Sən avam deyilsən, qulaq deyilsən.
Altında maşının, cibdə pul-paran
Bildin nədi nə deyil, uşaq deyilsən.
O kafe dostları, qarın dostları
İnan yeyib içib doyanacandı.
Soruşmazlar işin-gücün, vəziyyətini,
Deyərlər növbəti məclis haçandı?
Təki dara düşmə, amma bir yoxla,
Biri ortaya çıxmaz, biri tapılmaz.
Bağlanar üzünə həmin qapılar,
Zəng etsən zəng çatmaz, zəngin açılmaz.
Xoş gününə ürəkdən sevinməz onlar,
Onlarda yoxdu kişilik, cayıllıq.
Üzdə can deyərlər, üzdə gülərlər
Amma içlərini yandırar paxıllıq.
Комментариев нет:
Отправить комментарий