasına fitva verə bilməzlər.
Dörd məzhəbin fiqhlərinə nəzər yetirdikdən sonra vəhhabilər milyonlarla müsəlmanı kafir adlandırdılar. Nahaq qanlar tökməkdə əsaslandıqları iki hədisə nəzər salırıq:
Birinci hədis:
Allahın Rəsulu Ömərin atasının canına and içdiyini eşitdikdə buyurdu:
“Allah-taala sizi atalarınızın canına and içməkdən çəkindirib. Hər kim bunu etmək istəyirsə, Allaha and içsin və yaxud sakit otursun.”
Birinci, Peyğəmbər onları bu illətə görə çəkindirib ki, onların ataları bütpərəst və müşrik olmuşlar. Belə adamların heç bir qiyməti və müqəddəsliyi olmadığına görə onlara and içməyə icazə verilməyib. Belə ki, başqa hədislərdə “atalara və tağuta (bütlərə) and içməyin” nəql olunub.
İkinci, hökm zamanı (məhkəmədə) və yaxud düşmənçilik edərkən ataya and içmək nəhy olunub. Çünki İslam alimlərinin nəzərinə görə, düşmənçilik vaxtı Allaha və Onun zatına işarə olunan sifətlərdən başqa bir şeyə and içmək kifayət etmir.
Bu mə`nalara diqqət yetirməklə Peyğəmbərin müqəddəslərə və ilahi övliyalara and içməkdən çəkindirməyini necə başa düşmək olar? Halbuki Peyğəmbərin nəhyi xüsusi bir hala aiddir.
İkinci hədis:
“Bir kişi Ömərin oğlunun yanına gəlib dedi:
− Mən Kə`bəyə and içirəm.
Ömərin oğlu dedi:
− Kə`bənin Allahına and iç. Çünki Ömər atasına and içərkən Peyğəmbər buyurmuşdur:
−”Atana and içmə. Çünki Allahdan başqasına and içməyin heç bir günah və haram olmadığını sübuta yetirir. Amma bu hədisi başqa cür təşkil etmək lazımdır:
Hədis üç hissədən ibarətdir:
1. Bir kişi Ömərin oğlunun yanına gəlib Kə`bəyə and içmək istəyirdi, lakin, o, kişini bu işdən çəkindirdi.
2. Ömər Peyğəmbərin yanında atasına (Xəttaba) and içdiyinə görə Peyğəmbər onu belə and içməkdən çəkindirdi və bunu şirk kimi qələmə verdi.
3. Ömərin oğlu Peyğəmbərin bu sözündən “Allahdan başqasına and içmək şirk sayılır” ictihad edib hökm verdi. Lakin Peyğəmbərin “Allahdan başqasına” sözündən əsas məqsədi müşrikə (Xəttaba) and içməkdir. Amma Ömərin oğlu Kə`bəyə and içməyi də Peyğəmbərin bu kəlamına aid edir.
Peyğəmbərin və başqalarının Allahdan başqasına and içmələri haqqında olan rəvayətləri topladıqda, Peyğəmbərin “hər kim Allahdan başqasına and içsə müşrik sayılır” kəlamından belə bir mətləb əldə olunur:
O zaman and içmək şirk sayılır ki, haqqında and içilən şəxs müşrik olsun, yə`ni müşrikin haqqına and içmək şirk sayılır. Lakin müsəlmanın, Kə`bənin, Qur`anın, peyğəmbərlərin və s. müqəddəs yerlərin haqqına and içmək isə şirk sayılmır.
Ömərin oğlu Peyğəmbərin kəlamının əhatə dairəsinin geniş olduğunu bilib. İctihad edərək hökm vermişdir.
Bu hökm onun özü üçün əsas və hüccət ola bilər, başqaları üçün isə əsas ola bilməz.
Müşrikə and içmək buna görə şirk sayılır ki, belə bir and həqiqətdə müşrikin əməlini və getdiyi yolu tədsiq etmək deməkdir.
Bu hədisin birinci təhlili və burada əsas xətaya yol verən Ömərin oğludur. Çünki o, Peyğəmbərin kəlamından ictihad edib müqəddəslərə and içməkdən çəkindirmişdir. İndi bəhs edəcəyimiz ikinci təhlil isə birincidən daha da açıq və aşkardır.
İkinci təhlil
Peyğəmbərin bu kəlamı “Allahdan başqasına and içmək şirk sayılır” müşriklərə yox, Lat və Üzza kimi tağutlara aiddir. Kə`bə kimi müqəddəs yerlərə and içmək isə, istisnadır. Ömərin oğlu ictihad etməklə bütlərə aid olan qanunu iki yerdə (müşrikə və Kə`bəyə and içməyə) tətbiq etmişdir. Çünki Peyğəmbərin kəlamında belə bir məqsəd güdülmür. Buna başqa bir hədis şəhadət verir:
“Hər kim Lat və Üzza kimi bütlərə and içsə, tez − La ilahə illəllah − deməlidir...” (Sünəni-Nəsai, c. 7, s. 7).
Müsəlmanların zehnində hələ də cahiliyyət dövrünün izləri qaldığına bu hədis şəhadət verir. Özlərindən asılı olmayaraq müsəlmanlar bə`zi vaxtlar tağutlara da and içirdilər.
Peyğəmbər bu pis əməli zehnlərdən silmək üçün hökm verdi. Lakin Ömərin oğlu bu hökmü müşrikə və müqəddəslərə and içməyə də tətbiq etdi. Halbuki Peyğəmbərin kəlamı müqəddəslərə və müşriklərə and içmək haqqında deyildi. Buna aşağıdakı hədisləri dəlil gətirmək olar:
1. Hənbəlilərin imamı Əhməd ibn Hənbəl “Müsnəd” kitabının 2-ci cild 34-cü səhifəsində ikinci hədisi başqa formada nəql edir. Bu da Ömərin oğlunun belə hökm verdiyini bildirir.
İndi isə hədisin mətni ilə tanış olaq:
“Ömər atasına and içərkən Allahın Rəsulu onu bu işdən çəkindirərək buyururdu:
Hər kim Allahdan başqa bir şeyə and içsə, şirk etmiş olur.”
2. Yenə Əhməd ibn Hənbəl “Müsnəd” kitabının 2-ci cild 67-ci səhifəsində bu hədisi Ömərin andı olmadan nəql edir:
“Hər kim Allahdan başqasına and içsə, o kəs bu barədə nalayiq söz işlətmiş olur və yaxud Peyğəmbər o kəsin haqqında ağır söz deyir: Məsələn: O kəs bu əməli ilə şirk edib.”
Məzar əhlinə nəzir etmək
Dərdi və müşkülü olan insanlar nəzir edirlər ki, əgər müşkülləri həll olarsa, müəyyən məbləğdə pul övlayaların qəbri üzərində qoysunlar və yaxud bu qəbirləri ziyarət edənlər üçün qurbanlıq kəsib paylasınlar.
Bu adət-ən`ənə bütün dünya müsəlmanları arasında yayılmışdır, xüsusi ilə övliyaların qəbirləri olan yerlərdə buna çox ciddi şəkildə riayət olunur.
Vəhhabilər bu kimi nəzirləri düzgün hesab etmirlər və onların acıdil yazıçısı Abdulla Qasimi belə yazır:
“Şiələr Əliyə və onun övladlarına Allahlıq əqidəsi ilə inandıqlarına görə onların qəbirlərinə və qəbir sahiblərinə ibadət edirlər. Bu səbəbdən onların dəfn olunduqları yeri abadlaşdırır və dünyanın hər bir yerindən bu qəbirləri ziyarət etməyə tələsirlər. Qəbirlərin üzərində nəzir və qurbanlıq hədiyyə etməklə göz yaşı axıdırlar.”
Bu acıdil yazıçının mədəniyyəti və ədəb-ərkanı yazdığı kitabın adından bəlli olduğuna görə yuxarıda qeyd etdiyi mələbi şiəyə aid edir. Halbuki vəhhabilərin kökü sayılan İbn Teymiyyə daha geniş olaraq bu məsələni müsəlmanlara aid edərək deyir:
“Hər kim peyğəmbərlərə və ilahi övliyalara bir şey nəzir etsə və qurbanlıq kəssə müşrik sayılır. Çünki müşriklər də öz bütləri üçün nəzir edir, qurbanlıq kəsirdilər və Allahdan başqasına ibadət edirdilər. Bu səbəbdən onlar kafir oldular.”
Ustad və tələbə hər ikisi zahirə aldanmışlar.
Yə`ni müştərək əməllərdə ölçü zahirə hökm vermək deyildir, əksinə, ölçü niyyət və qəlbdir.
Əgər zahiri oxşarlıq bir işin hökmündə kifayət edirsə, onda həcc ibadətinin bir çox əməlləri bütpərəslərin əməllərinə oxşayır. Çünki, bütpərəslər də daşın, gilin ətrafında təvaf (fırlanıb) edib daşdan və taxtadan düzəldilmiş bütləri öpürdülər.
Buna oxşar işi biz də yerinə yetiririk, yə`ni daşdan və gildən tikilmiş Kə`bə evinin ətrafında təvaf edib, Qara daşı öpürük və Minada qurbanlar kəsirik.
Bir-birinə oxşar müştərək işlərdə mühakimələrin əsas me`yarı əməl, fikir, əqidə və niyyət şərt sayılır. İki əməl zahirdə bir-birinə oxşayırsa, bunların ikisinə də eyni gözlə baxıb mühakimə etmək olmaz.
Bu haqda “Sülhül-Əxvan” kitabının müəllifi öz kitabında bir neçə cümlə qeyd edib. Bunları nəql etməklə məsələni daha da aydınlaşdırmaq olar.
Bu sünni aliminin özü vəhhabilərin əqidələrini tənqid edənlərdən biridir. Qısa sözlə bu məsələni niyyət nöqteyi-nəzərindən araşdırıb deyir:
“Əgər nəzir etmədə məqsəd meyitə yaxın olmaqdırsa, şübhəsiz ki, bu əməl düzgün sayılmır. Əgər nəzir Allaha görə və Ona yaxın olmaq üçündürsə, bu nəzirdən insanlar fayda görürsə və savabını cənazəyə hədiyyə edirsə, bu nəzirin heç bir eybi yoxdur, gərək öz nəzirinə əməl etsin.”
Əsl haqq söz alimin dediyi sözdür. Elə müsəlmanlar arasında da bu niyyətlə nəzir olunur. Bununla da müsəlmanların əməlləri ilə bütpərəstlərin əməlləri arasında fərq açıq-aşkar bəlli olur. Bütpərəstlər bütlərə yaxın olmaq üçün nəzirlər hədiyyə edib, heyvanlar kəsirdilər. Hətta onlar heyvanları bütlərin adı ilə kəsirdilər, onların əsas məqsədi və hədəfləri isə bütlərə yaxın olmaq idi. Lakin müsəlmanların hədəfi isə Allahın razılığını əldə etməklə savabı ölüyə hədiyyə etməkdir. Buna görə də, müsəlmanlar nəzir edərkən “Allah” kəlməsini işlədərək belə deyirlər:
“Əgər mənim işim həll olarsa, Allaha görə filan əməli yerinə yetirərəm.”
Yə`ni nəzir etməyin mahiyyəti Allaha yaxın olmaq, savabını isə qəbir sahibinə hədiyyə etməklə nəziri fəqirlər, imkansızlar arasında paylamaq və yaxud digər xeyriyyə işləri görməkdir. Belə olan halda, bu işi necə şirk-müşriklərin əməli adlandırmaq olar?
Bir sözlə, bu kimi nəzirlər Peyğəmbər və övliyaların adından bir növ sədəqə vermək sayılır və savabı yenə də onların özlərinə qayıdır. Heç bir İslam alimi ölülər adından sədəqə verməyi irad tutmur.
“Əgər hacətim yerinə yetirilsə, Allaha görə nəzir edirəm Peyğəmbərin adından qurbanlıq kəsim.”
Yə`ni məqsəd Allahın razılığını əldə edib Ona yaxın olmaqla yanaşı, savabını Peyğəmbərə hədiyyə etməkdir. Allahın göstərişinə itaət edərək Onun razılığını əldə edib, Ona yaxın olmaq üçün namaz qıldım və nəzir etdim.
İslam hədislərində bu haqda çoxlu rəvayətlər nəql olunub ki, bir neçəsini burada qeyd edirik:
1− Peyğəmbərin dostlarından Sə`d adlı bir nəfər ondan soruşdu:
− Anam vəfat edib, əgər o sağ olsaydı, sədəqə verərdi. Mən anamın yerinə sədəqə versəm, ona bir xeyri olar?
Peyğəmbər buyurdu:
− Bəli!
Sə`d dedi:
− Hansı sədəqənin daha çox xeyri var.
Peyğəmbər buyurdu:
− Su sədəqə etməyin daha çox xeyri var.
Sə`d bir quyu qazdı və dedi:
− Bu quyunu anama savabı olduğuna görə qazdım.
2− Bir kişi Peyğəmbərin vaxtında Bəvanə adlı yerdə dəvə kəsməyi nəzir edir. Peyğəmbərin yanına gəlib onu bu işdən xəbərdar edir. Peyğəmbər buyurur:
“O yerdə cahiliyyət vaxtından qalmış ibadət etmək üçün büt varmı?”
Kişi: “Yox” − deyə cavab verdi.
Peyğəmbər buyurdu:
“O yerdə cahiliyyət dövründən qalan bayramlar keçirilirmi?”
Kişi dedi:
− Xeyr!
Peyğəmbər buyurdu:
− Onda öz nəzirinə əməl et! Çünki nəzir etmək iki yerdə düzgün deyil:
a) − Günah edib və Allaha itaət etməyəndə.
b) −İnsanın malik olmadığı şeylərdə.
3− Bir qadın Peyğəmbərə dedi:
− Nəzir etmişəm xüsusi bir yerdə heyvan kəsim.
Peyğəmbər buyurdu:
− Büt üçün nəzir etmisən?
Qadın dedi:
− Xeyr!
Peyğəmbər buyurdu:
− Öz nəzirinə əməl et!
4− Məymunənin atası dedi:
− Bəvanə adlı yerdə əlli quyun kəsməyi nəzir etmişəm.
Peyğəmbər buyurdu:
− O yerdə büt varmı?
Dedi:
−Xeyr!
Peyğəmbər buyurdu:
− Öz əhdinə vəfa et!
Peyğəmbərin həmin yerlərdə keçmişdə və indiki zamanda bütlərin olması, bütlərə ibadət mərasimlərinin qeyd olunması haqda suallarında əsas məqsəd bu idi ki, adətən, belə yerlərdə bütlərə yaxın olmaq üçün hətta bütlərin adı ilə heyvan kəsilirdi. Halbuki qurbanlıq büt üçün yox, Allah üçün olmalıdır. Qur`anda haram olan əməllərdən biri də büt adından heyvan kəsməkdir.
“Daşlar (bütlər) üzərində kəsilmiş heyvanlar... sizə haramdır...”
İnsanlar nəziri fəqir-füqəranın çox və işin asan olduğu ərazilərə əsasən tə`yin edirdilər.
Allah övliyalarına ziyarət edənlər daha yaxşı bilirdilər ki, Allahın razılığını əldə etmək üçün Ona görə nəzir edib qurbanlıq kəsmək lazımdır. Bunun isə qəbir sahiblərinə mə`nəvi, fəqirlərə, ziyarətgahlara maddi xeyri vardır.
Övliyaları köməyə çağırmaq
Vəhhabilərlə başqa İslami məzhəblər arasında olan ixtilaflı məsələlərdən biri də çətinliyə düşdükdə övliyaları köməyə çağırmaqdır.
Peyğəmbərlərin və ilahi övliyaların məzarları kənarında və yaxud başqa yerlərdə köməyə çağırmaq İslami tayfalar arasında yayılmış əməllərdən biridir. Bu əməli şirk və İslamın ziddinə olan əməl kimi hesab etmirlər. Lakin vəhhabilər bu məsələni şiddətlə inkar edib müxaliflərə qarşı iddia etdikləri məsələlərə heç bir aidiyyəti olmayan ayələri şüar edərək deyirlər:
“Şübhəsiz ki, məscidlər Allaha məxsusdur.
Allahdan başqa heç kəsə ibadət etməyin.”
Vəhhabilərin əsaslandığı ayələrlə əziz oxucunun yaxından tanış olması üçün biz burada ayələri qeyd edirik və sonradan bunların hamısını şərh edəcəyik. Vəhhabilər bu ayədən (Cinn, 18) əlavə digər ayələri də dəlil və sübut gətirirlər:
“Haqq olan (qəbul edilən) dua yalnız Ona (Allaha) olan duadır. Ondan başqasına edilən dualar (Ondan qeyrisinə ibadət edənlərin duaları) qəbul olunmaz (bütlər, tanrılar onların dualarını əsla eşitməz).”
“Siz Ondan başqa tapındıqlarınız isə nə Sizə, nə özlərinə bir köməklik edə bilər.”
“Sizin Ondan qeyri ibadət etdikləriniz bir çərdək qabığına belə sahib deyillər.”
“Allahdan başqa ibadət etdiyiniz bütlər də Sizin kimi bəndələrdir.”
“De: (Allahdan) başqa tanrı güman etdiklərinizi (köməyə) çağırın. Onlar Sizi nə möhnətdən qurtarmağa, nə də onu dəyişməyə (Sizdən sovuşdurub başqasına tərəf yönəltməyə) qadir deyillər.”
“Onların tapındıqları tanrıların özlərindən hər hansı biri (Allah dərgahına) daha yaxın olsun deyə, Rəbbinə vəsilə axtarır.”
“Allahdan başqa sənə nə bir xeyir, nə də zərər verə bilən şeylərə ibadət etmə.”
“Əgər Siz onları çağırsanız, onlar Sizin çağırışınızı eşitməzlər” /Fatir surəsi, 14/.
“Allahı qoyub Qiyamətədək özünə cavab verə bilməyən bütlərə ibadət edən kimsədən daha çox (haqq yoldan) azmış kim ola bilər?!”
Bu ayələrdən vəhhabilər belə nəticə çıxarırlar ki, övliyaları ölümlərindən sonra köməyə çağırmaq onlara ibadət və sitayiş etmək sayılır.
Yə`ni əgər bir nəfər Peyğəmbərin qəbri kənarından və yaxud uzaq bir yerdən “Ya Mühəmməd!” desə, bu çağırmaq və kömək istəmək Peyğəmbərə ibadət və sitayiş sayılır.
Sən`ani Kəşfül-irtiyabdan (səh. 274) nəql edərək Tənzihül-e`tiqad kitabında deyir:
“Qur`an Allahdan başqasını çağırmağı ibadət bilir. Çünki Allah-taala buyurur: “Mənə dua edin. Mən də Sizin dualarınızı qəbul edim.” Elə buna görə də hər kim Peyğəmbəri və övliyaları çağırıb “Mənim haqqımda şəfaət et”, “Səndən şəfaət istəyirəm”, “Borclarımı verməkdə mənə kömək et”, “Xəstəmə şəfa ver” − kimi sözlərlə ondan kömək istəsə, bu şəxs övliyalara ibadət etmiş sayılır. İbadətin həqiqəti çağırmaqdan başqa bir şey ola bilməz. Nəticədə isə bu kimi çağırışlar Allahdan başqasına ibadət etmək və şirk adlanır. Çünki Allahın birliyinə inanmaq Ondan başqasına ibadət etməmək deməkdir. Elə bütpərəstlər də ondan başqasına ibadət etdiklərinə görə müşrik adlanırdılar.”
Cavab:
Şəksiz-şübhəsiz “dua” kəlməsi ərəb lüğətində çağırmaq, “ibadət” kəlməsi isə sitayiş etmək mə`nasındadır. Heç vaxt bu iki kəlməni eyni mə`nada işlətmək olmaz. Yə`ni dua etməyi və çağırmağı ibadət adlandırmaq olmaz. Çünki:
Birinci. Our`anda “çağırmaq” kəlməsi bir çox yerlərdə işlənib və bu kəlmədən məqsəd “ibadət” sayılmır:
“Dedi: “Ey Rəbbim! Mən qövmümü gecə-gündüz (imana, haqq yolla) də`vət etdim.”
“(Şeytan dedi) Əslində mənim sizin üzərinizdə heç bir hökmüm yox idi. Lakin mən sizi çağırdım, siz də mənə uydunuz.”
Şeytan onları çağırmaqla onlara ibadət etmiş sayılırmı? Əgər ibadət sayılsa da, şeytana qulaq asanlar tərəfindən ibadət sayılır, nəinki şeytan tərəfindən.
Bu ayələrdə və onlarla bu kimi ayələrdə də`vət, çağırmaq kəlməsi ibadət və sitayiş mə`nasında işlənməyib. Buna görə də bu səbəbdən də`vətin ibadətlə eyni mə`nada olduğunu iddia etmək olmaz. əgər bir nəfər Peyğəmbəri və yaxud övliyaları çağırırsa, bunun heç bir eybi yoxdur. Çünki də`vət və çağırışın mə`nası ibadətdən daha genişdir.
İkinci. Bu ayələr toplusunda (vəhhabilərin əsaslandığı ayələrdə) çağırış tam də`vət mə`nasında ola bilməz, ola bilsin ki, bu ayələrdə də`vət ibadət mə`nasında işlənsin. Çünki bu ayələr bütləri kiçik Allah adlandıran, ilahi işlər görən və bütləri işlərində müstəqil bilən bütpərəstlər haqqında nazil olub. Sözsüz ki, Allah ünvanı ilə hər bir canlı və cansızın müqabilində təvazökarlıq edib bunları kiçik və yaxud böyük Allah adlandırıb, şəfaət və bağışlanmaq sahibi bilmək ibadət sayılacaq. Əlbəttə, bütpərəstlər bütləri şəfaət sahibi adlandırmaqla bunların müqabilində təvazökarlıq ibadəti edirlilər. Bu bütləri dünya və axirət işlərində müstəqil bilirlər. Hamıya mə`lumdur ki, bu cansız əşyalardan belə bir şərtlərlə hacət istəmək ibadət və sitayiş sayılır. Daha açıq desək, onlar bütlərə Allah kimi inanıb, bunlardan kömək istəyirdilər.
“Onlar özləri özlərinə zülm etdilər. Allahdan qeyri ibadət etdikləri tanrılar Allahın əmri gəldikdə onlara heç bir fayda vermədi...”
Buna görə də vəhhabilərin əsas gətirdikləri ayələrin bizim bəhsimizə heç bir aiddiyəti yoxdur.
Bəndə başqa bir bəndədən hacət istəyirsə və o bəndəni Allah, rəbb, dünya və axirət işlərində müstəqil bilmirsə, əksinə, onu Allahın əziz bəndəsi, nübüvvət və imamət məqamına seçilmiş bəndəsi hesab edirsə, belə bir hacət diləməyin heç bir eybi yoxdur. Çünki Allah özü bu şəxslərin (Peyğəmbər, imamlar və övliyalar) dualarının qəbul edilməsinə və`də veribdir.
“Onlar özlərinə zülm etdikləri zaman dərhal sənin yanına gəlib Allahdan bağışlanmaq diləsəydilər və Peyğəmbər də onlar üçün əfv istəsəydi, əlbəttə, Allahın tövbələri qəbul edən, mərhəmətli olduğunu bilərdilər.”
Üçüncü. Ayələrin özü də`vətin çağırış mə`nasında yox, ibadət mə`nasında olduğuna şəhadət verir.
Buna görə də ayələrin birində də`vət kəlməsindən sonra ibadət kəlməsi işlənib:
“Rəbbiniz buyurdu: “Mənə dua edin, Mən də sizin dualarını qəbul edim! (Mənə ibadət edin-sizi mükafatlandıraram).
Mənə ibadət etməyi təkəbbürlərinə sığışdırmayanlar Cəhənnəmə zəlil olaraq girəcəklər!”
Yə`ni bütpərəstlər Allah sifətində tanıdıqları bütlərdən kömək istəyirdilər və bu bütlərin müqabilində ah-nalə edirdilər.
Səcdə edənlərin ağası imam Zeynəl-Abidin (ə.s) öz duasında belə buyurur:
“(İlahi) çağırmağı ibadət və bu əməli tərk etməyi təkəbbürlük və ümidsizlik adlandırdın. Bu əməli tərk edənlərə (ibadət etməyənlərə) zəlil olaraq Cəhənnəm atəşinə daxil olmağı və`də verdin.”
Bə`zi vaxtlar eyni mə`nası olan iki ayədə birində ibadət, digərində isə çağırmaq sözü işlənir.
“De: “Allahı qoyub sizə nə bir zərər, nə də bir xeyir verən şeylərəmi ibadət edirsiniz...”
Buna oxşar başqa bir ayədə buyurur:
“De: “Biz Allahı qoyub bizə nə bir xeyir, nə də bir zərər verə bilməyən bütlərimi çağıracağıq...”
Fatir surəsinin 13-cü ayəsində buyurur:
“Sizin ondan qeyri çağırdıqlarınız (ibadət etdikləriniz) bir çərdək qabığına belə malik deyillər.”
Bu ayədə ibadət mə`nasında “çağırmaq” kəlməsi işlənib. Lakin elə bu mə`nada olan başqa bir ayədə ibadət sözü işlənmişdir.
“Sizin Allahdan başqa ibadət etdikləriniz sizə ruzi verməyə qadir deyillər...”
Bə`zi vaxtlar bir ayədə hər iki kəlmə eyni mə`nada işlənib.
“De: “Sizin Allahdan qeyri çağırdığınız bütlərə ibadət etmək mənə qadağan edilmişdir.”
Mu`min surəsinin 66-cı ayəsi də elə bu məzmundadır.
Əziz oxucu! Əgər “ibadət” və “də`vət, çağırmaq” kəlmələri haqqında daha çox ayələrlə tanış olmaq istəyirsinizsə, “əl-Mö`cəmul-müfəhris” kitabına müraciət edə bilərsiniz. Bununla da mə`nanın bir ayədə ibadət, digər ayədə isə də`vət və çağırmaq mə`nasında işləndiyinin şahidi olarsınız. Lakin vəhhabilərin sübut və əsas gətirdikləri ayələrdə də`vət kəlməsi çağırmaq mə`nasında yox, ibadət mə`nasında işlənib.
Siz əgər də`vət və ibadət sözləri olan ayələrin toplusuna diqqət yetirsəniz, bütün müvəhhidlər tərəfindən böyük Allahın Malikliyinə, İlahiliyinə, Rəbbliyinə... e`tiraf etdiyinin və yaxud bütpərəstlərin bütləri kiçik Allah, şəfaət sahibi adlandırdıqlarının şahidi olarsınız. Belə olan sürətdə, ilahi övliyalardan kömək istəyib onları çağırmağa qarşı vəhhabilərin əsas gətirdikləri ayələr (Halbuki ayələrin bu bəhsə heç bir aidiyyəti yoxdur) doğrudan da çox təəccüblüdür!
Həccin siyasi-ictimai cəhətləri
Vəhhabilik məktəbi marksizmi təqlid edərək, İslam məktəbi ilə tamamilə müxalif olan hadisələrlə üzləşib inkişaf edərək zaman keçdikcə müsəlmanlar üçün təzə yollar çəkib, yeni hökmlər sadir edir.
Səudilərin müftisi olan Əbdül Əziz ibn Baz həccin ibadət əməli olması bəhanəsi ilə başqa məsələlərə qarışmağı və nümayişləri haram etmişdir.
Buna görə də əli çomaqlı və silahlı polislər Allah evinin qonaqlarının və ziyarət edənlərinin başqa işlər görmələrinin qarşısını alırlar.
Kitabın bu hissəsində Səudi müftisinin fitvalarına cavab olaraq həccin siyasi-ictimai cəhətdən böyük əhəmiyyət kəsb etdiyini ayələr, hədislər və müsəlmanların rəftarı ilə araşdırırıq. İndi keçək əsas mətləbə.
Həcc əməlini yerinə yetirməyin əsas məqsədi insanları Allah müqabilində təvazökarlığa də`vət etməkdir. Bu mətləb haccin əməllərinə diqqət yetirdikdə tamamilə aydın olur.
Həccin birinci əməlindən axırıncı əməlinə kimi haqqa ibadət edib, Ondan başqasına ibadət etməmək bəli olur. Xüsusi iləmüstəhəb dualar və zikrlərlə bu əməlləri yerinə yetirmək bu mətləbi daha da işıqlandırır.
Həmin əməlləri yerinə yetirməklə belə bir nəticə çıxartmaq olar:
Həcc:− Ən gözəl və mümkün olan surətdə haqqa sitayiş və ibadət etməkdir.
Həcc:− Böyük Allahın qarşısında təvazökarlıqdır.
Həcc:− Allah dərgahına ürəkdən yalvarmaq və nalə etməkdir.
Həcc:− Bəndəliyin əsliyyətini cilvələndirən ibadətdir.
Həcc:− Şəhvətlərdən pak, uzaq olmaqla dünyadan üzülməkdir.
Allah evini ziyarət edənlər iki parça ehram paltarına bürünməklə maddi cəhətdən zahirlərini bəzəməyi tərk edir və Allahdan başqa hər bir şeyin, hətta övladın, ailənin, var-dövlətin, doğma yurdun yaddan çıxdığını təsəvvür edirlər. Allah evini ziyarət edənlərin fikrini yalnız “ləbbeyk” (hazıram) zikri məşğul edir.
Bu məsələ həc əməllərinə, müqəddəs məkanlarda (Məscidül-Həram, Səfa və Mərvə dağları...) yerinə yetirilən əməllərə görə müsəlmanlara qalmaq vacib olan yerlərə (Ərəfat, Mina) diqqət yetirməklə diha da bəlli olur. Buna görə də gərək həcc ibadətin və məzhəbin ən böyük əməllərindən sayılsın.
Lakin bu mətləbin arxasında daha bir məsələ var. O da budur ki, görəsən Həcc ibadət əməli hesab olunduğu halda, ictimai-siyasi cəhətlərə də malikdir, yoxsa gecə namazı kimi başqa islami məsələlərə qarışmamaqla yalnız ibadətlə təkmilləşir?
Bəlkə Allah-taala həcci siyasi-ictimai cəhətləri olmadan Ona ibadət etmək üçün bütün müsəlmanlara (kişi, qadın, cavan, qoca) vacib edib?
Yaxud bu əməl ibadətlə siyasətin başlanğıc nöqtəsidir və Allaha ibadət etməklə yanaşı, ictimai-iqtisadi məsələlərlə bağlı olma mərkəzidir. Bu məsələni təhqiq edib Qur`an ayələri, hədislər, keçmişdə olan saleh bəndələrin əməlləri ilə işıqlandıracağıq.
Həccin mənfəətlərinə nəzər edək
Qur`an İbrahim Həccini belə vəsf edir:
a) İnsanları həccə çağır ki, onlar sənin yanına (istər) piyada və (istərsə də) hər uzaq yoldan yollanan hər cür arıq (yorğun-arğın) dəvələr üstündə (süvari olaraq) gəlsinlər.
b) Belə ki, öz mənfəətlərinin şahidi olsunlar və mə`lum günlərdə Allahın onlara ruzi verdiyi (dördayaqlı) heçvanların üstündə (onları qurban kəsərkən) Onun adını çəksinlər (Bismillah desinlər).
Onlardan özünüz də yeyin, biçarə (zavallı) yoxsula da yedirdin!
v) Sonra həcc əməllərini yerinə yetirsinlər, nəzirlərini versinlər və qədim evi (Kə`bəni) təvaf etsinlər!
q) (Ey insanlar! Həccin sizə vacib olan əməli) budur və hər kəs (ehramda ikən) Allahın haram buyurduqlarına hörmət (riayət) etsə, bu, Rəbbi yanında onun üçün xiyirli olar. Sizə deyilənlərdən başqa, qalan heyvanlar sizə halal edilmişdir.
Belə olduğu təqdirdə, murdar bütlərdən qaçın, yalan sözlərdən də çəkinin.
d) Batildən haqqa dönərək yalnız Allaha təslim olduğunuz və Ona şərik qoşmadığınız halda! Allaha şərik qoşan kimsə göydən düşən, quşların onu sür`ətlə alıb apardığı, yaxud küləyin sovurub uzaqlara atdığı bir şeyə bənzər.
e) Və hər kəs Allahın mərasiminə (həcc əməllərinə) hörmət etsə, bu (hörmət), şübhəsiz ki, qəlblərin təqvasındandır.
ə) Sizin üçün (qurbanlıq heyvanlarda) müəyyən bir vaxta qədər mənfəət vardır. (Kəsilənə qədər onları minər, südünü içər, yunundan istifadə edərsiniz).
Sonra onların gətirilib kəsiləcəyi yer (Mina) qədim ev (Kə`bə) istiqamətindədir. (Yaxud həcc əməllərini yerinə yetirməkdə sizin üçün Qiyamətə qədər mənfəət vardır. Həcc günləri Kə`bəyə toplanar, bütün müsəlmanlara lazım olan dini və dünyəvi məsələlər barəsində məsləhət − məşvərət edərsiniz).
Siz bu ayələr içərisindən təkcə ikinci ayəyə diqqət yetirsəniz, bu cümlənin “Belə ki, öz mənfəətlərinin şahidi olsunlar” mə`nasından üç mətləb tamamilə aydın olar.
Birinci: Allah evini ziyarət edənlərin şahidi olduqları mənfəətdə məqsəd nədir? Bu cümlədən sonra ayədə “Allahın onlara ruzi verdiyi heyvanların üstündə (qurban kəsərkən) Onun adını çəksinlər” belə bir kəlmə işlənib. Bu da onu bildirir ki, həcc əməlinin iki cəhəti vardır: a) İbadət: Allahın adını zikr etməklə təsəvvür olunur: b) İctimai: Şahidi olduqları mənfəətlər.
İkinci: Ayədə ictimai − siyasi cəhəti açıqlayan mənfəət sözü ibadət cəhətini canlandıran “Allahı zikr etmək” ifadəsindən əvvəl işlənmişdir.
Üçüncü: Qur`an mənfət kəlməsini heç bir qeyd və şərtsiz gətirib. Bununla da mənfəətin iqtisadi, siyasi və ictimai cəhətlərə aid olduğu sübuta yetirilir. Bizim bunu xüsusi bir mənfəətə aid etməyə haqqımız yoxdur. İstər bunu iqtisadi, istərsə də ictimai-siyasi əhatələrə aid edək, bundan sonra gələn “Allahı zikr edən” ifadəsi bunu bildirir ki, həccin ibadətdən başqa fayda aparılası bir cəhəti də vardır. Yə`ni, həcci müsəlmanların həyatı ilə maraqlanmadan quru ibadət təsəvvür etmək olmaz. Daha yaxşı olan ki, “əl-Əzhər” üniversitenin keçmiş rektoru şeyx Mahmud Şəltutun bu ayəni təfsir etdiyi cümlələrə diqqət yetirək.
Şeyx deyir:
“Həccin vasitəsi ilə müşahidə olunan mənfəətlər həc fəlsəfəsinin ilkin surətləri kimi müzakirə olunur. Bu mənfəətlər böyük əhəmiyyət kəsb etdiyi üçün müxtəlif xüsusiyyətlərlə xülasələşdirmək olmaz. Əksinə, bu sözün ümumi mə`nası olduğuna görə bütün ictimai və fərdi mənfəətləri əhatə dairəsinə alır. Əgər nəfsi pak edib Allaha yaxın olmaq, elm və mədəniyyəti genişləndirmək mənfəət sayılırsa, İslamı təbliğ üçün müsəlmanları bir olmağa də`vət etmək də mənfəət sayılır... Bu səbəbdən də bu mənfəətlər müsəlmanların vəziyyətinə görə və zamanın halına görə bir-birindən fərqlənir.”
Əl-Əzhərin keçmiş şeyxi başqa bir yerdə deyir:
“Həccin İslamda xüsusi bir mövqeyi, tək-tək insanlar və cəmiyyət üçün xeyirli hədəfləri olduğuna görə daha yaxşı olar ki, alimlər, ziyalılar, elm-mədəniyyət xadimləri siyasi, iqtisadi məs`uliyyət daşıyanlar, din və şəriət müəllimləri, döyüş qəhrəmanları bu əmələ xüsusi diqqət yetirsinlər. Hər bir insan bundan faydalanmalıdır. Bu İlahi hərəmə gəlmək lazımdır. Fikir sahibləri, imanlı, müqəddəs hədəfləri olan şəxslər orada cəm olmalıdırlar. Bununla da Məkkənin rəhmət qanadlarının üzərində olduğunun və tovhid kəlməsi sayəsində onların Allah evinə cəm olmalarının şahidi olsunlar. Nəticədə isə bir-birlərini tanısınlar, məsləhətləşib bir-birlərinə kömək etsinlər, sonra isə bir qəlblə, bir fikirlə və bir ümmət kimi öz vətənlərinə qayıtsınlar...”
Qur`an bu ayələri zikr etdikdən sonra İslamın müqəddəslərini müdafiə etmək haqqında belə buyurur:
a) “Şübhəsiz ki, Allah iman gətirən kəslərdən (kafirlərin əzab-əziyyətini) dəf edər. Allah, həqiqətən, heç bir xaini və nankoru sevməz.”
b) “Zülmə mə`ruz qaldıqlarına görə vuruşanlara (kafirlərə qarşı Allah yolunda döyüşməyə) izn verilmişdir. Allah onlara kömək etməyə, əlbəttə qadirdir.”
v) O kəslər ki, haqsız yerə, ancaq “Rəbbimiz Allahdır” dediklərinə görə yurdlarından (Məkkədən) çıxarıldılar. Əgər Allah insanların bir qismini digər qismi ilə (müşrikləri mö`minlərlə) dəf etməsəydi, sözsüz ki, içərisində Allahın adı çox zikr olunan monastrlar, kilsələr, yəhudi mə`bədləri və məscidlər uçulub dağılmışdı. Allah Ona (Öz dininə) yardım edənlərə, şübhəsiz ki, yardım edər. Həqiqətən, Allah yenilməz qüvvət, qüdrət sahibidir!”
q) “O kəslər ki, əgər onları yer üzündə yerləşdirsək (onlara bir yer versək), namaz qılar, zəkat verər, (insanlara) yaxşı işlər görməyi əmr edib, pis işlərdən çəkindirərlər. Bütün işlərin sonu (nəticəsi) Allaha aiddir. (Allah Qiyamət günü əməllərinə müvafiq olaraq mö`minlərə mükafat, kafirlərə isə cəza verəcəkdir).”
Qur`anda müdafiə və cihad ayələrinin həcc ayələrindən sonra gəlməsi məgər təsadüfidirmi? Heç vaxt Qur`anda ayələr təsadüfi və namünasib işlənməyib.
Bu iki ayənin mə`nasını bir yerə topladıqda belə bir nəticə çıxartmaq olar ki, həcc ilə müdafiə və fikir meydanı bir-birinə bağlıdır.
Yə`ni həcc müsəlmanların fikir və ruhi azadlıqları üçün çox əlverişli bir yerdir. Müsəlmanlar burada mə`nəvi güclərini hazırlamaqla müstəmləkəçi zalımları susdura bilərlər.
Bəli, bu böyük ilahi yığıncaqda dünyanın hər yerindən nümayəndələr toplaşırlar. Bu, mütəfəkkirlərin, ziyalıların fikirlərini bölüşdürməsi üçün böyük bir fürsətdir. Onlar bu fürsətdən istifadə edib düşmənlərin qarşısında böyük bir sədd yaratmaqla onlara elə bir dərs versinlər ki, onların yadından çıxmasın. Baxmayaraq ki, bu yalnız həcc vactına aid edilmir. Çünki müsəlmanlar zaman və məkandan asılı olmayaraq düşmənə cavab vermək üçün həmişə hazır olmalıdırlar. Lakin həcc vaxtı bu vəzifəni yerinə yetirmək üçün əldə daha böyük fürsət olur.
Təkcə şeyx Şəltut bu ayəni ümumi mə`nada təfsir etməyib, hətta sünnə əhlinin qədim təfsir alimlərindən olan Təbəri də bu ayəni təfsir edənkən deyir:
“Allahın buyurduğu mənfəət kəlməsində məqsəd bütün işlərə aid edilir. Yə`ni, müsəlmanlar bu mənfəətləri dərk etməklə bütün dünya və axirət xeyirlərini əldə etsinlər. Heç bir rəvayət və əqli hökmlər də bu cümlənin mə`nasını xüsusiləşdirə bilməz.”
2. Kə`bə həyatın dayağıdır
Qur`ani-kərim Kə`bəni və Allah evini dayaq adlandırmaqla belə tə`rif edir:
“Allah Beytül-Həram (müqəddəs ev) olan Kə`bəni dayaq və haram ayı (zilhəccəni) qərar verdi. (Kə`bəyə gətirilən) boyunları bağsız və bağlı (nişan taxılmış və taxılmamış) qurbanları insanların (dini və dünyəvi işlərinin) düzəlib səhmana düşməsi üçün bir yol müəyyən etdi. Bu ona görədir ki, Allahın göylərdə və yerdə nə varsa (hamısını) bilməsini, özü də Allahın hər şeyi (layiqincə) bilməsini siz də biləsiniz!”
Başqa bir yerdə “qiyam” (dayaq) sözü haqqında belə buyurur:
“Allahın sizin həyatınız üçün dayaq olaraq bəxş etdiyi malları səfehlərə (ağılsızların əlinə) verməyin...”
Yə`ni ayənin mə`nası budur ki, (Maidə surəsi, 97) Allah-taala həcc mərasimində Kə`bə evini ziyarət etməyi İslam cəmiyyətinin həyatı üçün dünya və axirət dayağı qərar veribdir.
Həcc mərasiminə toplaşmaq təkcə müsəlmanların mə`nəvi həyatının deyil, hətta bizim fərdi və ictimai həyata aid olan bütün ehtiyaclarımızı ödəyir. Həyat və dinin dayağı müsəlmanların məsləhəti və xeyri sayılır. Bu xeyirli mənfəət və məsləhətlər də yalnız və yalnız həcc mərasimində tə`min olunur. Belə olan halda bu mənfəəti ibadətdə necə cəmləşdirə bilərik?
Müsəlmanların zülmkarlar qarşısında bir olub onlara qarşı mübarizə etməkdən başqa nə kimi xeyirli mənfəətləri ola bilər?
Qur`an ağıldan az olanların rəhbərlik etmələri haqqında belə göstəriş verir:
“Alahın sizin həyatınız üçün bəxş etdiyi malları səfehlərə verməyin...”
Bu ayənin məzmununa diqqət yetirməklə həcc ziyarətini müsəlmanların taleyindən qafil olanlara necə tapşırmaq olar?
Əziz oxucunun “Kə`bə evi müsəlmanların dayağıdır” ayəsi haqda təfsir alimlərinin eyni fikirləri olduğunu bilməsi üçün bə`zilərinin yazılarını burada qeyd edirik:
Təbəri deyir:
“Allah-taala Kə`bəni və Beytül-Həramı insanlar üçün həyatın dirəyi və dayağı qərar verib. Kə`bə evini dinin nişanı və müsəlmanların mənfəət yeri seçib.”
Əl-Mənar təfsirinin müəllifi deyir:
Allah-taala Kə`bəni müsəlmanların dini işlərinin dayağı qərar verib. Onların əxlaqlarını və nəfslərini paklaşdırır. Dinimizin əsası sayılan həcc elə bir mə`nəvi ibadətdir ki, bizlərə həm iqtisadi, həm də ictimai cəhətdən xeyiri vardır. Yə`ni insanların bütün dini və dünyəvi ehtiyaclarını ödəyir.”
3. Həcc mövsümündə müşriklərə qarşı nifrət e`lan etmək
Siz əgər keçən bəhsin mövzusuna şübhə etsəniz belə, Peyğəmbərin nümayəndəsinin həcc mövsümündə yerinə yetirdiyi siyasi əmələ heç kim şəkk-şübhə ilə yanaşa bilməz.
Peyğəmbər hicrətin doqquzuncu ilində müşriklərə nifrət hissini e`lan etmək üçün Əli (ə)-ı həcc mövsümündə qətnamə oxumaq üçün Məkkəyə göndərdi. Bu o vaxt idi ki, Bəraət (Tövbə) surəsindən on altı ayə Peyğəmbərə nazil olmuşdu. Ayələrin başlanğıcı bunlardan ibarətdir:
“Allahdan və Onun Peyğəmbərindən saziş bağladığınız müşriklərə (onlarla olan əhdlərin pozulması, əlaqələrin kəsilməsi barədə) bir xəbərdarlıq!
(Ey müşriklər!) Yer üzündə dörd ay sərbəst gəzib dolaşın və bilin ki, Allahı aciz qoya bilməzsiniz. (Allahın əzabından qaçıb canınızı qurtara bilməzsiniz) Allah kafirləri (dünya və axirətdə) rüsvay edəcəkdir!
Allahdan və Onun Peyğəmbərindən böyük həcc günü (zilhiccə ayında, vacib fərz olan həcc, qurban bayramı və ya Ərəfə günü) insanlara bir bildiriş! Allahın və Onun Peyğəmbərinin müşriklərlə heç bir əlaqəsi yoxdur. Əgər (küfrdən və şirkdən) tövbə etsəniz, bu, sizin üçün xeyirli olar. Əgər (imandan) üz döndərsəniz, bilin ki, Allahın əzabından qaçıb canınızı qurtara bilməzsiniz. (Ey Peyğəmbərim!) Kafir olanları şiddətli bir əzabla müjdələ!”
Həzrət Əli (ə) bu ayələri oxuduqdan sonra dörd maddədən ibarət olan qətnaməni müşriklərə oxudu. Dörd maddəli qətnamə bundan ibarət idi:
1− Bütpərəstlərin Allah evinə daxil olmağa haqqları yoxdur.
2− Çılpaq bədənlə təvaf etmək qəti qadağandır.
3− Bundan sonra heç bir bütpərəst həcc mərasimində iştirak etməyəcək.
4− O kəslər ki, Peyğəmbərlə sülh müqaviləsi bağlayıblar və əvvəldən öz əhdlərinə sadiq qalıblar, onların bu əhd-peymanı, canları və malları möhtərəm sayılır. Lakin müsəlmanlarla əhd bağlamayan və yaxud öz əhdlərinə bilə-bilə sadiq qalmayan müşriklərə bu gündən (zilhiccə ayının onu) dörd ay möhlət verilir. İslam hökümətində öz təkliflərini açıq e`lan etsinlər. Yə`ni müsəlman olub bir olan Allaha ibadət etməklə şirki aradan aparmalıdırlar. Əks təqdirdə, döyüşə hazır olmalıdırlar.”
Həcc mərasimində müşriklər və müsəlmanlar təvaf edərkən qəfildən Həzrət Əli (ə) hündür bir yerdə dayanıb müşriklərə qarşı belə bir nitq söyləyirsə, müşriklərə öz bəd əməllərindən çəkinmək üçün dörd ay möhlət verilirsə və onlar İslama də`vət olunursa, bundan daha yaxşı siyasi əməl nə ola bilər?
4. Məscidül-Həramda Fərəzdəqin siyasi qəsidəsi
Bir gün həcc mərasimində Əbdül-Məlikin oğlu Hişam təvaf edərkən sıx cərgələrin arasına düşdü:
Hişam neçə dəfə əlini Həcərül-Əsvədə (Qara daş) sürtmək istədi. Lakin adamların sıxlığından buna nail ola bilmədi. Çarəsiz qalıb kənara çəkilərək müsəlmanların ziyarətinə tamaşa etməyə başladı. Birdən gözü arıq, nurani bir kişiyə sataşdı. Bu kişi yavaş-yavaş Həcərül-Əsvədə tərəf gedirdi və bütün camaat ehtiram əlaməti olaraq ona yol verirdi.
Şam (Süriya) əhli Hişamın ətrafına cəm olmuşdu. Bu hadisənin şahidi olduqda ondan bu kişinin kim olduğunu soruşdular. Hişam o kişini yaxşı tanıyırdı, lakin yalan dedi:
− Mən bu kişini tanımıram.
Elə bu vaxt mərd kişilərdən sayılan Fərəzdəq bir neçə beyt şe`rlə İmam Səccad (ə)-ı yaxşı tanıtdırdı. Fərəzdəqin şe`rinin bir neçə beyti bundan ibarətdir:
“Bu elə bir adamdır ki, Bətha (Məkkə ilə Mədinə arası) torpağı onun pak yerini tanıyır. Kə`bə, Beytül-Həram və xaricində olan yerlər onu yaxşı tanıyır.”
“Bu Allahın ən yaxşı bəndələrinin övladıdır. Pak, təmizkar və təqvalı kimi tanınmışdır.”
“Əgər onu tanımırsansa, bil! O, nübüvvəti xətm edən (peyğəmbərlərin sonuncusu) Məhəmməd Peyğəmbərin qızı Fatimənin övladıdır.”
“O, Həcərül-Əsvədə əl sürtdükdə Həcərül-Əsvəd öz yaxın adamının əlini buraxmaq istəmir” Fərəzdəqin şe`rləri o qədər tə`sirli idi ki, Hişam şe`ri eşidərkən qəzəbləndi. Fərəzdəqə bu şe`ri söyləməməyi göstəriş verdi. İmam Fərəzdəqin bu əməlini görüb ondan hal-əhval tutdu.
5. İslami hədislərdə Həccin siyasi-ictimai cəhətləri
Bura qədər Peyğəmbərin əməllərinin və ayələrin məzmunu açıqlandı. Həcc ibadət əməli olduğu halda eyni zamanda da siyasi cəhətlərə malikdir. Peyğəmbər öz həcc əməlinin siyasi cəhətini canlandırırdı, bu haqda Peyğəmbərin mübarək kəlamları və hədisləri vardır.
“Ət-Tacul-came` lil-Üsul” kitabında (c. 2, s. 98-99) Peyğəmbərdən bu haqda hədislər nəql olunub:
1− Allah dərgahında qəbul olunan həcc əməli ən yaxşı cihad sayılır.
2− Ümrə və müfrədə həcc əməlləri kişinin, qadının, güclü və gücsüzün hamılıqla iştirak etdiyi cihad sayılır.
3− Qadınlar üçün cihad varmı? Qadınlar üçün elə bir cihad vardır ki, orada döyüş şərt deyil. Bu, həcc mərasimində iştirak etməkdir.
4− Seçilmiş insanlar Allah yanında üç dəstədən ibarətdir:
Cihad edən, Allah evini həcc və yaxud ümrə üçün ziyarət edənlər.
Bu hədislərdə həcc əməli cihad kimi tanıtdırılıb. Amma axırıncı hədisdə isə, cihad edən və Allah evini ziyarət edən Allahın seçilmiş bəndələri kimi tanınıb.
Əgər bu hədislərdə həcc cihad adlanırsa, mütləq bunların arasında bir oxşarlıq olmalıdır. Həcc öz tə`sir qüvvəsinə və hədəfinə görə cihada oxşadığı üçün onu cihad adlandırırlar.
Bu İlahi vacibi əməl ibadət sayıldığı halda cihad rolunu da oynayır, yə`ni müsəlmanların bir-biri ilə əlaqə yaratmaları və iş görmələri həcc mərasimində tə`yin olunur.
6. Həcc mərasimində Peyğəmbərin siyasi söhbətləri
Məscidül-Həramda izdihamlı cəmiyyət Allah evini dövrəyə almışdı. Müsəlmanlar, müşriklər, dost və düşmən Allah evini ziyarət edirdilər. İslamın əzəməti və Peyğəmbərin böyüklüyü məscidi əhatə etmişdir.
Elə bu vaxt əziz Peyğəmbər öz iyirmi illik təbliğinin həqiqətini açıqlayaraq sözə başladı: (Tarixi aşırımlara burada diqqət yetirəcəyik.)
a) Ey camaat! Allah-taala islamın sayəsində cahiliyyət vaxtı insanların iftixar etdiyi əməlləri sizin aranızdan götürdü. Hamınız Adəmdən dünyaya gəlmisiniz. O da gildən (torpaqdan) yaranıbdır. Ən yaxşı adam o kəsdir ki, günah etməsin.
b) Ərəb xalqı olmaq Sizin zati əsiliniz deyil. Əksinə, bu dil sadəcə danışıq dilidir. Hər kim öz vəzifəsini layiqincə yerinə yetirmirsə, atası ilə fəxr etmək onun səhv və nöqsanlarını aradan qaldırmır.
v) Bütün insanlar keçmişdə də və indi də darağın dişləri kimi bərabərdir. Ərəbin əcəmdən, ağ dərilinin qara dərilidən heç bir üstünlüyü yoxdur. Əsas ölçü isə təqva və imandır.
q) Mən bütün məl-dövlət, qan davası edənləri və cahillət dövrünün mövhumatlı iftixarlarını ayaq altına qoyub, bunların hamısını əsassız hesab edirəm.
ğ) Müsəlman müsəlmanın qardaşıdır və bütün müsəlmanlar bir-birlərinə qardaşdırlar. Onlar əcnəbilər qarşısında bir olmalıdırlar.
Hər bir müsəlmanın qanı başqa müsəlmanın qanı ilə birdir. Onların ən kiçiyi belə müsəlmanlar tərəfindən əhd bağlaya bilər.
d) Bir-birini azdırmaqla və malik olmaqla bu dindən üz döndərməyin.
e) Sizin qanınız və malınız bir-birinizə haram olur. Bu günə (qurbanlıq günü), bu aya (zilhiccə ayı) və bu şəhərə (Məkkə) ehtiram etdiyiniz kimi bir-birinizə ehtiram edin.
ə) Cahiliyyət dövründə tökülən qanları tə`sirsiz e`lan edirəm. İlk tə`sirsiz e`lan etdiyim qan Harisin övladı Rəbiənin qanıdır.
j) Hər müsəlman digər müsəlmanın qardaşıdır və müsəlmanlar bir-birləri ilə qardaşdırlar. Müsəlmanın razılığı olmadan malı başqasına halal olmur.
3) Mö`min kişinin qəlbi üç şeyə xəyanət etməz:
1. Allaha görə xalis əməl;
2. Haqq rəhbərlərə xeyirxahlıq etmək;
3. Mö`minlərin cəmiyyətinə ehtiramla yanaşmaq.
(Rovzətül-Kafi, s. 246; Sireyi-İbni Hişam, c. 2, səh. 412, Əl-Məğazi-Vaqidi, c. 2, s. 826).
7. Məkkənin fəthində deyilmiş siyasi şüarlar
Müsəlmanlar Məkkəni fəth edərkən təəccübə və heyrətə gəlmiş müşriklər müqabilində belə bir dua oxudular. Bu dua əvvəldən axıra kimi siyasi şüarlardan ibarətdir:
“Allahdan başqa Allah yoxdur və hökumət Allahındır.
İbadət və sitayiş Ona məxsusdur. O, dirildir, öldürür və hər bir şeyə qadirdir.
Allahdan başqa Allah yoxdur, yalnız və yalnız Odur tənha. Verdiyi və`dəyə əməl edən, müsəlmanlara kömək edən və birləşmiş zülmkar qüdrətləri məhv edən Odur.”
8. İşarələr və qeydlər
Əziz Peyğəmbər həccin siyasi cəhətini tə`yin etmək üçün söylədiyi bəyanlara kifayət etməyib, bə`zi vaxtlar kiçik həcc əməlinin belə siyasi cəhətdən ayrı olmadığına işarə etmişdir. Məsələn, Səfa və Mərvə dağları arasında sə`y etmək və xüsusi yerlərdə sür`ətlə yeriməklə müşriklərin − müsəlmanlar Mədinənin iqlimindən (suyundan, havasından) zəifləyiblər − deyə çıxartdıqları şayiəni təkzib edir. Bu səbəbdən hətta həccin ümrəsinin qəza əməlini yerinə yetirərkən qüdrətlərini və güclərini müşriklərə göstərmək üçün bu yerlərdə qaçmağa göstəriş verilib.
Əziz Peyğəmbər təvaf namazında birinci rük`ətdə “Tovhid” (“İxlas”), ikinci rük`ətdə isə “Kafirun” surəsini oxudu. Hamılıqla bilirik ki, bu surələrin mə`nası nədən ibarətdir və nə kimi siyasi cəhətləri əhatə edir. Bu iki surədə ikiliyə ibadət etmək və küfr pislənib və rədd olunub.
Tarixdə müsəlmanlar Həcərül-Əsvədə əl sürtərək bu kəlməni dedikləri bəlli olur:
“Allahın adı ilə. Allah bizi hidayət etdiyinə görə hər bir şeydən böyükdür. Allahdan başqa Allah yoxdur və Onun şəriki yoxdur. Allaha iman gətirirəm və tağuta nifrət edirəm.”
9. Mə`sum rəhbərlərin sözlərində həccin siyasi cəhətləri
1) İmam Sadiq (ə) həccin fəlsəfəsi və sirlərini açıqlayaraq belə buyurur:
“Məkkədə camaat bir-birini, Allahın Rəsulunun tarixi abidələrini tanımaq üçün şərqdən və qərbdən bu şəhərə toplaşırlar. Əgər hər bir cəmiyyət öz ölkəsinin məhsuluna kifayətlənib arxalansaydı, məhv olardı, yer üzündə olan şəhərlər viran olub ticarət aradan gedərdi və xəbərlər cammata çatmazdı. Budur həccin fəlsəfəsi.”
Bu cümlədə həccin elmi, iqtisadi və ictimai-siyasi bir ziyarət olduğu bəlli olur. Həqiqətdə həcc əməli müsəlmanlar arasında bir-birinə bağlı olan halqalara oxşayır. Yə`ni, həccin vasitəsi ilə dünya müsəlmanları gündəlik və keçmiş xəbərləri, səhabələr, tabeinlər şərqdə və qərbdə hədis nəql edənlərin köməyilə Peyğəmbərin sünnəsindən xəbərdar olurlar. Hətta müxtəlif yerlərdən gələn müsəlmanlar öz ölkələrinin məhsullarını dünyaya tanıtdırmaqla ticarət edirlər.
2) İmam Sadiq (ə) buyurur:
“Allah yanında yer üzündə Mərvə və Səfa dağları arasında sə`y etməkdən gözəl bir yer yoxdur. Çünki bu yerdə bütün inadakarlar zəlil olmaqla öz übudiyyət bəndəliklərini nümayiş etdirirlər.”
3) Keçmiş olan səhabələrin, tabeinlərin bu mövsümdə İslamın və müsəlmanların xeyrinə bəhrələndikləri haqda tarix şəhadət verir. Bir çox azadlıq hərəkatlarının kökü bu yerdən başlanıb. Millətlər zalımlardan öz haqlarını almaq üçün mübarizəyə buradan də`vət edirdilər. Bu haqda Hüseyn ibn Əlinin Minada söylədiyi sözlərə qulaq asmaq kifayət edər. Hüseyn ibn Əli Mina çölündə Bəni-Haşim qəbiləsini, ona yaxın olan və dost olan böyük şəxsiyyətləri ətrafına topladı. Min nəfərdən çox olan cəmiyyət onun ətrafına cəm oldu. Bu zaman Peyğəmbərin övladı öz sözünə başladı:
“Allaha həmd edib Onun Rəsuluna salam göndərirəm. Ey camaat, bilin! Artıq həddini aşıb-daşan Müaviyənin zülmü sizə yetişib, siz hamınız Müaviyənin bizim haqqımızda necə pis işlər gördüyündən xəbərdarsınız. Sizə bir neçə söz deyəcəyəm. Əgər düz desəm, sözümü təsdiq edin, əgər yalan desəm, sözümü təkzib edin. İndi isə mənim sözümü eşitməklə qəlblərinizdə gizlin saxlayın, sonra hər bir şəxs öz qəbiləsinə, tayfasına və şəhərinə qayıdaraq inandığı adama mənim sözlərimi çatdırsın. Mən haqq olan dinin yer üzündən silinməsindən qorxuram. Düzdür, Allah-taala Öz dinini həyata keçirəndir, hətta kafirlər belə istəməsə...”
Sonra Hüseyn ibn Əli Peyğəmbərin Əhli-beyti haqqında nazil olan ayələrdən bir neçəsini oxudu. Camaata and verdi ki, öz şəhərlərinə qayıtdıqdan sonra bu sözləri inamlı adamlara söyləsinlər. Sözümü qurtardıqdan sonra onlar dağılıb getdilər.
Təkcə Hüseyn ibn Əli belə bir cəmiyyətin çoxluğundan faydalanmır. Hətta, İslam hökumətinin himayəsi altında yaşayan bə`zi kitab əhli olanlar təcavüzə mə`ruz qaldıqda belə bir mərasimdə İslam hakimindən öz haqlarını tələb edirlər. Bu əməl müsəlmanlar arasında olan sünnələrdən biridir.
Tarix deyir:
Əmr ibn Asın Misirdə hökumət etdiyi vaxt qibtilərdən (qədim xristian misirlilər) bir nəfər hakimin oğlu ilə yarış keçirtdi və qibtinin hakim oğluna qalib gəlməsi Əmr ibn Ası narahat etdi, nəhayət, Əmr Asın oğlu tərəfindən o qibti kişi yaralandı.
Yaralanan kişi bu hadisəni həcc mərasimində o zamanın hakiminə (Ömər ibn Xəttaba) danışdı. Ömər Asın oğlunu yanına çağırıb onun haqqında belə dedi:
− Hansı zamanda xalqı özün üçün kölə qərar vermisən, halbuki onlar anadan azad doğulublar?!
Sonra vurulan kişinin qisasını Asın oğlundan aldı.
Tarix bu kimi hadisələrdən çox rəvayət edir. Bu da həccin təkcə ibadət deyil, siyasi bir əməl olduğuna şəhadət verir.
Həcc kimi bir yerdə camaat öz haqqını tələb etmək üçün hakimə və başqalarına şikayət edirlərsə, nəyə görə belə bir yerdə şərq və qərb zülmkarlarına qarşı e`tiraz olunmasın.
10. Həccin fəlsəfəsi haqda mütəfəkkirlərin nəzəriyyələri
İndi isə daha yaxşı olar, həccin fəlsəfəsi haqqında İslam mütəfəkkirlərinin nəzəriyyələrini söyləməklə bəhsi sona yetirək.
Biz burada üç müasir yazıçının nəzəriyyəsini qeyd etməklə kifayətlənirik. Yazıçılardan biri Ərəbistanda yerləşən “Kral Əbdül Əziz” universitetinin alimidir. İndi isə, onun bu haqda irəli sürdüyü nəzəriyyələr:
a) Fərid Vəcdi İslam ensiklopediyasının həcc maddəsində yazır:
Müsəlmanlara vacib olan həccin fəlsəfəsini bu kitabda yazmaqla qurtarmaz. Bizi düşündürən məsələ budur ki, əgər müsəlman ölkələrinin başçıları İslamda vəhdət və birlik yaratsalar və müsəlmanlar bundan faydalansalar, tamamilə nəticəni əldə etmək olar. Çünki on minlərlə insanın dünyanın müxtəlif yerlərindən bura toplaşması və qəlbləri özünə cəlb etdiyi bir yerdə deyilən sözlər, sözsüz ki, onlara tə`sir edəcək, hamı eyni əhval-ruhiyyə ilə öz vətənlərinə qayıdıb eşitdiklərini və öyrəndiklərini öz qardaşları arasında təbliğ edəcəkdir. Bu dəstəni bütün dünyadan toplanmış konfrans iştirakçılarına oxşatmaq olar. Konfrans qurtardıqdan sonra hamı öz ölkəsinə qayıdıb eşitdiklərini həmvətənlərinə çatdıracaq. Deyilən sözlər konfransda tə`sir etdiyi kimi, həmvətənlərə də elə tə`sir edəcək.
b) “Əl-İbadətü fil-islam” kitabının müəllifi, misirli doktor Qərzavi yazır:
“Bu izdihamlı cəmiyyətin ən böyük nəticələrindən biri də budur ki, həcc İslam ümmətini keçmiş yuxudan oyatmaq üçün böyük bir vasitədir. Bu səbəbdən bə`zi işğal olunmuş müsəlman ölkələrində din qardaşlarımızın Allah evinin ziyarətinə getməsinin qarşısı alınır. Çünki müsəlmanlar arasında hərakat başlansa, bu hərəkatın qarşısını ala bilməyəcəklərini daha yaxşı bilirlər.”
Doktor Qərzavi “Əd-Dinü vəl-həccü ələl məzahibil-ərbəəti” kitabında 51-ci səhifədə yazır:
“Həcc müsəlmanların və müxtəlif ölkələrdən və millətlərdən olan insanların bir-birini tanıması üçün ən böyük vasitədir. Çünki hamısı şəhid bayrağının altında yaşayır. Bu mərasimdə onların qəlbləri və sözləri bir olur. Elə bu zaman öz vəziyyətlərini və əyriliklərini islah edib düzəltmək üçün hərəkət edirlər.
“Kral Əbdül Əziz” universitetinin alimi doktor Məhəmməd Mübarək yazır:
Həcc müsəlmanların eyni səviyyədə Allaha ibadət etmək üçün toplandıqları ümumdunya konfransıdır. Lakin bu ibadət onları həyat tərzindən ayırmır, əksinə onları həyat yaşayışı ilə sığ bağlayır. Qur`an bu haqda buyurur:
Belə ki, öz mənfəətlərinin şahidi olsunlar və mə`lum günlərdə Allahı zikr etsinlər...” (Həcc surəsi, 28)
Bu mənfəətdən əsas məqsəd müsəlmanların xeyrinə aid olan geniş bir mə`nanı əhatə edir.
Nəticə
Əgər, doğrudan da, həcc əməlinin belə bir mühüm mərasim olduğunu Qur`an, sünnə, müsəlmanların rəftarı və müasir alimlərin nəzəriyyələri təsdiq edirsə, nəyə görə biz bu mərasimdən faydalanmayaq?
Əgər həccin vasitəsilə qəlblər bir olub tovhid kəlməsi müsəlmanlar üçün bir yol seçirsə, nəyə görə bu yoldan istifadə edərək müsəlmanların düşmənlərinə cavab vermirik?
Əgər həccin iqtisadi, elmi-mədəni cəhətləri varsa, nəyə görə müsəlmanlar öz vəziyyətlərini və yaşayışlarını yüksək səviyyədə tənzimləməməlidirlər?
Nə üçün məzlumların səsini müsəlmanlar eşitməklə onlara kömək etməməlidirlər?
Nəyə görə həcc mərasimində zalimlər əleyhinə konfranslar təşkil edib onların batil olmalarını mübuta yetirməyək?
Nə vaxta qədər biz bu qədər imkanları əldən verib ziyan çəkməliyik?
Bu ümidlə ki, inşaallah, pərdə arxasından Hərəmeyni-Şərifeynə göz dikmiş xain və zalım adamlar məhv olacaqlar. Bununla da həccin əsas məqsədi, tarixi abidələri və tə`siri üzə çıxacaq.
Комментариев нет:
Отправить комментарий